Messe

die; -, -n 1. rel. namaz, ibadət aini; 2. (Ausstellung) sərgi; 3. mar. yemək salonu
Messbecher
messen
OBASTAN VİKİ
Artemisia messerschmidtiana
Artemisia messerschmidtiana (lat. Artemisia messerschmidtiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Facebook Messenger
Facebook Messenger, yaxud sadəcə Messenger — Facebook-un yaratdığı və inkişaf etdirdiyi yazılı, səsli və görüntülü xəbərləşmə servisi. Messenger Facebook istifadəçilərinə həm əsas sayt, həm də mobil tətbiq üzərindən əlaqə qurmaq üçün şərait yaradır. Günümüzdə 5 milyarddan çox insan Messenger istifadə edir.
Messel karxanası
Messel karxanası (alm. Grube Messel‎) — Almaniyanın Frankfurt-Mayn şəhərindən təxminən 35 km cənub-şərqdə Messel kommunasının yaxınlığında yerləşən Eosen dövrünün (56-34 milyon il əvvəl) dəyərli fosillərinin tapıldığı yer. Şist qatlarında tapılmış erkən məməlilərin və digər canlı orqanizmlərin qalıqları çox sayda olması ilə yaxşı qorunub saxlanılır və xüsusi elmi dəyər kəsb edir. Bunun sayəsində 9 dekabr 1995-ci ildə Messel karxanası UNESCO-nun siyahısına salınmış Almaniyada yerləşən obyektlərinə daxil edilmişdi. Burada hələ də paleontologiya qazıntıları aparılır ki, bu da buraya bir çox turistləri cəlb edir. 1859-cu ildən ərazi qəhvəyi kömür, sonra isə yanacaq şist hasilatı üçün karxana olaraq istifadə olunur. Paleontologiya baxımdan o, təxminən 1900-cü ildə məşhurlaşmışdı. Lakin burada tammiqyaslı elmi qazıntılar 1970-ci illərdə, sənaye inkişafı dayandırdıqdan sonra burada genişmiqyaslı elmi qazıntılar başladı. Daha sonra karxananın yerində bir zibil poliqonu qurmaq planlaşdırılsa da, bu planlar həyata keçirilmədi. 1991-ci ildə Hessen hökuməti bu ərazini elmi məqsədlər üçün satın aldı.
Messenat Holding
Messenat Holdinq
Messeniya
Messeniya nomu (Yunanca: Νομός Μεσσηνίας / Nomos Messenias) — Yunanıstanın Mora coğrafi bölgəsinə daxil olan bir rayon.
Messerschmitt Bf 109
Messerschmitt Bf (Me) 109, İkinci dünya müharibəsinin döyüş təyyarəsi . Willy Messerschmitt (Vili Mesırşimit) tərəfindən 1930-cu illərdə layihəsi hazırlanıb. Messerschmitt 109, ilk uçuşunu prototip Bf 109 V1 olaraq may 1935-ci il də etdiyi zaman dövrünün ən inkişaf etmiş tək nəfərlik ovçu təyyarəsi idi. 1937-ci ilin Fevralında istehsalına başlanan Jumo mühərrikli "B-1", Luftwaffedə xidmətə girdi. Jumo 210 mühərriyi, "B", "C" və "D" modellərində də istifadə edildi.1939-cu ilin Yanvarından 1942-ci ilin əvvələrinə qədər istehsalda qalan Bf 109 E modelində Daimler-Benz DB 601 mühərriki istifadə edilmişdir. "G" modelinin istehsalına 1942 Mayında başlanmışdır. Messerschmitt 109, təxminən 24,500 dənəsi Bf 109 G olmaq üzrə cəmi 35,000 ədəd emal edilmişdir. Bf 109 Alman Hava Nazirliyinin (Reichsluftfahrtministerium, RLM) orijinal tərifinin. Bf qısaltması təyyarəsi emal edən firma olan Bayerische Flugzeugwerke 'nin baş hərflərindən ibarətdir. 1938-ci ildə firmanın adı baş dizayneri Willy Messerschmitt 'in firmanı almasıyla Messerschmitt AG olaraq dəyişmişdir.
