Monqoloid
Monqoloid, monqol irqi və ya Asiya-Amerika irqi — böyük irqlərdən biri. Saçın cod, düz, qara, bəzən dalğavarı, tük örtüyünün sinədə və üzdə zəif inkişafı, gözlərin tünd rəngli, dərinin buğdayı, çox vaxt sarımtıl olması, almacıq sümüklərinin çox çıxıq, burun üstünün adətən yastı, epiantusun və üst göz qapağı büküşünün çox inkişaf etməsi ilə fərqlənir. Asiya və Amerikada (hindilər) mövcuddur. Bir neçə kiçik irqlərə bölünür: Şimali Asiya, Cənubi Asiya, Arktika, Uzaq Şərq, Amerika.
Monqoloid // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.