Maliyyə-Kredit İnstitutları

kreditləşmə, əmanətlərin depozitə qoyulması, hesablaşma hesablarının aparılması, valyuta və qiymətli kağızların alqı-satqısı, maliyyə xidmətlərinin göstərilməsi və s. maliyyə əməliyyatlarını həyata keçirməyə vəkil edilmiş dövlət və özəl kommersiya təşkilatları.
Maliyyə Korporasiyası
Maliyyə Qrupu
OBASTAN VİKİ
Kredit
Kredit (lat. creditum) — bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir. == Bank krediti == Bank krediti – bank tərəfindən borc alanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. == Kredit sistemi == Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit sisteminin 2 forması mövcuddur: Funksional forma İnstitusional forma. Funksional forma - kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür. İnstitsional forma - maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür. Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır.
Milli Sağlamlıq İnstitutları
Milli Səhiyyə Agentliyi və ya Milli Sağlamlıq İnstitutları (ing: National Institutes of Health (NIH)), Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamentinin biotibb və ictimai sağlamlıq sahələrində əsas tədqiqatlar aparan bir agentliyidir. Baş ofisi Merilend ştatının Bethesda şəhərində yerləşir. Milli Sağlamlıq İnstitutları əsas, tərcümə və klinik tədqiqatlarda 1200 əsas tədqiqatçı və 4000-dən çox həkimlə dünyanın ən böyük biotibbi tədqiqat müəssisəsi hesab edilir. NIH 27 müxtəlif institut və mərkəzdən ibarətdir və bir çox elmi nailiyyətlərə cavabdehdir, o cümlədən dişlərin çürüməsinin qarşısını almaq üçün flüoridin kəşfi, bipolyar pozğunluğu idarə etmək üçün istifadə olunan litiumun istifadəsi və hepatitə qarşı peyvəndlərin yaradılması.
Maliyyə
Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımı və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur. Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir. Kreditlər, son vaxtlarda artan sürətlə, yenidən satış üçün paketlənir, yəni investor krediti (borcu) ya bankdan, ya da birbaşa şirkətdən alır. İstiqraz vərəqləri şirkətlər tərəfindən investorlara birbaşa satılan borcdur, bu zaman investor faiz əldə edir və ya istiqraz vərəqini təkrar bazarda satır. Bank sektoru kredit təmin etməklə fondlaşmanın əsas vasitəçisi rolunda çıxış edir. Ancaq, şəxsi sərmayə, birgə fond, (mutual fund), qorunma fondları (hedge fund) və digər qurumlar müxtəlif istiqraz vərəqlərinə investisiya etməklə əhəmiyyət qazanmışlar.
Banklararası kredit
Banklararası kredit — bir bankdan digər banka kredit vermə prosesi. Bazarda əsas kreditor Mərkəzi Bankdır. Kommersiya bankları digər kommersiya banklarının borcalan və kreditorları kimi çıxış edirlər. Bir qayda olaraq, vəsaitlərin cəlb edilməsi birdəfəlik kredit müqavilələri əsasında və ya digər banklarda əmanətlərin yerləşdirilməsi yolu ilə həyata keçirilir. Banklararası kreditlərin əksəriyyəti bir həftə və ya daha az müddətə, əksəriyyəti isə bir gecəlik müddətə nəzərdə tutulub. Belə kreditlər banklararası məzənnə ilə verilir (kreditin müddəti overnayt olarsa overnayt dərəcəsi də deyilir). Banklar likvidliyi idarə etmək və ehtiyat tələbləri kimi tənzimləyici tələblərə cavab vermək üçün banklararası kredit bazarında borc götürür və borc verirlər. Faiz dərəcəsi bazarda pulun mövcudluğundan, mövcud tariflərdən və müqavilənin konkret şərtlərindən, məsələn, müddətin uzunluğundan asılıdır. Federal fondlar dərəcəsi (ABŞ), LIBOR (Böyük Britaniya) və Euribor (Avrozona) daxil olmaqla geniş çap olunmuş banklararası dərəcələr mövcuddur. Kommersiya banklarının kredit fəaliyyəti banklararası kreditlər bazarındakı əməliyyatlardan ayrılmazdır.
