mikroelement

mikroelement
mikroelektronika
mikroelementlər
OBASTAN VİKİ
Mikroelementlər
Mikroelementlər – orqanizmdə az miqdarda (adətən 0,001% və daha az) təsadüf edilən kimyəvi elementlər. Mikroelementlər termini torpağın, süxurların, mineralların, suyun tərkibində olan bəzi kimyəvi elementləri göstərmək üçün işlənilir. Müasir məlumata əsasən bitki və heyvan orqanizmlərində, həmçinin torpaqda 70-dən artıq mikroelement tapılmışdır. Bunlardan 65-nin müəyyən fizioloji funksiyası vardır. Mikroelementlər müxtəlif bioloji aktiv birləşmələrin – fermentlərin, piqmentlərin tərkibinə daxildir, orqanizmdə maddələr mübadiləsinə, bitkilərin məhsuldarlığını artırmaqla onun keyfiyyətini yaxşılaşdırmağa təsir göstərir. Bitki və heyvan orqanizmində çatışmadıqda bir sıra xəstəliklər (xloroz, boz ləkə, çətir xəstəliyi, özəyin çürüməsi, kobaltoz və s.) baş verir.Mikroelementlərə bor, mis, kobalt, yod, manqan, molibden, dəmir, alüminium, brom, gümüş, nikel və s. daxildir.

Digər lüğətlərdə