milis-ərazi 2021

milis-ərazi
milis
milisioner
OBASTAN VİKİ
Milis (polis)
Militsiya və ya milis (rus. милиция) keçmişdə Rusiya və Sovet İttifaqı, həmçinin kimi bəzi Varşava Müqaviləsi ölkələri və Yuqoslaviya kimi keçmiş kommunist dövlətlərində, müasir dövrdə isə Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi bəzi MDB dövlətlərində polislər üçün istifadə edilən rəsmi addır. Milis Müvəqqəti Hökumətin 17 aprel 1917-ci il tarixli fərmanından irəli gələrək və erkən sovet dövründə Müvəqqəti Hökumətin və bolşeviklərin insanların özünütəşkilatlandırma ilə yeni hüquq-mühafizə orqanını əlaqələndirmək və onu çar polisindən fərqləndirmək üçün nəzərdə tutulmuşdu. Sonralar isə Oktyabr inqilabında və sovet respublikalarında bolşevizm naminə mübarizədə fəal iştirak edən mülki şəxslərdən formalaşdırılmışdır. Onun ilkin adı fəhlə-kəndli milisləri olaraq 1917-ci il oktyabr ayının 28-də (Yeni Qaydaya əsasən 10 Noyabr) yaradılmış və sonradan rəsmi adı olan Daxili İşlər Nazirliyi (MVD, MVD ) ilə əvəz edilmişdir. Rayon bölmələrinə isə şəhər, rayon, vilayət və s. daxili işlər idarəsi deyilirdi. 10 noyabr günü Sovet İttifaqında və 2011-ci ilə qədər isə Rusiyada "milis günü" kimi qeyd olunmuşdur. İkinci Dünya müharibəsindən sonra Balkanlarda və Şərq blokunda yaradılmış olan milis qüvvələri nasizmə, faşizmə və Nasist Almaniyasının işğalına qarşı mübarizə aparmış partizan adlanan mülki şəxslərdən ibarət olmuşdur. Bu təhlükəsizlik qüvvələri də bilavasitə öz ölkələrinin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərirdi və bəzi ölkələrdə onların səlahiyyətləri və vəzifələri müxtəlif olsa da, əsasən bütün Dəmir Pərdə ölkələrində eyni idilər.
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Bizim Milis (1967)
Bizim milis filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film ictimai asayişin keşiyində durmuş milis işçilərindən söhbət açır. == Məzmun == Kinolent ictimai asayişin keşiyində durmuş milis işçilərinin çətin, lakin şərəfli işlərindən söhbət açır.
Milis (film, 1933)
Milis (hərbi qüvvə)
Milis, (lat. militia, fr. milice; "hərbi xidmət", miles "əsgər") əsasən silahlı mülki şəxslərdən ibarət olan Paramilitar və nizamsız hərbi qüvvələrdirlər. Milis termini işlədildiyi vəziyyətdən asılı olaraq hərbi və ya hərbiləşdirilmiş (yarımhərbi, paramilitar) mənalarında işlədilə bilər. Terminin istifadə edildiyi bəzi ifadələr aşağıdakı kimidir: Mülki şəxslərdən formalaşdırılmış olan rəsmi hərbi ehtiyat qüvvələri. Bir çox ölkələrdə müxtəlif adlar altında ola bilərlər (Milli Qvardiya). Müəyyən bir cəmiyyəti, ərazini, əmlakı və qanunları mühafizə etmək məqsədi ilə müdafiə fəaliyyətləri və ya xidmətləri. Keçmişdə Sovet İttifaqı, bəzi Varşava Müqaviləsi ölkələri, Yuqoslaviya kimi keçmiş Sosialist dövlətlərinin və müasir dövrdə bəzi Müstəqil Dövlətlər Birliyi ölkələrinin milli polis təşkilatları. Birbaşa dəstəklənməyən və ya hökumət tərəfindən təsdiqlənməmiş xüsusi (və ya şəxsi), qeyri-hökumət qüvvələri. Öz liderinə hər hansısa bir suveren dövlətin sərhədləri daxilində yerləşən submilli ərazi üzərində hərbi, iqtisadi və siyasi nəzarət həyata keçirməyə imkan verən nizamsız silahlı qüvvələr.
