minifabrik
miniinşa 2021
OBASTAN VİKİ
Minifutbol
Minifutbol (bəzən mini-futbol kimi qeyd olunur) — futbolun kiçik tərəfli variasiyasıdır. Minifutbola əsasən 6-a-yan, 7-ə-yan, 8-ə-yan, 9-a-yan və qapalı futbolun əlavə növləri ilə 5-ə-yan formatında oynanılır. Oyunların hamısı astro qazonda, futzal isə qapalı şəraitdə sərt meydançada oynanılır. 5-ə-yan formatının ən yüksək dünya nüfuzlu təşkilatı — Dünya Minifutbol Federasiyasıdır (WMF). 6-a-yan formatı Beynəlxalq Futbol Federasiyası tərəfindən idarə olunur, IFA7 və FIF7 də daxil olmaqla, 7-a-yan formatını bir neçə sub-kontinental qurum idarə edir. Son illərdə minifutbolun populyarlığı qlobal miqyasda artdı. Minifutbol termini həm peşəkar, həm də həvəskar oyunçular üçün açıq olan kiçik tərəfli futbol deməkdir. WMF hər 2 ildən bir öz Dünya Kubokunu, eləcə də yaradılmış milli federasiyalar vasitəsilə qitə çempionatlarını təşkil edir. == Azərbaycanda minifutbol == 2022-ci il iyunun 11-də minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır. 2023-cü ilin noyabrın 4-də minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən 2023 WMF Dünya Çempionatında dördüncü yeri tutub.
Azərbaycan Minifutbol Federasiyası
Azərbaycan Minifutbol Federasiyası — Azərbaycanda minifutbola nəzarət edən rəsmi qurum. Azərbaycan Minifutbol Federasiyası 29 sentyabr 2017-ci il tarixində Azərbaycanda minifutbol idman növünü inkişaf etdirmək və təbliğ etmək məqsədilə yaradılıb. Federasiya 2018-ci ildə Avropa və Dünya Minifutbol Federasiyalarına üzv olub ki, bu da Azərbaycana beynəlxalq minifutbol turnirlərində iştirak etmək imkanı verir. == Tarixi == Azərbaycan Minifutbol Federasiyası (AMF) Azərbaycanda minifutbol idman növünün təbliği və inkişafı məqsədi ilə 29 sentyabr 2017-ci ildə yaradılıb. Federasiyanın əsas məqsədlərindən biri Azərbaycanda minifutbol komandaları, oyunçuları üçün müntəzəm rəqabət mühiti təmin edən və idmanı daha geniş auditoriyaya təbliğ edən milli liqa yaratmaq idi. Bundan əlavə, federasiya Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edəcək milli komandanın yaradılması və ölkənin minifutbol istedadını qlobal arenada tanıtmaq istiqamətindədir. Azərbaycan Minifutbol Federasiyası 2018-ci ildə Avropa və Dünya Minifutbol Federasiyalarına üzv olub. Federasiyanın təşkilatçılığı ilə ilk ölkə daxili yarış 32 komandanın iştirakı ilə 2018-ci ildə keçirilib. 12–18 avqust 2018-ci il tarixində Azərbaycan Milli Komandası Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən Avropa Çempionatında debüt etmişdir. == Fəaliyyəti == Federasiyanın əsas fəaliyyət istiqamətlərindən biri ölkədaxili və beynəlxalq yarışların təşkilidir.
Dünya Minifutbol Federasiyası
Dünya Minifutbol Federasiyası ( WMF ) minifutbol üzrə səlahiyyətli qlobal təşkilatçı orqandır. WMF-nin fəaliyyəti minifutbolun populyarlığını təşviq etmək, onun inkişafına nəzarət etmək və yarışların keçirilmə formatını istiqamətləndirməkdən ibarətdir. Onun üzvləri dünya üzrə milli minifutbol komandaları və qitə minifutbol federasiyalarıdır. == Tarix == Minifutbol liqaları və digər tədbirlər WMF və onun qitə təmsilçilikləri, milli və ya yerli filialları tərəfindən təşkil olunur. Yerli liqaların ən yaxşı komandaları ölkə çempionatlarına yüksəlir. İki və yaxud dörd ildən bir keçirilən Dünya Kuboku ilə yanaşı WMF digər tədbirlərlərə, Qitə Kuboku (hər federasiyanın ən yaxşı beş ölkəsi), U23 Dünya Kuboku, qadınlar arasında Dünya Kuboku və Çempionlar Kubokuna (hər federasiyanın ən yaxşı klubları) təşkilatçılıq edir. 2013-cü ilin noyabrında WMF Dünya Kubokunun ABŞ- da keçiriləcəyi elan etdi. ABŞ 2015-ci ilin Finalında Meksikanı 5-3 hesabı ilə məğlub etdi.
Azərbaycan milli minifutbol komandası
Azərbaycan milli minifutbol komandası – Azərbaycanı təmsil edən minifutbol komandası. Komandanın ən böyük uğuru 2022-ci ildə keçirilmiş Avropa çempionatında əldə etdiyi çempionluqdur. Davud Kərimi minifutbol üzrə Avropa çempionatının ən yaxşı qapıçısı, Bəxtiyar Soltanov isə qitə çempionatının ən yaxşı oyunçusu seçilmişdi. == Heyət == Minifutbol komandasının heyəti Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımovdan ibarətdir. Baş məşqçi Elşad Quliyevdir. == Üzvlüklər == Milli komanda Azərbaycan Minifutbol Federasiyası tərəfindən idarə olunur və Avropa Minifutbol Federasiyasının üzvüdür.
Minifutbol üzrə Avropa çempionatı
EMF EURO kişi milli komandaları üçün Avropa Minifutbol Federasiyası tərəfindən idarə olunan əsas kiçik tərəfli futbol yarışıdır.
Minifutbol üzrə Dünya Çempionatı
Minifutbol üzrə Dünya Çempionatı — Dünya Minifutbol Federasiyasına (WMF) üzv olan ölkələrin böyüklərdən ibarət kişi milli komandaları tərəfindən təşkil edilən minifutbol üzrə beynəlxalq yarış. == Tarixi == İlk Minifutbol üzrə Dünya Çempionatı 1997-ci ildə Mexikoda Federacion Internacional de Futbol Rapido (FIFRA) himayəsi altında keçirilib. Bu turnirdə 12 milli komanda iştirak edib və Meksika finalda ABŞ-yə qalib gəlib. 2012-ci ilin fevral ayında Meksikanın Monterrey şəhərində Federación Internacional de Fútbol Rapido ilk dəfə təşkil olunan FIFRA Klub Çempionatına ev sahibliyi etdi. 4 komandanın qatıldığı turnirdə finalda Monterrey Flaş klubunu 5–3 hesabı ilə məğlub edən San Dieqo Sokers klubu qalib gəlib. İlk Dünya Minifutbol Federasiyası Dünya Kuboku 2015-ci ilin martında ABŞ-də keçirilib. WMF 2017-ci ildə ikinci dəfə keçirilən yarışı Tunis Minifutbol Federasiyasına verdi. Turnir 6–15 oktyabr 2017-ci il tarixlərində keçirildi. 2023 WMF Dünya Kuboku 26 oktyabr – 4 noyabr 2023-cü il tarixləri arasında BƏƏ-də təşkil olundu.