Bərpaolunan kredit
Bərpaolunan və yaxud "revolver krediti" bu xüsusiyyətlərə malik hesabın açılmasına imkan verir: belə ki, açılan hesaba təyin edilmiş limitlə vəsait yerləşdirilir və bu vəsait bir neçə dəfə istifadə edilə və təqdim edilən müddət ərzində geri qayıda bilər. Kreditləşmənin bu növünün tipik növləri overdraftlar və dövlətlərarası səviyyədə təqdim edilən kiçik biznes üçün kredit xəttidir. == Bərpaolunan kreditin əsas xüsusiyyətləri == Revolver krediti üzrə borcalan qismində fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və hətta bir dövlət çıxış edə bilər. Bu zaman kreditorun üzərinə düşən əsas vəzifə tələb üzrə vəsaitlərin təqdim edilməsi və borcun ödənməsinə maneə yaratmayan şərtlərin təmin edilməsidir. Borcalan təqdim edilən limit çərçivəsində istənilən məbləğdən istifadə edə və borcu borcun ümumi təqdim edilməsi üzrə təyin edilmiş dövrü keçməməklə istənilən, daha doğrusu özünə uyğun olan vaxt qaytara bilər. Faiz dərəcəsi isə müstəsna olaraq limitin istifadə olunmuş hissəsi üzrə təyin edilir və borc məbləği geri qaytarıldıqda istifadə üçün əlçatan olan məbləğin həcmi artır. Bərpaolunan kredit üzrə məbləğin limiti müştərinin ödəniş qabiliyyəti nəzərə alınmaqla təyin edilir və bu məbləğ borcalanın 6 aylıq gəlirindən çox ola bilməz. Burada beynəlxalq kreditər istisna təşkil edir və bu zaman borc öhdəliyinin məbləği nadir hallarda ÜDM-un 1 illik nəticələrindən çox olur. Revolver kreditləri müddətli və müddətsiz xarakter daşıya bilər. Belə ki, kredit kartında onun fəaliyyət müddəti, müqavilədə isə vəsaitlərin tam ödənilməsi dövrü göstərilir.
Kredit (dəqiqləşdirmə)
Kredit
Kredit ittifaqları
=== Kredit ittifaqı anlayışı === Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər. ==== Kredit ittifaqları haqqında qanunvericilik ==== Kredit ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. === Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri === Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi; üzvlüyün könüllülüyü; fəaliyyətinin aşkarlığı; şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi; payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi; Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı; əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi; fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması. === Kredit ittifaqının hüquqları və vəzifələri === Kredit ittifaqının aşağıdakı hüquqları vardır: banklardan, beynəlxalq və xarici maliyyə-kredit qurumlarından kredit, qrant almaq; öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək; sərbəst pul vəsaitini banklara, digər Kredit ittifaqlarına depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasına sərf etmək. === Kredit ittifaqının yaradılması === Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir. == Mənbə == Credit Union Database Arxivləşdirilib 2013-01-20 at the Wayback Machine - all credit unions in USA World Council of Credit Unions trade association for credit unions Association of Asian Confederations of Credit Unions regional federation representing 21 national federations in Asia with 35 million retail members Association of British Credit Unions Limited - the largest trade body representing credit unions in the UK National Association of Credit Union Workers - a staff association for all UK credit union workers regardless of trade body affiliation National Federation of Community Development Credit Unions - a trade body representing more than 240 community development credit unions (CDCUs) across the United States. Scottish League of Credit Unions - a trade body representing credit unions in Scotland Virginia Credit Union Arxivləşdirilib 2010-12-30 at the Wayback Machine - all credit unions listed in VA directory.
