MİL¹

[ər.] сущ. 1. гиг, хьел (мес. чархунин); ракьун тӀвал (мес. чурткадин); 2. акьраб (сятдин ва мс.); 3. акьван, мил (гуьлуьт ва мс. храдай); 4. зул, дамар, цӀар, маргъв (парчада); 5. сижиф (кӀвалин къав кӀевдамаз лап виняй кьиляй-кьилиз вегьидай яргъи кӀарас, чӀул); 6. спорт. гъиле къугъурардай са кьил шуькӀуь, муькуь кьил яцӀу алат; 7. вилериз суьрме чӀугун патал кӀарабдикай ва мс. авунвай шуькӀуь алат; ** mil qalmaq (durmaq, dayanmaq) хак хьиз тик акъвазун, дуьз акъвазна буйругъ вилив хьун; mil qalxmaq тик къарагъун, тик акъвазун.
MİL²
MİLAD
OBASTAN VİKİ
.mil
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Mil
Mil (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Milabad — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Yeni Mil — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Mil (ölçü vahidi) — uzunluq ölçü vahidi. Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi.
Govurarx (Mil)
Govurarx - Mil düzündə qədim suvarma kanalı. Araz çayından Qarqar çayınadək uzanırdı. E.ə.I minilliyin sonuna aid edilən bu arx monqol hücumları zamanı dağıdılmış, XVI əsrin sonunda Teymur tərəfindən bərpa edildiyindən onun mənsub olduğu tayfanın adı ilə Barlas adlandırılmışdır. XVIII əsrdə Nadir şahın dövründə yenidən dağıdılmış bu arxın yatağında Sovet hakimiyyəti illərində Orconikidze adına kanal çəkilmişdir. Kanal Mil düzünün suvarılmasına xidmət edirdi. Muğan düzündə qədim suvarma kanalı Araz çayından başlayıb indiki Biləsuvar rayonu ərazisindən keçirdi. Sasanilər dövründə çəkildiyi ehtimal edilir. Kanalın kənarında salınmış bir neçə qədim yaşayış məskəninin qalıqları var. Əvvəllər atəşpərəstlərə verilən gəbr adı sonralar türkdilli xalqlarda kafir və ya gavur kimi işlənərək, ümumiyyətlə "dinsiz" hesab edilən xalqlara aid edilirdi. Hidronimlər "gavurların çəkdiyi arx" mənasında da izah olunur.
Mil (Beyləqan)
Mil (əvvəlki adı: Orconikidze) — Azərbaycan Respublikasının Beyləqan rayonunun Mil qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Beyləqan rayonunun Mil qəsəbəsi Milabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Mil qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Beyləqan Azərbaycan Respublikasının qədim şəhərlərindən biridir. Şəhərin adı Sovet illərində "Orconikidze" olmuşdur. Lakin adı sonradan daha dəqiq — 1992-cü ildə dəyişdirilərək "Mil" olmuşdur.
Mil (uzunluq)
Mil — uzunluq ölçü vahidi. Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki, 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km edir.
Mil Visoko
44°32,30′ şm. e. 18°12,40′ ş. u. Mil Bosniya zadəganları üçün böyük əhəmiyyət daşıyırdı və orta əsrlər Bosniyadakı zadəganların məclisinə istinad edilən ən məşhur ad olan Stanak üçün nəzərdə tutulan yerlərdən biri idi. 1367–1407-ci illərdə bəzi tarixi mənbələr Mil şəhərində yerləşən Franciscan monastırı üçün pul vermiş Ragusan tacirlərindən bəhs edir. 1380–1390-cı illərdəki mənbələrə görə isə Müqəddəs Nikolas Manastırı olaraq təyin edilmişdir. Mil ilk dəfə 1244-cü ildə Müqəddəs Kuzma və Damjan kilsələri kimi (yazılı mənbələrdə: Mil, Sv. Nikola, Visoko, Mileševo) xatırlanır. Elə həmin il, Stefen II Kotromanik ilk Saint Nikolas Fransiskan monastırını inşa etdi.
Mil arteriyası
Mil arteriyası (lat. arteria radialis) — saidi və əli qanla əchiz edən arterial sistemin, yuxarı ətraf arteriyalarına aid, uc hisədə ovucun dərin qövsünü təşkil edən damar. Bilək nahiyəsində mil sümüyünün bilavasitə üzərində və səhi yerləşdiyi üçün dəri üzərində nəbzi əlləmək mümkündür. Milarteriyası tibbi praktikada mühüm əhəmiyyət malikdir. Belə ki, xəsənin invaziv qanlı Korotkov üsulu ilə qan təzyiqinin ölçülməsi, dializ xəstələrində məhz bu arteriya vasitəsilə Çimino şuntu qoyulur. said: Qayıdan mil arteriyası — lat. arteria recurrerus radialis biləyin ovuc şaxəsi — lat. ramus carpeus palmaris (r. carpeus volaris — BNA) ovucun səthi şaxəsi — lat. ramus palmaris superficialis (r.
