MAL²

\[ər.\] сущ. мал (1. метягь, гун-къачун патал тир гьар са затӀ; зегьметдин магьсул; 2. парча (чит, магьут, пек ва мс.); 3. мулк, девлет, сервет; 4. пер. вульг. иер акунар авай, мешреб алай, рикӀиз хуш, рикӀиз чими, тӀарам, гуьзел руш ва я дишегьлидикай рахадамаз).
MAL¹
MAL-DAVAR
OBASTAN VİKİ
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur. Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi. Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı.
İctimai mal
İctimai mal (ing. public good) — ödəyib-ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar tərəfindən toplu şəkildə istehlak edilən bir mal. İctimai mallar ümumiyyətlə özəl mallara bənzəmir (istehlak üçün və yalnız sahibinə fayda verir), satışını təşkil etmək demək olar ki, mümkün deyil: fərdlər ictimai malların təsirlərindən istifadə etməkdən ləzzət alırlar, lakin bunun əvəzini ödəməkdən çəkinirlər (sərbəst atlı təsiri). Dövlət və özəl malların ayrılması Aristotelin Siyasətinə qayıdır. İctimai rifah dövlətin mövcudluğunun məqsədidir. Aristotelin ənənəsi Foma Akvinskinin "ümumi xeyiri" (bonum Commune) vurğulayaraq davam etdirir. K. R. Makkonnellu və S. L. Brüya əsasən, ictimai mal və ya məhsul — istisna prinsipinin tətbiq olunmadığı və istehsalı cəmiyyət tərəfindən əhəmiyyətli fayda gətirməsi şərtilə istehsalının dövlət tərəfindən təmin edildiyi mal və ya xidmətdir. istisna edilməmənin əlaməti — bir insanı bu malın istehlakçıları əhatəsindən kənarlaşdırmaq demək olar ki, mümkün deyil; istehlakda rəqabətsizliyin əlaməti — malın bir nəfər tərəfindən istehlak edilməsi başqası tərəfindən istehlak imkanlarını azaltmır; bölünməzlik əlaməti — yaxşılıq ayrı vahidlərə parçalana bilməz. Bu qədər təmiz ictimai mal yoxdur; qarışıq mallar daha çox yayılmışdır, həm özəl, həm də ictimai malların xüsusiyyətləri daxil olmaqla. Təxminən təmiz ictimai mallar gecə dənizçilərə rəhbərlik edən mayak işığını alan hər kəsə işıq saçır qanunun aliliyinin təmin edilmiş daxili və xarici təhlükəsizliyi onun ərazisində olan hər kəs üçün mövcuddur.
Arşın mal alan
Arşın mal alan (operetta) — Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Arşın mal alan (film, 1917) — Boris Svetlovun filmi. Arşın mal alan (film, 1937) — Setraq Vartyanın musiqili filmi. Arşın mal alan (film, 1945) — Rza Təhmasib və Nikolay Leşşenkonun filmi. Arşın mal alan (film, 1960) — Səməd Sabahinin filmi. Arşın mal alan (film, 1965) — Tofiq Tağızadənin filmi.
Mal Qrad adası
Mal Qrad və ya Maliqrad (alb. Qyteti i Vogël) — Tektokik göl olan Prespada yerləşən kiçik ada. Yunanıstan, Albaniya və Şimali Makedoniya ilə sərhəddə yaxın ərazidə yerləşir. Mal Qrad adası Prespa gölünün Albaniyaya aid hissəsində hündür bir platoda yerləşir. Sahəsi 5 hektardır. Qolen Qrad adasından sonra Prespa gölünün sahəsinə görə ikinci adasıdır. ada daimi əhaliyə sahib deyil Adada çoxlu sayda mağara vardır. Burada vəhşi heyvanlar yaşayır. Çömçəquyruğa bənzər quruluşa sahibdir. Bir hissəsi ağacla örtülmüşdür.
Mal bazarı qatili
Mal bazarı qatili — 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ağdam və Bərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır. Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır. Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir.
Arşın mal alan (operetta)
Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. "Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb). Əsər 1913-cü ilin yay aylarında yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb.