Kredit kart
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit müqaviləsi
Kredit müqaviləsi — Kommersiya bankı və ssuda alan arasında imzalanan saziş. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür. Adətən, kredit müqaviləsi aşağıdakı əsas bölmələrdən ibarət olur: Razılığa gələn tərəflərin adlarının olduğu preambula Kreditin məqsədi, həcmi, istifadə olunma müddəti və ödəniş tarixi. Bu bölmədə istənilən kreditin dəqiq məqsədi qeyd edilir, çünki Rusiya qanunvericiliyinə əsasən, kreditin məqsədli istifadəsinə nəzarət bütünlüklə kommersiya bankına həvalə olunur, kreditin müəyyən məqsəd üçün istifadə olunmaması kredit müqaviləsinin qüvvəsinin dayanması və bankın kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı tələbi üçün əsas kimi çıxış edir. Bundan əlavə, bu bölmədə kreditin istifadə müddəti və dəqiq ödəniş tarixi göstərilir, çünki borc alan krediti müəyyən edilmiş tarixdə ödəmədikdə bankın ona qarşı tətbiq edəcəyi cərimə sanksiyaları qüvvəyə minir. Kreditdən istifadəyə görə ssuda faizi, həmin faizin ödənilməsinin qaydası və müddəti və faiz dərəcəsinin dəyişmə qaydası. Kredit müqaviləsinin bu bölməsi bankın ssuda alanla qarşılıqlı münasibətlərində ən mühüm bölmədir, əsas fikir ayrılıqları adətən bu bölmə ilə əlaqədar yaranır. Banklar tez-tez kredit müqaviləsinə dəyişiklik etmək zərurəti ilə üzləşir, bu dəyişikliklər kreditdən istifadəyə görə faiz dərəcəsinin artması ilə bağlıdır. Bəzən banklar öz müştərilərinə faiz dərəcəsinin dəyişməsi haqqında yazılı bildiriş göndərməklə kifayətlənirlər. Nəzərə almaq lazımdır ki, müqavilədə nəzərdə tutulmuş hallar istisna olunmaqla, müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi yolverilməzdir.
Kredit qeydləri
Müştərinin kredit reytinq bankları tərəfindən müəyyənləşdirdiyi maliyyə əməliyyatları nəticəsində meydana gələn risk skorudur. Bu risk hesabına görə, banklar müştərilərə kredit verə bilməyəcəyinə qərar verirlər. Kredit memorandumunun emitenti ümumi banklar tərəfindən müəyyən edildiyi üçün, bu bankların köçürülməsi barədə məlumat bir yerdə toplanır və kredit qeydləri bu şəkildə yaranır. == Kredit dərəcəsinə təsir edən amillər == Təsirin dərəcəsi: 35% — fərdi kredit kartını ödəmək imkanı Təsirin dərəcəsi: 35% — fərdi borc və ödəmə vəziyyəti Təsirin dərəcəsi: 11% — yeni kreditlərin açılması Təsirin dərəcəsi: 10% — Kreditlərin istifadə müddəti Təsir nisbəti: 9% — Digər səbəblər == Kredi Notu Sorgulama == Kredit hesabınızı öyrənmək üçün kredit almaq üçün müraciət edə bilərsiniz, lakin ölkənizə görə dəyişən SMS hesabını da tapa bilərsiniz. Bununla yanaşı, müxtəlif sual-cavab vasitələr də var.
Kredit təşkilatı
Kredit təşkilatı — bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
Kredit xətti
Beynəlxalq kredit
Beynəlxalq kredit — qaytarılma, təxirəsalınmazlıq, təminat və faizlərin ödənilməsi şərtləri ilə valyuta və əmtəə resurslarının verilməsi ilə bağlı beynəlxalq iqtisadi münasibətlər sferasında kredit kapitalının hərəkəti. == Beynəlxalq kreditin funksiyaları == Genişlənmiş təkrar istehsalı təmin etmək üçün dünya ölkələri arasında kredit kapitalının yenidən bölüşdürülməsi, milli mənfəətin orta səviyyəyə bərabərləşdirilməsi. Kredit vəsaitlərindən istifadə etməklə (veksellər, veksellər, çeklər, köçürmələr və s.) beynəlxalq ödənişlər sahəsində dövriyyə xərclərinə qənaət, nağdsız ödənişlərin inkişafı və sürətləndirilməsi. Xarici kreditlərdən istifadə etməklə kapitalın təmərküzləşməsinin və mərkəzləşdirilməsinin sürətləndirilməsi. İqtisadi tənzimləmə. == Beynəlxalq kreditin rolu == Beynəlxalq kredit istehsalın inkişafında ikili rol oynayır: müsbət və mənfi. Kredit bir tərəfdən təkrar istehsalın davamlılığını və genişlənməsini təmin edir. O, istehsalın və mübadilənin beynəlmiləlləşməsinə, beynəlxalq əmək bölgüsünün dərinləşməsinə kömək edir. Digər tərəfdən, beynəlxalq kredit ictimai təkrar istehsalda balanssızlığı artırır, gəlirli sahələrin kəskin genişlənməsini stimullaşdırır, xarici borc vəsaitlərini cəlb etməyən sənaye sahələrinin inkişafını ləngidir. == İstinadlar == == Ədəbiyyat == Қаржы-экономика сөздігі.