Mil daşı
Mil daşı— Roma dövründə yollara qoyulan, yolun istiqamətini və mərkəzdən uzaqlığı göstərən daşlara deyilirdi. Kilometr daşı olaraq istifadə edilən bu daşlar girdə bəyaz mərmərdən hazırlanırdılar. Bəzi Roma mil daşlarının üzərində o dövrün Roma imperatorlarının və rəhbərlərinin adları yazılırdı.
Mil düzü
Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi. Hal-hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədilə Mil düzü şəraitində tədqiqat işləri davam etməkdədir. Mil düzündə qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi bilavasitə torpaqlarda öz əksini tapır. Heç də həmişə qrunt sularının səviyyəsinin qalxması torpaqların şoranlaşmasına səbəb olmur. Bu, torpaqların litoloji tərkibindən, kapillyar qaldırma qabiliyyətindən, struktura­sın­dan asılıdır. Belə ki, düzənlik ərazilərdə dayanıqlı aqroir­riqasiya landşaftlarının formalaşma­sın­da və biomüxtəlifliyin qorunmasında qrunt sularının minerallaşma dərəcəsinin və yerləş­mə dərinliyinin rolu çoxdur. Bu zaman qrunt sularının kritik səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı aqrolandşaftlarda qranulometrik tərkibdən asılı olaraq qrunt sularının kritik səviyyəsi müxtəlif ola bilər.
Mil qallon
Mil qallon (ing. Miles per gallon, MPG) - Şimali Amerika və Böyük Britaniyada istifadə edilən ölçü vahididir. Nəqliyyat vasitəsinin 1 qallon yanacaqla neçə mil məsafə qət edə biləcəyini ifadə edir. ABŞ-də 1 qallon 3,785, Böyük Britaniyada isə 4,546 litrə bərabərdir. 1 mil hər iki ölkədə eynidir və metrik ölçü sistemində 1 609 metrə bərabərdir.
Mil siniri
Mil sümüyü
Mixail Mil
Mixail Leontyeviç Mil (rus. Михаил Леонтьевич Миль; 22 noyabr 1909, İrkutsk – 31 yanvar 1970, Moskva) Sovet aerokosmik mühəndisi olmuşdur. Dünyaca məşhur Sovet istehsalı "Mi" seriyalı helikopterlərin istehsalı ilə məşğul olan Mil Moskva Helikopter Zavodunun qurucusudur. Mixail Mil 1909-cu ildə İrkutskda anadan olmuşdur. Atası Trans-Sibir Dəmiryolu işçisi, anası isə diş həkimi olmuşdur. Latviyanın Liepaya şəhərindən hərbi xidmətə çağırılmış babası 25 il Rusiya İmperator Donanmasında xidmət etdikdən sonra Sibirdə məskunlaşmışdır. Mil aviasiya sahəsində ilk mükafatını hələ 12 yaşı olarkən qazanmışdır. O, 1926-cı ildə Tomsk şəhərində yerləşən Sibir Texnologiya İnstitutuna daxil olmuş, lakin burada aviasiya mühəndisi ixtisası olmadığına görə 1928-ci ildə bu sahədə ixtisaslaşmaq məqsədilə Novoçerkassk şəhərində yerləşən Don Politexnik İnstitutunda təhsilini davam etdirməyə başlamışdır. 1932-ci ildə P.G. Rudenko ilə ailə həyatı qurur. Məzun olduqdan sonra Mərkəzi Aerohidrodinamik İnstitutunda (TsAGI) işləməyə başlamışdır.
Son mil
Rabitə sənayesində "son mil" (ing. "last mile") dedikdə, istifadəçinin abonent xəttini provayderin (rabitə operatorunun) qoşulma nöqtəsi ilə əlaqələndirən kanal başa düşülür. "Son mil" texnologiyalarına adətən xDSL, FTTx, Wi-Fi, WiMax, DOCSIS, PLC texnologiyaları aid edilir.