Arşın mal alan (film, 1917)
Arşın mal alan tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1917-ci ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinokomediyanın qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar. Filmdə rolları Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzəağa Əliyev, Aleksandra Olenskaya, Hənəfi Terequlov və Yeva Olenskaya ifa edirlər. Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir.
Arşın mal alan (film, 1937)
«Arşın mal alan» (ing. Arshin Mal Alan) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında Setraq Vartyanın rejissorluğu ilə 1937-ci ildə çəkilmiş ABŞ romantik müzikl filmi. Filmdə Üzeyir Hacıbəyovun adı orijinal müəllif kimi qeyd edilməmişdir. Zəngin bir fars tacirinin oğlu Əsgər Avropadan evinə qayıdır və evlənməyə hazırlaşır. Əsgər sevgi ilə evlənmək istəyir və öz ölkəsinin evlilik ilə bağlı adət-ənənələrinə qarşı çıxır. O, onun atasının təşkil etdiyi evliliyə qarşı çıxır. Adətə görə, gəlini oğlanın anası seçir. Əsgərin dostu Süleyman ona tövsiyə edir ki, tacir geyimi geysin və səyahətə çıxsın. Beləliklə o, bir qız ilə tanış olacaq və ona vurulacaq. Əsgərin Süleymanın tövsiyəsinə qulaq asır və axırda bir bəy qızına aşiq olur.
Arşın mal alan (film, 1945)
"Arşın mal alan" — tammetrajlı bədii filmi rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmışdır. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər (Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (İsmayıl Əfəndiyev) onun köməyinə gəlir… Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır. Musiqili film Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır.
Arşın mal alan (film, 1965)
Arşın mal alan filmi rejissor Tofiq Tağızadə tərəfindən 1965-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Leyla Şıxlinskaya, Ağadadaş Qurbanov, Nəcibə Məlikova, Hacımurad Yegizarov, Xuraman Hacıyeva, Tələt Rəhmanov və Səfurə İbrahimova ifa edirlər. Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir... Film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılmışdır.
Arşın mal alan (film, 1960)
Arşın mal alan (fars. آرشین مالالان‎) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında rejissor Səməd Sabahi (titrlarda Nadir Hafizi) və ssenaristlər Səməd Sabahi və İsmail Kuşan tərəfindən 1960-cı ildə çəkilmiş İran filmi. Bu filmdə baş rolları Viqen Derderyan və Təhminə Etminan oynayırdı. Filmin qəhrəmanı tacir Əsgər ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin qızı Gülçöhrə ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.
Azərbaycan-Malta futbol matçlarının siyahısı
19.04.1994 Ta Qali YO Malta – Azərbaycan 5:0 06.02.2000 Ta Qali BT Malta – Azərbaycan 3:0 17.04.2002 Ta Qali YO Malta – Azərbaycan 1:0 14.08.2013 Bakı YO Azərbaycan - Malta 3:0 28.03.2015 Bakı AÇSO Azərbaycan - Malta 2:0 06.09.2015 Ta Qali AÇSO Malta – Azərbaycan 2:2 10.09.2018 Ta Qali ML Malta – Azərbaycan 1:1 14.10.2018 Bakı ML Azərbaycan - Malta 1:1 25.03.2022 Ta Qali YO Malta – Azərbaycan 1:0 16.11.2014 Paola YO Malta – Azərbaycan 0:0 05.08.2015 Bakı YO Azərbaycan - Malta 4:1 07.08.2015 Bakı YO Azərbaycan - Malta 3:0 05.09.2019 Valetta YO Malta - Azərbaycan 2:2 07.09.2019 Valetta YO Malta - Azərbaycan 0:0 15.03.2013 Xalkida, Yunanıstan BT Azərbaycan – Malta 1:0 23.03.2022 Malta, YO Malta – Azərbaycan 2:2 28.03.2022 Malta, YO Malta – Azərbaycan 0:2 26.03.2016 Malta BT Malta-Azərbaycan 3:0 02.07.2013 Ta Qali UEFA AL seç. mər. Slima Uonderers – Xəzər-Lənkəran 1:1 06.07.2013 Ta Qali YO Birkirkara – Xəzər-Lənkəran 1:1 11.07.2013 Lənkəran UEFA AL seç. mər. Xəzər-Lənkəran – Slima Uonderersn 1:0 15.07.2014 Ta Qali UEFA ÇL seç. mər. Valetta – Qarabağ 0:1 22.07.2014 Bakı UEFA ÇL seç. mər.