Korporativ maliyyə
Korporativ maliyyə (təşkilatın maliyyəsi, ing. Corporate finance) — maliyyələşmə mənbələri, korporasiyaların kapital strukturu, menecerlərin firmanın səhmdarlar üçün dəyərini artırmaq üçün gördüyü tədbirlər və maliyyə resurslarının bölüşdürülməsi üçün istifadə olunan alətlər və təhlillərlə məşğul olan maliyyə sahəsi. == Tərifi == Amerikalı professor Stiven Rossun fikrincə, korporativ maliyyə biznes qərarları, pul vəsaitlərinin hərəkəti və firmanın səhmlərinin dəyəri arasındakı əlaqənin öyrənilməsidir. Bir sıra iqtisadçılar təşkilatın maliyyəsini təşkilatın təsərrüfat fəaliyyəti zamanı yaranan və onun pul vəsaitlərinin hərəkətinin formalaşması, bölüşdürülməsi və istifadəsi ilə bağlı olan iqtisadi münasibətlər kimi müəyyən edirlər. == Korporativ maliyyənin vəzifələri == Korporativ maliyyənin vəzifələrindən biri təşkilatın xərclərinin davamlı olaraq pul vəsaitləri ilə təmin edilməsidir. Təşkilatın təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsinin əsas mənbəyi onun öz kapitalıdır (nizamnamə kapitalı və mənfəət). Müəssisə aparmaq xərclərinin öz dövriyyə kapitalının həcmindən müvəqqəti artıq olması ilə təşkilat borc kapitalını cəlb edir. Uzunmüddətli ehtiyacları ödəmək üçün daha tez-tez istiqrazlar və ya səhmlər buraxılır və ya uzunmüddətli kreditlər alınır. Kreditin alınması və ya səhmlərin buraxılması ilə bağlı bu cür strateji qərarlar son nəticədə təşkilatın kapitalının strukturunu müəyyən edir . Qeyd etmək lazımdır ki, mənfəətin ənənəvi mühasibat göstəricisi iqtisadi mənfəət yaratmaq üçün istifadə olunan kapitalın cəlb edilməsi ilə bağlı fürsət xərclərini, həmçinin əlavə dəyər yaratmaq, dövriyyə vəsaitlərinin həcminə, kapital qoyuluşlarına nəzarət etmək üçün zəruri olan artımı nəzərə almır, lakin əsas vəsaitlərin və qeyri-maddi aktivlərin köhnəlməsi kimi qeyri-monetar göstəricini nəzərə alır, ona görə də bəzi maliyyə mütəxəssisləri şirkətin fəaliyyətinin əsas göstəricisi kimi gözlənilən diskontlaşdırılmış pul vəsaitlərinin hərəkətini seçirlər.
Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi – Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman yaradılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. == Fəaliyyəti == Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlanması və həyata keçirilməsi Dövlət maliyyəsinin idarə olunmasının təşkil edilməsi Dövlət və icmal büdcələrin layihələrinin hazırlanması Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi Dövlət borcunun idarə edilməsi Mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsi Dövlət büdcəsi vəsaitindən istifadə == Tabeliyindəki qurumlar == Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Dövlət Maliyyə Nəzarəti Xidməti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzi Məlumat-Hesablama Mərkəzi "Maliyyə və uçot jurnalı redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti === Maliyyə Elm-Tədris Mərkəzi === SSRİ Maliyyə Nazirliyinin "Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında" 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu" "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırılmışdır". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi yaradılmışdır. === Məlumat Hesablama Mərkəzi === Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Maliyyə Nazirliyinin 30 dekabr 1977-ci il № 716 əmrinə əsasən təşkil edilib və Respublika Dövlət müəssisəsi hesab edilir.1990-cı ilin yanvar ayından Maliyyə Nazirliyinin nəzdində tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyətə başlayıb.
