Moniezioz
Moniezioz (lat. Monieziosis) — gövdeşən heyvanlarda helmint xəstəliyi.
Moniezioz Moniezia cinsindən olan sestodların nazik bağırsaqla parazitlik etməsi nəticəsində baş verir. Parazitin uzunluğu 1–6 (bəzən 10) metrə çatır. İnkişafı xarici mühitdə yayılmış aralıq sahibi – oribatid gənələrinin iştirakı ilə gedir. Əsasən, quzu, çəpiş və buzovlarda bir yaşadək, bəzən də iki yaşında xəstələnir; mədə-bağırsaq pozğunluğu, arıqlama, sancı, qıcolma və s. müşahidə edilir. Moniezioz cavan heyvanların tələfatına səbəb olur.
Antihelmintlərdən (qalay 2-arsenat, mis kuporosu məhlulu, fenasal və s.) istifadə etmək.
Cavan heyvanları yaşlılardan ayırıb mədəni otlaq və xəsilliklərdə otarmaq, quzulara otlaq dövründə mis kuporosu ilə duz qatışığı vermək, buzovları bordaq gəzinti sahələrində saxlamaq və s.