Azərbaycan maliyyə nazirlərinin siyahısı
Azərbaycan maliyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın maliyyə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın maliyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya (Vyana Konvensiyası 1980-ci il, CISG) — beynəlxalq ticarət qaydalarını birləşdirməyə yönəlmiş çoxtərəfli beynəlxalq müqavilə. 1980-ci il Vyana Konvensiyasının, beynəlxalq mal satışında vahid qanunlara dair iki 1964-cü il Haaqa Konvensiyasını əvəz etməsi nəzərdə tutulur. Bu Konvensiyaya Tərəf olan Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının altıncı xüsusi sessiyasının qəbul etdiyi Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında qətnamələrdəki geniş məqsədləri nəzərə alaraq, beynəlxalq ticarətin bərabərlik və qarşılıqlı fayda əsasında inkişafının dövlətlər arasında dostluq münasibətlərinin təşviqində vacib element olduğunu hesab edərək, malların beynəlxalq alğı-satqısı üzrə müqavilələri tənzimləyən və müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri nəzərə alan vahid normaların qəbul edilməsinin beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verdiyi və beynəlxalq ticarətin inkişafını təşviq etdiyi qənaətinə gəldilər. Konvensiya 1980-ci ilin aprelində Avstriyanın paytaxtı Vyanada, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Malların Satışına dair Müqavilələr Konfransında qəbul edildi. Vyanadakı konfransa 62 dövlətin nümayəndələri qatıldı: Avstraliya, Avstriya, Argentina, Belarus Sovet Sosialist Respublikası, Belçika, Birma, Bolqarıstan, Boliviya, Braziliya, Macarıstan, Qana, Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, Yunanıstan, Danimarka, Misir, Zair, İsrail, Hindistan, İraq, İran, İrlandiya, İspaniya, İtaliya, Kanada, Kenya, Kipr, Çin, Kolumbiya, Koreya Respublikası, Kosta Rika, Liviya Ərəb Cəmahiriyyesi, Lüksemburq, Meksika, Nigeriya, Hollandiya, Norveç, Pakistan , Panama, Peru, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikaları Birliyi, Tayland, Tunis, Türkiyə, Ukrayna Sovet Sosialist Respublikası, Uruqvay, Filippin, Finlandiya, Fransa, Çexoslovakiya, Çili, İsveçrə, İsveç, Ekvador, Yuqoslaviya, Yaponiya. Venesuela Konfransa müşahidəçi göndərmişdir. Konfrans 1980 Vyana Konvensiyasının mətninin əlavə olunduğu Yekun Aktı (BMT sənədi A / CONF.97 / 18) qəbul etdi. Vyana Konvensiyası 1 yanvar 1988-ci ildə qüvvəyə minmişdir. 8 yanvar 2017-ci il tarixinə qədər Konvensiya 85 dövlət tərəfindən imzalanmışdır (qoşulmuşdur): Ingeborg Schwenzer (ed.), Schlechtriem & Schwenzer, Commentary on the UN Convention on the International Sale of Goods (CISG), 3rd ed., Oxford 2010 Венская конвенция о договорах международной купли-продажи товаров. Комментарии.
