Media
Media — kommunikasiyada məzmun saxlamaq və çatdırmaq üçün istifadə olunan kommunikasiya vasitələri və ya alətləri. Bu termin əsasən çap mediası, nəşriyyat, xəbər mediası, fotoqrafiya, kino, yayım (radio və televiziya), rəqəmsal media və reklam kimi kütləvi informasiya vasitələrinin kommunikasiya sənayesinin komponentlərinə aid edilir.
Əhəmənilər dövləti (çaparxana) və Roma imperiyası da daxil olmaqla, poçt kimi uzun məsafəli rabitə sistemlərinə imkan verən erkən yazı və kağızın inkişafı medianın erkən formaları kimi şərh edilə bilər. Hovard Reynqold kimi yazıçılar insan kommunikasiyanın ilk formalarını, məsələn, Lasko mağara təsvirlərini və erkən yazıları medianın ilk formaları kimi qələmə vermişdilər. Media tarixinin başqa bir çərçivəsi Şove mağarasının təsvirləri ilə başlayır və insan ünsiyyətini qısa səs diapazonundan kənara çıxarmağın digər yolları ilə davam edir: tüstü siqnalları, iz işarələri və heykəllər.
Kommunikasiya kanalları ilə bağlı müasir tətbiqində media termini ilk dəfə kanadalı kommunikasiya nəzəriyyəçisi Marşall MakLuhan tərəfindən "Counterblast" (1954) əsərində istifadə edilmişdir: "Media oyuncaq deyil; onlar Ana Qaz və Piter Pan rəhbərlərinin əlində olmamalıdır. Onları yalnız yeni rəssamlara həvalə etmək olar, çünki onlar sənət formalarıdır". 1960-cı illərin ortalarında bu termin Şimali Amerika və Birləşmiş Krallıqda geniş istifadə edilməyə başlanmışdır. Kütləvi informasiya vasitələri ifadəsi, Henri Luis Menkenə görə, ABŞ-də hələ 1923-cü ildə istifadə edilmişdir.
== Elektron media ==
Telekommunikasiya sahəsindəki inkişaflar mediaya analoq və rəqəmsal media vasitəsilə uzun məsafəli bağlantı yaratmaq imkanı vermişdir.