Marka

1) Qədim Almaniyada tədavülə buraxılan qızıl monet və pul-hesablaşma vahidi; 2) 2002-ci ilə qədər Almaniyanın milli pul vahidi, DEM; 3) 2002-ci ilə qədər Finlandiyanın milli pul vahidi, FİM.
Marjin Ticarət
Market-Meyker
OBASTAN VİKİ
Marka
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Mersedes (marka)
Mersedes — 1901–1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir. 1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciri və Avstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir. Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri "Mersedes" adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.
Qızıl marka
Qızıl marka (alm. Goldmark‎) — Almaniya imperiyası və Veymar Respublikasının pul vahidi. Valyutanın rəsmi adı "marka"dır (alm. Mark‎). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduqdan sonra, 1871-ci il tarixli pul qanunu ilə "marka" adlı yeni pul vahidi tətbiq edildi. 43 il boyunca onun məzənnəsi dəyişməz olaraq qaldı və 1 marka 0,358425 qr təmiz qızıl demək idi. Alman imperatorluğunun 4 Avqust 1914-cü ildə Birinci Dünya Müharibəsinə girməsindən 3 gün sonra sikkələr və əskinasların qızılla sərbəst dəyişdirilməsi dayandırıldı. Ardınca gələn inflyasiya kağız pulların tamamilə ucuzlaşmasına səbəb oldu. 1917-ci ilin əvvəlində qızıl sikkələr 1,3 kağız marka = 1 qızıl nisbətində dəyişdirilirdisə, 1919-cu ildə nisbət artıq 14,5 kağız markaya bərabər oldu. Hiperinflyasiya ona gətirdi ki, 1923-cü ildə yeni renta markanı 1 trilyon kağız markaya dəyişdirirdilər.
Yves Saint Laurent (marka)
Yves Saint Laurent (YSL), həmçinin Saint Laurent (2012-ci ildən), 1961-ci ildə İv Sen Loran və tərəfdaşı Pierr Berje tərəfindən qurulan Paris yüksək moda evidir. 1999-cu ildən moda evi Gucci qrupuna məxsusdur, o da öz növbəsində Kering holdinqinə məxsusdur. Kolleksiyanın hazırkı dizayneri Entoni Vaccarellodur. Yves Saint Laurent moda evində bir sıra əfsanəvi əşyalar istehsal edib: "Mondrian" don, Le Smoking qadın smokinləri, safari gödəkçələri və şəffaf paltarlar. “Vogue” jurnalı yazır ki, Yves Saint Laurent 1960-1970-ci illərdə kişi və qadın, yüksək və alçaq, klassik və avanqardın yenilikçi kombinasiyası ilə moda dünyasını alt-üst etdi: “Qadınlara şalvarlı kostyumları geyindirən, hərbi formanı və milli geyimləri gündəlikdə istifadə edən və hazır dizayner geyimlərini kütləyə çatdırdı məhz o olmuşdur”. Modelyerin özünün dediyinə görə, müasir qadının qarderobunu o yaradıb. Yves Saint Laurent 1961-ci ilin iyulunda dizayner İv Sen Loran və onun ortağı Pierr Berje tərəfindən təsis edilmişdir. Noyabr ayında Sen Loran və Berje şirkətin 80%-i müqabilində Atlantalı iş adamı Mac Robinsonun 700.000 dollar sərmayə yatırmasına razılaşdılar. YSL-in ilk kolleksiyası 1962-ci ilin yanvarında nümayiş etdirildi. Ev üçün loqoları 1963-cü ildə A.M. Kassandr hazırlanmışdır.
Marka (dəqiqləşdirmə)
Marka — brend.
Marka albomu
Marka albomu – poçt markası kolleksiyasını saxlamaq və nümayiş etdirmək üçün istifadə olunan kitab. İlk marka albomları 1862-ci ildə Paris şəhərində Castin Lallier tərəfindən buraxılmışdır. Rusiya imperiyasında ilk poçt markası 1866-cı ildə təqdim olunmuşdur. İngiltərədə ilk poçt markası albomu isə Edvard Opper tərəfindən buraxılmışdır. Tipik marka albomu ölkə adlarının yazıldığı vərəqlərdən ibarət olur; markaları buraxılış tarixi üzrə yerləşdirmək üçün müəyyən olunmuş yerlər qoyulur. Əhatəli "dünyəvi" marka albomları 30 və ya daha artıq cilddən ibarət olur və 100.000-dən çox marka saxlamaq üçün yerə malikdir. Lakin kolleksiyaçıların çoxu daha kiçik, daha yığcam albomlardan istifadə edir. Boş albomlar isə heç bir yazının olmadığı, folio-vərəqlərdən ibarət albomlardır. Bu albomlar kolleksiyasını istədiyi kimi düzmək istəyən kolleksiyaçılar üçün nəzərdə tutulub. Markaları albomda yerləşdirmək üçün xüsusi yapışdırıcı materialdan istifadə olunur.