Asılı ərazi
Asılı ərazi, asılı sahə və ya asılılıq — suveren bir dövlət olaraq tam siyasi müstəqillik və ya suverenliyə sahib olmayan, ancaq siyasi olaraq onu idarə edən dövlətin inteqral ərazindən kənarda olan ərazi.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Məsqət ərazi
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Tarixi ərazi
Tarixi ərazi və ya miras bölgəsi, tarixi və ya memarlıq səbəbiylə dəyərli sayılan köhnə tikililərin olduğu şəhərin bir hissəsidir. Tarixi rayonlar şəhərin mərkəzi ola da bilər, olmaya da bilər. Tarixi ərazilər ticarət rayonları, inzibati rayon və ya sənət rayonları ilə əlaqəli ola bilər və ya bunların hamısından ayrı ola bilərlər. Kanadada bu cür rayonlara "miras qoruma bölgələri" və ya "miras qorunma bölgələri" deyilir və əyalət qanunvericiliyi ilə tənzimlənir. Amerika Birləşmiş Ştatlarının bir çox yurisdiksiyasında təyin edilmiş tarixi rayonları müəyyən edən və qoruyan xüsusi qanunvericilik var. "Tarixi rayon" termini Birləşmiş Krallıqda istifadə edilmir. Ekvivalent şəhər əraziləri Qoruma Sahələri kimi tanınır. İran İrs və Turizm Təşkilatı dəyərli tarixi abidələri və ərazilərinə görə bir neçə şəhər seçmişdir. Baft-e Tarixi (fars dilində: بافت تاریخی və ya tarixi toxuması) bu bölgələrin adlandırıldığı bir addır. Nayin, İsfahan və Yəzd tarixi rayonları olan İran şəhərlərinə nümunədir.
Urbanizasiyalaşmış ərazi
Urbanizasiyalaşmış ərazi, urbanizasiyalaşmış sahə, urbanizasiyalaşmış region, şəhər sahəsi, şəhər aqlomerasiyası, şəhər regionu, şəhər bölgəsi, urbanizasiyalaşmış şəhər regionu, kütləvi yaşayış sahəsi, kütləvi yaşayış məntəqəsi və ya metropoliya ərazisi əhalinin yüksək sıxlığı və strukturlaşdırılmış infrastrukturu olan bir yaşayış yeridir. Şəhər əraziləri urbanizasiya yolu ilə yaradılır və şəhər morfologiyası ilə şəhərlər, qəsəbələr, konurbanizasiya və ya şəhərətrafı zonalar kimi təsnif edilir.
Xələfbəyli (ərazi)
Xələfbəyli qışlağı — Qaradağ vilayətinin Kərmədüz mahalının ərazisində yerləşir. İran şahının vəliəhdi Abbas mirzə naibəssəltənə Mehdiqulu xan Cavanşirin küşikçibaşısı Xələf bəy Yağləvəndli-Cavanşirə yurd yeri vermişdi. 1828-ci ildə Xələf bəy Qarabağa dönəndən sonra bu yurdda Hacıəlili elinin Gəncəli oymağı yerləşdi. Aslanduz-Xumarlı yolunun sağ tərəfində qərar tutur.
Şott (ərazi)
Şimal-qərbi Afrikada, dibində duz qatı olan qapalı çökəklik. Şott gur yağışlarda şor gölə çevrilir. Ən geniş Şottlar Böyük səhranın şimal-qərb sərhədi boyunda və Atlas dağlarındadır.