Baccharis malibuensis
Baccharis malibuensis (lat. Baccharis malibuensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Baccharis malmei
Baccharis malmei (lat. Baccharis malmei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Beynəlxalq Maliyyə Korporasiyası
Beynəlxalq Maliyyə Korporasiyası, BMK (ing. International Finance Corporation) - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərkibinə daxil olan yardımçı təşkilat. Bank, 1956-cı ildə yaradılmışdır və əsas məqsədi, inkişaf etməkdə olan dövlətlərin özəl sektoruna, xüsusilə də mənfəət əldə edən müəssisələrə kreditlər formasında (BMK ümumi vəsaitinin 74%) kapital qoyuluşunu nəzərdə tuturdu. BKM-nin maliyyəsinin digər 26%-i, səhmdar kapitallarda iştirak üçün nəzərdə tutulmuşdur. 1956-cı ildə yaradılan Beynəlxalq Maliyyə Korporasiyasının hazırda 184 üzvü var. 1973-cü ildə bu təşkilata 100 ölkə daxil idi. BKM heç bir dövlət təminatı tələb etmir, lakin bu təşkilatdan kredit almaq üçün əsas şərt maliyyələşdirilən layihənin 50%-nin yerli və ya xarici özəl kapital hesabına ödənilməsidir. Kreditlərin verilmə tarixi 5 ildən 15 ilədək nəzərdə tutulur. Faizlər illik 5-10% təşkil edir. Bu təşkilata üzv olmaq üçün əvvəlcə BYİB-ə üzv olmaq lazımdır.
Beynəlxalq maliyyə
Beynəlxalq maliyyə (beynəlxalq monetar iqtisadiyyat və ya beynəlxalq makroiqtisadiyyat da adlanır) — iki və ya daha çox ölkə arasında pul və makroiqtisadi münasibətlərlə geniş şəkildə məşğul olan maliyyə iqtisadiyyatının bir sahəsidir. Beynəlxalq maliyyə qlobal maliyyə sisteminin dinamikasını, beynəlxalq pul sistemlərini, tədiyyə balansını, valyuta məzənnələrini, birbaşa xarici investisiyaları və bu mövzuların beynəlxalq ticarətlə necə əlaqəli olduğunu araşdırır. Beynəlxalq maliyyə, bəzən çoxmillətli maliyyə kimi də adlandırılır, əlavə olaraq beynəlxalq maliyyə idarəetməsi məsələləri ilə bağlıdır. İnvestorlar və transmilli korporasiyalar siyasi risk və valyuta riski, o cümlədən əməliyyat riski, iqtisadi risk və transfer riski kimi beynəlxalq riskləri qiymətləndirməli və idarə etməlidirlər. Beynəlxalq maliyyədə əsas anlayışların bəzi nümunələri Mandell-Fleminq modeli, optimal valyuta sahəsi nəzəriyyəsi, alıcılıq qabiliyyəti pariteti, faiz dərəcəsi pariteti və beynəlxalq Fişer effektidir. Beynəlxalq ticarətin tədqiqi əsasən mikroiqtisadi anlayışlardan istifadə etdiyi halda, beynəlxalq maliyyə sahəsində tədqiqatlar ilk növbədə makroiqtisadi konsepsiyaları araşdırır. Beynəlxalq maliyyənin monetar və siyasi riskləri daha çox onunla əlaqədardır ki, suveren dövlətlər valyuta buraxmaq, öz iqtisadi siyasətlərini formalaşdırmaq, vergilər yığmaq, insanların, malların və kapitalın öz sərhədləri boyunca hərəkətini tənzimləmək hüququna və səlahiyyətinə malikdirlər. Kağız pul ideyası min ildən çox əvvəl Çində Yuan, Tan, Sonq və Ming sülalələri dövründə yaranmışdır. Tan sülaləsi dövründə (618-907) metal pul vahidinə tələb yüksək idi ki, bu da qiymətli metalların təklifini üstələyirdi. İnsanlar artıq kredit notlarının istifadəsi ilə tanış idilər və tez bir zamanda kağız vərəqlərini və ya kağız qaralamaları qəbul etməyə başladılar.
Beynəlxalq maliyyə təşkilatları
Beynəlxalq maliyyə təşkilatları — quruluşu və sərmayəsinə birdən çox ölkənin qatıldığı maliyyə fəaliyyətlərində birdən çox ölkənin faydalandığı quruluşlar. Hal-hazırda fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatlarının hamısı ikinci dünya müharibəsidən sonra qurulmuşdur. Yaranma tarixinə görə öncə " Bretton Vuds əkizləri " adlandırılan Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qurulmuşdur. Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir. Fəaliyyət sahələrinə görə bu təşkilatlar aşağıdakı şəkildə qruplaşdırılır: Avropa Kömür-Polad Birliyi; Avropa Pul Fondu; Avropa İnvestisiya Bankı; Avropa Valyuta Əməkdaşlıq Fondu; Avropa Kənd Təsərrüfatızəmanət və istiqamət fondu; Beynəlxalq Pul Fondu ; Beynəlxalq finans Qurumu; Beynəlxalq İnkişaf Birliyi; Birləşmiş Millətlər İnkişaf problemi; Çoxtərəfli investisiya zəmanəti agentliyi; İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz; Asiya İnkişaf Bankı ; Afrika İnkişaf Bankı; İslam İnkişaf Bankı; Kariblər İnkişaf Bankı; Orta Amerika İqtisadi İnteqrasiya Bankı; Ərəb Pul Fondu; Avropa Yenidənqurma və İnkişaf Bankı.