Eduard Markarov
Eduard Markarov (20 iyun 1942, Bakı) - erməni əsilli Azərbaycan futbolçusu. Eduard Markarov 1942-ci il iyunun 20-də Bakıda doğulub. Futbol oynamağa Azərbaycan paytaxtının "Lokomotiv" gənclər komandasında başlayıb, daha sonra Armavir (Rusiya) "Torpedo"sunda forma geyib. 1961–1970-ci illərdə Bakının Neftçi Bakı komandasının şərəfini qoruyub. 1971–1975-ci illərdə İrəvanın "Ararat" komandasında oynayıb. SSRİ yığma komandasının heyətində 3 rəsmi oyuna çıxmış E.Markarov 159 qolla Qriqori Fedotov klubunun üzvüdür. Məşhur hücumçu SSRİ birinciliyinin bürünc (1966), gümüş (1971) və qızıl (1973) medallarının sahibidir. 1973-cü ildə SSRİ Kubokunu qazanıb. SSRİ yığmasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub. Məşqçi karyerasına İrəvanda başlayan E.Markarov bir müddət Livanda çalışıb.
Gürcüstanın poçt markaları və poçt tarixi
Poçt markaları və Gürcüstan poçtunun tarixi— Bu poçt markalarına və Gürcüstan poçtunun tarixinə bir baxışdır. Gürcüstan Avrasiyanın Qafqaz bölgəsində yerləşir. Şərqi Avropa ilə Qərbi Asiyanın qovşağında yerləşir, qərbdə Qara dənizlə, şimalda Rusiya ilə, cənubda Türkiyə və Ermənistanla, şərqdə isə Azərbaycanla həmsərhəddir. Gürcüstan 69.700 km² ərazini əhatə edir və 4.385 milyon əhalisi var. XIX əsrin əvvəllərində Gürcüstan Rusiya İmperiyasına birləşdirildi. 1917-ci il Rus İnqilabından sonra qısa bir müstəqillik dövründən sonra, 1921-ci ildə Bolşevik orduları tərəfindən işğal edilmiş və 1922-ci ildə Sovet İttifaqına daxil edilmişdir. 1991-ci ildə Gürcüstanın müstəqilliyi bərpa edildi. Gürcüstan Demokratik Respublikası olaraq Gürcüstanın ilk markaları 26 may 1919-cu ildə buraxıldı. Növbəti seriya 1921-ci ildə çıxdı. 1922-ci ilin yanvar və fevral aylarında Gürcüstanın Sovet Respublikasına üzvlüyünə dair beş markalı seriya buraxıldı.
Markakol
Markakol — Şərqi Qazaxıstan vilayəti ərazisində yerləşən göl. Markakol gölünün suyu şəffafdır. Kənarları körfəzlərlə zəngindir. Bəzi hissələrdə sahillərini meşələr örtmüşdü, bəzi hissələrdə isə qayalıqlarə sahilləri təşkil edir., Markskol növu Kurçum və Azutau silsilələri ilə əhatələnmişdir. Göl ovalvsri firmaya malik olaraq şimal-mşərqdən cənub-qərbə istiqamətlənir. Dəniz səviyyəsindən 1447 meyr hündürlükdə qərarlaşır. Gölün uzunluğu 38 km, eni isə 19 km təşkil edir. Sahəsi 455 km², sahil xəttinin uzunluğu 106 kilometrdir. Göl ortalama 14,3 metr, maksimal isə 24–27 meyr dərinliyə malildir. Göl yatağı 6,5 km³ suyu saxlaya bilir.
Markar Melkonyan
Markar Melkonyan (ing. Markar Melkonian; Viseyliya[d]) — Amerika ermənisi yazıçı və müəllim. Melkonyanın "Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti" adlı kitabında qardaşı, erməni terrorçusu Monte Melkonyanın həyatı, onun 1990-cı illərdə Ermənistanın müstəqilliyi uğrunda və Birinci Qarabağ müharibəsindəki rolu ətraflı təsvir edilmişdir. Melkonian, Markar. Marxism: A Post-Cold War Primer. Boulder: Westview Press. 1996. ISBN 978-0-7567-6371-8. Melkonian, Markar. Richard Rorty's Politics: Liberalism at the End of the American Century.