Maliyyə Proqramlaşması
Maliyyə analizi
Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər: Əsas fəaliyyətinizi və yaxud fəaliyyətinizin bir hissəsini davam etdirmək və ya tam əksinə dayandırmaq; Öz məhsulunu hazırlamaq üçün müəyyən materiallar istehsal etmək və yaxud əldə etmək; Öz mallarınızın istehsalında müəyyən maşın və avadanlıqları əldə etmək və yaxud icarəyə vermək; Səhmləri buraxmaq və yaxud dövriyyə kapitalının artırılması üçün bank krediti haqqında danışıqlar aparmaq; İnvestisiya və yaxud kredit kapitalı ilə əlaqəli qərarlar qəbul etmək; Rəhbərliyə öz biznesinin həyata keçirilməsində müxtəlif alternativlər üzrə məlumatlı seçim etməyə imkan verən digər qərarlar qəbul etmək; == Şirkət səviyyəsində analiz == Maliyyə analitikləri tez-tez şirkətinin elementlərini aşağıdakı kimi qiymətləndirlər: Gəlirlilik – həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə gəlir əldə etmək və artımı saxlamaq qabiliyyətidir. Adətən, şirkətin gəlirlilik dərəcəsi şirkətin fəaliyyət nəticələri haqqında hesabat verən mənfəət və zərər hesabatına əsaslanır; Ödəmə qabiliyyəti – uzunmüddətli perspektivdə kreditorlar və başqa üçüncü şəxslər qarşısında öhdəliklərini ödəmək qabiliyyətidir; Likvidlik – təcili öhdəliklərin yerinə yetirilməsi zamanı müsbət pul axınını dəstəkləmək bacarığıdır; Stabillik – firmanın və yaxud şirkətin öz fəaliyyətini həyata keçirərkən əhəmiyyətli itkilərə məruz qalmadan, uzunmüddətli perspektivdə biznesdə qalmaq qabiliyyətidir. Şirkətin sabitliyinin qiymətləndirilməsi həm mənfəət və zərər hesabatının, həm də mühasibat balansının, həmçinin, başqa maliyyə və qeyri-maliyyə göstəricilərinin istifadəsini tələb edir. Həm ikinci, həm də üçüncü verilmiş şərtlər mühasibat balansına əsaslanır ki, bu da müəyyən bir vaxtda biznesin maliyyə vəziyyətini göstərir. == Üsullar == Maliyyə analitikləri tez-tez maliyyə göstəricilərini (ödəmə qabiliyyəti, gəlirlilik, artım və s.) müqayisə edirlər: Keçmiş göstəricilər – eyni şirkət üçün tarixi dövrlər üçün (məsələn, son 5 il ərzində) Gələcək göstəricilər – Tarixi şəxsiyyətlərdən və müəyyən riyazi və statistik üsullardan, o cümlədən indiki və gələcək dəyərlərdən istifadə etmək yolu ilə, bu ekstrapolyasiya üsulu maliyyə təhlilində səhvlərin əsas mənbəyidir, çünki keçmiş statistik məlumatlar gələcək perspektivlərin zəif proqnozlaşdırıcıları ola bilər. Müqayisəli göstəricilər – oxşar şirkətlər arasında müqayisə Maliyyə əmsallarının müqayisəsi maliyyə analizinin aparılmasının yalnız bir üsuludur. Maliyyə analitikləri faiz analizindən də istifadə edə bilərlər ki, bu da bir sıra rəqəmlərin bir baza məbləğindən faizlə azaldılmasını nəzərdə tuturdu.
Maliyyə bazarı
Maliyyə bazarı (lat. financia — mövcudluq, gəlir) — qiymətli kağızların, qiymətli metalların, valyutaların və digər investisiya alətlərinin borc alınması, buraxılması, alqı-satqısı ilə əlaqəli iqtisadi münasibətlər sistemi. Maliyyə bazarında kapitalın səfərbər edilməsi, kreditlərin verilməsi, mübadilə əməliyyatlarının həyata keçirilməsi və vəsaitlərin istehsalda yerləşdirilməsi mövcuddur. Fərqli ölkələrdən borc verənlərin və borcalanların kapitalına tələb və təklifin birləşməsi dünya maliyyə bazarını təşkil edir. Maliyyə bazarının tərkib hissələri bunlardır: kredit kapitalı bazarı (pul bazarı, kredit bazarı), valyuta bazarı, qiymətli kağızlar bazarı (ilkin, ikincil, üçüncü dərəcəli), sığorta və təkrarsığorta bazarı, qiymətli metal bazarı. Maliyyə bazarının işini şirkətlər, banklar və digər kredit və maliyyə təşkilatları, birjalar təmin edir. Fərdi şəxslərin maliyyə bazarındakı əməliyyatlarda iştirakı milli qanunvericiliklə müəyyən edilir. Ölkədən asılı olaraq, maliyyə bazarının tənzimlənməsi tək bir qurum (Rusiyada olduğu kimi) və ya bir neçə qurum tərəfindən idarə edilə bilər. == Tarixi == Dünya maliyyə bazarının elementləri feodalizm dövründə yenidən formalaşmağa başladı. Əmtəə-pul münasibətlərinin inkişafı və qiymətli kağızların meydana çıxması ilə kapital bazarı formalaşdı.
Maliyyə hesabatları
Maliyyə hüququ
Maliyyə hüququ — subyekti dövlət funksiyalarının həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyəsinin (dövlət və yerli özünüidarəetmə fondlarının vəsaitlərinin) formalaşması və xərclənməsi ilə bağlı münasibətlər olan hüquq normalarının sistemidir. Maliyyə hüququnun hüquq və hüquq elminin bir sahəsi kimi ayrılması əsasən postsovet dövlətləri üçün xarakterikdir. Romano-German hüquq ailəsi ölkələrində dövlət maliyyəsi tam hüquqlu ayrıca hüquq sahəsindən daha çox inzibati və ictimai hüquq çərçivəsində hüquqi tədqiqatların nisbətən müstəqil sahəsi kimi nəzərdən keçirilir. == Predmeti == Maliyyə hüququnun predmetinə əsasən vergi münasibətləri və müxtəlif səviyyələrdə büdcələrin formalaşdırılması və icrası üzrə fəaliyyətlər (dövlət vəsaitlərinin xərclənməsi, onların məqsədyönlü və səmərəli istifadəsinə nəzarət) daxildir. Sovet dövründə bank və sığorta sahəsində dövlət inhisarçılığı, o cümlədən valyuta inhisarı şəraitində müvafiq münasibətlərin tənzimlənməsi də maliyyə hüququna daxil edilirdi. İndi maliyyə hüququnun bir hissəsi kimi yalnız pul tədavülü və valyuta əməliyyatlarının tənzimlənməsinin nəzərə alınması nisbətən adi haldır, halbuki bank və sığorta işinin tənzimlənməsi mülki hüquq və inzibati hüquq elementləri olan mürəkkəb bir sahəyə çevrilmişdir. == Xüsusiyyətləri == həm inzibati, həm də təşkilati münasibətlərin (məsələn, büdcə vəsaitlərinin ayrılması) və dövlət və özəl qurumların mülkiyyət münasibətlərinin (vergi öhdəlikləri kimi) tənzimlənməsi; inzibati hüquqla sıx əlaqə: dövlət pullarının xərclənməsi istiqamətləri dövlət funksiyalarının icrasından ayrılmazdır; inzibati qanunvericiliyin və doktrinanın inkişafının müasir tələblərdən geri qaldığı şəraitdə öz təbiətinə görə inzibati hüquqa aid olan prosedurların postsovet maliyyə hüququ çərçivəsində formalaşdırılması; məsələn, vergi yoxlamaları və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə prosedurları belə formalaşdırıldı; tənzimləmə predmetinin parçalanması: məsələn, vergi münasibətləri maliyyə hüququnun predmetinə daxil edilir, əks münasibətlər, məsələn, büdcədən sosial ödənişlərlə bağlı olanlar isə sosial təminat hüququ çərçivəsində nəzərdən keçirilir; dövlət maliyyəsinin formalaşması və xərclənməsi ilə bağlı münasibətlərin hüquqi mahiyyəti pul dövriyyəsinin və valyuta əməliyyatlarının tənzimlənməsindən əsaslı şəkildə fərqlənir. == Ədəbiyyat == Нобель Петер. Швейцарское финансовое право и международные стандарты. М.: Инфотропик Медиа.
