metasomatizm

metasomatizm
metasomatik
metastabil
OBASTAN VİKİ
Metasomatizm
Metasomatizm (metasomatoz) - hidrotermal məhlulların (və ya flüidlərin) reaksiya təsirindən bir mineralın digərləri ilə əvəz olunması yolu ilə süxur və filizlərin mineraloji və kimyəvi tərkibinin dəyişilmə prosesidir. Bu proses zamanı metasomatizm mineralların kristal qəfəsində "ion-iona" prinsipi ilə deyil, ilkin mineralların tədricən həll olması və onun yerində dərhal yenilərinin kristallaşması yolu ilə baş verir. Bunu metasomatozda psevdomorfoz hadisəsinin geniş yayılması da sübut edir. Köhnə mineralların yenisi ilə əvəz olunması təxminən eyni vaxtda baş verir və dəyişilmə prosesi zamanı süxur (filiz) daim öz bərk halını saxlayır və bütövlükdə ümumi həcm V.Lindqrenin "metasomatizmdə həcmin sabitliyi qaydası"na əsasən sabit qalır. "İon-iona" prinsipi ilə metasomatik əvəzolunma isə yalnız dəyişən tərkibli minerallarda ("sülb məhlullarda") izomorfizmin müxtəlif halları üçün səciyyəvidir. Metasomatizm üçün metasomatik zonallıq səciyyəvidir. Komponentlərin məhlullarla daşınma üsullarından asılı olaraq metasomatik proseslər iki tipə bölünür: infiltrasion metasomatizm və diffuzion metasomatizm. Hər iki tip metasomatizm adətən müxtəlif geoloji şəraitlərdə baş versə də, təbiətdə çox vaxt birgə təzahür edir. Demək olar ki, hidrotermal mənşəli bütün metal və qeyri-metal mineral yataqları metasomatik proseslər nəticəsində əmələ gəlir. Məhlulun yan süxurlara təsirindən müəyyən quruluşa malik metasomatik zonalar sütunu əmələ gəlir.
Metasomatizm (metasomatoz)

Digər lüğətlərdə