Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acinos
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Naminə
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Narino
Narino (isp. Nariño) — Kolumbiyanın departamentlərindən biri, ölkənin qərbində yerləşir. Sakit okenanın giriş-çıxış imkanlarına sahibdir. İnzibati mərkəzi Pasto şəhəridir. Narino departamenti 5 region və 64 bələdiyyəyə bölünür.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Nucin
Nucin-İranın Fars ostanının Fəraşbənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,356 nəfər və 772 ailədən ibarət idi.
Nəcis
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər. Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır.
Naciyə Qadınəfəndi
Naciyə Qadınəfəndi (1887, Batum – 4 dekabr 1923, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on üçüncü və son xanımı. Əsl adı Zəliha olan Naciyə xanım əslən gürcü olan ailədə dünyaya gəlmişdir. Kiçik yaşlarında Kabasakal Mehmed Paşa tərəfidnən alınaraq Ulduz sarayına gətirilmiş, burada saray tərbiyəsi almışdır. 4 noyabr 1904-cü ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evlənən Naciyə xanım padşahın ən sevimli 2 xanımından biri oldu. 1909-cu ildə ərinin sürgünündən sonra onunla birlikdə Salonikiyə getdi və 1912-ci ildə yenə onunla birlikdə İstanbula qayıtdı. 4 fevral 1924-cü ildə Ərənköydəki villasında vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsindədir. Mehmed Abid Əfəndi Səmiyə Sultan (d. 16 yanvar 1908 — ö.
Nazino faciəsi
Nazino faciəsi (rus. Назинская трагедия, translit. Nazinskaya Tragediya) - 1933-cü ilin may ayında Sovet İttifaqındakı Nazino adasına 6000 nəfərin kütləvi şəkildə deportasiyası idi. Deportasiya olunanlar, əsasən siyasi məhbuslar və kiçik cinayətkarlardan ibarət idi və onlar "xüsusi bir qəsəbə" tikmək üçün məcburi şəkildə kiçik, təcrid olunmuş, Tomskdan 540 kilometr (340 mil) şimal-qərbdə yerləşən, Qərbi Sibirdəki adaya göndərildi. Köçkünlərə yalnız yemək üçün un, az miqdarda alətlər, geyimlər və ya sığınacaq verilmişdi. Adanı tərk etməyə çalışanlar silahlı mühafizəçilər tərəfindən öldürülürdü. Adanın şəraiti geniş yayılan xəstəliklərə, hakimiyyətdən sui-istifadə, zorakılıq və kannibalizmə səbəb oldu. On üç həftə ərzində Nazino adası ilə əlaqəli deportasiyalarda 4000-dən çoxu insan öldü ya da itkin düşdü. Sağ qalanların əksəriyyətinin səhhətində problem yarandı. Nazino işi 1988-ci ilə qədər, Sovet İttifaqında qlasnost islahatları zamanı, Memorial cəmiyyəti tərəfindən araşdırma başlayanadək demək olar ki, bilinməz olaraq qalırdı.
Polygonum natans
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Potamogeton natans
Üzən susünbülü (lat. Potamogeton natans) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin susünbülükimilər fəsiləsinin susünbülü cinsinə aid bitki növü.
Qanun naminə
Qanun naminə (film, 1968) — kinorejissor Muxtar Dadaşovun lentə aldığı Azərbaycan filmi. Qanun naminə (teleserial, 2013) — rejissor Xanlar Ağayevin lentə aldığı Azərbaycan teleserialı.
Persicaria natans
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Naciyə Sultan
Əminə Naciyə Sultan (24 noyabr 1896, Konstantinopol – 4 dekabr 1957, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Naciyə Sultan 24 noyabr 1896-cı ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Digər xanım sultanlar kimi Naciyə Sultan da mükəmməl saray tərbiyəsi aldı. Kiçik yaşlarından fransız və alman dillərini öyrəndi, piano və skripka dərsləri aldı. 1908-ci ildə əmisi Sultan Əbdülhəmid Naciyə Sultanı kiçik oğlu Hayri Əfəndiylə evləndirmək istədi. Ancaq Naciyə Sultan o əsnada hələ 12 yaşında idi. Bu səbəblə atası Süleyman Əfəndi və anası Tərzitər xanım ilk başda bu evliliyə qarşı çıxdılar. Ancaq çox keçmədən Sultan Əbdülhəmid qardaşını razı saldı və beləcə Naciyə Sultan 1908-ci ildə əmisi oğlu Hayri Əfəndiylə nişanlandı. Ancaq ertəsi il Sultan Əbdülhəmidin taxtdan endirilərək övladlarıyla birlikdə sürgünə göndərilməsinin ardından cütlüyün nişanı Sultan Rəşad tərəfindən ləğv edildi.
