mikroprosessor

mikroprosessor
mikroproses
mikroproyeksiya
OBASTAN VİKİ
Mikroprosessor
Mikroprosessor (CPU) (Central Processing Unit) — fərdi kompüterlərin düşünən beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirir. Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir.Ayrıca qurğu şəklində düzəldilən mərkəzi prosessor. Ölçüləri təqribən 2.5~2.5 sm olan çağdaş mikroprosessorun inteqral sxemində 1 milyondan artıq tranzistor olur. Mikroprosessor fərdi kompüterlərin hamısının əsasıdır, çünki yaddaş və qida mənbəyi əlavə etməklə praktiki olaraq hazır kompüter almaq olar (əlbəttə, periferiya qurğularını çıxmaqla). Bu günə olan ən geniş yayılmış mikroprosessorlar bunlardır: Apple Macintosh kompüterlərinin əsasında olan Motorola firmasının 680x0 mikroprosessorları və bütün IBM PS/2 və PC-uyumlu kompüterlərin əsasında olan Intel firmasının 80x86 ailəsi Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə istehsal edir. Bu cür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir. Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiq qurğusunu birləşdirir. Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun hesablama məhzuldarlığı saniyədə 112 milyon əməliyyatdır.
AMD mikroprosessorlarının siyahısı
AMD mikroprosessorlarının siyahısı — AMD şirkətinin istehsal etdiyi mikroprosessorlar.
Intel mikroprosessorları
İntel mikroprosessorlarının siyahısı — Intel şirkətinin istehsal etdiyi mikroprosessorlar. Список всех микропроцессоров Intel на ark.intel.com (англ.) Музей Intel: История микропроцессора (англ.) Сравнение производительности мобильных процессоров (англ.) Современные процессоры Intel: 2-е полугодие 2009. Энциклопедия.
Intel mikroprosessorlarının siyahısı
İntel mikroprosessorlarının siyahısı — Intel şirkətinin istehsal etdiyi mikroprosessorlar. Список всех микропроцессоров Intel на ark.intel.com (англ.) Музей Intel: История микропроцессора (англ.) Сравнение производительности мобильных процессоров (англ.) Современные процессоры Intel: 2-е полугодие 2009. Энциклопедия.
Mikroprosessorun arxitekturası
Mikroprosessorun arxitekturası onun bir neçə xüsusiyyəti ilə təyin edilir. Bunlardan başlıcası təlimat sistemini təşkil edən təlimatların (əmrlərin) xüsusiyyəti və onların icra mexanizmi ilə bağlıdır. Mikroprosessorların əsasən iki tip arxitekturası mövcuddur: RISC arxitekturası CISC arxitekturası RISC (Reduced Instruction Set Computer- sadələşdirilmiş təlimat sisteminə malik kompüter) arxitekturası ilk dəfə 1979-cu ildə IBM801 mini-kompüterində gerçəkləşdirildi. Bu arxitektura üç əsas prinsipə söykənir: sistemin mükəmməl kompilyator vasitəsilə yüksək səviyyə proqramlaşdırma dillərini dəstəkləməsi; tamamilə aparat vasitələri ilə icra olunan primitiv təlimatlar toplusundan istifadə; əksər təlimatların prosessor tərəfindən bir taktda icra edilməsinə imkan verən yaddaş və giriş-çıxışın təşkili. İlk RISC arxitekturalı mikroprosessorlar 80-ci illərin əvvəllərində Kaliforniya (Berkli şəhəri) və Stəndford universitetlərində işləndi və hazırlandı. Bu mikroprosessorların müəlliflərinin qarşılarına qoyduqları məqsəd mümkün qədər sadə quruluşa malik daha məhsuldar mikroprosessora nail olmaq idi. Bu məsələnin həllində iki yol var idi. Birinci yol registr faylı tutumunu artırmaqla yaddaşa müraciət sayını azaltmaqdan ibarət idi. Bu prinsipə əsaslanan arxitektura ilk dəfə RISC I mikroprosessorunda istifadə olundu və Berkli arxitekturası adı ilə tanındı. İkinci yolun mahiyyəti kompilyatorun optimallaşdırmasının köməyilə konveyerdə təlimatların ardıcıllığını dəyişməklə mikroprosessor registrlərinin intensiv işini təmin etmək və nəticədə konveyerin boşdayanmalarını aradan qaldırmaqdan ibarət idi.
Pentium Dual-Core mikroprosessorlarının siyahısı və sonrakılar
Bu siyahıda İntel şirkətinin mikroprosessorlarının siyahısı təqdim olunub, Pentium Dual-Core adıyla buraxılanlar və ondan sonrakılar. Hal-hazırda İntel Pentium Dual-Core markasında imtina edib və həmçinin prosessorlar Dual-Core yazısıyla istehsal olunur, ark.intel.com saytıda isə sadəcə olaraq Pentium adlandırılır. Bu siyahıda nə vaxtsa Dual-Core adlandırılmış prosessorlar Pentium Dual-Core göstərilib, başqaları isə sadəcə Pentium. Bütün modellər dəstəkləyir: MMX, SSE, SSE2, SSE3, SSSE3, Enhanced Intel SpeedStep Technology (EIST), Intel 64, XD bit (an NX bit implementation) Bütün modellər dəstəkləyir: MMX, SSE, SSE2, SSE3, SSSE3, Enhanced Intel SpeedStep Technology (EIST), Intel 64, XD bit (an NX bit implementation). E5400 E5300 prosessorlar nişanlanmasından asılı olaraq Intel Virtualization Technology (VT-x) dəstəkləyir. İstənilən E5500 prosessoru Vt-x dəstəkləyir. Əvvəlki E6xx seriyası Conroe seriyasına aiddir, daha aşağı tezlikləri ilə fərqlənirdi və Core Duo 2 kimi adlandırılırdı. E6xxx seriyası 2009-ci ilin mayında yarandı və Е6300 - 2,8 GHs prosessoru təqdim olundu. 2009-ci ilin avqust ayında E6500 - 2.93 Ghs onun yanına artdı.
İ4004 mikroprosessoru
Intel 4004 – fərdi kompyuterlərdə "beyn" adlanan, riyazi və məntiqi əməliyyatları yerinə yetirən qorğu. 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu. i4004 mikroprosessoru 4 bitli idi və 2300 tranzistor üzərində qurulmuşdu. O, 750 kHs takt tezliyi, 10,8 mks əmr dövrü üzunluğu ilə işləyirdi. i4004 cəmi 16 ayaqlı plastmas və ya metal-keramik korpus içərisində yerləşdirilmişdi. Bu mikroprosessorun əmr sistemini 46 təlimat təşkil edirdi və funksional tərkibinə görə onlar kifayət qədər universal idi. Bu, prosessorun tətbiq sahəsini xeyli genişləndirdi. Bununla yanaşı prosessorun əmr sistemi məlumatlar üzərində VƏ (AND), VƏYA (OR) kimi məntiqi əməliyyatları həyata keçirmək üçün təlimatlara malik deyildi. Bu əməliyyatları aparmaq üçün xüsusi alt proqramlardan istifadə olunması nəzərdə tutulurdu, bu da proqram təminatını xeyli mürəkkəbləşdirirdi.

Digər lüğətlərdə