Ştiriya (ərazi)
Ştiriya — Avstriyanın federal əyaləti. Ştiriyanın inzibati mərkəzi Qrasdır. Ştiriya Avstriyanın Sloveniya ilə həmsərhəd olan federal əyalətidir və o, orta əsr qalalarının çoxluğuna və "Göllər şəhəri"Zaltskammerguta görə məşhurdur. Antik qalalar və monastrlar əyalətin ərazisi boyu səpələnmişdir. Burada got kilsəsi ilə ən böyük barokko qəsri Rigersburg, cəngavər zalı və orta əsr silahlarının kolleksiyası , Renesans dövrü qalası Herbershtajn (XIII–XVII əsrlər) Siah-yaraq müzeyi və ailə portretləri zalı;ziyarət kilsəsi Mariatsell(1157) , gümüş mehrablı kiçik kilsə (1727) və XIII əsrin möcüzəvi heykəli Nojburg-an-der-Mjurtsdakı keçmiş Sistersian abbatlığı , Foreydəki Avqust monastrı (11630) Reyndə ən qədim Avstriya Sisterian monastrı (1129), və ya Gessdəki Benedikt monastrı (1000) və digər tarixi və memarlıq abidələri vardır.
Ərazi bütövlüyü
Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Son zamanlar bu prinsiplə BMT Nizamanməsinin 73 (b) maddəsində qeyd olunmuş və "özünüidarəni inkişaf etdirmək, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə almaq və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafına kömək etmək" kimi məqsədləri özündə ehtiva edən humanitar müdaxilə konsepsiyası arasında gərginlik yaranmışdır. Məlum olduğu kimi, tarixən müəyyən bir əraziyə iddia edən siyasi qurumlar olmuşdur. Bu ərazilərə sahiblənmək çox vaxt müharibə hesabına olurdu və adətən döyüşlə nəticələnirdi. Bəzən də eyni ərazidə mövcud bir neçə ali hakimiyyət qüvvəsi bir-biri ilə müharibə vəziyyətində olurdu. Qədim və orta əsrlərdə zadəganlar hələ də eyni kralı və ya imperatoru qəbul etsələr də, vətəndaş müharibələri baş verirdi. Məsələn, qədim Çində Şərqi Çjou sülaləsinin formal olaraq hakimiyyətdə olduğu dövrü əhatə edən Çunçyu dövrünü nümunə göstərmək olar. Eləcə də katolik monarxları eyni Papanın dini hakimiyyətini tanısalar da, tez-tez bir-biriləri ilə mübarizə aparırdılar.
Ərazi mübahisələri
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
Ərazi mübahisəsi
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
Bizim milis (film, 1967)
Bizim milis filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film ictimai asayişin keşiyində durmuş milis işçilərindən söhbət açır. == Məzmun == Kinolent ictimai asayişin keşiyində durmuş milis işçilərinin çətin, lakin şərəfli işlərindən söhbət açır.
Xüsusi Təyinatlı Milis Dəstəsi
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
51-ci ərazi
51-ci ərazi (ing. Area 51) (ICAO: KXTA) — Nevada Sınaq və Təlim Bazasında yerləşən yüksək səviyyəli ABŞ Hava Qüvvələri müəssisəsi. Rəsmi olaraq Homey hava limanı (KXTA) və ya yaxınlıqda yerləşən duz gölünün adı ilə Qrum Gölü adlandırılır. Müəssisədə keçirilən əməliyyatların detalları ictimaiyyətə açıqlanmasa da, ABŞ Hava Qüvvələri bunu "açıq təlim bazası" adlandırır. Ehtimal olunur ki, tarixi sübutlara əsaslanaraq eksperimental təyyarə və silah sistemlərinin inkişafı və sınaqları burada həyata keçirilir. ABŞ Hava Qüvvələri 1955-ci ildə, ilk növbədə Lockheed U-2 təyyarəsinin uçuş sınaqları üçün buranı seçdi.