Messerschmitt Bf 110
Messerschmitt Me 110 — İkinci dünya müharibəsi zamanı hazırlanmış Alman ağır ovçu təyyarəsi. Bf 110 ağır ovçu olaraq hazırlanan və sonraları gecə ovçusu və ya yer bombardman təyyarəsi olaraq istifadə edilmişdir.
Messerschmitt Me 163
Me 163 Komet — Aleksandr Martin Lippisch tərəfindən tərtib edilmiş tarixdə yeganə reaktiv mühərrikli döyüş təyyarəsidir. Almaniya Hərbi Hava Qüvvələri tərəfindən İkinci Dünya Müharibəsi zamanı istifadə edildi. İnqilabi dizaynına və rəqibsiz performansına baxmayaraq, istifadəsinin çox təhlükəli olmasına görə yalnız bir neçə Müttəfiq qırıcı təyyarəsini vurmağa nail olmuşdur. Konstruksiya işləri Deutsche Forschungsanstalt für Segelflug (DFS) - Almaniya Playner Uçuş İnstitutunun tələbləri ilə başladı. İlk dizaynları daha əvvəl hazırlanmış Lippisch Delta IV, digər adı ilə DFS 39 modelindən dəyişdirilərək əldə edilmişdi və təyyarə skeletini sınamaq üçün tam bir playner şəklində istifadə edilmişdir. Daha böyük bir yeni versiyası kiçik bir pərvanəli mühərrikə sahib idi və DFS 194 adı ilə konstruksiya edilmişdir. Bu versiyada qanad ucuna bağlanmış hündürlük tənzimləyicilərindən istifadə edilmişdir. Lippisch, bu dizaynın yüksək sürətlə problem yaratacağını düşündü və sonrakı modellərə adi arxa şaquli stabilizator da daxil etdi. Dizaynda playner atalarından vacib xüsusiyyətlər mövcud idi, bu xüsusiyyətlərdən uçuş zamanı çəkilə bilən və eniş üçün istifadə edilən xüsusi xizəklər də var idi. Qalxma üçün xüsusi hazırlanmış çarpaz oxların uclarına asanlıqla bağlanıla bilən bir cüt təkərlərdən istifadə edilmişdir.
Messerschmitt Me 262
Messerschmitt Me 262 Schwalbe (almanca "Qaranquş") İkinci dünya müharibəsinin sonlarına doğru istehsalına başlanılmış və döyüşdə aktiv iştirak etmiş cüt reaktiv mühərrikli alman döyüş təyyarəsidir. İlk reaktiv mühərrikli qırıcı olaraq bilinir. Müharibənin son zamanlarında Almanların ümid bağladığı üstün silahlardan biri olaraq bilinsə də ilk dizayn yanaşmaları 1939-cu ildə başlamışdır. Aviasiya və döyüş Nazirliyində taktika yanaşma və doktrinaya çıxan zabitlərin döyüşü qazanmaq üçün dövrün ənənəvi piston mühərrikli , pərvanəli təyyarələri kafi görməsi üzərinə , bu layihədən döyüşün ilk illərində istifadə edilməmişdir. Villi Messerşmittin təyyarələrdə yüksək sürətlərdə ibarət müqavimət və müqavimət problemləri üçün təyyarə gövdəsinə bucaqlı şəkildə bərkidilmiş qanadlar üzərində işləri 1935-ci ilə dayanır. Me 262də də ilk başda 18.5 dərəcə bucaqlı qanadlar istifadə edilmişdir. Mühərriklər və gövdənin yerə paralel bir vəziyyətə gətirilməsi , son şəklini almamış prototipləri üzərində görülən bu problemlər təsirli şəkildə həll edilmişdir. İlk test uçuşları təyyarənin skeletini test etmə məqsədli olaraq 1941 aprelində başlamışdır. Bu vaxt istifadə edilməkdə olan BMW 003 reaktiv mühərriklərinin qeyri-kafi qala biləcəyi düşüncəsiylə təyyarənin burnuna bir pərvanə və güc qaynağı olaraq Junkers Jumo 210 mühərriyi əlavə olunmuşdur. Yalnız reaktiv mühərriklərinin istifadə edildiyi ilk uçuşu iyul 1942 — edilmişdir.
