MD

Message Digest Məlumat heş-kodu
MBSA
MDC
OBASTAN VİKİ
.md
.md — Moldovanın internet kodu.
MD Helicopters MD 500
MD Helicopters MD 500 MD Helicopters şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı çoxməqsədli helikopterdir. Hughes OH-6 Cayuse helikopterinin əsasında inkişaf etdirilərək 1982-ci ildən xidmətə qəbul edilmişdir. Helikopter 1976-cı ildən istehsal olunur. Hal-hazırda təxminən 4700 ədəd istehsal edilmişdir. İlk uçuşunu 27 fevral 1963-cü ildə həyata keçirmişdir. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
MD Helicopters MD 600
MD Helicopters MD 600 MD Helicopters şirkəti tərəfindən istehsal edilən ABŞ istehsalı olan çoxməqsədli helikopterdir. Beş oturacağı olan MD 520N helikopterinin altı oturacaqlı uzunluğu artırılmış bir modelidir.
McDonnell Douglas MD-11
McDonnell Douglas MD-11 Amerikan istehsalı, üç мühərrikli, orta-uzun məsafələr üçün nəzərdə tutulmuş geniş gövdəli sərnişin təyyarəsi. DC-10 -dan təkmilləşdirilmişdir. Qanad sxemindəki dəyişikliklər, mühərrikin gücləndirilməsi, tamamilə rəqəmsal pilot kabinəsi strukturu onu DC-10 fərqləndirən bəzi xüsusiyyətləridir. MD-11 təkmilləşdirmə proqramı 1986-cı ildə başlanılıb. 1976 -cı ildə DC-10 üçün edilən iki dəyişiklik planı buna başlanğıc etmişdir. Bu planda təyyarənin bütün boyu uzadılaraq sərnişin tutumlu artırılmalı idi. 30 dekabr 1986-cı ilə çatdıqda plana uyğyn olaraq təyyarənin 52-si dəqiq 40-ı isə sonradan təhvil verilməsi üzrə 92 sifariş hazır idi. Bular sərnişin, yük və qarışıq kimi üç variantda istehsal olunacaq təyyarə idi. İlk uçuş 10 yanvar 1990-cı ildə keçirilib. 7 dekabr 1990-cı ilin ilk təyyarə Finnair'e təslim edilmişdir.
Budu Mdivani
Polikarp Gurgenoviç "Budu" Mdivani (gürc. პოლიკარპე [ბუდუ] მდივანი; rus. Поликарп Гургенович [Буду] Мдивани; 1877, Tiflis – 19 iyul 1937, Tbilisi) — 1917-ci ildə Rusiyada baş vermiş inqilab və vətəndaş müharibəsində fəal iştirak edən gürcü bolşevik siyasətçisi, Sovet hökuməti rəsmisi və diplomat. 1920-ci illərdə xüsusilə Qafqazın sovetləştirilməsində əhəmiyyətli rol oynamışdı, lakin daha sonra Gürcüstan işi və eyni zamanda baş verən İosif Stalinin mərkəzləşdirmə siyasəti zamanı Gürcüstan Kommunist müxalifətinə rəhbərlik etmişdir. 1930-cu illərdə Trotskizm müxalifətinə etdiyi dəstəyə əsasən sürgün edildi və Böyük Təmizlik çərçivəsində edam edildi. == Həyatı == === İlk illəri === 1877-ci ildə o vaxtı Rusiya İmperiyasının bir hissəsi olan Gürcüstanın Kutaisi quberniyasında anadan olmuşdur. Mdivaninin ailəsi Gürcüstanın nəcib ailələrindən biri idi. 1899-cu ildə Moskva Universitetində təhsilinə başlasa da, tələbə hərəkatlarına qoşulduğu üçün, təhsilini tamamlaya bilmədi. === İnqilab və Vətəndaş Müharibəsi === Mdivani 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bolşevik fraksiyasında qatıldı və Tiflis, Bakı, Batumi və Qafqazın digər sənaye mərkəzlərində inqilabi fəaliyyətinə başladı. Həmyerlisi İosif Stalinin yaxın iş yoldaşı olmuşdur.
