Maria

die : Jungfrau ~ Həzrəti Məryəm
marginal
Marihuana
OBASTAN VİKİ
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Maria Adanez
Maria Adanez Almenara (isp. María Adánez Almenara; 12 mart 1976, Madrid) — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri.
Maria Farantouri
Maria Farantouri - (yun. Μαρία Φαραντούρη, 28 noyabr 1947-ci il, Afina) — Yunanıstan müğənnisi və ictimai xadimi. Yunan musiqisinin dirçəlişində mühüm rol oynayıb. Bəstəkar Mikis Theodorakis ilə əməkdaşlığı ilə tanınır. Böyük səs diapazonuna və əla dramatik ifaya malikdir. 1967-ci ildə qurulumuş Yunanıstan hərbi xuntasına qarşı mübarizəsi ilə də tanınır. Onun haqqında Londonun "Guardian" qəzeti yazırdı: "Onun səsi Olympus və Tanrılardan bir hədiyyədir". Maria Farantourinin tərcümeyi-halı (yunan dilindən tərcümə).
Maria Feliks
Maria Feliks (isp. María Félix; 4 may 1914, Alamos[d], Sonora – 8 aprel 2002[…], Mexiko) — meksikalı aktrisa.
Maria Komnenos
Maria Komnenos (ö. 1408) — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Trabzonda doğulmuşdur. Atası imperator Bazildir. 1352-ci ildə Fəxrəddin Qutlu bəy ilə evlənmişdir. 29 avqust 1358-ci ildə Trabzona getmiş, bacısı Teodora Çəlbiyyəli Hacı Əmir ilə evlənəndə ona türklərin adətləri haqqında məlumat vermişdir. Belə bir ziyarət 1365-ci ildə yenə baş vermişdi. Bizans tarixçisi Panakretos bu barədə yazır:Eyni ilin avqustunda, 6860 [1352], İmperatorun bacısı Maria Böyük Komnenos, ’Αμιτιώται’lərin emiri ve Τουραλή [Turali]nin oğlu Χουτλουπέκης [Qutluq bəy] ilə evlənməyə getdi.
Maria Pedraza
Maria Pedraza (isp. María Pedraza; 26 yanvar 1996, Madrid, İspaniya) — İspaniya aktrisa, model və balerinası. Əsasən Pul soyğununda Alison Parker və Seçilmişlər serialında Marina Osuna rolunu canlandırmaqla tanınmışdır. Maria Pedraza 26 yanvar 1996-cı ildə İspaniyanın Madrid şəhərində anadan oldu. 8 yaşında Nacional de Danza Mariemma-da klassik rəqs təhsili almağa başladı. Konservaturiyada rəqs dərslərinə davam edərək, 18 yaşına qədər aktrisalıq dərsləri də aldı. Aktrisa olaraq ikinci layihəsi, İngiltərənin İspaniyadakı səfirinin qızı Alison Parkeri məşhur Atresmedia serialı olan La casa de papeldə canlandırdı. Daha sonra Netflix tərəfidən alınması, aktrisaya həm milli həm də beynəlxalq tanınma gətirdi. Həmin il, RTVE tərəfindən rəqəmsal platforma olan "Playz" platforması üçün istehsal olunan və Alba Ruiz Alonso və Cristina Romeronun rollarını canlandıran interaktiv internet serialı olan Si fueras tú ("Sən olsaydın") heyətinin bir hissəsi idi. 2018-ci ilin əvvəlində Maria Pedrazanın, La Casa de Papel aktyor heyəti Miguel Herrán və Jaime Lorente ilə birlikdə Netflixin ikinci Elite adlı orijinal İspan serialında yer alacağı açıqlandı.