Yeni Mil
Yeni Mil — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yeni Mil qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Yeni Mil qəsəbəsi Milabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Yeni Mil qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Elşən Alhüseyn oğlu Hüseynov (05.05.1977–13.01.1996) Azad Heydər oğlu Abbasov (09.05.1973–05.03.1993) Elçin Cəbrayıl oğlu Məmmədov (20.06.1975–18.02.1994) Akif Nəsib oğlu Mənsimov (14.03.1967–08.01.1994) İlham Səfər oğlu Qasımov (15.10.1975–28.06.1994) Əlizaminv Şirin oğlu Abbasov (23.02.1986–15.03.2005) Mahir Talıb oğlu Kərimov (7. iyul 1970–17.06.1993) Azər Bulud oğlu Muradov (28.05.1972–26.01.1994 Sənan Əlisəfa oğlu Əliyev (11 aprel 1989; Beyləqan rayonu Yeni Mil qəsəbəsi–28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) Elgün Yedulla oğlu Yunusov (30 iyun 1986, Beyləqan rayonu Yeni Mil qəsəbəsi–27 sentyabr 2020, Kəlbəcər rayonu) Tacir Hasil oğlu Muradlı (25 sentyabr 2000; Beyləqan rayonu Yeni Mil qəsəbəsi–22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) Babək Vaqif oğlu Abışov (25 aprel 1994, Beyləqan rayonu Yeni Mil qəsəbəsi–10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri Səddam Aydın oğlu Həsənov (15 oktyabr 1992; Beyləqan rayonu Yeni Mil qəsəbəsi–17 oktyabr 2020; Hadrut, Xocavənd rayonu) — XTQ Elməddin Qoçu oğlu Xasayev (12. fevral 1980 Beyləqan rayonu Yeni Mil qəsəbəsi–31. dekabr 2020) Ramil Qardaşxan oğlu Yunusov (26. may 1977 Beyləqan rayonu Yeni Mil qəsəbəsi–9. noyabr 2020) Emin Fərman oğlu Fərzəlizadə (30. yanvar 1995 Beyləqan rayonu Yeni Mil qəsəbəsi–4.
Mil-Beyləqan FK
Mil-Beyləqan FK — Beyləqan şəhərini təmsil edən futbol klubu. Mil Beyləqan futbol klubu 1955-ci ildə Beyləqan şəhərində yaranmışdır. Müstəqillikdən sonra Mil Beyləqan 1992-ci il sezonunda Azerbaycan I Diviziyonunda mübarizə aparırdı.Klub bu sezon Çempiyanatı 5-ci sırada bitirdi.Növbəti sezon yəni 1993-cü il sezonunda I Diviziyon B qrupunda mübarizəyə başladı Beyləqanlılar və sezonu 8-ci yerdə başa vurdular. Milin I Diviziyondakı son sezonu 1993–1994-cü il sezonunda bu dəfədə C qrupunda mübarizə aparan ''Aranın Fırtınası'' qrupu son sırada bitirdi. Klub 2006–2007-ci illərdə Həvəskarlar liqası Respublika çempionatında çempion olmuş 2009–2010-cu illərdə liqada üçüncü yerdə, 2010–2011-ci illərdə isə altıncı yerdə qərarlaşmışdır. Region Liqası 2019–20 Sezonu Covid-19 Pandemiyası səbəbindən təxirə salınmışdır. Həvəskarlar Liqası: Çempion — 2006/2007 Bürünc medal — 2009/2010 Mil düzünün iki klubu Mil-Beyləqan FK ve Mil-Muğan FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır. Baş Məşqçi-Elnur Səfərov Köməkçi Məşqçilər -Röyal Babayev,Ziya İsmayılov Müstəqillik illərində Mil Beyləqan Çempionata I diviziyondan başladı.İlk sezonda Mil Beyleqan 18 oyunda 17 xal toplayaraq 5-ci sırada qərarlaşdı Klub bu sezonda I diviziyon B qrupunda 16 oyunda 10 xal toplayaraq 8-ci sırada qərarlaşdı Bu mövsümdə klub I Diviziyon C qrupunda mübarizə aparırdı.Beyləqan təmsilcisi 18 oyuna 3 xal toplayaraq 10-cu sırada qərarlaşdı.
Mil-Muğan FK
Mil-Muğan futbol klubu. İmişlidə "MKT-Araz" adı ilə yaranmışdır. Müxtəlif vaxtlarda 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil etmişdir. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdur. Mil düzünün iki klubu Mil-Beyləqan FK ve Mil-Muğan FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır.
Mil-bilək oynağı
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi. Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki, 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km edir.