Markazit
Markazit (şüalı kolçedan) FeS2 (lat. marcasita) — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Rəng – yaşıl çalarlı bürüncü-sarı, təzə sınıqlarda ağ rəngli olur, bəzən oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9; S – 5-6; Kövrəkdir; Ayrılma – {101} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: lövhəvari, dipiramidal, nizə şəkilli, hərdənbir prizmatik; İkiləşmə: tez-tez {101} üzrə; sadə və polisintetik ikiləşmələr, bəzən beşləşmələr qeyd olunur; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, konsentrik-zonal, radial-şüalı, axın formalı, salxım- və böyrəkvari əmələgəlmələr, konkresiyalar, stalaktitlər, "xoruz pipiyi" tipli mürəkkəb kristal bitişikləri. Pirit üzrə epitaksial bitişiklər, pirrotin və üzvi qalıqlar üzrə tez-tez rast gələn psevdomorfozalar çox səciyyəvidir. Yayılma dərəcəsinə görə FeS2--nin kubik modifikasiyasından – piritdən geri qalır və autigen-diagenetik əmələgəlmə kimi ən çox çökmə süxurlarda müşahidə olunur. Bəzi kolçedan yataqlarında markazitin pirrotin üzrə psevdomorfozaları geniş yayılmışdır. Damar tipli hidrotermal yataqlarda markazitin yayılma miqyası adətən geniş deyil. Birlikdə rast gəldiyi minerallar: pirit, xalkopirit, pirrotin, sfalerit, tetraedrit, tennantit, qalenit, hötit, kvars. Mineralın tapıldığı yerlər: Klaustal, Freyberq (Almaniya); Komorjani (Çexiya); Blyava, Yaman-Kası, Kurya-Kamenski, Troitski-Baynovski (Rusiya) və b.
Milad markaları
Milad markaları — Milad bayramı ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Bəzi ölkələrdə Miladla bağlı xüsusi xatirə markaları da çap olunur və poçtların Milad açıqcalarını göndərərkən istifadə etdikləri həmin açıqcalar filatelistlər arasında kifayət qədər məşhurdur. Milad möhürlərindən fərqli olaraq bu markalar dövrü xarakter daşımaqla, bütün il boyu istifadə olunur. 1898-ci ildə Kanadada İmperator Penni Poçtunun açılışı münasibətilə xüsusi marka nəşr edilmişdir. Markada Yer kürəsinin xəritəsi və "XMAS 1898" yazısı vardı. 1937-ci ildə Avstriyada iki Milad markası çap edilmişdi ki, onların da üzərində qızıl gül və zodiak işarələri təsvir olunmuşdu. 1939-cu ildə Braziliyada çap edilmiş xüsusi Milad markalarında üç kral və Betleyem ulduzu, mələk və körpə, Cənub xaçı və körpə, ana və körpə təsvir edilmişdir. Həm ABŞ Poçt Xidməti, həm də Kral Poçtu tərəfindən hər il dövrü Milad markaları çap edilir.
Milli mif və simvolların markalanması
Milli mif və simvolların markalanması(MMSM) — xalqın mif və simvollarının markalanmasına və marketinqinə yönəlmiş araşdırma sahəsidir. Tədqiqat marketinq, mədəniyyətlərarası ünsiyyət, sosiologiya, ictimaiyyətlə əlaqələr və semiotika nəzəriyyələrini birləşdirir. Bu nəzəriyyəyə görə milli (və ya kollektiv-qrup) daxili mif və simvollar haqqında bilgi millətlər arasında mədəni əlaqələrin inkişafına səbəb ola bilər. Bu sahə 2000-ci ildən tədqiq olunmağa başlanmışdır. 2009-cu ildən isə müstəqil tədqiqat sahəsinə çevrilmişdir. MMSM prinsipləri milli marka ilə əlaqədar olmasına baxmayaraq, ondan fərqlənir. Əsas fərq bundan ibarətdir ki, milli markalaşma ilk növbədə müsbət iqtisadi nəticə əldə etmək üçün millətin qlobal imicini artırır, MMSM isə daxili milli mif və simvolların arxasında dayanan mənaları açıqlamaq və nümayiş etdirməklə məşğuldur. Başqa sözlə, milli marka xarici milli şəxsiyyətin satılması və ya təbliğidir, MMSM isə öz vətəndaşlarının inancını gücləndirmək və ya xalqlar arasında beynəlxalq münasibətləri yaxşılaşdırmaq üçün daxili kimliyi ortaya qoyur. Nəzəriyyəyə görə, hər bir milli mif və simvolun beynəlxalq səviyyədə anlaşılmazlığı artıra biləcək gizli mənaları vardır. MMSM nümunələri arasında dəyişən valyuta simvolları, milli marş və siyasi kampaniya reklamları var.