Acinos arvensis
Apaloderma narina
Apaloderma narina (lat. Apaloderma narina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin apaloderma cinsinə aid heyvan növü.
Azərbaycan naminə
Azərbaycan naminə!
Chulusium natans
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chulusium amphibium (L.) Raf.
Tomoyuki Kacino
Tomoyuki Kacino (d. 11 iyul 1960) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 1 qol vurub.
Vanessa Hacens
Vanessa Hacens (ing. Vanessa Anne Hudgens; 14 dekabr 1988) — amerikalı aktrisa və müğənni. Vanessa Hacens Kaliforniyanın Salinas şəhərində anadan olmuşdur. Onun bacısı Stella Hacens də həmçinin aktrisa kimi fəaliyyət göstərir. Hacensin debüt etdiy ilk film 2003-cü il istehsalı "13 (Thirteen)" olmuşdur. Növbəti ildə isə "Thunderbirds" filmində rol almışdır. Yeniyetmə vaxtlarından bir çox televiziya serialı və filmlərdə iştirak etsə də, ona əsas uğur qazandıran 2006-cı il isthesalı "Orta məktəb tamaşası" filmi olmuşdur. Sonrakı illərdə "Hollywood Records" şirkətinin albom təklifi ilə razılaşmış və 2006-cı ilin sentyabrında ilk albomu olan "V"-ni satışa çıxarmışdır. Albom Billboard 200-də 24-cü pilləyə qədər yüksəlməyi bacarmışdır. 2007-ci ildə "Orta məktəb tamaşası 2" filmində yenidən rol aldı.
Acinos grandiflorus
Clinopodium grandiflorum (lat. Clinopodium grandiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin clinopodium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Clinopodium grandiflorum subsp. baborense (Batt.) Govaerts Clinopodium grandiflorum subsp.
Acin
Acin (Həmədan) — İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər.
Cins
Cins (insan)
Miura Ancin
Vilyam Adams (ing. William Adams; 24 sentyabr 1564, Cillinhem[d], Kent qraflığı – 16 may 1620[…], Hirado[d], Naqasaki prefekturası) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada Miura Ancin (三浦按針, azərb. "Miura şturmanı"‎) adı ilə tanınmışdır. O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur. Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır. 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır. Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir. Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur. Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir.
Nadin Qordimer
Nadin Qordimer (ing. Nadine Gordimer; 20 noyabr 1923[…] – 13 iyul 2014[…], Yohannesburq) — Cənubi Afrikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1991). Cənubi Afrika yazıçısı Nadin Qordimer Yohannesburq yaxınlığındakı kiçik şaxtaçı qəsəbəsində, saatsaz ailəsində doğulmuşdu. Valideynlərinin hər ikisi yəhudi əsilli idi. Atası indiki Litva ərazisindən, anası isə Londondan Cənubi Afrikaya gəlmişdilər. İlk təhsilini katolik məktəbində və evdə, özəl müəllimlərdən almışdı. Bir müddət Yohannesburq universitetində oxusa da, ali təhsil kursunu başa çatdırmamışdı. Nadin Qordimer yazmağa erkən başlamışdı. 16 yaşında artıq "Sabah gələrsən" adlı ilk hekayəsi mətbuatda dərc edilmişdi. Nadin Qordimerin siyasi baxışlarının formalaşmasında Cənubi Afrika reallıqları mühüm rol oynamışdı.
Nayin dili
Nayin dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Nayində danışılır.