Georgi Mdivani
Georgi Mdivani (13 (26) sentyabr 1905 və ya 26 sentyabr 1905, Baqdati[d] – 11 oktyabr 1981[…], Tbilisi) — Ssenari müəllifiə
MD5
MD5 (Message-Digest algorithm 5) – Verilənlərin tamlığını yoxlamaq üçün istifadə olunan alqoritm. 1991-ci ildə Massaçusets Texnologiya İnstitutunda Ron Rivest tərəfindən yaradılmışdır. Tək istiqamətli şifrləmə alqoritmidir. Daxil edilən verilənlərin ölçüsündən asılı olmayaraq onları 128 bitlik hexadecimal simvollara çevirir. MD5-dəki hər bir verilənin eyni olması mümkün deyildir, çünki generasiya edilən yekun verilən nəticədə 128 bitlik informasiyadır. MD5 şifrlərinin qırılması nəzəri olaraq qeyri mümkündür. Ancaq bəzi MD5 Verilənlər Bazaları ilə bruteforce üsulu ilə 16 simvola qədər olan şifrlər qırıla bilir. Bu cür sistemlər daxil edilən MD5 şifrini öz bazasında əvvəlcədən daxil MD5-lər içərisində axtarır. Amma şifr nə qədər mürəkkəb və uzun olarsa onun qırılmasıda bir o qədər çətinləşir. == İstifadə edildiyi yerlər == İnternet qoşulmalarında(SSL-Secure Sockets Layer) Virtual özəl şəbəkələrdə(VPN-Virtual private Network) kimlik müəyyən etmə əməliyyatlarında Fayl endirmə saytlarında MD5 geniş şəkildə istifadə olunur.
MDB
Müstəqil Dövlətlər Birliyi — keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat, 8 dekabr 1991-ci ildə yaradılmışdır. == Yaranma tarixi == İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belarusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.
MDBMİ
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. == Məşhur məzunları == İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.
MDB milli futbol komandası
MDB milli futbol komandası — SSRİ milli futbol komandası fəaliyyətini dayandırdıqdan sonra SSRİ məkanında yaradılmış milli futbol komandası. == Tarixi == Bu komandanın yaradılmasında məqsəd SSRİ milli futbol komandasının qazandığı vəsiqə ilə UEFA Avropa Kuboku 1992-də iştirak etmək idi.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: müharibə, lokal müharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
MDHP
Milli Dirçəliş Hərəkatı Partiyası və ya qısaca MDHP — Azərbaycanda rəsmi dövlət qeydiyyatında olaraq aktiv fəaliyyət göstərən milliyyətçi, sağ mərkəzçi müxalif siyasi partiya. Qurucusu və hazırkı sədri istiqlalçı deputat Fərəc Quliyevdir. Milli Dirçəliş Hərəkatı Partiyası rəsmi qeydiyyata alındığı gündən bəri bütün prezident, parlament və bələdiyyə seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırışlarında 1 deputatla — Fərəc Quliyev ilə təmsil olunmuşdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərinin 88%-i kişi, 12%-i isə qadın olmuşdur. == Haqqında == Milli Dirçəliı Hərəkatı Partiyası 2002-ci ildə formalaşdırılmış təşəbbüs qrupu tərəfindən yaradılıb. 2005-ci il may ayının 7-də keçirilmiş təsis qurultayı ilə Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyətə başlamışdır. İstiqlalçı deputat Fərəc Quliyev bu qurultayda sədr seçilmişdir. 2011-ci il may ayının 31 — də partiya dövlət qeydiyyatına alınmışdır. 2017-ci il mayın 14-də Partiyanın ikinci qurultayı keçirilib və Fərəc Quliyev yenidən sədr seçilib.
MDNA
MDNA — Madonnanın on ikinci studiya albomu. Çıxış tarixi 26 mart 2012 ildi. Albom ilk həftəsində 359.000 nüsxə sataraq , Billboard Hot 200-ə 1 nömrədən giriş etdi.
MDNA (Madonna albom)
MDNA — Madonnanın on ikinci studiya albomu. Çıxış tarixi 26 mart 2012 ildi. Albom ilk həftəsində 359.000 nüsxə sataraq , Billboard Hot 200-ə 1 nömrədən giriş etdi.
MDSU
Moskva Dövlət Sənaye Universiteti (ГОУ МГИУ) — Rusiyaın tanınmış ali təhsil təhsil müəssisəsi. Müxtəlif illərdə Lixaçev adına zavod yanında zavod - Ali Texniki Təhsil Müəssiəsi ( Завод-ВТУЗ при ЗИЛ-е), Moskva avtomobilqayırma İnstitutu (ВТУЗ-ЗИЛ), Moskva Dövlət Sənaye Universiteti (МГИУ) adını daşımışdır. == Universitet bu gün == Universitet 6 fakültədə 14 mühəndis, 7 iqtisadi və 2 hüquqi ixtisasə üzrə mütəxəssis hazırlayır. Universitetin 25 000 tələbəsi, 2 500 nəfər hazırlıq şəbəsinin dinləyicisi, 500 aspirantı və 50 dissertantı vardır.