Naxçıvan mövzulu poçt markaları
Naxçıvan mövzulu poçt markaları — Naxçıvan Muxtar Respublikası ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Naxçıvanla bağlı olan ilk poçt markası 1961-ci ildə SSRİ poçtu tərəfindən dövriyyəyə buraxılmış Naxçıvan şəhərinin Lenin küçəsinin təsvir olunduğu markadır. Müvafiq mövzu ilə bağlı bir il ərzində ən çox – 9 marka isə 2009-cu ildə "Azərmarka" tərəfindən dövriyyəyə buraxılmışdır.
Oksana Markarova
Oksana Markarova (ukr. Оксана Сергіївна Маркарова 28 oktyabr 1976, Rovno) — Ukrayna dövlət xadimi və iqtisadçısı. 22 noyabr 2018-ci il tarixdən 4 mart 2020-ci ilədək Vladimir Qroysman və Alexsey Qonçarukun kabinetində maliyyə naziri olmuşdur. Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür (31 may 2019-cu ildən) Erməni-ukraynalı ailədə anadan olub. İlk ali təhsilini Kiyev-Moqıla Akademiyasında alır və burada ətraf mühit elmləri magistrı olur. Sonra ABŞ-nin Bluminqton şəhərindəki İndiana Universitetində təhsil alır. Orada beynəlxalq ictimai maliyyə və ticarət üzrə magistr dərəcəsi alır. 1998-ci ildən 1999-cu ilə 2001-ci ildən 2003-cü ilə qədər Amerika Xüsusi Sərmayə Fondu Western NIS Müəssisə Fondunda (hazırda Horizon Capital tərəfindən idarə olunur) İqtisadi Siyasət Müşaviri, Xarici və Korporativ Əlaqələr Meneceri vəzifəsini tutmuşdur. 2000-ci ildə ABŞ-da Dünya Bankında təcrübə keçmişdir. 2015-ci ildən bəri Oksana Markarova iqtisadiyyatın dövlət sektoruna keçir.
Polşa markası
Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı. Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı. 1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı.
Poçt markaları
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Poçt markası
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Qarabağ mövzulu poçt markaları
Qarabağ mövzulu poçt markaları — Qarabağ ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları.
Qlen Markatt
Qlenn Mörkatt (25 iyul 1936, London) — Avstraliyanın ən məşhur memarlarından biridir. Qlenn Mörkatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlenn sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlenn Mörkatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956–1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu. Qlenn Mörkatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir. İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlenn Mörkatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır. 2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Mörkatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir.
Qurgen Markaryan
Qurqen Markaryan (erm. Գուրգեն Մարգարյան; 26 sentyabr 1978, İrəvan – 19 fevral 2004, Budapeşt) — erməni leytenantı. Qurqen Markaryan 2004-cü ilin 2 fevralında Ramil Səfərovla münaqişə əsnasında ölmüşdür.
Qurqen Markaryan
Qurqen Markaryan (erm. Գուրգեն Մարգարյան; 26 sentyabr 1978, İrəvan – 19 fevral 2004, Budapeşt) — erməni leytenantı. Qurqen Markaryan 2004-cü ilin 2 fevralında Ramil Səfərovla münaqişə əsnasında ölmüşdür.
Rusiyanın poçt markaları
Qeydlər 10-cu əsrdə kuryer sistemindən bəhs edir. İlk məktublar mum şəklində və ya qurğuşun möhürü ilə aparılırdı. Bu möhürlərin ən erkən məlum tarixi 1079-cu ildir ki, bu da Tmutarakan valisi Ratmutor'dan bəhs edir. Ən qədim zərf 1391-ci ildə La Tanadan (indiki Azov qalası) Venesiyaya göndərildi. 16-cı əsrə görə, poçt xidməti 1600 yerdən ibarət idi və 3 gün ərzində Moskvadan Novqoroda poçt aldı. 1634-cü ildə Polşa və Rusiya arasındakı müqavilə Varşavaya bir xətt qurdu. Bu, Rusiyanın ilk beynəlxalq müntəzəm xidməti oldu. I Petro poçt sistemini daha müntəzəm hala gətirən qanunlar verdi. Beləliklə, 1716-cı ildə Moskva və Sankt-Peterburqda ilk poçt şöbəsi açıldı. Rusiyanın ən qədim poçt xidməti emblemi 1765-ci ilə təsadüf edir.
