metakrilat

metakrilat
metakril
metaqalaktika
OBASTAN VİKİ
Etil metakrilat
Etil metakrilat (Etil 2-metil akrilat, Etil 2-metil-2-propenoat, UN2277)-kimyəvi formulu C₆H₁₀O₂,metakril turşusunun etil efiridir. == Fiziki xassələri == Etil metakrilat normal şəraitdə rəngsiz mayedir, suda az həll olur, qaynama temperaturu 117 °C və ərimə temperaturu -75 °C-dən azdır. Molekulyar çəki isə 114.1 q/mol-dur. Etil metakrilat xassələrinə görə metil metakrilata bənzəyir, lakin onun qıcıqlandırıcı xassələri daha az nəzərə çarpır. == Tədbiqi == Etil metakrilat akril polimerlərin - sintetik qatranların, latekslərin, emulsiyaların istehsalı üçün istifadə olunur .Metil metakrilatdan daha az bioloji təhlükəli olduğu üçün bu efir kosmetik prosedurlarda, xüsusən də dırnaq uzatmalarında istifadə olunur. == Təhlükəsizlik == Etil metakrilat buxarlarının inqalyasiyası öskürək, yanma, başgicəllənmə və baş ağrılarına səbəb olur. Böyük dozalarda ürəkbulanma, qusma və huşun itirilməsinə , dəri ilə təmasda yanmağa səbəb olur. Gözlərlə əlaqə aktiv lakrimasiyaya, gözlərdə ağrıya gətirib çıxarır. Etil metakrilat buxarı hava ilə yaxşı qarışır və partlayıcı qarışıqlar əmələ gəlir.Maddə qızdırıldığında və işığa məruz qaldıqda və ya güclü oksidləşdirici maddələrlə təmasda olduqda şiddətlə polimerləşir. == Mənbə == Etil metakrilat (EMA) (əlçatmaz keçid).
Metakrilat turşusu
Metakrilat turşusu (C4H6O2) — doymamış birəsaslı karbon turşusudur. Kəskin iyli mayedir. Qatı rəngə malikdir. Suda yaxşı həll olur. Metakrilat turşusunun kimyəvi xassələri Karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Metakrilat turşusu Polimerləşə bilir. Metakrilat turşusundan polimetakrilat turşusu və mürəkkəb efirlərin sintezində istifadə edilir.
Metakrilatlar
Metakrilatlar (CH2=C(CH3)COO-) — metakrilat turşusunun duzları və mürəkkəb Efirlərinin ümumi adıdır.