Maria Ressa
Mariya Anqelita Ressa (ing. Maria Angelita Ressa; 2 oktyabr 1963, Manila) — Filippin-ABŞ jurnalist və yazıçı, "Rappler" internet xəbər saytının həmtəsisçisi və baş direktoru. İlk Filippinli Nobel Mükafatı laureatı (2021). Mariya Ressa 2 oktyabr 1963-cü ildə Manilada anadan olub. Atasını bir yaşında itirmişdir. Anası bundan sonra amerika vətəndaşı ilə ailə qurduğundan Mariya Angelita 1973-1986-ci illərdə ABŞ-də yaşamışdır. Burada o, Prinston Universitetində təhsil almışdır. Mariya Anqelita, 1986-cı ildə "Sarı İnqilab"dan sonra vətəninə qayıtmış və televiziyada işləməyə başlamışdır. 1987-1995-ci illərdə Manilada CNN yerli bürosuna, 1995-2005-ci illərdə Cakartadakı CNN bürosuna rəhbərlik etmişdir. 2005-ci ildən Filippinin ABS-CBN (şirkət) yayım xidmətinin xəbər xidmətinə rəhbərlik etmşdir.
Maria Luz insidenti
Maria Luz insidenti (マリア・ルス号事件, Maria-Rusu go Jiken) – 1872-ci ildə çinli işçiləri daşıyan eyniadlı ticarət gəmisinə görə Yaponiya ilə Peru arasında yaşanmış siyasi böhran. Bu insident Yaponiyanın məhkəmə sisteminin müstəqilliyini sınayan ilk hadisə olmuşdur. 9 iyul 1972-ci ildə Makaodan Kalyao şəhərinə gedən və çinli işçiləri plantasiyalara aparmaqda olan Peruya məxsus Maria Luz yük gəmisi təmir məqsədilə Yaponiyanın Yokohama limanına yaxınlaşır. Gəmi Yokohamada lövbər atdıqdan sonra çinli işçilərdən biri göyərtədən tullaraq Britaniyaya məxsus Iron Duke gəmisinə üzür. İngilislər onu yapon rəsmilərinə təslim edəndə çinli fəhlə gəmidə ona çox pis davranıldığı barədə şikayət edir, o və digər 231 çinli işçinin qorunmasını xahiş edir. Gəminin kapitanı Rikardo Herrera yapon rəsmilər tərəfindən çağırılır və çinli fəhlələrə pis davrandığı üçün tənqid edilir. Buna baxmayaraq, başqa bir çinli işçi də gəmidən qaçır və hadisə Britaniyanın Yaponiyadakı konsulu Robert Qrant Uotsonun qulağına çatır. Uotson gəmini ətraflı şəkildə tədqiq edir və hadisənin həqiqiliyini təsdiq edir. O, çinli sərnişinlərə az qala qul kimi davranıldığını müəyyən edir. Uotson Yaponiyanın xarici işlər naziri Soecima Taneomiyə yaxınlaşaraq tədbir görməsini xahiş edir.
Maria Maqdalena Keveriç
Maria Maqdalena Keveriç (19 dekabr 1746 – 17 iyul 1787, Bonn, Köln[d]) — bəstəkar Lüdviq van Bethovenin anası idi. O, 1746-cı ildə Almaniyanın Reyn çayının qarşı tərəfində yerləşən Koblens şəhəri ilə qarşı-qarşıya yerləşən Erenbreytşteyn kəndində anadan olmuşdur. Onun valideynləri Yohan Henrix Keveriç (1701–1759) və Anna Klara Vestorff (1707–1768), 1731-ci ildə ailə həyatı qurmuşlar. 1733-cü ildən etibarən Yohan Erenbreytşteyndə yerləşən məhkəmə binasında baş aşpaz olmuşdur. Onların altı uşaqlarının ən gənci Maria Maqdalena idi. 30 yanvar 1763-cü ildə o Yohan Georq Leym ilə ailə qurmuş, lakin o, 1765-ci ildə həlak olmuşdur. 12 noyabr 1767-ci ildə o, Bonn şəhərində yerləşən Remiqius kilsəsində Yohan van Bethoven ilə ailə qurmuşdur. Yohanın atası Köln prensliyində kapelmeyster işləyirdi və Yohan burada saray musiqiçisi işləyirdi. Yohan və Maria van Bethovenin yeddi uşaqları olmuşdur: gələcəkdə bəstəkar olacaq Lüdviq ikinci, 1770-ci ildə doğulmuşdur. Maria 1787-ci ildə 40 yaşında, Bonn şəhərində vərəm xəstəliyindən dünyasını dəyişmişdir.