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (BİTMK) — İslam dünyasında iqtisadi inkişafı təmin etmək və insanların həyat səviyyəsini daha da yaxınlaşdırmaq üçün İslam Əməkdaçlıq Təşkilatıına (İƏT) üzv ölkələr arasında ticarətin inkişafına yardım edir. İslam İnkişaf Bankı (İİB) Qrupu tərkibində muxtar müəssisə kimi fəaliyyət göstərən Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası İİB Qrupu çərçivəsində müxtəlif tədbirlər həyata keçirərək ticarətin maliyyələşdirilməsinə və biznesin inkişafına güclü zəmin yaratmışdır. Bu qurum İslam şəriətinə uyğun ticarət və maliyyə lideri olaraq, İƏT-ə üzv ölkələrin hökumətləri və biznes subyektləri üçün öz təcrübə və vəsaitlərini təqdim edir. BİTMK öz fəaliyyətində əsas diqqəti üzv ölkələr arasında ticarəti stimullaşdırmaq və daha da inkişaf etdirmək, ticarətdə İslam maliyyəsinin diversifikasiyasını aktivləşdirmək kimi məsələlərin həllinə yönəldir. Bununla yanaşı BİTMK İslam İnkişaf Bankı Qrupunun üzvü olaraq, ticarətin inkişafında təsirli nəticələr əldə etmək üçün özəl və dövlət resurslarının səfərbərliyində bir vasitəзi kimi üzv dövlətlərin hökumətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Bu da BİTMK-ya İƏT-ə daxil olan ölkələrdə biznes subyektlərinin maliyyə və ticarət əməliyyatlarına daha yaxşı daxil olmaları və qlobal bazarda upurla rəqabət aparmaları üçün zəruri təhsil və təlim verməyə kömək edir. BİTMK bu işləri görən zaman özünün ticarət sahəsindəki bilik və bacarıqlarını bölüşməklə tətbiqinə çalışmaq, insanları əməkdaşlığa cəlb etməklə onları yaxınlaşdırmaq, iqtisadiyyatları, cəmiyyətləri və fərdləri zənginləşdirmək kimi amallarına doğru hərəkət edir. Təşkilat həmçinin, öz fəaliyyətində beynəlxalq standartları tətbiq edərək iki əsas sektorda "maliyyə və ticarət" və "ticarət və reklam"-da İİB qrupunun inkişaf məqsədlərinə nail olmağa yardım edir. Yəni, ticarətin genişlənməsini həyat səviyyəsinin yüksəldilməsinin başlıca rəhni kimi təbliğ edir. Ruslan Atakişiyev.
Bidens malawiensis
Bidens malawiensis (lat. Bidens malawiensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bidens malmei
Bidens malmei (lat. Bidens malmei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Birləşmiş Malay Milli Təşkilatı
Birləşmiş Malay Milli Təşkilatı (BMMT) - (malay dilində:Pertubuhan Kebangsaan Melayu Bersatu) — Malayziyada iri siyasi partiya. Uzvlərinin sayı - 2,4 mln. nəfər. Milli burjuaziya, iri sənayeçilər və torpaq sahiblərinin siyasi partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının əsası 1946-cı ildə qoyulmuşdur . Banisi - Dato Onn. 1952-1974-cü illərdə İttifaq partiyasının tərkibinə daxil olmuşdur. Malayların milli partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının proqramının müəllifi Abdul Rahman 1951-ci ildə partiyanın rəhbəri seşildi . 1952-ci ildə Malayziyanın Çin Assosiasiyası (MÇA) ilə siyasi ittifaqı yarandı və BMMT-MÇA koalisiyası paytaxta keçirilən bələdiyyə seçkilərində yerlərin 1/12 hissəsini qazanmışdır . 1954-cü ilin oktyabrında BMMT-MÇA ittifaqına Malayziyanın Hindistan Konqresi (MHK) də birləşdi və ölkənin iri milli icmalarının (malayların, çinlilərin və hindlilərin) maraqlarını təmsil edən İttifaq partiyasının yaradıldığı elan olundu. 1957-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra İttifaq partiyası hakim partiya oldu.
