meqapolis
meqarelyef
OBASTAN VİKİ
Meqara
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqara məktəbi
Meqara məktəbi (yun. Μεγαρική σχολή) — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Onları daha çox metafizika, məntiq və ərdəm (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) kimi məsələlər maraqlandırırdı. Meqaraçıları mübahisə etməyə meylli olduqlarına görə “eristiklər” və ya “dialektiklər” də adlandırmışdırlar. == Nümayəndələri == Evklides Stilpon Evbulides Diodorus Kronus == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 110-115. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Evklides (Meqaralı)
Meqaralı Evklides (yun. Εὐκλείδης ὁ Μεγαρεύς, m. ö. 450 – 360) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin yaradıcısı. Diogenes Laertiusa görə, Aristippus üç hissədən ibarət olan “Liviyanın tarixi” və bir çox dialoqların müəllifi olmuşdur. Evklides zamanımıza çatmayan dialoqların yazarı olmuşdur. Onun çoxlu tələbələri var idi. == Fəlsəfəsi == Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır, ona Həqiqət, Ağıl, Tanrı da deyilir. İnsan həyatının ən yüksək məqsədi onu dərk etməkdir. Dünyadakı bütün başqa şeylər və olaylar əslində yoxdur, onların var olması aldadıcıdır.