Açinsk
Açinsk — Rusiya Federasiyasının Krasnoyarsk diyarında şəhər. Rayon mərkəzi == Tarixi == Açıq Tura əvvəllər Yus çayının üzərində tatar kəndi kimi tanınırdı. Şəhərin adı "Açıq" türk etnonimi ilə bağlıdır. Belə ki, müasir xakasların köhnəlmiş adı Açıq tatarları olmuşdur.Yerli tatarlar isə hələ də öz şəhərlərinə Aşıq Tura deyirlər. Geniş Sibir torpaqlarının istilasından sonra hərbi rəis Tuquçevski tərəfindən 1641-ci ildə Açinskiy adı altında hərbi qalanın əsası qoyulur. 1641-ci ildə indiki yerinə — Aqra dağları ətəyində Çulım çayının sol sahilinə köçürülür. Bu günkü Açıq şəhəri (Açinsk deyilir) Çulım və Tekmet (indi Tekmetka) çayları üzərində yerləşir. Bu zamandan bura Rusiyadan əhali köçürülməyə başlayır. 1782-ci ildə Açinsk qəza şəhərinə çevrilir . Elə həmin ildə də adı Açinsk şəklində rəsmiləşdirilir.
Narınc
Mandarin (lat. Citrus aurantium) - sitrus cinsinə aid bitki növü.
Laçın
Laçın — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati mərkəzi, Laçın şəhər inzibati ərazi dairəsində şəhər. Respublikanın paytaxtı Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur. 18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olub. Qarabağ atəşkəs bəyanatına əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib. 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. Beləliklə şəhərə azərbaycanlı keçmiş məcburi köçkünlərin ilk köçü başlayıb. == Tarixi == Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. "Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Narın
Narın (şəhər) — Qırğızıstanda şəhər. Narın çayı — Qırğızıstanda çay. Narin vilayəti — Qırğızıstanda vilayət.
Naxış
Ornament (Naxış, Nəqqaşlıq) — bəzək deməkdir. Ritmik elementlərdən ibarət naxış. Ornamentin ilk rüşeymlərinə Paleolit dövrü abidələrində təsadüf olunur. Xalq yaradıcılığında naxış nisbətən daha yığcam olur, ciddi riyazi qanunlara əsaslanır. Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamahı və Bərdənin ipək mə"mulatlarının gözəlliyini vurğulamışdır. İngilis səyahətçisi – tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının təbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu", onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər idi. Onlar Şamaxı, Baskal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal bövhəciklər) istifadə olunurdu.
Qaçış
Qaçış — İdmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Hər gün, səhər və ya axşam, dünyada yüzlərlə və minlərlə insan qaçışa çıxır. Bu, yalnız intensiv bir ritmdə gəzmək deyil, həm də öz sağlamlığınıza və formanıza qayğı göstərməkdir. Qaçış hər şeydən əvvəl ürək üçün bir fiziki gərginlikdir. Praktik olaraq onun üçün əks-göstəriş yoxdur (aşağı təzyiqdən başqa), hətta yastıpəncə insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Qaçış bütün orqanizmə silkələnmə verir, bu hipertoniyadan, təngənəfəslikdən, zökəmdən ən yaxşı vasitədir. O, həmçinin qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir. Bundan başqa, qaçış bütün əzələ qruplarını formaya salır: siz qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Bununla bərabər fiziki gərginliyin bütün bədənə təsiri çox yumşaqdır. Ümumiyyətlə qaçış düzgün qidalanma ilə birgə arıqlamaq üçün ən yaxşı vasitədir.
TACIS
TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) — Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqramdır. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir. 1991-2007 illər arasında TACIS çərçivəsində Aİ tərəfindən 7,3 milliard avro ayırılıb. 2006-ci ildə təftiş komissiyası tərəfindən keçirilən araşdırma göstərib ki, proqram çərçivəsində 5 milliard avro qeyri-effektiv şəkildə xərclənilib. Məsələn, Rusiyadaki 29 layihədən ancaq 5-in nəzərəçarpacaq nəticəsi olmuşdu. Avropa Parlamentinin üzvləri proqramın dayandırılmasını tələb etmişlər. 2007-ci ildə TACIS ləğv olunmuşdu. Onu Avropa Qonuşuluq və Tərəfdaşlıq Proqramı (ing. European Neighbourhood and Partnership Instrument/ENPI) əvəzləndirib.