Mil Mi-10
Mil Mi-10 (rus. Миль Ми-10; NATO kod adı: Harke), Mil tərəfindən istehsal olunan Sovet istehsalı bir nəqliyyat helikopteridir. Mil Mi-6 əsas alınaraq dizayn olunan helikopter 1963-ci ildə xidmətə başlamışdır. Tikinti- quraşdırma və inşaat işlərində istifadə olunması nəzərdə tutulan hərbi nəqliyyat helikopteri Mi-10-un mülki modifikasiyası “uçan kran”dır. Bu “qısa ayaqları” və gövdə altında əlavə pilot kabinası olan bir versiyadır. İlk uçuşu 1965-ci ilin iyun ayında baş tutub və istehsalı 1975-ci ildə başlayıb. 17 ədəd helikopter istehsal edilib və onlardan dördü sonradan yenidən qurulub. Dizaynerlər xarici görünüş və platformadan imtina etdilər. Şassinin hündürlüyünü azaldaraq helikopterin çəkisinin və alın müqavimətinin azalmasına nail oldular. Helikopterin yüklənməsi və boşalması zamanı özünü doğrultmayan idarəetmə kameraları əvəzində “uçan kran” ikinci dairəvi görünüşə və üçüncü idarəetmə mexanizmlərinə malik asılma kabinə ilə təchiz olundu.
Mil Mi-17
Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur. Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunmuşdur. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulmuşdur. Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunmuşdur. Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak etmişdir. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulmuşdur. Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak etmişdir.
Mil Mi-171V
Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur. Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunmuşdur. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulmuşdur. Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunmuşdur. Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak etmişdir. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulmuşdur. Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak etmişdir.
Mil Mi-2
Mil Mi-2 (NATO kod adı: Hoplit) — Mil Moskva Helikopter Zavodu tərəfindən dizayn olunmuş çoxməqsədli helikopter Mi-2 yalnız Polşada, Svidnik şəhərindəki WSK "PZL-Świdnik" zavodunda istehsal olunur. Mil Mi-1 modeli ilk dəfə Sovet İttifaqında 1948-ci ildə istehsal edilmişdir. S-51 və Bristol Sycamore modelləri üzrə modelləşdirilmiş və ilk sınaq uçuşları 1948-ci ilin sentyabrında Mixail Mil istehsalat sahəsində baş tutmuşdur. Model üçün xüsusi olaraq Isotov GTH-350 mühərriki hazırlanmış və Mi-1-dən xeyli üstün olan Mi-2 modelinə inteqrasiya edilmişdir. Daha sonra, Mil (Sovet İttifaqındakı adı ilə V-2) ofisi 1964-cü ildə Polşanın Świdnik qəsəbəsinə köçürüldükdən sonra inkişaflar buradan da davam etdirilmişdir. 1964-cü ildən bəri PZL-Świdnik yüzlərlə helikopterin tədarükünü həyata keçirmiş və bunların təxminən 1/3 hissəsi hərbi məqsədlər üçün satılmışdır. Mülki məqsədlərdə istifadə üçün plastik rotor bıçaqlı və geniş gövdəyə malik 10 sərnişin tutumlu Mi-2M modeli hazırlanmışdır. Onun ən mühüm istifadə sahələrindən biri də ambulans kimi istifadə edilməsidir, çünki onun həcmi 4 xərək daşımağa imkan verir. Polşada bəzi xüsusi hərbi variantları da hazırlanmışdır. Birincisi, o, dəstək və kəşfiyyat məqsədləri üçün 23 mm-lik avtomatik top və iki ədəd 57 mm-lik raket podu, dörd ədəd 9K11 Malyutka tank əleyhinə raket sistemləri və ya Strela-2 AA raketlərini daşıya bilər.
Mil Mi-26
Mil Mi-26 (ru: Миль Ми-26, NATO kod adı: "Halo") "İzdeliye 90" istehsal kodu altında istehsal olunan və Sovet İttifaqı dövründə istehsalına başlanılan Rus ağır nəqliyyat helikopteridir. Həm hərbi, həm də mülki helikopterlər arasında indiyədək istehsal olunan ən böyük və ən güclü helikopterdir. Mi-26-dan daha ağır olan Mil Mi 12 (prototip adı: Mil V-12) helikopterinin inkişaf mərhələsi tamamlana bilmədikdə, 1970-ci illərin əvvəllərində yeni bir ağır nəqliyyat helikopterinin inkişafı layihəsinə başlanıldı. İlk növbədə İzdeliye 90 ("Layihə 90") adlandırılan layihə sonradan Mi-26 adlandırıldı. Bu yeni helikopterdə olması gözlənilən əsas xüsusiyyət, boş ağırlığının maksimum qalxma ağırlığının yarısından az olmasıdır. Mi-26 helikopteri, OKB-329 Dizayn Bürosunun (sonradan Mil Moskva Helikopter Zavodu adlandırıldı) qurucusu Marat Tişçenkonun köməyi ilə Mixail Mil tərəfindən hazırlanmışdır. Hərbi və mülki ehtiyacları ödəyə bilən ağır nəqliyyat helikopteri olaraq inkişaf etdirilən Mi-26, əvəz etdiyi Mil Mi-6 helikopterinin kabin həcminin və daşıma qabiliyyətinin iki dəfə artırılmış versiyasıdır. Mi-26-nın hazırlanmasında əsas məqsəd 13 tonluq amfibiya zirehli transportyor və portativ ballistik raket batareyaları kimi hərbi texnikanın Antonov An-22 və ya Ilyushin Il-76 kimi hərbi nəqliyyat təyyarələri ilə əsas nöqtələrə çatdırıldıqdan sonra daha uzaq və çatılması çətin olan ərazilərə daşınmasıdır. Mi-26 ilk uçuşunu 14 dekabr 1977-ci ildə etdi. 1983-cü ildə inkişaf mərhələsi tamamlanan vertolyot, 1985-ci ildən Sovet Hərbi Hava Qüvvələrinin və Sovet İttifaqındakı mülki təşkilatların inventarına girdi.