Ermənistan (tarixi ərazi)
Ermənistan və ya Tarixi Ermənistan (erm. Պատմական Հայաստան) — Kiçik Asiyanın şərqində tarixi və coğrafi vilayət. Vilayət əsasən Kiçik Asiyanın Ermənistan yaylası, o cümlədən Cənubi Qafqazın bir hissəsini əhatə edir. Ermənistan erməni xalqının tarixi təşəkkül tapdığı və yaşadığı ərazidir. Tarixi Ermənistanın siyasi, mədəni və iqtisadi mərkəzi Ağrı vadisi olmuşdur. Müasir Ermənistan Respublikası tarixi Ermənistan ərazisinin təqribən onda birini əhatə edir. Müxtəlif hesablamalara görə, tarixi Ermənistanın ərazisi 300 min ilə 360 min km2 idi. Tarixi şərtlərə görə vilayət Qərbi (Roma, Bizans, Osmanlı) və Şərqi (İran, Qafqaz, Rusiya) hissələrə bölünür. Vilayət tarix boyu çox sayda dövlətin bir hissəsi olmuş və bütövlükdə qısa bir müddət yalnız bir dəfə bir hökmdarın nəzarəti altında olmuşdur. Vilayətin hüdudları Böyük Ermənistan, Kiçik Ermənistan və Kilikiya çarlığının sərhədləri ilə üst-üstə düşür.
Finlandiyanın ərazi quruluşu
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Gürcüstanın ərazi iddiaları
Gürcüstanın ərazi iddiaları — 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. == Haqqında == Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi. == Mənbə == Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб.
Muğan (tarixi ərazi)
Muğan — eyniadlı düzlükdə yerləşən tarixi ərazi. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi Azərbaycanın bir hissədir, Türkmənçay müqaviləsinə görə hal-hazırda bir hissəsi müasir Azərbaycan, bir hissəsi müasir İran ərazisinə (İran Azərbaycanı) düşür. Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün "Əl-kamil-fi-t-tarix" əsərində belə yazır: "Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı, lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər". Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib. Hələ monqol istilasından əvvəl türkmənlər Arran və Muğanda "qarışqalar kimi qaynaşırdılar". Erkən dövr ərəb coğrafiyaşünasları tərəfindən hələ də şəhər adı kimi tanınan Muğan XIII əsrin əvvəllərində Yaqut Həməviyə görə kəndlərin otlaqla qoşalaşdığı və yalnız türkmənlərin məskunlaşdığı bir bölgə idi. XIII əsrin ikinci yarısında Həmdullah Qəzvininin fikrincə Muğan türkman köçəriləri tərəfindən qışlaq kimi istifadə edilirdi.
Məsqət (tarixi ərazi)
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Qaraçay (tarixi ərazi)
Qaraçay (qaraç.-balk. Къарачай) — Böyük Qafqazın şimal hissəsindəki dağlarda türk dilli Qaraçayların yerləşib, yaşadığı tarixi ərazi. Qaraçaylar Qafqaz dağlarında və dağətəyində, indiki Qaraçay-Çərkəz Respublikasının ərazisində yaşayırlar. Adın ümumiyyətlə qəbul edilmiş etimologiyası türkcəsində kara - "qara" və çay - "çay" mənasını verir. Lakin bu toponimin dəqiq lokasiyası müəyyən edilməyib. Qaraçay-Balkar dilinin özündə, son söz saxlanılmayıb, lakin bəzi digər türk dillərində (Krım-tatar, Türk, Azərbaycan) mövcuddur. Qaraçayın əsl ərazisi, Uçkulan, Ullu-Kam, Daut (Duut) və digər kiçik qolları daxil olmaqla və Teberda çayının Kuban ilə birləşməsindən əvvəl Kuban çayının yuxarı hissəsindəki vadidir. 1860-cı illərdən sonra Qaraçaylar həm qərbdə çay vadilərinə - Teberda, Aksaut, Maruxa, Böyük Zelençuk və daha sonra şərqə, birbaşa Balkariyaya bitişik olan dağ çayları vadilərinə (Xasaut, Kiçmalka, Podkumok, Eshkakon) yerləşdilər. Müasir genişlənmiş mənada Qaraçay, Qaraçayların məskunlaşma ərazilərinin hamısını, o cümlədən XX əsrdə Qaraçayların yaşadığı Qaraçay-Çərkəs Respublikasının düz şimal-şərq hissəsini (Prikuban və Ust-Cequtinski rayonları) əhatə edir. Qafqaz müharibəsi zamanı, 1828-ci ildə Xasaukin döyüşündən sonra Qaraçay Çar Rusiyasının nəzarətinə düşdü.