Melizm
Melizm – ümumiyyətlə melodiyanı gözəlləşdirən əlavə melodik artırmalara deyilir. Melizm işarələri ən çox Azərbaycan musiqisində işlədilir. Qərb və rus klassik musiqisində də çox təsadüf edilir. Bu əlavə melodik artırmaların müəyyən şəkli vardlr.
Musiqidə melizm hələ qədim zamanlardan başlayaraq inkişaf etmişdir. Onların yazılışı müxtəlif olduğu kimi ifa üsulları da müxtəlifdir.
Melizm xüsusi işarələrlə gostərilərək xanənin ümumi olcüsünə daxil olmayan bir neçə kiçik notlardan təşkil olunur.