Anna Maria Jopek
Anna Mariya Yopek (14 dekabr 1970, Varşava) — Polşa caz müğənnisi. 14 dekabr 1970-ci ildə Varşavada doğulub. Ale jestem (1997) Szeptem (1998) Jasnosłyszenie (1999) Dzisiaj z Betleyem (1999) Bosa (2000) Barefoot (international edition of Bosa) (2002) Nienasycenie (2002) Upojenie (feat.
Anxel Di Maria
Anxel Di Maria (14 fevral 1988, Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Yuventus klubunun və Argentina milli futbol komandasının yarımmüdafiçəsi.
Bianka Maria Pitchinino
Bianka Mariya Pitçinino (29 yanvar 1924, Triest, İtaliya) — İtaliyalı ictimai xadim., RAI Italiana bürosunun jurnalisti. == Həyatı == Bianka Mariya Pitçinino 29 yanvar 1924-cü ildə İtaliyanın Triest şəhərində anadan olub.
Chenopodium sancta-maria
Ambroziyayabənzər disfaniya (lat. Dysphania ambrosioides) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü. Ambrina ambrosioides (L.) Spach Ambrina ambrosioides var. anthelmintica (L.) Moldenke Ambrina anthelmintica (L.) Spach Ambrina incisa Moq. Ambrina parvula Phil. Ambrina spathulata Moq. Atriplex ambrosioides (L.) Crantz Atriplex ambrosioides f. minus Aellen Atriplex anthelmintica (L.) Crantz Blitum ambrosioides (L.) Beck Botrys ambrosioides (L.) Nieuwl. Botrys anthelmintica (L.) Nieuwl. Chenopodium album subsp.
Covanni Maria Ancolello
Covanni Maria Ancolello – Venesiya səyyahı. 1470-ci ildə Ancolello osmanlı sultanı II Mehmed tərəfindən əsir götürülərək İstanbula gətirilmişdir. Osmanlılarla Ağqoyunlular arasında baş vermiş döyüşlərdə, həmçinin Fateh sultan Mehmedin digər yürüşlərində iştirak etmişdir. 1475–81-ci illərdə Osmanlı dövlətində müxtəlif vəzifələrdə çalışmışdır. 1484-cü ildə Venesiyaya qayıtmış, 1507-ci ildə isə Səfəvilər dövlətinə gəlib 7 il burada yaşamışdır. Ancolellonun ən məşhur əsəri "İranda Uzun Həsənin həyatı və əməllərinin qısa hekayəsi"dir. "Türk tarixi" adlı əsəri Osmanlı tarixinin 1300–1520-ci illərini əhatə edir. "Eyriboz səyahət naməsi"ndə isə Ancolello Osmanlı dövlətinin hökumət və ordu strukturu haqqında məlumat verir. Onun əsərləri Osmanlı, Ağqoyunlu və Səfəvi tarixi üçün mühüm mənbədir.