İlk poçt markaları
1 may 1840-cı ildə İngiltərədə dünyada ilk poçt markaları -bir pennilik qara (″Penny Blacks″) və üzərində kraliça Viktoriyanın profili olan iki pennilik göy marka satışa çıxarılmışdır. Poçt göndərişlərinin ödənilməsi üçün markalardan istifadə edilməsi ideyasının müəllifi isə Roulend Hilldir (Rowland Hill).
Milad markası
Milad markaları — Milad bayramı ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Bəzi ölkələrdə Miladla bağlı xüsusi xatirə markaları da çap olunur və poçtların Milad açıqcalarını göndərərkən istifadə etdikləri həmin açıqcalar filatelistlər arasında kifayət qədər məşhurdur. Milad möhürlərindən fərqli olaraq bu markalar dövrü xarakter daşımaqla, bütün il boyu istifadə olunur. 1898-ci ildə Kanadada İmperator Penni Poçtunun açılışı münasibətilə xüsusi marka nəşr edilmişdir. Markada Yer kürəsinin xəritəsi və "XMAS 1898" yazısı vardı. 1937-ci ildə Avstriyada iki Milad markası çap edilmişdi ki, onların da üzərində qızıl gül və zodiak işarələri təsvir olunmuşdu. 1939-cu ildə Braziliyada çap edilmiş xüsusi Milad markalarında üç kral və Betleyem ulduzu, mələk və körpə, Cənub xaçı və körpə, ana və körpə təsvir edilmişdir. Həm ABŞ Poçt Xidməti, həm də Kral Poçtu tərəfindən hər il dövrü Milad markaları çap edilir.
Poçt markalarında quşlar
Poçt markalarında quşlar tematik poçt kolleksiyaçılığının populyar mövzulardan biridir. Üzərində quş təsviri olan poçt markasına quş markası da deyilir. Poçt markalarında quşlar 1875-ci ildən etibarən təsvir olunur. Həmin il Yaponiyada ağ quyruqsallayan, əkin qazı və tetraçalan təsviri olan üç poçt markası buraxılmışdır. ABŞ-də quş təsviri olan ilk poçt markası (qanadlarını açmış qartal) 1869-cu ilə aiddir. Böyük Britaniya quş təsviri olan ilk poçt markasını 1963-cü ildə "Nature Week" nəşri üçün buraxmışdır. 2003-cü ilə qədər dünyada quş təsviri olan 10.000-dən çox poçt markası buraxılmışdır. Quş təsviri olan poçt markalarının məşhur kolleksiyaçısı Kris Qibbins hesab olunur. Onun kolleksiyasına 3000-dən çox quş növünü əhatə edən 12.000-dən çox poçt markası daxildir. Quş markası kolleksiyaçılığına diqqət ayıran təşkilatlara Amerika Tematik Assosiasiyası və Quş Markası Cəmiyyəti daxildir.
Poçt markası kolleksiyaçılığı
Poçt markası kolleksiyaçılığı poçt markası və əlaqəli əşyaların kolleksiyası ilə məşğul olmağı əhatə edir. Filateliyanın sahələrindən biridir. XIX əsrdən bəri dünyanın ən populyar hobbilərindən biridir. İrlandiyada yaşamış Con Burkenin ilk marka kolleksiyaçısı olduğu güman olunur. O, 1774-cü ildə fiskal markalardan ibarət kolleksiya hazırlamışdır. Onun kolleksiyası Dublində yerləşən İrland Kral Akademiyasında mühafizə olunur. Poçt markası kolleksiyaçılığı isə demək olar ki, poçt markalarının ilk dəfə buraxıldığı zamanda yaranmışdır. Artıq 1860-cı illərdə Avropada və ABŞ-də poçt markası kolleksiyaçılığı ilə məşğul olan minlərlə şəxs var idi. Poçt markası yığan ilk görkəmli şəxslərdən biri Con Eduard Qrey olmuşdur. Adelayd Lusi Fenton isə poçt markası kolleksiyaçılığı ilə məşğul olmuş ilk qadınlardan biridir.
ABŞ Patent və Marka qeyd olmaz üçün büro
ABŞ Patent və Əmtəə Nişanıları İdarəsi (ing. United States Patent and Trademark Office) — ABŞ Ticarət Nazirliyin agentliki, hansı ixtiraçılara və şirkətlərə patent verir öz məhsullara və ixtiralara, həmçinin ticarət nişanları və əqli mülkiyyət qeyd edir.

Digər lüğətlərdə