METALŞÜNASLIQ
METAMORFİZM
OBASTAN VİKİ
Metamorfik süxurlar
Metamorfik süxurlar (yun. "metamorfozis - çevrilmə) — Yerin dərinliyində temperaturun, təziqin və kimyəvi şəraitin dəyişməsinin təsirindən çökmə və maqmatik süxurların dəyişilmiş formalarıdır. Yer qabığını təşkil edən süxurların əsas hissəsi iki dəfə, bəzən bir neçə dəfə gah dərinliyə Yerin təkinə bataraq, gah da yuxarıya qalxaraq özlərinin ilkin formaşdığı şəraiti dəyişməli olurlar. Daha çox əhəngdaşları, gillər, bazaltlar və s. tanınmaz dərəcədə dəyişilirlər. Metamorfik süxurlar Yer səthinin 12 %-ni təşkil edir. == Ümumi məlumat == Məlumdur ki, plastik gil sobada bişirildikdə kərpicə, möhkəm əhəngə və ya çox bəzəkli, gözəl çini qablara çevrilir. Yerin təkində 30–60 km dərinlikdə yüksək temperatur (400 −900 °C) və çox yüksək təziq (on minlərlə atmosfer) şəraitində milyon illər ərzində yuxarıdan daxil olan yumşaq çöküntülərdə çevrilmələr gedir. Nəticədə kiçikdənəli yumşaq çöküntülər irikristallik (0,3 −1,0 sm ölçüdə dənələr) süxurlara, görünüşü o qədər də cazibədar olmayan əhəngdaşıları isə qədim sarayları bəzəyən müxtəlif rəngli nəcib mərmərlərə çevrilir. Ala-bəzək mərmər kolleksiyasını Moskva, Sank-Peterburq, qismən də Bakı metropolitenlərinin zallarında görmək olar Metamorfik süxurlara eyni zamanda südrənli-ağ və ya yaşıl nefrit, yasəmən rəngli çaroit, gözəlliyinə və rəngarəngliyinə görə təkrarolunmaz yaşəmlər aiddir.

Digər lüğətlərdə