Matte

die; -, -n 1. (Fußmatte) ayaqaltı; 2. (Strohmatte) həsir; 3. Sport. döşəmə, döşək; den Gegner auf die ~ legen rəqibi (hərifi) yıxmaq; 4. (Wiese) dağ çəmənliyi, otlaq
matt
mattieren
OBASTAN VİKİ
Rebekka Matte Bello
Rebekka Matte Bello (isp. Rebeca Matte Bello; 29 oktyabr 1875, Santyaqo – 14 may 1929, Fyezole, Toskana və ya Florensiya) — Çili heykəltaraşı. Əsərləri Çili Milli Təsviri İncəsənət Muzeyində sərgilənir. Muzeyin xaricində sərgilənən və ölkənin ən tanınmış əsərlərindən olan "İkar və Dedal" da onun əsəridir. 29 oktyabr 1875-ci ildə Çilinin paytaxtı Santyaqo şəhərində anadan oldu. Rebekka Reyes və səfir Avqust Mattenin tək uşağı idi. Santyaqoda nənəsinin himayəsi altında yaşadı. Xose Viktorino Lastarriya, Qabriel Jordan və Alberto Blest Qana kimi Çilinin şəxsiyyətləri ilə tanış oldu. Atasının Parisə getməsindən sonra təhsilini Avropada davam etdirdi. Avropadan öncə Romada Culio Monteverde, daha sonra Parisdə Lui-Erne Dübia və Denis Puex ilə işlədi.
Fedon Matteu
Fedon Matteu (Φαίδων Ματθαίου; 12 iyul 1924-cü il, Saloniki - 17 sentyabr 2011-ci il) - Yunan basketbolçusu və basketbol məşqçisi. Karyerası boyunca mərkəz və oyun quran müdafiəçisi mövqeyində oynamışdır. Bir nömrə ilə çıxış edərdi. Basketbolçu kimi Helsinki Olimpiadasında yunan millisinin şərəfini qorumuş, London Olimpiadasında yunan akademik avarçəkmə komandasının tərkibində çıxış etmişdir. "Yunan basketbolunun patriarxı" kimi tanınırdı. Fedon "Aris" klubunun prezidenti Mantos Matfeunun oğludur. Atası İtaliya-Yunan müharibəsində, 1941-ci ildə İtaliya Hərbi Hava Qüvvələrinin Salonikiyə hava hücumu zamanı ölmüşdür. Karyerasına 1945-ci ildə atasının "Aris" klubunda basketbolçu kimi başlamış və 1949-cu ildə Panatinaikosa keçmişdir. Bu klubun tərkibində üç dəfə Yunanıstan çempionluğunu qazanmış, 1955-ci ildə Beynəlxalq Kubokda (Avroliqanın sələfi) oynamış və klubun ən yaxşı qolkiperi, eyni zamanda bütün turnirin MVP-si olmuşdur. 1955-ci ildə "Panionios" və "Afina Sporting" komandalarında oynamış, daha sonra İtaliyanın "Varese" klubuna keçmişdir.
Katolikos III Matteos
Katolikos III Matteos — albanların sayca LXIV katolikosu. Katolikos VII İohannesdən sonra taxta çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos II Matteos
Katolikos II Matteos - Albaniyanın XXVI katolikosu. Qəbələ yepiskopluğundan seçilmişdir.
Katolikos IV Matteos
Katolikos IV Matteos - Albanların LXXIII katolikosu. Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos I Matteos
I Matteos (erm. Մատթեոս, Qafqaz albanlarının dilində 𐕌𐔰𐔸𐔴𐕒𐕚) - Mxitar Qoşun katolikoslar siyahısında adı 3-cü yerdə çəkilən katolikos. Həyatı və katolikosluq illəri bəlli olmasa da Kirakos Gəncəlinin verdiyi məlumata əsasən onu bu kürsüdə əvəz etmiş Sahakla birlikdə hesablandıqda 5 il hakimiyyətdə olmuşdur.
Lotar Matteus
Lotar Herbert Matteus (alm. Lothar Herbert Matthäus‎, 21 mart 1961[…], Erlangen, Bavariya) — görkəmli alman futbolçu və futbol mütəxəssisi. 1990-cı ildə Qızıl top mükafatına layiq görülmüş, 1991-ci ildə FİFA tərəfindən ilin oyunçusu seçilmişdir. Matteusun ilk həyat yoldaşı 47 yaşlı Silviya olub. Onların nigahı 1981-ci ilin iyulundan 1992-ci ilin dekabrına kimi davam edib. Bu nigahdan iki qızı olan Matteusun ikinci evliliyi İsveçrənin keçmiş gözəli Lolita Moreno ilə olub. Lotar televiziyada aparıcı olan Lolita ilə 1994-1999-ci ilə birgə yaşayıb və onların Loris adlı oğulları var. Əfsanəvi futbolçu üçüncü həyat yoldaşı Mariana Kostiçlə isə 2003-cü ilin Dunay çayında gəmi səyahəti zamanı tanış olub. Matteusu arzulanan həyat yoldaşı hesab edən Mariananın ondan üç uşağı var. Növbəti dəfə Lotar "Playbol" jurnalında çəkilən Ukraynalı fotomodel, özündən 26 yaş Liliana ilə 2007-ci ildə tanış olsa da, cütlüyün münasibətləri 2009-cu ilin yanvarın 1-də Las-Veqasda rəsmiləşib.