Ana Maria Savu
Ana Maria Savu — SCM Gloria Buzau (qadın həndbolu) və Rumıniya milli komandasının həndbolçusu. Ana Maria Draqut Darabanidə həndbolu əsaslarını öyrəndi , və ibtidai məktəbi bitirdikdən sonra, məktəblərarası idman tədbirində diqqət çəkdikdən sonra Botosanda idman şöbəsi ilə liseydə təhsilini davam etdirdi. Ana Maria Savu LPS Botosani komandasında o qədər yaxşı çıxış etdi ki, o, Rumıniyanın yaş qrupu üzrə milli komandasına da dəvət edildi. O, 11-ci sinifdən Brasovda oxuyub və CS Urban Brasov-da çıxış edib. 2008-ci ildə o, CSM Roman ilə müqavilə bağladı və burada özünü böyüklər arasında göstərə bildi. Bir ildən sonra o, Dunărea Brăila tərəfindən təsdiqləndi, burada o, Neptun Constanța-da bir icarə də daxil olmaqla beş mövsüm keçirdi. 2014 və 2016-cı illər arasında o, Unirea Slobozia-nın oyunçusu idi və sonra iki il HC Zalău-da keçirdi. 2018-ci ilin yayında o, Macarıstana, Kisvárdai KC komandasına keçid etdi. 2009-cu ildə Macarıstanda təşkil olunmuş gənclər arasında dünya çempionatında iştirak etmişdir. O, Rumıniya millisində 2017-ci ildə debüt edib.
Rosa Maria Rössler
Roza Mariya Rössler (alm. Rosa Maria Rössler‎; 1901 – 1954) — Avstriya əsilli həkim. O, Jozef və Maria Vimmerin qızı idi. Rosa Maria Rössler orta təhsilini 1920-ci ildə Gmundendə başa vurdu. O, əvvəlcə Qrats Universitetində, sonra isə Vyana Universitetinin Tibb Fakültəsində təhsilini tamamladı. Həmçinin, ixtisası üzrə İnsbruk Universitetində tibb təhsilini davam etdirib. 20 iyul 1927-ci ildə Vyana Universitetində bütün tədris prosesi başa çatdı. 1935-ci ildə nasist rejiminin tətbiqləri nəticəsində Avstriyanı tərk etmək məcburiyyətində qaldı. Rössler Türkiyəyə ilk dəfə 1934-cü ildə gəldi, lakin 1937-ci ildə daimi yaşayış yerini təmin edə bildi. İstanbul Universiteti Tibb Fakültəsində işləməyə başladı.
Santa Maria del Fiore
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə. 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Thomas Ignatius Maria Forster
Tomas İqnatius Mariya Forster (ing. Thomas Ignatius Maria Forster; 9 noyabr 1789, London; 2 fevral 1860, Brüssel) – İngiltərə astronomu və təbiətçisi. Researches About Atmospheric Phenomena (London, 1812; 2nd ed., 1823) Reflections on the Destructive Operation of Spirituous Liquors (London, 1812); Pocket Encyclopedia of Natural Phenomena (from his father's MSS., 1826); Beobachtungen uber den Einfluss des Luftdruckes auf das Gehor (Frankfurt, 1835); Observations sur l'influence des Cometes (1836); Pan, a Pastoral (Brussels, 1840); Essay on Abnormal Affections of the Organs of Sense (Tunbridge Wells, 1841); Annales d'un Physicien Voyageur (Bruges, 1848); The Gentleman's Magazine qəzetinin bəzi saylarındakı məqalələr. A Synoptical Catalogue of British Birds: Intended to Identify the Species Mentioned by Different Names in Several Catalogues Already Extant.
Maria Dolores del Rio
Maria Dolores del Rio — meksikalı siyasətçi. Müxtəlif vəzifələrdə çalışan Maria Dolores del Rio hal-hazırda dövlət koordinatoru vəzifəsində çalışır. 2009-2012-ci illərdə o, Sonoranı təmsil edən Meksika Konqresinin LXI Qanunvericilik Assambleyasının müavini vəzifəsində çalışıb. Siyasətçi, həmçinin 2003-2006-cı illərdə Hermosillo bələdiyyəsinin prezidenti vəzifəsində çalışıb. O, indi Sonoradakı Ciudadano Hərəkatının dövlət koordinatorudur.
Cunila mariana
Cunila origanoides (lat. Cunila origanoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin cunila cinsinə aid bitki növü.