Mil Mi-28
Mi-28 (NATO kod adı Havoc) döyüş helikopteri Rusiya istehsalıdır. Ruslar ötən əsrdə apardığı müharibələrdə çoxlu sayda Mi-24 tipli döyüş helikopterlərindən istifadə edib. Xüsusi ilə bu özünü Çeçenistanda daha qabarıq şəkildə büruzə verdi. Bundan sonra rus mutəxəssisləri daha mükəmməl helikopter yaratmaq üçün işə başladılar. Beləliklə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Mi-28 və Ka-50 döyüş helikopterləri istehsal olundu. Silahlanması haqqında indinin özündə də çox az məlumat verilir. İlkin istehsal variantı. İlk uçuşunu 1982-ci ildə həyata keçirmişdir. Tank əleyhinə silahlarla təchiz olunmuş istehsal variantı. İstənilən hava şəraitində verilən tapşırığı yerinə yetirə bilir.
Crossota millsae
Crossota millsae (lat. Crossota millsae) — heyvanlar aləminin dalayıcılar tipinin hidroidlər sinfinin traximeduzlar dəstəsinin rhopalonematidae fəsiləsinin crossota cinsinə aid heyvan növü.
Cuc Milli Parkı
Cuc milli parkı (Djoudj) — Seneqalda, Seneqal çayı deltasında milli park. 1971-ci ildə yaradılmışdır. Sahəsi 160 km2 -dir. Tropik quru iqlim, göyəm meşələri, savanna; mövsümi su bitkiləri zonasıdır. 100-dən çox quş növü, çoxlu palearktik köçəri quşlar (qışlamaya 3 mln.-dan çox quş uçub gəlir) məskunlaşmışdır. Flaminqo, qarabatdaq və vağın müxtəlif növləri səciyyəvidir; minlərcə çəhrayı qutan yuvalayır. Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Cəbəli-Tariq milli voleybol komandası (qadınlar)
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cəbəli-Tariq qadın milli voleybol komandası
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cəbəllüttariq qadın milli voleybol komandası
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cənubi Afrika Həmkarlar İttifaqlarının Milli Şurası
Cənubi Afrika Həmkarlar İttifaqlarının Milli Şurası (ing. National Council of Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Şura 1986-cı ildə Cənubi Afrika Həmkarlar İttifaqları Şurası və Azanian həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmışdır. Hazırda təşkilatın tabeçiliyində 17 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Şura 397 min üzvü özündə cəmləşdirir. Onların sıralarında mədən, tikinti, təhsil, rabitə, yüngül sənaye və bir sıra digər sahələrin işçiləri var. Şura ölkədə əmək münasibətlərinin qurulmasında aparıcı rol oynayır. İşçilərin maraqlarını qorumaq və iş yerlərində baş verən haqsızlıqla mübarizə aparmaq üçün Şura dəfələrlə irimiqyaslı nümayiş, tətil, yürüşlər keçirib. Afaq HÜSEYNOVA. Cənubi Afrika Həmkarlar İttifaqları.
Cənubi Afrika Milli Müdafiə Qüvvələri
Cənubi Afrika Respublikasının Milli Müdafiə Qüvvələri (abr. CARMMQ; ing. South African National Defence Force, SANDF) — Cənubi Afrika Respublikasının dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaqla səlahiyyətli hərbi təşkilat. Quru, hərbi dəniz, hərbi hava qüvvələrindən və hərbi tibbi xidmətdən ibarətdir. CAR Milli Müdafiə qüvvələri 1994-cü ildə aparteid siyasətindən sonra konstitusiya edilən dəyişikliyə əsasən yaradıldı. Bu qurum sələfi Cənubi Afrika Müdafiə Qüvvələrini (ing. South African Defence Force) əvəz etdi.
