morfin

morfin (tib.)
morfi
morfinist
OBASTAN VİKİ
Morfin
Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir. Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur. Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur.