Mantissa
Mantissa (ing.mantissa, ru.мантисса)- loqarifmli hesablamalarda: 10 əsaslı loqarifmin müsbət onluq hissəsi. Məsələn, 16-nın onluq loqarifmi 1.2041-dir; xarakteristikada (tam hissə) – 1, mantissa (kəsr hissə) isə 0.2041-dir. Sürüşkən nöqtəli yazılışda mantissa ədədin qiymətli rəqəmlərini ifadə edən hissəsidir. Məsələn, 640000 ədədinin sürüşkən nöqtəli şəkli 6.4E+05, burada mantissa – 6.4, tərtib (E+05) isə 640000 ədədini almaq üçün 6.4-ün yüksəldiləcəyi 10-nun qüvvətini göstərir.
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.