manyaklıq
maoçu
OBASTAN VİKİ
Manyerizm
Manyerizm (ing. Mannerism) və yaSon İntibah (ing. Late Renaissance) — Avropa incəsənətində İtaliya Yüksək intibah dövrünün son mərhələsinə verilən ad. Manyerizm dövrü 1520-ci illərdən başlamaqla XVI əsrdə barokko dövrü ilə əvəz olunana kimi davam etmişdir. Şimal manyerizmi XVII əsrin əvvəllərinə kimi davam etmişdir. Stilistik baxımdan Manyerizm özündə Leonardo da Vinçi, Rafael və Mikelancelonun erkən yaradıcılıq dövrünün çoxsaylı yanaşmalarını və harmonik ideallarını birləşdirir. Yüksək İntibah incəsənəti nisbət, tarazlıq və ideal gözəlliyi vurğuladığı halda, Manyerizm bu xüsusiyyətləri asimmetrik və qeyri-təbii eleqant hala qədər çoxaldır. Bu stil yüksək intellektual dəqiqliyi və süni (naturalizmin əksinə olaraq) keyfiyyətləri ilə fərqlənir. Erkən intibah rəsmlərindən fərqli olaraq, bu xüsusiyyət Manyerizm əsərlərində balans və aydınlıq əvəzinə kompozisiya gərginliyi və qeyri-stabilliyin yaranmasını təşviq edir. Ədəbiyyat və musiqidə Manyerizm yüksək tərəqqi etmiş stil və intellektual dəqiqliyi ilə seçilir.