Xaçın
Yaşayış məntəqələri Xaçın (Albaniya) — Xaçın knyazlığı — orta əsrlərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində mövcud olmuş xristian Alban məlikliyi Xaçın mahalı Kəndlər Xaçın (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Xaçınyalı — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Xaçınabad — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Xaçın (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Xaçındərbətli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çaylar Xaçınçay — Kürün sağ qoludur. Ağdərə, Ağdam, Bərdə rayonlarından axır. Digər Xaçınçay su anbarı — Ağdam rayonu Xaçınçay üzərində yerləşir. Xaçıntürbətli türbəsi — Azərbaycanda tarixi abidə. Xaçınabad bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.
Narınc Məlikova
Narınc Murad qızı Məlikova (1917, Abdal, Şuşa qəzası – 22 noyabr 1990, Ağdam) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). Narınc Məlikova 1917-ci ildə Şuşa qəzasının Abdal kəndində (hazırkı Ağdam rayonu) anadan olub. O, səhnə yaradıcılığına həvəskar aktrisa kimi 1931-ci ildə başlayıb. 1932-ci ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə qəbul olub. Burada 3-cü kursda təhsil alarkən ailə vəziyyəti ilə bağlı olaraq İrəvan şəhərinə köçüb. Oradakı İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb. Aktrisa 1936-cı ildə Bakıya gəlib. O, 1936–1939-cu illərdə Səyyar Kolxoz və Sovxoz Teatrının mövsümi truppasında, 1939–1941-ci illərdə Şəmkir Kolxoz və Sovxoz Teatrında işləyib. 1941–1943-cü illərdə Ağdam Kolxoz və Sovxoz Teatrında, 1943–1949 və 1969–1989-cu illərdə Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1949-cu ildə Ağdam teatrı bağlananda Narınc Məlikova Füzuli Dövlət Dram Teatrına dəvət alıb və 1952-ci ildə həmin teatr da fəaliyyətini dayandıranadək orada işləyib.
Narınc Xatun
Narınc Xatun Cəfərova — Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin qurucularından. Cəfərova Narınc Əvəz qızı 1930-ci il yanvar ayının 1-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilmişdir. Aşıq Mikayıl Azaflı ilə birlikdə "Azaflı və Narınc Xatun dastanı" yaradıblar. Şairin "Burla xatun nəvəsiyəm" adlı şeyirlər toplusu 2002-ci ildə işıq üzü görüb. Kitaba Narınc Xatunun müxtəlif illərdə qələmə aldığı şerlər, eləcə də görkəmli saz və söz ustadı Aşıq Mikayıl Azaflı ilə birgə yaratdıqları "Azaflı və Narınc Xatun dastanı" daxil edilib. XX əsrin sonlarına yaxın Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün “Aşıq Pəri” yaradıcılıq məclisini yaratmışdır. Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki "Aşıq Pəri" məclisinə rəhbərlik edib. "Burla xatun nəvəsiyəm", Bakı: "Pedaqogika" nəşriyyatı, "Qızıl Şərq" mətbəəsi, 2004-cü il, 232 səh.. "Mən xalqımın aşiqiyəm" şeirlər,dəyişmələr, bayatılar, dastanlar.
Roman Naudinş
Roman Naudinş — Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri, Valmiyeredə “Araz” Azərbaycan diaspor təşkilatının rəhbəri. Latviya Seyminin deputatı. Roman Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən şəhərində anadan olub. Ali təhsilini Latviyada alan İ.İbrahimov burada gələcək həyat yoldaşı ilə tanış olub və qalıb burada yaşayıb. R.Naudinşin ulu babası Məmməd İbrahimov molla olub. O, həmvətənlərinin Məkkə ziyarətini təşkil edirmiş. Ulu nənəsi Ağabacı xanım Qubada anadan olub və orada yaşayıb. Naudinşlər nəslini davam etdirmək üçün Roman latış babasının xahişi ilə bu soyadı qəbul edib. Romanın Paris Milli Bankında işləyən bacısı Dina isə İbrahimova soyadını daşıyır. R.Naudinş siyasət aləminə biznesdən gəlib.