Maliyyə iqtisadiyyatı
Maliyyə iqtisadiyyatı — "pul fəaliyyətində cəmləşmə" ilə xarakterizə olunan iqtisadiyyatın bir hissəsidir ki, burada "əməliyyatın hər iki tərəfində bu və ya digər növ pullar görünə bilər". Beləliklə, real iqtisadiyyatla əlaqəli qiymətlər, faiz dərəcələri və səhmlər kimi maliyyə dəyişkənlərinin əlaqəsi ilə maraqlanır. İki əsas sahəyə malikdir: varlıq qiymətləri və korporativ maliyyə; birincisi kapital təmin edənlərin, yəni investorların, ikincisi kapital istifadəçilərinin baxış nöqtəsidir. Beləliklə, maliyyənin çox hissəsi üçün nəzəri əsaslar yaradır. Mövzu “iqtisadi məkanların həm məkanda, həm də zamanında qeyri-müəyyən bir mühitdə paylanması və yerləşdirilməsi” ilə əlaqədardır. Nəticə etibarilə, maliyyə bazarları və nəticədə ortaya çıxan iqtisadi və maliyyə modelləri və prinsipləri kontekstində qeyri-müəyyənlik qarşısında qərarların qəbul edilməsinə və qəbul edilə bilən fərziyyələrdən sınaq və ya siyasi nəticələr çıxarılmasına yönəlmişdir. Mikroiqtisadiyyat və qərar nəzəriyyəsinin əsasları üzərində qurulmuşdur. Maliyyə ekonometriyi, bu münasibətləri parametrləşdirmək üçün ekonometrik metodlardan istifadə edən maliyyə iqtisadiyyatının bir hissəsidir. Riyazi maliyyə, maliyyə iqtisadiyyatı tərəfindən təklif olunan riyazi və ya ədədi modelləri əldə edəcək və genişləndirəcəkdir. Burada iqtisadi nəzəriyyə ilə uyğunlaşmaqdan çox riyazi tutarlılığa diqqət yetirilir.
Maliyyə nəzarəti
Maliyyə nəzarəti — təsərrüfat subyektlərinin və rəhbərliyin fəaliyyətinin maliyyə və əlaqəli məsələlərini onun təşkilinin konkret forma və üsullarından istifadə etməklə yoxlamaq üçün tədbirlər və əməliyyatlar məcmusudur. == Mahiyyəti == Maliyyə nəzarəti təsərrüfat subyektlərinin fəaliyyətində maliyyə və onunla əlaqədar olan məsələlərin işlənməsi, həmçinin onun təşkilinin özünəməxsus metodlarının və formalarının dəyişməsi üzrə əməliyyatların məcmusudur. Maliyyə nəzarəti iqtisadiyyatda milli məhsulun natural və dəyər göstəriciləri tarazlığındakı pozuntuları, makro və mikro iqtisadi tənzimləmə prosesində bu və ya digər uyğunsuzluqları aşkara çıxarmaq üçün alət kimi istifadə olunur. Maliyyə nəzarəti sferasına pulun istifadə olunması ilə həyata keçirilən bütün əməliyyatlar daxildir. Bu zaman ilk növbədə maliyyə ehtiyatlarının formalaşdırılması, həmçinin. fəaliyyətin bütün növləri üzrə pul vəsaitləri fondlarının qarşılıqlı əlaqələri qeyd edilməlidir Konkret olaraq maliyyə nəzarətinə aşağıdakı istiqamətlər daxildir: iqtisadi qanunların tələblərinə nəzarət olunması məcmu ictimai məhsulun dəyərinin və milli gəlirin bölgüsü və yenidən bölgüsü büdcənin tərtib edilməsi və büdcə nəzarəti vergi nəzarəti Sadalanan istiqamətləri baxımından maliyyə nəzarəti aşağıdakıların düzgünlüyünü əhatə edir: dəyər göstəricilərinin formalaşmasının və təsərrüfat subyektlərinin fəaliyyətinin maliyyə nəticələrinin büdcənin və büdcədənkənar fondların tərtib olunmasının və icrasının qeyri-kommersiyatəşkilatlarınınsmetasınınxərclənməsinin büdcə vəsaitlərinin məqsədli istifadəsinin vergi ödənişlərinin, vergi ayırmalarının tamlığının və vaxta müvafiqliyinin D. Q. Çernik maliyyə nəzarətinin mahiyyətini bu qaydada açıqlayır: "Maliyyə nəzarəti maliyyənin nəzarət funksiyasının həyata keçirilməsinin forması kimi çıxış edir. Onun məzmunu və təyinatı təsərrüfat subyektlərinin, sahə (idarə) və ərazi idarəetmə subyektlərinin maliyyə fəaliyyətinin yoxlanılmasından ibarət olur. Maliyyə nəzarəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir: maliyyə vəsaitlərinə olan tələbatlar və vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsi; dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin tam və vaxtında təmin edilməsi; müəssisə və təşkilatların pul vəsaitlərindən səmərəli istifadə olunmasına, uçot və hesabat işlərinin düzgün qurulmasına kömək etmək; qüvvədə olan qanunvericilik və normativ aktlara riayət olunmasına nəzarəti gücləndirmək; müəssisələrin xarici-iqtisadi fəaliyyətində yüksək fəallığa nail olunmasına köməklik etmək Beləliklə, demək olar ki, maliyyə nəzarəti – xüsusi forma və üsul tətbiq etməklə təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanması məcmusundan ibarətdir == Məzmunu == Məlumdur ki, maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi, gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri stimullaşdırır, nizamlayır və möhkəmləndirir. Maliyyə bölgü kateqoriyası olduğundan onun bölgüdə iştirakı şəksizdir.