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Cənubi Koreya milli parklarının siyahısı
Təbiət koreyalıların əsas xəzinəsi hesab olunur. Buna görə də Cənubi Koreyada zəngin təbiətə, abidələrə, tarixi məbədlərə malik çoxlu sayda milli parklar mövcuddur. Seoraksan milli parkında 3500 KRW (3$) olaraq giriş pulu yığılır. Yığılan məbləğ ətraf mühitin qorunmasına xərclənir. Seoraksana yazda və ya payızda getmək tövsiyə olunur, halbuki, yayda da getsəniz özünüzlə isti paltar götürməli olacaqsınız. Parkın ərazisində avtomobil dayanacağı, düşərgə qurmaq istəyənlər üçün yer, otellər, yeməkxanalar, sport mağazaları mövcuddur. Cənubi Koreyanın ən böyük parkı olan Seoraksanın ərazisi 398 kvadrat kilometrdir. Həmçinin onun ərazisində 30 zirvə və müəyyən çətinlik dərəcəsinə və müddətinə(bir neçə saatdan 3 günə qədər) görə fərqlənən dağ yürüyüşü üçün marşrutlar vardır. Ən maraqlısı Ulsanbavi dağına olan yürüşdür. Son 888 pilləkən sildırım qayadan yuxarı doğru gedir.
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC; vyet. Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam), həmçinin Vyetkonq (ing. Viet Cong, vyet. Việt Nam Cộng sản – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat. Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir. 1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
Cənubi Şpitsbergen Milli Parkı
Cənubi Şpitsbergen Milli Parkı (norv. Sør-Spitsbergen nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasının cənub hissəsində yerləşən milli park. Milli park ərazisi 8 504 km²-dir. Park 1973-cü ildə təşkil olunmuşdur. 1127 km²-dir. Onun tərkibinə Vedel Yarlsberq, Topel və Syorkap torpaqları daxildir. Əzazisinin 65 % buzlaq və ya qarla örtülü olur.
Demokratik Qüvvələrin Milli Şurası
Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura — Azərbaycanda siyasi ittifaq. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmışdır. 28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan Açıq Cəmiyyət Partiyası sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyası sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat Partiyası sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır. Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir. 7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.
Demokratik Qüvvələrin Milli Şurasının üzvləri (siyahı)
Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura — Azərbaycanda siyasi ittifaq. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmışdır. 28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan Açıq Cəmiyyət Partiyası sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyası sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat Partiyası sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır. Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir. 7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.
Demokratik Qüvvələrin Milli Şurasının üzvləri siyahısı
Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura — Azərbaycanda siyasi ittifaq. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmışdır. 28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan Açıq Cəmiyyət Partiyası sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyası sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat Partiyası sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır. Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir. 7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.
Denali Milli Parkı
Denali Milli Parkı (İngilis dilində: Denali National Park and Preserve) Amerika Birləşmiş Ştatları, Şimali Amerika qitəsinin ən yüksək zirvəsi olan 6194 m hündürlüyü olan Denali (dağ)nı özündə cəmləşdirən, ABŞ Milli Park Xidmətləri tərəfindən idarə olunan Alanya əyalətindəki Denali Boroughda, Milli Park və qoruma sahəsidir. Denali Milli Parkı 24500 km²-dən çox ərazini əhatə edir, bunun 19120 km² federal dövlət mülkiyyətidir. Denali qoruma sahəsi ümumi sahəsi 5430 km²-dir. Bunlardan 5278 km² federal əyalətə aiddir. 2 dekabr 1980-ci ildə milli park daxilində 8677 km² ərazi daha əhatəli qorunmaya məruz qalan "Denali Səhrası" olaraq quruldu. Danalı yaşayış yerləri qarışıq, yarpaqlı, ən aşağı hündürlükdəki bölgələrdəki meşələrə aiddir. Tundra orta hündürlükdən qorunma zonasında da var. Daha yüksək hündür ərazilərinə buzlaqlar, qayalı dağlıq ərazilər və qarla örtülü ərazilər daxildir. Bu milli parkda və qorunma bölgəsindəki ən uzun buzlaq 71 km uzunluğunda "Kahiltna buzlağı" Makkinli dağının cənub-qərb yamaclarında yerləşir. Bu milli parka gələnlərin illik sayı 400 min nəfərdir.