Marko Di Matteo
Matteo Boyardo
Matteo Boyardo (ən tezi 21 may 1441 və ən geci 21 iyun 1441[…], Skandiano[d], Recco Emiliya əyaləti[d] – 19 dekabr 1494, 28 dekabr 1494 və ya 1494, Recco nel Emiliya) — italiya intibah ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı. Skandino qrafı Matteo Boyardo Reco yaxınlığında qədim bir qəsrdə dünyaya gəlmişdir. Boyardo ailəsinin məlum mülkədar xasiyyəti var idi ki, bu da Boyardo elə ədəbiyyat sahəsində formalaşmasına kömək etmişdir. Bütün uşaqlıq illərini keçirtdiyi Ferrara şəhərində, Boyardo əmisi, humanist, görkəmli Neapolitan şairi Tito Vespasiano Strotsinin nəzarəti altında yaşayır. Tito qardaşı oğluna tarix və antik poeziya sahələrində məşğələlərinə yardım edir. Boyardo hersoqluğun həyatında fəal şəkildə iştirak edir-təmtəraqlı bayramlara qatılır, diplomatik tapşırıqları yerinə yetirir. Ferrara hakimiyyəti Boyardoya inanırdı, ancaq şair onlardan asılı da qalmaq istəmirdi. O, 1494-cü ildə dünyasını dəyişir və yazmağa başladığı "Aşiq olmuş Orlando"poeması yarımçıq qalır. Ferrarada cəngavərlik poemaları yaranmışdır. Bu ədəbi janrın görkəmli nümayəndələrindən biri də Matteo Boyardo olmuşdur.
Matteo Boçelli
Matteo Boçelli (it. Matteo Bocelli; 8 oktyabr 1997, Forte-dey-Marmi[d], Toskana) — İtaliya müğənnisi. Matteo Boçelli 8 oktyabr 1997-ci ildə məşhur tenor Andrea Boçelli və onun ilk həyat yoldaşı Enrika Çendzatti ailəsində dünyaya gəlib. Matteo atasının yolu ilə gedərək, musiqidə uğurlu karyera qurur və hətta Andrea ilə bir sıra duetlər oxuyur. Ata-oğul dueti, "Fall On Me" mahnısı Matteonun ictimai musiqi debütü olur. Sonralar isə müğənni bir sıra uğurlu mahnılar yazıb ifa edir və atası ilə birlikdə dünya səhnələrini paylaşır.
Matteo Darmian
Matteo Darmian (d. 2 dekabr 1989, Leqnano, İtaliya) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubu və İtaliya milli komandasının heyətində müdafiəçi mövqeyində çıxış edən italyan futbolçu. Peşəkar futbolçu karyerasına Milan klubunda başlamış, 17 yaşında İtaliya A Seriyasında debüt oyununa çıxmışdır. 2009-cu ildə Padovada icarə əsasında çıxış etmiş və klubun C seriyasına düşməsinin qarşısını almaqda komanda yoldaşlarına kömək etmişdir. O, 2010-cu ildə Palermo klubuna, bir ildən sonra isə Torinoya transfer olmuş və dörd sezon burada qalmışdır. 2015-ci ilin iyul ayında İngiltərə təmsilçisi Mançester Yunaytedə transfer olmuşdur. Darmian 2014-cü ilin may ayında milli komandanın heyətində debüt oyununa çıxmış, 2014 FİFA Dünya Kubokunda və UEFA Avro 2016 turnirlərində ölkəsini təmsil etmişdir.
Matteo Falkone (1960)
Matteo Falkone (film, 1960)
Matteo Falkone — rejissor Tofiq Tağızadənin qısametrajlı bədii filmi. Kinolent vətənpərvərlik, öz xalqına sədaqətli olmaq, xarici işğalla barışmamaq kimi yüksək insani hisslərdən danışır. Matteo (Nodar Şaşıqoğlu) arvadı Cüzeppa (Tamilla Ağamirova) və yeganə oğlu Fortunato (Ceyhun Mirzəyev) ilə kiçik bir kənddə sakit bir həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun (Tofiq Tağızadə) onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Matteonun ailəsində faciə baş verir. Film Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılmışdır. Film 2019-cu il mayın 22-də BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa olunub. 19 dəqiqəlik "Matteo Falkone" qısametrajlı filmi BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir. BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Matteo Falkone" qısametrajlı filminin yenilənmiş versiyası 2019-cu il mayın 23-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Nümayişdə görkəmli kinorejissor, xalq artisti Tofiq Tağızadənin 100 illiyinə həsr olunub. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, fransız yazıçısı Prosper Merimenin əsəri əsasında çəkilmiş film Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb.
