Mesopotamiya

coğ. Mésopotamie f

merinos
meşə
OBASTAN VİKİ
Mesopotamiya
Mesopotamiya (qədim yun. Μεσοποταμία – "İkiçayarası") — Yaxın Şərqdə yerləşmiş dünyanın ən qədim və ən böyük sivilizasiyalarından biri. Mesopotamiya sivilizasiyanın beşiyi hesab olunur. Çağdaş zamanda bu mədəniyyətin yerləşdiyi ərazi də Mesopotamiya olaraq adlanır. Qədim şərq ölkələri Afrikanın şimal-şərqindən Asiyanın böyük bir hissəsinə qədər uzanan geniş coğrafi ərazini əhatə edirdi. Ən qədim şərq dövlətləri Misirdə, Aralıq dənizinin şərqində, Kiçik Asiya, İkiçayarası (Mesopotamiya), İran, Hindistan, Çin və digər ölkələrin ərazisində meydana gəlmişdi. == Tarixi == Ən qədim zamanlarda Mesopotamiya ərazisində bir neçə dövlətlər olmuşdur. Onların tarixləri ayrıca məqalələrdə verilmişdir: Şumer Akkad Babil Assuriya == Dini == Ətraflı bax: Qədim Mesopotamiya dini == Qədim Mesopotamiya əhalisi == Mesopotamiyanın şimalında e.ə. 31 minilliyin birinci yarısından başlayaraq, sami mənşəli tayfalar yaşamışdırlar. Onlar müxtəlif ləhçələrdə danışırdılar.
Aşağı Mesopotamiya
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Cənubi Mesopotamiya

