miksomisetlər

miksomisetlər
miksomiset
miksoplazma
OBASTAN VİKİ
Miksomisetlər
Miksomikota — şöbəsi nümayəndələrinin vegetativ bədənləri seliklidir. Təknüvəli amöbvari yaxud çoxnüvəli plazmodidir. Qeyri-əlverişli şəraitdə plazmodi sakitlik dövr keçirən sklerotsi stadiyasına keçir. Qeyri-cinsi çoxalmaları sporlarla gedir . Sporlar sporoforda formalaşır. Sporlar endogen və ekzogen yolla əmələ gələ bilirlər. Sporlar inkişaf edib miksoamöb və yaxud 2 qamçılı zoosporlar əmələ gətirirlər. Bunlar da sakitlik dövrü keçirib mikrotsistis əmələ gətirirlər. Bunlara bitki və heyvan qalıqları, bazidili göbələklər, mamırlar şibyələr , irigövdəli ağacların gövdəsi üzərində , birillik bitkilər üzərində və torpaqda rast gəlmək mümkündür. Bu günə kim bu göbələklərin göbələklər aləmindəki yeri tam məlum deyil.