Matteo Messina Denaro
Matteo Messina Denaro (26 aprel 1962, Kastelvetrano[d] – 25 sentyabr 2023, L'Akuila, L'Akuila) — Koza nostra – Siciliya mafiya təşkilatının başçılarından biri. Digər təxəllüsləri "Diabolik" və ya "Roleks"dir. Onun atası Messina Denaro Siciliyada "Don Çiççio" kimi tanınmaqdadır. Matteo Bernardo Provençanonun sələfi Salvatore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiyasının 1 nömrəli adamına çevrilir. 1993-cü ildən etibarən polisdən gizlənərək, Forbs jurnalına əsasən dünyada 10 axtarışda olan cinayətkarlar arasında VI yeri tutur. Onun evində axtarış zamanı tapılan məktubdan: Matteo Messina Denaro 26 aprel 1962-ci ildə Siciliyanın Kastelvetrano kommunasında (Trapani əyalətində) siciliyalı mafioz Françesko Messina Denaronun ("Don Çiçço" kimi tanınan) ailəsində dünyaya gəlmişdir. Atası Françesko mafioz fəaliyyətə qeyri rəsmi muzdlu qatil, rəsmi isə zəngin mülkədar və bankir (it. Banca Sicula) D‘Ali ailəsinin silahlı müafizəçisi kimi başlamış, sonralar isə irəli çəkilərək həmin ailənin icarə torpaq mülklərinin inzibatçısı təyin edilir. Yaxşı işinə görə D’Ali ailəsi ona Dzanqara rayonunda böyük bir mülk bağışlamışdır. Françesko 14 yaşlı oğlu Matteoyaya silahdan istifadəni öyrətmişdir.
Matteo Pessina
Matteo Pessina (21 aprel 1997, Montsa, İtaliya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və İtaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İtaliya futbolçusu. Akademiya səviyyəsində bir neçə il oynadıqdan sonra Pessina 2014-cü ildə Monza klubunda peşəkar karyerasına başlamışdır. 2015-ci ildə "Milan" klubuna transfer olur və ardıcıl olaraq Leççe, Kataniya və Komo klublarına icarəyə göndərilir. 7 iyul 2017-ci ildə Pessina "Atalanta" klubu ilə müqavilə imzalamışdır. 25 avqustda o, Speziya klubuna icarəyə verilmişdir. 26 avqust 2019-cu ildə Pessina satın alma bəndi ilə "Hellas Verona" klubuna icarəyə göndərilir. 10 fevral 2021-ci ildə İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Napoli" klubu ilə oyunda iki qolla yadda qalmışdır. Komanda rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Beləliklə "Atalanta" klubu finala vəsiqə əldə etmişdir. Pessina İtaliya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında üçüncü yerə sahib çıxmışdır.
Matteo Qabbia
Matteo Qabbia (21 oktyabr 1999, Busto Arsitsio, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda müdafiəçi kimi çıxış edir. Futbolçu karyerasına "Milan" klubunda başlayıb. 2015-ci ildən 2017-ci ilə kimi "Milan"ın U17 və U 19 komandalarında çıxış edib. 2017-ci ildə "Milan"ın əsas komandasına dəvət edilir. Futbolçu 2017-ci ilin avqustunda UEFA Avroliqa oyunları üçun "Milan" klubunun iştirak ərizəsinə daxil edilir. Futbolçu 2018-ci ildə "Lukkeze" klubuna bir illik icarəyə verilir. 2020-ci ildə futbolçu "Tuttomercatoweb" tərəfindən İtaliyanın TOP-100 gənc oyunçusu siyahısına salınır. 4 fevral 2022-ci il tarixində "Milan" futbolçu ilə 2026-cı ilin yayına qədər yeni müqavilə imzalayır.
Matteo Renzi
Matteo Renzi (İtalyan dilində təsəffüzü [matˈtɛːo ˈrɛntsi]; 11 yanvar 1975[…], Florensiya) — 2014-cü ilin fevral ayından 2016-cı ilin dekabr ayına qədər İtalyanın Baş naziri kimi xidmət etmiş İtalyan siyasətçisidir. 2016-cı ilin Dekabr ayında keçirilən referendum onun Konstitusiya islahatlarının ələyhinə nəticə verdiyindən sonra Renzi vəzifəsinə rəsmi istefa verərək son qoymuş və onun vəzifəsinə ölkənin prezidenti Sercio Mattarella tərəfindən Xarici İşlər Nazıri Paolo Gentiloni təyin edilmişdir.
