MUSİQİÇİ

сущ. музыкант:
1. специалист в области музыки. Gənc musiqiçilər молодые музыканты, məşhur musiqiçi известный музыкант
2. тот, кто занимается игрой на музыкальном инструменте
II
прил. музыкантский
MUSİQİBAZLIQ
MUSİQİÇİLİK
OBASTAN VİKİ
Musiqiçi
Musiqiçi —1. Xüsusi olaraq musiqi ilə məşğul olan adam, musiqi mütəxəssisi;2. Musiqi alətində çalan sənətkar; çalğıçı, çalan. Musiqiçilər təkbaşına və ya qrup, qrup və ya orkestrin tərkibində çıxış edə bilərlər. Musiqiçilər bir musiqi janrında ixtisaslaşa bilərlər, baxmayaraq ki, çox sayda musiqiçi mədəniyyətlərdən və mənşəyindən asılı olaraq müxtəlif üslubları ifa edir. Musiqiçinin müəyyən fəaliyyət məkanı olur: Aranjimançı—Hazır musiqi əsərini hansısa alətdə ifa etmək üçün uyğunlaşdıran və ona müəyyən ritm və improvizə elementləri əlavə edən şəxs. Fortepiano üçün aranjiman. Vokalist — solo oxuyan musiqiçi; Dirijor — orkestdə və ya xorda rəhbər şəxs; İnstrumentalçı — akademik musiqidə ifacı adlanır; Bəstəkar — musiqi bəstələyən şəxs. Bəzən rəqslə məşğul olan şəxsləri də musiqiçilərə aid edirlər. 90-cı illərdən başlayaraq müxtəlif səbəblərdən xaricə xeyli Azərbaycan musiqiçisi getmişdi.
Kolera (musiqiçi)
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türkiyə repçisi. == Həyatı == İstanbulda anadan olub. Ata tərəfi Bolqarıstandan, anası tərəfi isə Bosniya və Herseqovinadandır. Turizm və Otelçilik fakültəsini bitirib. O, 2006-cı il avqustun 1-də həm də rep ifaçısı olan Saqopa Kajmerlə evlənib və 2017-ci il noyabrın 20-də boşanıblar.
Pitbull (musiqiçi)
Armando Christian Pérez (doğum 15 Yanvar 1981), bilinən adıyla Pitbull, Amerikalı repçi. İlk dəfə 2002-ci ildə Lil Jon'un Kings of Crunk albomunda qonaq olaraq iştirak etdi. Ardından, 2004-ci ilin Avqust ayında TVT Records etiketiylə MIAMI ( Money Is a Major Issue qısaltması) adlı ilk studiya albomunu bazara sürdü. O zamandan bəri, yenə TVT Records etiketi altında iki studiya albomu daha nümayiş etdi: 2006-cı ilin oktyabr ayında Əl Mariol' və 2007-ci ilin Noyabr ayında" The Boatlift. Ayrıca, Mun2 kanalında La Esquina adında İspanca bir program təqdim edir.
Tamino (musiqiçi)
Tamino, tam adı Tamino-Əmir Məhərrəm Fuad (24 oktyabr 1996, Antverpen, Flamand regionu[d]) — müğənni və musiqiçidir. Misirli müğənni və kino ulduzu Məhərrəm Fuadın nəvəsidir. Mahnılarını ingilis dilində yazır, bir neçə mini-albomu və "Əmir" adlı bir studio albomu vardır. Tamino 24 oktyabr 1996-cı ildə Belçikanın Antverpen şəhərində dünyaya gəlmişdir. Atası Tarıq Məhərrəm Fuad, məşhur misirli aktyor və müğənni Məhərrəm Fuad ilə Livanlı Maqda Beydunun oğludur. Taminonun anası isə musiqiyə böyük sevgisi olan belçikalı bir antropoloqdur. Belə ki, Tamino milliyyətcə yarı belçikalı, livanlı və yarı ərəbdir. Onun özündən 3 yaş kiçik, Rami adında qardaşı da vardır. Anası və atası hələ o 3 yaşında ikən ayrılmışdırlar. Bundan sonra o, anası tərəfindən, musiqi sevgisi ona hələ çox kiçik yaşından aşılanaraq böyüdülmüşdür.
Üç musiqiçi
Üç musiqiçi (isp. Tres músicos) — Dieqo Velaskes tərəfindən çəkilmiş yağlı boya rəssamı. Dərinlik hifzi yaratmaq üçün işıqkölgə adlı barokkonun texniki işənilib.
Prins (musiqiçi)
Prins Rocers Nelson (ing. Prince Rogers Nelson; 7 iyun 1958 – 21 aprel 2016) — ABŞ müğənnisi və mahnı yazarıdır. Daha çox eklektik sənət nümunələri və geniş vokal imkanları ilə məşhur olmuşdur. 21 aprel 2016-cı ilə Minnestodakı evində ölü tapılıb. Onun ölümünə səbəb zökəm tutulması idi. Xanımı isə onun narkotik maddələrdən öldüyünü güman edir. Prince, "Rolling Stone" jurnalının təşkil etdiyi Bütün Zamanların Ən Yaxşı 100 Sənətçisi siyahısında iyirmi yeddinci sırada yer almışdır.