MDY-Tranzistorlar
MDY-Tranzistorlarda (ing. MISFET( metal–insulator–semiconductor field-effect transistor)) idarəedici elektrod cərəyan keçirən kanalın keçidə yaxın yerləşən qatından dielektrik qatı vasitəsilə izolə edilir. Ona görə MDY-tranzistorları izolə olunmuş idarəedici elektrodlu tranzistorlar sırasına aid edilirlər. MDY-Tranzistorlar MOY-Tranzistorlardan daha ümumi termindir: belə ki, bütün MOY-tranzistorlar MDY-tranzistorlardır, ancaq bütün MDY-tranzistorlar MOY-tranzistorlar deyil. MDY-tranzistorlar silisiumdan hazırlanır, dielektrik kimi isə silisium oksidindən istifadə edilir. MDY-tranzistorların iş prinsipi eninə yönəlmiş elektrik sahəsinin təsiri altında yarımkeçiricinin dielektriklə sərhəddə səthyanı qatının keçiriciliyinin dəyişməsinə əsaslanır. Yarımkeçiricinin səthyanı qatı MDY-tranzistorlarda cərəyan keçirən kanal rolunu oynayır. MDY-tranzistorlar ümumi halda dördelektrodlu cihazlardır. Dördüncü elektrod rolunu əsas yarımkeçirici lövhəyə birləşdirilən altlıq oynayır. Altlıq, adətən, 0 potensiala qoşulur.
Mdauruş
Mdauruş (ərəb. مداوروش‎ həmçinin M'Dauruş, tarixən Madavra) — Əlcəzairin şimal-şərqində, Suk-Ahras vilayətində şəhər. 1998-ci il siyahıyaalınmasına görə, əhalisi 24,919 nəfər idi. İkinci Pun müharibəsi zamanı Roma koloniyası kimi qurulmuşdur. Roma yazıçısı və filosofu Apuleyin doğma şəhəri və Müqəddəs Avqustinin təhsil aldığı yerdir. == Tarixi == Madavra şəhəri e.ə. II–I minilliklərdə İkinci Pun müharibəsi zamanı və ya bitdikdən sonra Roma veteranları və onların ailələri üçün yaşayış məntəqəsi kimi yaradılmışdır. Şəhərtuareqlərin mülkləri ilə Numidiyanın sərhəddində yerləşərək fəth edilmiş torpaqlarda formalaşan Afrikanın Roma əyalətinin sərhədlərindəki müdafiə istehkamları və yaşayış məntəqələri zəncirinə daxil olmuşdur. Roma imperiyasında veteranların imperiya sərhədlərinə köçürülməsi onlara torpaq və müəyyən imtiyazların verilməsi ilə həyata keçirilirdi. Bunun məqsədi onların düşmən basqınları zamanı daimi qarnizonları əvəz edə bilmələri idi.
2025 MDB Oyunları
2025 MDB Oyunları — 2025-ci ildə Azərbaycanın Gəncə şəhərində keçirilməsi planlaşdırılan sayca III MDB Oyunları. == Hazırlıq == 2024-cü ilin aprel ayında Gəncə İdman Sarayının açılışı olub. Yarış müddətində bir çox idman tədbirlərinin burada keçirilməsi nəzərdə tutulur.
MDB Oyunları
MDB Oyunları (rus. Игры стран СНГ) — Müstəqil Dövlətlər Birliyi ölkələrinin idmançıları arasında keçirilən idman yarışıdır. Yarış ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. İkinci dəfə Belarusun paytaxtı Minskdə keçirilmiş yarışda MDB ölkələrindən əlavə olaraq başqa ölkələr də dəvət edilib. Üçüncü MDB Oyunlarının 2025-ci ildə Azərbaycanın Gəncə şəhərində keçirilməsi planlaşdırılır. == Oyunlar == == İştirak üçün şərt == Oyunlarda yaşı 23-dən az olan idmançılar iştirak edə bilərlər, Olimpiya və dünya çempionları da bu şərti ödəyirsə yarışlarda mübarizə apara bilərlər.