Matterhorn
Matterhorn — Alplarda mənzərəli dağ. İsveçrə və İtaliya sərhədində yerləşir. Hündürlüyü 4,478 metr (14,692 ft)-dir. Dağ İsveçrədəki Zermatt və İtaliyadakı Breuil-Cervinia kurortları arasında ucalır. Dağın adı alman dilində Matte (çəmən) və Horn (zirvə) sözlərindən əmələ gəlir. Matterhorn dağına ilk uğurlu yürüş 14 iyul 1865-ci ildə Eduard Vaymperin ingilis qrupu tərəfindən həyata keçirilmişdir.
Roberto Di Matteo
Roberto Di Matteo(29 may 1970) — İsveçrədə doğulan İtalyan baş məşqçi, keçmiş futbolçu. Futbolçuluğu dövründə orta sahə mövqesində vəzifə almışdır. Həyat yoldaşı Zoe və üç uşağı ilə Royal Liminqton Spada yaşayır.
İohann Matteus Bexşteyn
İohann Matteus Bexşteyn (alm. Johann Matthäus Bechstein‎;11 iyul 1757 – 23 fevral 1822 və ya 1822) — ornitoloq, zooloq, botanik və meşəbəyi. «Forstinsectologie» (3 cild., Gota, 1818); «Forstbotanik» (Erfurt, 1810; 5 nəşr. Belena, 1841—1842) xüsusilə «Forst— und Jagdwissenschaft nach allen ihren Theilen» (5 cilddə, Erfurt, 1818—1821), hansıki Laurop tərəfindən davam etdirilib; «Abbildungen naturhistorischer Gegenstände» (8 cilddə, Leypsiq, 1783—1810, 2 nəşr. 6 cilddə, 1816—1823) «Naturgeschichte der Hof- und Stubenvögel» (Berqenin 5 nəşri, Leypsiq, 1870). Bax: L. Bechstein, «Johann Matth. Bech. und die Forstakademie Dreissigacker» (Meyningen, 1855).
Matteo Politano
Matteo Politano (3 avqust 1993, Roma) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və İtaliya milli komandasının hücumçusu.
Matteuccia
Matteuccia (lat. Matteuccia) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin onocleaceae fəsiləsinə aid bitki cinsi.
Matteuccia struthiopteris
Matteuccia struthiopteris (lat. Matteuccia struthiopteris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin onocleaceae fəsiləsinin matteuccia cinsinə aid bitki növü. Hündürlüyü 40-130 sm olan, yeraltı zoğları yaxşı inkişaf etmiş iri bitkidir. Artıb törəyən yarpaqları artmayanlardan qısadır, novşəkilli qalın saplaqlıdır, lələkvari, xətvari sıx seqmentlidir,qonurdur. Artmayan yarpaqları yaşıldır, ayası enli, ikiqat-lələkvari-bölünmüşdür; birinci sıranın seqmentləri xətvari-neştərvaridir, sivriləşmişdir, ikinci sıranın seqmentləri oturaqdır, tamkənarlıdır, çəpinə əyilmişdir və 30 cütə yaxındır. Saplağı şırımlı-qanadlıdır. Sorusları dəyirmidir. Çoxillikdir. Avqust-sentyabr aylarında sporlayır. BQ qərb, BQ şərq, Lənk.
Matteo Falkone (film)
Matteo Falkone — rejissor Tofiq Tağızadənin qısametrajlı bədii filmi. Kinolent vətənpərvərlik, öz xalqına sədaqətli olmaq, xarici işğalla barışmamaq kimi yüksək insani hisslərdən danışır. Matteo (Nodar Şaşıqoğlu) arvadı Cüzeppa (Tamilla Ağamirova) və yeganə oğlu Fortunato (Ceyhun Mirzəyev) ilə kiçik bir kənddə sakit bir həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun (Tofiq Tağızadə) onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Matteonun ailəsində faciə baş verir. Film Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılmışdır. Film 2019-cu il mayın 22-də BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa olunub. 19 dəqiqəlik "Matteo Falkone" qısametrajlı filmi BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir. BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Matteo Falkone" qısametrajlı filminin yenilənmiş versiyası 2019-cu il mayın 23-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Nümayişdə görkəmli kinorejissor, xalq artisti Tofiq Tağızadənin 100 illiyinə həsr olunub. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, fransız yazıçısı Prosper Merimenin əsəri əsasında çəkilmiş film Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb.
Matteo (albom)
Matteo – İtaliya müğənnisi Matteo Boçellinin debüt albomu. "Capitol Records" tərəfindən 2023-cü il sentyabrın 22-də buraxılmış 12 mahnıdan ibarət olan albomda mahnılar ingilis və italyan dillərində səslənir.