Moralite
Moralite (fr. Moralité) — Qərbi Avropada XV-XVI əsrlərdə yaranmış nəsihətamiz teatr janrı. Moralitenin əsas iştirakçıları insanın qəlbinə hakim olmaq uğrunda bir-biri ilə mübarizə aparan, xeyir və şəri təcəssüm etdirən alleqorik personajlardır. Misteriyadan fərqli olaraq, moralitedə xristian əxlaqının təbliğində dini süjetlərdən istifadə edilmirdi. Moralitedə antifeodal tənqidi elementlər, bəzən ictimai satira olurdu.