Mesopotamiya dini
Mesopotamiya dini qədim zamanlardan Xristian və İslam dövrünün başlanmasına qədər Yaxın Şərq reqionunda yayılan dini inaclardır. Bu inanclar o zaman orada yaşayan bütün xalqlar arasında yayılmışdır. Bu inancların mənşəyi Şumerdən gəlir. Sonra onlar başqa xalqlar arasında yayılmışdır. Şumer, Akkad, Babil, Assuriya kimi dövlətlərin dinlərinin mənşəyi birdir. Onların hamısını Mesopotamiya dini kimi adlandırırlar. Assuriya və Babil dinlərinin xüsusiyyətləri ayrıca məqalələrdə verilmidir: Babil dini Assuriyada din == Mesopotamiya inanclarının özəllikləri == Mesopotamiyada, bütün Yaxın Şərqdə olduğu kimi, dinlər əsasən çoxtanrılı (politeist) və bütpərəst olmuşdur. Politeist düşüncəsi dünyanın hər bir təzahürünün arxasında bir tanrın olduğunu iddia edir. Qədim şumerlər inanırdılar ki, tanrılar hər bir şeyi yaradıb, idarə edirlər. Onlar insan cildində və insanabənzər təsəvvür edilirdi: insanlar kimi ailə qururlar, xəstələnirlər, əsəbləşirlər, savaşırlar, yaralanırlar, sevirlər, nifrət edirlər, bir birinə xəyanət edirlər, uşaq doğurlar və s.
Mesopotamiya memarlığı
Qədim Mesopotomiya (İkiçayarası) xaqlarında memarlığı mühüm əhəmiyyət kəsb edirdi. İkiçayarasında təbii ehtiyatlar yox dərəcəsində idi. Orada tikinti ağacları və daş kifayət qədər olmadığından xüsusilə gil - kərpic memarlığı təkmilləşmişdı. İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər. == Xüsusiyyətləri == Dini xarakterli tikililər – əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər (zikkuratlar) İkiçayarası mədəniyyətinin orijinal memarlıq nümunəsi idi.E.ə IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər böyük yaşayış məntəqələrinin mərkəzinə çevrilmişdir. E.ə III minillikdə Şumer şəhər dövlətinin mərkəzində ibadətə xidmət edən tikintilər (məbəd) dəsti (kompleksi) bina edilir, ətrafina da xüsusi divarlar çəkilirdi.
Mesopotamiya cəbhəsi
Mesopotamiya cəbhəsi (ing. Mesopotamian campaign) — Birinci Dünya müharibəsi zamanı Mesopotamiya (müasir İraq) ərazisində Britaniya imperiyası (əsasən Britaniya Hindistanı ordusu) qoşunları ilə Osmanlı imperiyasının ordusu arasında baş vermiş döyüşlər. Britaniya komandanlığı Yaxın Şərqin neft yataqlarını qorumağa və Osmanlı Mesopotamiyasını tutmağa ümid edirdi. Osmanlı komandanlığı bu bölgədə aktiv əməliyyatlar planlaşdırmırdı. Lakin ingilislərin aktiv hücumuna başladıqdan sonra Mesopotamiyada hərbi əməliyyatlar üçün 6-cı Ordunu yaratmağa məcbur oldu. 1916-cı ildə türklər Əl-Kutda bir qrup ingilis qoşununu mühasirəyə almağa və ələ keçirməyi bacardılar. Bundan sonra ingilislər aktiv əməliyyatlardan əl çəkməli oldular. İngiltərədə və Hindistan xalqları Mesopotamiya kampaniyası və Bağdadın işğalına böyük maraq göstərirdi. 1917-ci ildə ingilislər Bağdadı tutdular və 1918-ci ilin sonunda Osmanlı Mesopotamiyasının demək olar ki, bütün ərazisi onların nəzarəti altında idi. Döyüş Mudros müqaviləsinin imzalanmasının ertəsi günü döyüş əməliyyatları başa çatdı.
Mesopotamiya tanrılarının siyahısı
Mesopotamiya tanrıları — qədim Mesopotamiya xalqlarının ibadət etdiyi tanrıların, və fövqəltəbii mifik varlıqların siyahısıdır. Mesopotamiya inanclarında çoxlu tanrılar və fövqəltəbii mifik varlıqlar olmuşdur. Bu siyahıda onların bəziləri verilmişdir. == Həmdə bax == Qədim Mesopotamiya dini Babil dini Assuriyada din == Mənbə == Aydın Əlizadə. Qədim Şumer-Akkad dini və onun digər dünya dinlərinə təsiri Arxivləşdirilib 2015-03-31 at the Wayback Machine // Dövlət və Din ictimai fikir toplusu. - 2008. - N 4. - S. 91-93. == Ədəbiyyat == Leick, G. A Dictionary of Ancient Near Eastern Mythology.
Qədim Mesopotamiya dini
Mesopotamiya dini qədim zamanlardan Xristian və İslam dövrünün başlanmasına qədər Yaxın Şərq reqionunda yayılan dini inaclardır. Bu inanclar o zaman orada yaşayan bütün xalqlar arasında yayılmışdır. Bu inancların mənşəyi Şumerdən gəlir. Sonra onlar başqa xalqlar arasında yayılmışdır. Şumer, Akkad, Babil, Assuriya kimi dövlətlərin dinlərinin mənşəyi birdir. Onların hamısını Mesopotamiya dini kimi adlandırırlar. Assuriya və Babil dinlərinin xüsusiyyətləri ayrıca məqalələrdə verilmidir: Babil dini Assuriyada din == Mesopotamiya inanclarının özəllikləri == Mesopotamiyada, bütün Yaxın Şərqdə olduğu kimi, dinlər əsasən çoxtanrılı (politeist) və bütpərəst olmuşdur. Politeist düşüncəsi dünyanın hər bir təzahürünün arxasında bir tanrın olduğunu iddia edir. Qədim şumerlər inanırdılar ki, tanrılar hər bir şeyi yaradıb, idarə edirlər. Onlar insan cildində və insanabənzər təsəvvür edilirdi: insanlar kimi ailə qururlar, xəstələnirlər, əsəbləşirlər, savaşırlar, yaralanırlar, sevirlər, nifrət edirlər, bir birinə xəyanət edirlər, uşaq doğurlar və s.
Qədim Mesopotamiya mədəniyyəti
== Haqqında == Mesopotamiyada ilk sakinlər təxminən e.ə. 40-cı minillikdə məskunlaşmışlar. İnsan qruplarının bir hissəsi mağaralarda yaşayaraq dağ keçisi və qoyunlarının ovu ilə məşğul olurdu. Yalnız b.e.ə. X minillik müəyyən dəyişikliklərlə müşayiət olunur – insanlar torpaqla işləməyə başlayaraq oturaq həyat tərzinə keçirlər. Bu həyat şəraiti onların özləri üçün komalar, çiy kərpicdən evlər inşa etməsinə imkan yaradır. Beləliklə, b.e.ə. VII minillikdə artıq Mesopotamiya ərazisində torpaqla məşğul olanlar məskunlaşmağa başlayır. Cəmiyyətin bundan sonrakı inkişafı sürətlə tərəqqiyə doğru irəliləyir. E.ə.
Nadir xanın Mesopotamiyaya birinci yürüşü
Nadir xanın Mesopotamiyaya birinci yürüşü və ya Nadirin Mesopotamiyaya 1732–1733-cü illər yürüşü — 1730–1736-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı baş vermiş hərbi münaqişə. II Təhmasibi 1730-cu ildə həyata keçirdiyi və Qafqazı Osmanlılardan geri almağı məqsədləyən yürüşü fəlakətlə nəticələndi və Kirmanşah sülhü imzalandı. Sülhün şərtlərinə görə Qafqaz üzərində Osmanlı hakimiyyəti II Təhmasib tərəfindən tanındı. Bu məğlubiyyət və alçaldıcı sülh Nadirin qəzəbinə səbəb oldu və o, 1732-ci ildə II Təhmasibi taxtdan endirdi. Bundan sonra Osmanlılar üzərinə Nadirin yeni hücumu baş tutdu. == İraqa hücum == II Təhmasibin imzaladığı sülhlə Qafqazda Osmanlı hakimiyyəti qısa müddətlik də olsa tanındıqdan sonra Nadirin Osmanlının hakimiyyəti altındakı İraqa hücum edəcəyi gözlənilmirdi. Eksvortinin bildirdiyinə görə, Nadir Bağdadı ələ keçirməklə Osmanlı üçün danışıqlarda üstünlük qazanmaq və onu Qafqazın geri qaytarılması şərtilə istifadə etməyi planlayırdı. Lakin Bağdadın olduqca böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətini nəzərə aldıqda, onun Nadir xan üçün sadəcə başqa bir bölgə ilə dəyişdirilmək üçün mübadilə vasitəsi kimi görülməsi şübhəlidir. Osmanlı imperiyası mümkün Nadir xanın hücumunu İraqdan gözləməsə də, hər ehtimalı nəzərə alaraq oradakı ordularını da hazır vəziyyətə gətirmişdi. Nadir Osmanlı ordusunu qəfil ovlamaq üçün gözlənilənin əksinə Qəsri-Şirin bölgəsində Zohab möhkəmləndirilmiş məntəqəsinə hücum etmək əvəzinə bir qədər döyüşçü ilə qarlıq və çətin keçilən yollardan istifadə edərək Osmanlı qarnizonunun arxasına keçməyi bacardı.
бихевиори́зм жаренка карава́й лакну́ть разложи́ться раскла́ниваться старопре́жний ту́пость шелково́дка щукообра́зные облапо́шивать оперя́ться остроуго́льный раската́ть су́меречный укрупни́ть billionaire enshroud lengthiness outrageous speech therapy vibrational беднота постижение ценительница