Matteo Boyardo
Matteo Boyardo (ən tezi 21 may 1441 və ən geci 21 iyun 1441[…], Skandiano[d], Recco Emiliya əyaləti[d] – 19 dekabr 1494, 28 dekabr 1494 və ya 1494, Recco nel Emiliya) — italiya intibah ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı.
== Həyatı ==
Skandino qrafı Matteo Boyardo Reco yaxınlığında qədim bir qəsrdə dünyaya gəlmişdir. Boyardo ailəsinin məlum mülkədar xasiyyəti var idi ki, bu da Boyardo elə ədəbiyyat sahəsində formalaşmasına kömək etmişdir. Bütün uşaqlıq illərini keçirtdiyi Ferrara şəhərində, Boyardo əmisi, humanist, görkəmli Neapolitan şairi Tito Vespasiano Strotsinin nəzarəti altında yaşayır. Tito qardaşı oğluna tarix və antik poeziya sahələrində məşğələlərinə yardım edir. Boyardo hersoqluğun həyatında fəal şəkildə iştirak edir-təmtəraqlı bayramlara qatılır, diplomatik tapşırıqları yerinə yetirir. Ferrara hakimiyyəti Boyardoya inanırdı, ancaq şair onlardan asılı da qalmaq istəmirdi. O, 1494-cü ildə dünyasını dəyişir və yazmağa başladığı "Aşiq olmuş Orlando"poeması yarımçıq qalır.
== Yaradıcılığı ==
Ferrarada cəngavərlik poemaları yaranmışdır. Bu ədəbi janrın görkəmli nümayəndələrindən biri də Matteo Boyardo olmuşdur.