Polikarp Mdivani
Polikarp Gurgenoviç "Budu" Mdivani (gürc. პოლიკარპე [ბუდუ] მდივანი; rus. Поликарп Гургенович [Буду] Мдивани; 1877, Tiflis – 19 iyul 1937, Tbilisi) — 1917-ci ildə Rusiyada baş vermiş inqilab və vətəndaş müharibəsində fəal iştirak edən gürcü bolşevik siyasətçisi, Sovet hökuməti rəsmisi və diplomat. 1920-ci illərdə xüsusilə Qafqazın sovetləştirilməsində əhəmiyyətli rol oynamışdı, lakin daha sonra Gürcüstan işi və eyni zamanda baş verən İosif Stalinin mərkəzləşdirmə siyasəti zamanı Gürcüstan Kommunist müxalifətinə rəhbərlik etmişdir. 1930-cu illərdə Trotskizm müxalifətinə etdiyi dəstəyə əsasən sürgün edildi və Böyük Təmizlik çərçivəsində edam edildi. 1877-ci ildə o vaxtı Rusiya İmperiyasının bir hissəsi olan Gürcüstanın Kutaisi quberniyasında anadan olmuşdur. Mdivaninin ailəsi Gürcüstanın nəcib ailələrindən biri idi. 1899-cu ildə Moskva Universitetində təhsilinə başlasa da, tələbə hərəkatlarına qoşulduğu üçün, təhsilini tamamlaya bilmədi. Mdivani 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bolşevik fraksiyasında qatıldı və Tiflis, Bakı, Batumi və Qafqazın digər sənaye mərkəzlərində inqilabi fəaliyyətinə başladı. Həmyerlisi İosif Stalinin yaxın iş yoldaşı olmuşdur.
Simon Mdivani
Simon Mdivani (gürc. სიმონ მდივანი; 20 oktyabr 1876, Xoni, İmereti – 13 dekabr 1937, Soşo[d]) — Gürcüstan Sosialist-Federalist İnqilab Partiyasının üzvü olan gürcü siyasətçi. Qızıl Ordunun Gürcüstanı işğal etməsindən sonra Türkiyəyə, daha sonra Fransaya köçmüş və 13 dekabr 1937-ci ildə So kommunasında vəfat etmişdir. O, Milli Şuranın və Gürcüstan Müəssislər Məclisinin üzvü, vitse-prezidenti, sonra Gürcüstan Demokratik Respublikasının Türkiyədəki səfiri olub. Simon (Svimon) 20 oktyabr 1876-cı ildə Xonidə yerli zadəganların (aznauri) varisi Qurgen Mdivaninin ailəsində anadan olmuşdur. O, növbə ilə ibtidai məktəbdə, Kutaisi Liseyində, Ukraynanın Odessa Universitetinin Təbiət Elmləri Fakültəsində təhsilini davam etdirib. Ali təhsil diplomunu aldıqdan sonra Odessa şəhər idarəsində kimyaçı kimi işə düzəlir və çarizmə qarşı siyasi mövqe tutur. O, Batumidə Gürcüstan Sosialist-Federalist İnqilab Partiyasına qoşulub. Gündəlik "Çermorskoe Exo" qəzetinin redaktoru olub, 1906-cı il dekabrın 14-də məqaləsinə görə həbs edilib və qəzeti bağlamağa məcbur edilib. O, yerli bölmənin prezidenti, sonra Gürcüstan Sosialist-Federalist İnqilab Partiyasının mərkəzi komitəsinin üzvü seçilib.
MDMA
Metilendioksimetamfetamin, MDMA, 3,4-metilendioksi- N -metamfetamin — feniletilamin qrupuna aid olan yarısintetik psixoaktiv amfetamin tipli birləşmə olub ekstazın (ing. ecstasy) tablet forması üçün jarqon adı altında geniş şəkildə tanınır. MDMA xüsusilə gənclər arasında ən populyar dərmanlardan biridir, və Qərbin populyar mədəniyyətində nəzərəçarpacaq dərəcədə əks olunmuşdur. 1980-ci illərdən bəri populyar mədəniyyət və gecə klubu müntəzəmləri arasında paylanır :57 . MDMA-nın istehsalı, saxlanması, daşınması və paylanması BMT konvensiyası ilə qadağandır və dünyanın əksər ölkələrində cinayət sayılır. Psixoaktiv maddə kimi MDMA eyni anda bir neçə neyrotransmitter və neyrohormonal sistemə təsir edir və həm subyektiv olaraq xoş, həm də daha az dərəcədə xoşagəlməz təcrübələri artırır. O, qorxu və narahatlığı azaldaraq, eyforiya, açıqlıq və başqalarına yaxınlıq hissləri yaratmağa qadirdir. Bəzi tədqiqatçıların fikrincə, belə davamlı təsirlər MDMA-nı digər psixostimulyatorlardan və psixodeliklərdən ayrıca empatojenlər qrupuna ayırır. MDMA depressiya, narahatlıq və digər mənfi emosional vəziyyətləri artıra bilər. MDMA amfetaminlər qədər güclü olmasa da, stimullaşdırıcı kimi çıxış edir.