Messeturm
Messeturm (alm. Messeturm‎) — Almaniyanın Frankfurt-Mayn şəhərində yerləşən, 257 metr yüksəkliyində 63 mərtəbəli bir göydələn. Messeturm 1991–1997-ci illərdə Avropanın ən hündür binası olub hal-hazırda Almaniyanın ikinci, Avropa İttifaqının isə üçüncü ən hündür binası hesab edilir. Göydələn 1988-ci il 13 iyul tairixində tikilməyə başlanmışdır.
Ricinus messeniacus
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Villi Messerşmitt
Villi (Vilhelm) Emil Messerşmitt (alm. Wilhelm Emil "Willy" Messerschmitt‎; 26 iyun 1898-15 sentyabr 1978). Alman aviakonstruktoru. Villi Messerşmitt 1898-ci ildə Bamberqdə anadan olub. İkinci dünya müharibəsinin qırıcı Messerschmitt təyyarəsinin konstruktorudur.
Windows Live Messenger(MSN)
. NET Framework — Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir "tətbiq" inkişaf etdirmə platformasıdır. Daha əvvəl Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir. Buradakı tətbiq anlayışının əhatəsi çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır. . Net arxitekturası, ortaq bir icra etmə mühiti (runtime environment), ortaq bir dəyişən növ sistemi, və portativ əlaqəli kitabxanalardan meydana gələr. . Net kitabxanası köhnə visual basic üçün hazırlanmış API (proqramçılar üçün bir çox funksiya) lərin təsnif edilmiş halıdır. Çünki API təsnif edilməmiş və bu səbəblər proqramçılar üçün bir kabus halını almaqda idi. . Net kitabxanası proqramın əməliyyat sistemi ilə asanca uyğunlaşma içində işini təmin etmişdir.
Rahila Messerer-Plisetskaya
Rahila Mixaylovna Messerer-Plisetskaya və ya yaradıcı təxəllüsü Ra Messerer (rus. Рахи́ль Миха́йловна Мессере́р-Плисе́цкая; 4 mart 1902, Vilnüs – 20 mart 1993, Moskva) — Sovet səssiz kino aktrisası, Mixail Plisetskinin həyat yoldaşı, balerina Maya Plisetskayanın və xoreoqraflar Aleksandr və Azari Plisetsklərin anası. Rahila Messerer-Plisetskaya 4 mart (19 fevral, köhnə üslub) 1902-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866–1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870–1929) ailəsində anadan olub. Milliyyətcə valideynləi yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. M. B. Messererin bütün uşaqlarının adlarını incildən seçmişdi (Pnina, Azariya, Mattani, Musa, Rahila, Asap, Elişeva, Sulamif, Emanuel, Aminadab). 1940-cı ildə Mixail Messererin ikinci evliliyindən Rahilanın daha bir bacısı Erella dünyaya gəlib. Rahilanın bacı və qardaşları arasında Azariya, Sulamif və Asap da sonradan məşhurlaşmışdılar. Rahila Messerer 1925-ci ildə Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib (Lev Kuleşovun sinfi).
Sulamif Messerer
Sulamif Mixaylovna Messerer (Meşoyrer) (rus. Сулами́фь Миха́йловна Мессере́р (Мешойрер); 27 avqust 1908, Moskva – 3 iyun 2004, London) — Sovet balerinası və balet müəllimi, üzgüçü. Asap Messerer və Rahila Messerer-Plisetskayanın bacısı, Mixail Messererin anası, Maya Plisetskayanın xalası və övladlığa götürən ökey anası. RSFSR xalq artisti (1962). Sulamif Plisetskaya 27 avqust 1908-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866–1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870–1929) ailəsində anadan olub. Milliyyətcə valideynləri yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. Sulamifin atası Mendel 8 xarici dil bilirdi. O, Xarkovda diş həkimi diplomu alıb və 1904-cü ildə həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığı yeri tərk edərək Moskvaya gedə bilib.