Maliyyə piramidaları
Piramida sxemi (Ponzi sxemi) — sərmayə qoymaq, mal satmaq və ya xidmətlər göstərməklə deyil, sxemdə iştirak edənlərin sayını artırmaqla nağd ödəmələr və ya başqa bir gəlir forması vədinə əsaslanan iş modeli. Sxem üzvlərinin sayı həndəsi irəliləmənin qanunlarına görə artdıqca, üzvlərin çoxunun qazanc əldə edə bilməməsi səbəbindən yeni gələnləri cəlb etmək mümkün olmayacaq. Piramida sxemləri qeyri-sabitdir və çox vaxt qanunsuzdur. Bir neçə pilləli marketinq planları piramida sxemləri kimi təsnif edilmişdir. == Konsepsiya və əsas modellər == Piramida sxemlərində təşkilatçılar müraciət edənləri işi qəbul etdikləri yeni üzvlərdən aldıqları pulun bir hissəsini yeni üzvlərə vəd edərək giriş haqqı ödəməyə məcbur edirlər. Toplanan vəsaitlərin bir hissəsi, hər hansı bir real iş görüb-etməməsindən asılı olmayaraq sxemin faydalı olduğu təşkilatçıların gəlirləridir. Sxemə üzvlüyün özü yeni gələnləri cəlb etməyə və piramidanın zirvəsinə pul köçürməyə davam etmək üçün güclü bir təşviq olur. Belə təşkilatlar nadir hallarda mal və ya xidmətləri real qiymətə satırlar. Bu sxem üçün əsas gəlir mənbəyi çox sayda yeni gələnləri cəlb etmək və ya mövcud üzvlərdən əlavə ödəniş tələb etməkdir. Piramidaların davranışı eksponent bir böyümə cədvəlini çox yaxından izləyir.
Maliyyə qrupu
Maliyyə qrupu, Maliyyə-sənaye qrupu - qanunla nəzərdə tutulmuş qayda və şərtlərə uyğun olaraq, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə əsasında öz aktivlərini tamamilə və ya qismən birləşdirmiş hüquqi şəxslərin (əsas və törəmə müəssisələrin) məcmusudur. Tərkibində xarici hüquqi şəxslərin iştirak etdiyi maliyyə-sənaye qrupu transmilli maliyyə-sənaye qrupu hesab olunur. Hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupları dövlətlərarası (beynəlxalq) maliyyə-sənaye qrupu statusuna malik olur. Maliyyə-sənaye qrupuna muəssisələr, idarələr, təskilatlar, maliyyə-kredit idarələri, investisiya institutları daxil olur. Maliyyə-sənaye qrupları texnoloji və ya iqtisadi məqsədlərlə, əmtəə və xidmətlər satısının genisləndirilməsinə və rəqabət qabiliyyətinin yuksəldilməsinə yonəldilmis investisiya və digər layihə və proqramların həyata kecirilməsi ucun; istehsalın səmərəlilik və rəqabət qabiliyyətinin yuksəldilməsi, yeni is yerlərinin təskili ucun; səmərələsdirici kooperasiya əlaqələrinin yaradılması, ixrac potensialının artırılması, elmi-texniki tərəqqinin surətləndirilməsi, mudafiə muəssisələrinin konversiyası ucun yaradılır.