Bronislav Malinovski
Bronislav Kaspar (Kasper) Malinovski (pol. Bronisław Kasper Malinowski; 7 aprel 1884, Krakov — 16 may 1942, Nyu-Heyven, Konnektikut ştatı) — əslən polyak olan Böyük Britaniya antropoloqu, antropologiyada və sosiologiyada funksionalizmin banisi. Bronislav Malinovski 7 aprel 1884-cü ildə Krakovda anadan olmuşdur. Universitetdə fizika və riyaziyyat təhsili almış, Freyzerin "Qızıl Budaq" əsərinin təsiri ilə etnologiya və mədəniyyət tarixi ilə maraqlanmışdır. O, Leypsikdə Karf Büxerin iqtisadi tarixə dair mühazirələrini dinləmiş, Londonda Zelinqmanın ideyaları ilə tanış olmuşdur. Hələ tələbə ikən onun ilk ciddi işi "Avstraliya yerlilərinin ailəsi" adlı tədqiqatı nəşr olunur. O. 1914-cü ildə Avstraliyaya yola düşür və Avstraliya ekspedisiyasında (1914–1921) iştirak edir. Yeni Qvineya və onun ətrafındakı adalarda apardığı tədqiqatlar Malinovskiyə bütün ömrü boyu kifayət edir. Müharibə qurtardıqdan sonra İngiltərəyə qayıdan Malinovski 1921-ci ildən etibarən ardıcıl kitablar nəşr etməyə başlayır. Funksional metodun əhəmiyyətli cizgiləri onun ilkin əsərlərində özünü göstərirdi: "Manlu adasının yerli əhalisi", "Trabrian adası sakinlərinin ibtidai iqtisadiyyatı", "Sakit okeanın qərb hissəsinin arqonavtları", "Vəhşi cəmiyyətdə cinayətlər və adətlər" və s.
Bruney–Malayziya münasibətləri
Bruney–Malayziya münasibətləri — Bruney sultanlığı və Malayziya arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 266 km təşkil edir. Borneyonun şimalında ilk dövlət qurumları b.e.ə X əsrdə meydana gəlmişdir. X—XII əsrlərdə böılgə malay imperiyasından asılı vəziyyətdə olmuşdur. XVI əsrdən XIX əsrin ortalarına kimi Byuney sultanlığının ərazisi olmuşdur. 1891-ci ildə Borneoda yerləşən ingilis və holland müstəmləkəlləri arasında sərhəd müəyyən edilir. 16 sentyabr 1963-cü ildə uzun sürən danışıqlardan sonra Federativ Malayziya elan edilir. Bruney Şərqi Malayziyaya daxil olmaqdan imtina edir. 1970-ci illərdə iki ölkə arasınmda münasibətlər pisləşoir. Bunun əsəs səbəblərindən biri Bruneydə qadağan olunmuş Bruney Xalq Partiyasının 8 üzvünün Malayziyada siyasi sığınacaq alması olur.
Bulbophyllum malachadenia
Bulbophyllum malachadenia (lat. Bulbophyllum malachadenia) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum malayanum
Bulbophyllum blepharistes (lat. Bulbophyllum blepharistes) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Assamdan Qərbi Malayziyaya qədər yayılmışdır. Bulbophyllum malayanum J.J.Sm. Cirrhopetalum blepharistes (Rchb.f.) Hook.f. Cirrhopetalum longiscapum Teijsm. & Binn. Cirrhopetalum spicatum Gagnep. Phyllorchis blepharistes (Rchb. f.) Kuntze Phyllorchis longiscapa (Teijsm.