Donana Milli Parkı
Donyana Milli Parkı — İspaniyada yerləşən milli park. Donyana Milli Parkı Quadalkuivir çayı deltasında köçəri quşlar üçün əhəmiyyətli su sahəsindədir. Park Afrikaya köç edən quşların yolu üzərindədir və 360 növ quşa ev sahibliyi edir. Xüsusilə qışlayan quşların sayı 500 000 olaraq təsbit edilmişdir. Park eyni zamanda nəsli tükənməkdə olan İspan vaşağı, Adalbert qartalı, Mərmər çamurcun və Dikquyruk ördək üçün əsas yaşayış sahəsidir. Bölgəyə 2005-ci ildə Vest Trianql, Flud Playn of the Partido Strim və Los Karakols bölgələri daxil edilərək genişlənmişdir.
Donetsk Milli Universiteti
Vasili Stus adına Donetsk Milli Universiteti (ukr. Донецький національний університет імені Василя Стуса) — Ukraynanın ali təhsil müəssisəsidir. Universitet 1937-ci ildə yaradılmışdır və yaradılma zamanı Stalin pedaqoji institutu adını daşıyırdı. 1965-ci ildə yeni Donetsk Dövlət Universiteti adını alır, hansını ki, 2000-ci ilə qədər daşımışdır. 2000-ci ilin 11 sentyabrında universitet milli statusunu almışdır. Donetsk Milli Universitetinin strukturuna 12 fakültə, Donetsk humanitar institutu, 3 texnikum, lisey, mütəxəssislərin hazırlanmasının və yenidən hazırlanmasının 6 regional mərkəzi, 3 tədris-istehsal kompleksi daxildir. 1. Biologiya fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Biologiya Biofizika Botanika Zoologiya İnsanın və heyvanların fiziologiyası Bitkilərin fiziologiyası Ekologiya və ətraf mühitin qorunması 2. Tarix fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Tarix Beynəlxalq münasibətlər Politologiya 3. Riyaziyyat və informasiya texnologiyaları fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Riyaziyyat Statistika İnformatika Tətbiqi riyaziyyat 4.
Donyana Milli Parkı
Donyana Milli Parkı — İspaniyada yerləşən milli park. Donyana Milli Parkı Quadalkuivir çayı deltasında köçəri quşlar üçün əhəmiyyətli su sahəsindədir. Park Afrikaya köç edən quşların yolu üzərindədir və 360 növ quşa ev sahibliyi edir. Xüsusilə qışlayan quşların sayı 500 000 olaraq təsbit edilmişdir. Park eyni zamanda nəsli tükənməkdə olan İspan vaşağı, Adalbert qartalı, Mərmər çamurcun və Dikquyruk ördək üçün əsas yaşayış sahəsidir. Bölgəyə 2005-ci ildə Vest Trianql, Flud Playn of the Partido Strim və Los Karakols bölgələri daxil edilərək genişlənmişdir.
Doris Miller
Doris Miller (12 oktyabr 1919, Vako[d], Texas – 24 noyabr 1943, Gilbert adaları[d]) — Pyörl-Harbora hücum zamanı göstərdiyi igidliyə görə Donanma Xaçı medalı ilə təltif edilən ilk afroamerikalı. Onun əməlləri qara dərililərin mətbuatında geniş formada təbliğ olunmuşdu və bu onu ABŞ-də afroamerikalılar üçün № 1 qəhrəmana çevirdi. Pörl Harbordan 2 il sonra o, Makin döyüşü zamanı olduğu gəminin yapon sualtı qayığı tərəfindən batırılması nəticəsində həlak olmuşdu. Miller, 1919-cu ilin 12 oktyabrında Texas ştatının Uako şəhərində Konneri və Henrietta Millerlərin ailəsində dünyaya göz açmışdır. O, 4 oğul arasında 3-cüsü idi və həyətyanı əraziyə nəzarət edər, yeməklər bişirər və camaşırla məşğul olar, eləcə də ailəsinə məxsus fermada işləyərdi. Miller yaxşı tələbə idi və Uakodakı A. C. Mur adına Ali Məktəbin futbol komandasında müdafiəçi idi. 1937-ci ilin 25 yanvarında 17 yaşlı Miller 8-ci dərəcədə yenidən iştirak etməyə başladı. Növbəti il təkrarlamağa məcbur oldu və Miller məktəbdən çıxmağı qərara aldı. O, 22 kalibrli tüfənglə dələ ovu üzrə vaxtını doldurdu və qiyabi kursunu başa vurdu. Vətəndaş Konservasiya Korpusuna qoşulmaq üçün çalışdı, lakin onun tələbi qəbul edilmədi.
