Mariya Kallas
Mariya Kallas (yun. Μαρία Κάλλας, doğum şəhadətnaməsindəki adı — Sofiya Seseliya Kalos, ing. Sophia Cecelia Kalos, xaç suyuna çəkilərkən aldığı ad Anna Mariya Sesiliya Sofiya Kaloqeropulos, yun. Άννα Μαρία Καικιλία Σοφία Καλογεροπούλου; 2 dekabr 1923[…], Nyu-York, Nyu-York ştatı – 16 sentyabr 1977[…], Paris) — yunan əsilli Amerika opera müğənnisi, soprano. XX əsrin ən məşhur opera müğənnilərindən biri. O, ifadəli belkanto texnikasına, geniş səs diapazonuna və böyük artistlik istedadına sahib idi. Onun repertuarına klassik operalardan tutmuş Donizetti, Bellini, Rossini, Verdi və Puççininin bel-kanto operaları daxil idi.
O, özünün nəzərəçarpan musiqi və artistik qabiliyyətlərinə görə La Divina (azərb. İlahə) ləqəbinə layiq görülmüşdü.
== Həyatı ==
Mariya Kallas Nyu-Yorkda yunan mühacir valideynlərinin ailəsində anadan olub.