MORS

сущ. морс (прохладительный напиток из сока ягод или плодов.)
MORJ
MORTİRA
OBASTAN VİKİ
Samuel Mors
Samuel Finli Briz Morze (ing. Samuel Finley Breese Morse, 27 aprel 1791[…], Çarlztaun[d] – 2 aprel 1872[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı. Samuel Morze 19 yaşında Yel Universitetini bitirib. Londona gedib geri döndükdən sonra portret janrı o dövrdə çox populyar olduğuna görə bu janrda rəsmlər çəkməyə başlayıb. "Köhnə millət məclisi", "Luvr qalereyası" "Heraklın sonu" onun ən məşhur tablolarındandır. 1826-cı ildə Milli İncəsənət Akademiyasının qurulmasında böyük rolu olub, bu qurumun ilk başçısı seçilib. 1832-ci ildə Nyu-York Universitetinin Rəsm və Heykəl Şöbəsinin professoru olub. Teleqraf sistemi ilə əlaqəli tədqiqata başlayandan sonra rəssamlıq fəaliyyətinə ara verib. Morzenin mexaniki araşdırmalara marağı gənc yaşlarında başlamışdır. 1832-ci ildə etdiyi okean səyahətində, Charles Tomas Jacksonun elektriklə əlaqədar son inkişafları izah etməsi üzərinə, Nyu-York Universitetində elektromaqnetik mövzularında öyrəndikləri mövzular, başında elektrikli teleqraf fikrini doğurdu.
Morsbi adası
Мorsbi (ing. Moresby Island) — Hayda-Quai arxipelaqının sahəsinə görə ikinci adasıdır. İnzibati cəhətdən Kanadanın Britaniya Kolumbiyası ərazisinə daxildir. Ada ingilis admiral Ferfaks Morsbinin şərəfinə adlandırılmışdır. Adanın sahəsi 2 608 км² təşkil edir və bu göstərici ilə dünyada 175-ci yeri tutur. Sahil xətdinin uzunluğu 1180 km-dir. Arxipelaqın cənubunda yerləşir. Şimaldan Qreyam adasından Kartrayt boğazı ilə ayrılır. Materikdən isı Hekate boğazı ilə ayrılır. Şərq sahillərində çoxlu sayda adalar vardır: Luiz adası və Layell adası.
Morsilya
Morsilya (isp. morcilla) - ispansayağı qanlı kolbasıdır. Morsilli özünün regionla qaydasına görə hazırlanır. "Burqor morsilya" sı (isp. morcilla de Burgos) daha çox dünyada məşhurdur. Bu kolbasa donuz qanında, donuz piyindən, ətindən hazırlanır. Digər növü isə "yaşıl morsilya" (isp. morcilla de verduras) düyü və soğandan ibarətdir. Kanar adalarında "şirin morsilya" (isp. morcilla dulce) yayılmışdır.
Morskie Oko gölü
Morskie Oko (pol. Morskie Oko; slovak. Morské oko, "Dəniz gözü"; mac. Halas-tó, "Balıqlı göl")) — Polşanın cənubunda, Malopolski voyevodluğunda yerləşən göl. Tatra dağlarında yerləşən dərinliyinə görə dördüncü böyük göl. Morskie Oko gölü Tatra milli park ərazisininin Rıbıy Potok çayı dərəsində yerləşir. Gölü əhatə edən dağların hündürlüyü 1000 metrdən yüksəkdir; Rısı zirvəsi (2499 m) polşa Tarasının ən yüksək zirvəsidir. Bundan başqa ərazidə Menquşoves (2438 m) və Mnix (2068 m) zirvələridə gölü əhatə edir. Gölü avropa şamı ağacları meşəsi əhatə edir. Keçmişdə göl "Balıqlı göl" adı ilə məşhur idi.
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Morskoy adası
Morskoy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində yerləşir. Neudaç buxtasında sahillərini yuyur. Bolşevik adasının şərq sahillərinə yaxın ərazidə yerləmir. Qərbində Blizkiy adası yerləşir. Blizkiy adası Morskoy adasından nisbətən iridir. Bu iki ada arasında Neudaç buxtası yerləşir. Bu hissədən buxtaya Neojıdannaya çayı tökülür. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Məhəmməd Morsi
Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى‎; 8 avqust 1951 – 17 iyun 2019[…]) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə seçilən ilk prezidenti. Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədridir. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi. Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-nin Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib. 1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb.
Port Morsbi
Port Morsbi (ing. Port Moresby, tok-pisin Pot Mosbi) — Papua-Yeni Qvineyanın paytaxtı. Port Morsbi Yeni Qvineya adasının cənub-şərq sahilində yerləşir. İqlimi subekvatorialdır. Yanvar-fevral aylarında isti hava olur. May-sentyabr aylarında soyuq hava şəraiti olur. Port Mirsbi şəhərinin 200 min nəfər əhalisi vardır. Şəhərdə 7000 dil və dialektdə danışan papuas və melaneziyalılar yaşayır.

Digər lüğətlərdə