Bulbophyllum maleolens
Bulbophyllum maleolens (lat. Bulbophyllum maleolens) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum malleolabrum
Bulbophyllum malleolabrum (lat. Bulbophyllum malleolabrum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Calystegia malacophylla
Calystegia malacophylla (lat. Calystegia malacophylla) — sarmaşıqkimilər fəsiləsinin çəpərsarmaşığı cinsinə aid bitki növü.
Celerio hippophaes malatiatus
Hyles hippophaes (lat. Hyles hippophaes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sphingidae fəsiləsinin hyles cinsinə aid heyvan növü.
Columba malherbii
Columba malherbii (lat. Columba malherbii) — göyərçin cinsinə aid heyvan növü.
Con Malboro Çörçill
Con Marlboro Çörçill (26 may (5 iyun) 1650 – 16 (27) iyun 1722) — İngilis sərkərdəsi, generalissimus. Con Marlboro Çörçill Avropanın böyük sərkərdələr dövründə yaşamış, onların bəziləri ilə müttəfiq, bəziləri ilə rəqib olmuşdur. O, çox qədim ingilis zadəgan nəslində doğulmuş və ilk hərb məktəbini Avropanı bürümüş otuzillik müharibəni Niderland teatrında keçirmişdi. Elə burada da özünün ilkin qabiliyyəti ilə diqqəti cəlb etmişdi. O zaman Ingiltərə Fransa ilə müttəfiq idilər və onlar əlbir Avstriya imperiyasına qarşı hərbi əməliyyatlar aparırdılar. Gənc Çörçillin Tanjer, Neymvegen və Maastrixt uğrunda döyüşlərdə göstərdiyi bacarıq və rəşadər barədə kral 14-cü Lüdovik şəxsən ingilis kralına məktub göndərmişdi. Bu, əlbəttə, nəticəsini çox tez göstərdi. O, İngiltərədən sürgün edilmiş York hersoqunu müşayiət etmək şərəfinə layiq görülmüşdü ki, bu özlüyündə böyük iltifat idi. Sürgün edilən hersoq bir müddət sonra İngiltərə kralı 1-ci Yakov kimi qayıtmalı oldu. O, Marlboronu ardıcıl baronet, ser və nəhayət lord titulları ilə təltif edib, Fransaya kral elçisi kimi göndərdi.
Con Malkolm
Con Malkolm (2 may 1769, Damfrisşir[d] – 30 may 1833, London) — Ser Con Malkolm 1769-cu ildə Şotlandiyanın Dumfries şəhərində anadan olub. On iki yaşında Hindistanda İngilis ordusunda təlim keçmək üçün çağırıldı və 1783-cü ildə Hindistana göndərildi. Malkolmun yazdığı əsərlər daha çox Hindistandakı siyasi və hərbi vəziyyətdən bəhs edir. 1833-cü ildə Hindistanda vəfat etmişdir. "Hindistanın 1784-cü ildən bəri siyasi tarixinin eskizi"-1811 və 1826-cı illərdə nəşr edilmişdir. "Siqhi sektası"-1812-ci ildə nəşr edilib. "809-cu ildə Mədrəs ordusunda iğtişaşlar haqqında müşahidələr"-1812-ci ildə nəşr olunmuşdur. "Mərkəzi Hindistanın xatirələri" 2 cild, 1823-cü ildə nəşr edilib. Təsəvvüf anlayışı-Təsəvvüf üzərində çalışan şərqşünasların ortaq müzakirə etdiyi mövzular arasında təsəvvüfün mənbəyi birinci yerdədir. Lakin başlanğıcda bu məsələyə qoyulan kəskin münasibət, təsəvvüfün İslamla heç bir əlaqəsi olmadığı və onun başqa mədəniyyətlərdən qaynaqlandığı fərziyyəsidir.
Corchorus malchairii
Uzunmeyvəli cut (lat. Corchorus olitorius) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cut cinsinə aid bitki növü.
Cuzi Malato
Cuzi Malato (9 iyul 1971, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. Cuzi Malato, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989)

Значение слова в других словарях