Dorstenia milaneziana
Dorstenia milaneziana (lat. Dorstenia milaneziana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Dunay-Drava Milli Parkı
Dunay-Drava Milli Parkı (ing. Danube-Drava National Park, mac. Duna–Dráva Nemzeti Park) — Macarıstanın cənub-qərbində yerləşən milli park. Milli parkın hazırkı sahəsi 494,79km2-dir və Dunay və Drava ərazisində yerləşir. Yeddi onurğasız heyvan növü Macarıtanda yalnız bu ərazidə mövcuddur. Drava ərazisində 400-dən çox bitki və heyvan növü qorunur. Milli park ərazisindəki endemik növlərə qarameyvəli yemişan və bulaqçılar daxildir.
Dunay-İpoy Milli Parkı
Dunay-İpoy Milli Parkı (ing. Danube-Ipoly National Park, mac. Duna–Ipoly Nemzeti Park) — Macarıstan ərazisində yerləşən milli parklardan biri. Dunay-İpoy milli parkı 1997-ci ildə Piliş və Börjöni milli parklarının ərazisində yaradılmışdır. Milli park Budapeşt, Peşt əyaləti, Komarom-Esterqom və Feyer şəhərlərini əhatə edir. Ofisləri Budapeştdə yerləşir və baş qərargahları Esterqom şəhərindədir. Bəzi flora və fauna növləri, eləcə də, nəsli kəsilməkdə olan bəzi növlər milli parkın ərazisində mühafizə olunur.
Durmitor Milli Parkı
Durmitor Milli Parkı — Avropada, Çernoqoriyada yerləşən milli park. Adını yerli dağdan alır. YUNESKO-nun Dünya irsi siyahısındadır. Möhtəşəm mənzərəyə sahib olan milli park qədim buzlaqların əriməsi nəticəsində ortaya çıxan çaylar və yeraltı çayları ilə meydana gəlmişdir. Avropanın ən dərin vadisi Tara çayı vadisi də buradadır. Bu vadi 82 km uzunluğunda və 1300 metr dərinliyindədir. Sıx şam meşələri və saf gölləri ilə çox zəngin endemik bitki örtüyünə malikdir. Milli park 3 hissədən ibarətdir: Mlinski çayı və Qaragöl bölgəsi Tara Keçidi Biosfer bölgəsi Skriçka gölləri və Susika Vadisi Milli parkda 200-dən çox mağara var. Ən məşhuru Ledina Peçina mağarasıdır. Bu mağaradakı donmuş sırsıraların uzunluğu 3 metrə çatır.
Dyobner-Miller reaksiyası
Dyobner-Miller reaksiyası- nominal kimyəvi reaksiya, aromatik aminlərin hansı ki, məhlulda kondesləşmiş reagent kimi iştirak edən tərkibində sink xlorid və ya xlorid turşusu sərbəst orto-vəziyyətdə olan aldehid və ketonların tsiklokondensasiyası ilə xinolinin törəmələrinin alınma metodu. 1881-ci ildə alman kimyaçıları O.Dyobner və V.Miller tərəfindən kəşf edilmişdir. Reaksiya mexanizmi Skrayp reaksiya mexanizminə oxşardır Reaksiya mexanizmi anilin və doymamış aldehid nümunəsi üçün verilmişdir. Reaksiya əvvəlində anilin amino qrupu (1) ikiqat rabitəli C-C əlaqəsinə (C=C) hücum edir (2) Bu, enolat meydana gəlməsinə gətirib çıxarır (3).Hidrogen protonu amin qrupdan ayrılaraq enol qrupunun oksigeninə birləşir (4) Bundan sonra keton keto-enol tautomerizmi nəticəsində əmələ gəlir (5). Məhlulda olan hidrogen ionlarının təsiri ilə oksigen və azot atomları protonlaşır və qeri sabit ion(6) alınır ki, bu da molekuldaxili elektrofil birləşmə nəticəsində tərkibində iki tsikl olan maddə əmələ gətirir (7).O pratonu ayıraraq daha davamlı formaya keçir (8). Sonra qızdırıldıqda birləşmənin dehidratlaşması baş verərək ikiqat rabitəli əmələ gəlir (9).Reaksiya birləşmənin oksidləşməsi nəticəsində xinolin törəməsinin alınması ilə tamamlanır. Verilmiş konkret şəraitdə oksidləşdirici kimi elementar yod, havanın oksigeni və aromatik aminlə karbonil birləşməsinin qarşılıqlı təsiri nəticəsində Şiff əsaslı birləşmə ola bilər. [2][3]. Dyobner - Miller reaksiyasının mexanizmi Skrayp reaksiya mexanizminə yaxındır. Lakin fərqli cəhəti ondadır ki, göstərilmiş sintezdə doymamış karbonil birləşmələri fərqli bir şəkildə əmələ gəlir.
Dənizkənarı Milli Park
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili Lakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi.

Значение слова в других словарях