Cypripedilon marianus
Əsl zöhrəçiçəyi (lat. Cypripedium calceolus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. Calceolus marianus Crantz, 1769 Cypripedium boreale Salisb., 1796, nom. illeg. Cypripedium ferrugineum Gray, 1821, nom. illeg. Cypripedium atsmori C.Morren, 1851 Cypripedium cruciatum Dulac, 1867, nom. illeg. Calceolus alternifolius St.-Lag., 1880 Cypripedium alternifolium St.-Lag., 1880, nom. illeg.
Cypripedium victoria-mariae
Paphiopedilum victoria-mariae (lat. Paphiopedilum victoria-mariae) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Cypripedium victoria-mariae Sander ex Mast. (basionym) Paphiopedilum chamberlainianum f.
Herrania mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Inula mariae
Inula mariae (lat. Inula mariae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Jurinea mariae
Jurinea mariae (lat. Jurinea mariae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Mariam Lordkipanidze
Mariam Lordkipanidze (gürc. მარიამ ლორთქიფანიძე; 28 avqust 1922, Batum, Acarıstan MSSR, Gürcüstan SSR – 8 yanvar 2018, Tbilisi) — sovet və gürcü tarixçisi, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki (1963), tarix elmləri doktoru (1963), professor. 1988 ildən Tbilisinin fəxri sakini.
Mariama Sou
Mariama Sou (19 may 2000) — Qvineyalı üzgüçü. Mariama Sou Qvineyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mariama Sou birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 39.85 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Marian Reevskiy
Marian Reevskiy (pol. Marian Adam Rejewski) — polşalı riyaziyyatçı və kriptoqraf. O 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji Rojiskiy və Henrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra ikinci dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib. 1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi.
Marian Reyevski
Marian Reevskiy (pol. Marian Adam Rejewski) — polşalı riyaziyyatçı və kriptoqraf. O 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji Rojiskiy və Henrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra ikinci dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib. 1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi.
Marian Slavik
Marian Slavik (6 fevral 1946) — Rumıniyalı keçmiş üzgüçü. Marian Slavik Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında 3 yarış növündə təmsil etdi. Marian Slavik birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.35 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Marian adaları
Marian adaları (çamor. Islas Mariånas, ing. Mariana Islands), XX əsrə qədər Ladron adaları (isp. Islas de los Ladrones — Oğru adaları) — adalar Sakit okeanda Mikroneziyada yerləşir. Arxipelaq öz növbəsində 15 iri və bir necə kiçik adalardan ibarətdir. Adaların ümumi sahəsi 1018 km², əhalisi 213 241 nəfər (2010) təşkil edir. Adalar inzibati cəhətdən iki subyekdə burləşdirilmişdir: Quam' adası' (541 km²) və Şimali Marian adaları (477 km²). Adalar Filippindən və Papua Yeni Qvineyadan 2500 km cənubda yerləşir. Adalar 12 və 21 dərəcələr arasında 800 km məsafədə uzanır. Tərkibinə daxil olan iri adalar: Aqiqan, Arqiqan, Alamaqan, Anatahan, Asunson, Quam, Ququan, Mauq, Paqan, Rota, Saypan, Sariqan, Tinian, Faralom-de-Mediniliya və Faralon-de-Paharos.
Marian plitəsi
Marin plitəsi — elə də böyük olmayan litosfer plitəsi olub Marian novunun qərbində yerləşir. Litosfer plitəsi üzərində Marian adaları yerləşir. 0,01037 steradion sahəyə malikdir. Bəzən Filippin plitəsinin tərkib hissəsi kimi götürülür. Filippin plitəsi və Sakit okean plitəsi ilə sərhəddə malikdir. Cənub hissədə Marian, şimal-şərqdə isə İcu-Oqasavar novları yerləşir.
Marian çökəkliyi
Marian çökəkliyi — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb. Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir. Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir.
Marian İllinq
Marian İllinq (d. 12 fevral 1974) — Kanadanı təmsil edən su poloçusu. Marian İllinq, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Mariana Duarte
Mariana Duarte (d. 5 sentyabr 1996) — Braziliyanı təmsil edən su poloçusu. Mariana Duarte, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
The Empty Box and Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
The Empty Box and the Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".