Kan (musiqiçi)
Kan Kimura (木村 和, Kan Kimura, 24 sentyabr 1962, Fukuoka – 12 noyabr 2023) və ya səhnə adı ilə Kan – Yaponiya müğənnisi. 1990-cı ildə buraxdığı "Ai wa Katsu" mahnısına görə tanınır. == Həyatı == Kan 1987-ci ildə debüt albomu olan "Terebi no Naka ni" (hərf. "Televiziyada") albomunu buraxmışdır. Onun 1990-cı ildə buraxdığı "Yakyu Senshu ga Yume datta" (hərf. "Beysbolçu olmağı arzuladım") albomuna daxil olan "Ai wa Katsu" (hərf. "Sevgi qalib gələcək") mahnısı Yaponiyada böyük hit olmuşdur. Mahnı 1991-ci ildə Yaponiya Səsyazma Mükafatında pop və rok kateqoriyasının qalibi olmuşdur. 2002–2004-cü ildə Parisdə piano dərsləri almışdır. Yaponiyaya qayıtdıqdan sonra diqqətini konsertlər və radio proqramlarına yönəltmişdir. === Ölümü === Kan 2023-cü ilin martında ona Mekkel divertikul xərçəngi diaqnozu qoyulduğu açıqlamış və səhnə fəaliyyətini dayandırmışdır. 12 noyabr 2023-cü ildə ölmüşdür.
Cordana (musiqiçi)
Cordana (ing. Jordana; 22 iyun 2000, Vaşinqton) — Bedrum-pop janrındakı mahnılarına görə tanınan ABŞ musiqiçisi. Los-Ancelesdə fəaliyyət göstərir. == Həyatı == Cordana Naye 2000-ci il iyunun 22-də Vaşinqtonda anadan olub. Onun atası kilsədə orqan çalırdı. Cordana atasının məsləhəti ilə skripka ifa etməyə başlamış və daha sonra öz istəyi ilə gitaraya keçmişdir. == Karyerası == Cordana on səkkiz yaşında olarkən 2019-cu ildə "Classical Notions of Happiness" adlı studiya albomu çıxarıb. Albom dinləyicilərdən müsbət rəylər qazanmış və səsyazma şirkəti olan Grand Jury-nin diqqətini cəlb etmişdir. Sözügedən şirkət 2020-ci ildə Cordana ilə müqavilə bağlamışdır ki, həmin albomu yenidən buraxsın. Cordana 2020-ci ilin iyun ayında yaxın zamanda yeni mini-albom yayımlayacağını elan edib.
Sayuri (musiqiçi)
Sayuri (さユり, 7 iyun 1996, Fukuoka – 20 sentyabr 2024) – Yaponiya müğənnisi, musiqiçisi və mahnı yazarı. Anime serialları üçün bağlanış mahnıları ifa etmişdir. == Karyerası == Sayuri 2013-cü ilin avqustunda Tokioya köçmüş, əvvəlcə qapalı məkanlarda, daha sonra küçələrdə ifa etməyə başlamışdır. O, ilk solo performansını 2015-ci ilin martında "Shibuya O-East"də gerçəkləşdirmişdir. 26 avqustda "Mikazuki" adlı ilk sinqlını buraxaraq peşəkar musiqi karyerasına başlamışdır. Mahnı "Rampo Kitan: Game of Laplace" animesinin bağlanış mahnısı kimi istifadə olunmuşdur. 24 fevral 2016-cı ildə "Sore wa Chiisana Hikari no Youna" adlı ikinci sinqlını buraxmışdır. Mahnı "Erased" animesinin bağlanış mahnısı olmuşdur. Mahnının sözləri animenin bəstəkarı Yuki Kaciura tərəfindən yazılmışdır. 24 iyunda "Lu-La-La-Lu-La-Lu-La-La-Lu-La" adlı üçüncü sinqlını buraxmışdır.
Elnur Əhmədov (musiqiçi)
Elnur Əhmədov (Elnur Oruc oğlu Əhmədov; 13 may 1977, Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Elnur Əhmədov 1994-cü ildə A. Zeynallı adına Bakı Musiqi texnikumunu, 1998 və 2000-ci illərdə isə Bakı Musiqi Akademiyasının kamança ixtisası bitirib magistr dərəcəsi almış və ali təhsilə yiyələnmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının dosenti həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində müəllim vəzifəsində çalışır. 1999-cu ildən Azərbaycan Akedemik Opera və Balet teatrında yeganə kamança ifaçısı olaraq orkestr solisti vəzifəsində çalışır və çilli tamaşalarda muğam partiyalarını ifa edir. Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasını İstanbulda, Parisdə YUNESKO-nun səhnəsində, Qətərdə, İsveçrədə, Düşənbədə və başqa ölkələrdə Azərbaycan milli musiqisini və muğamını təmsil edir. 2001-ci ildə Strasburqda Azərbaycan Avropa Parlamentinə qəbul olunanda 2002-ci ildə Vaşinqtonda İpək yolu festivalında Amsterdamda Atlas ansamblı proyektində dünya musiqiçiləri ilə birlikdə çıxış etmişdir. 2003-cu ildə Səmərqənddə keçirilən Şərq Təranələri Beynəlxalq musiqi festivalında xalq artisti Zabit Nəbizadə ilə ikinci yerə layiq görülmüşdür. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 1-ci muğam televiziya müsabiqəsində kamança ifaçısı olaraq bu layihədə iştirak etmişdir. Azərbaycanın xalq artisti Mənsum İbrahimov, xalq artisti Elçin Həşimov və əməkdar artist Kamran Kərimovla birlikdə Qarabağ muğam qrupu olaraq bir çox ölkələrdə ABŞ, İngiltərə, Fransa, Avstriya, Norveç, İsveçrə, Rusiya, Ukrayna, Belarusiya, Hollandiya, İran, Misir, Finlandiya, İsveç və başqa ölkələrdə konsert proqramı ilə çıxış etmişdir. Həmçinin 2011-ci ildə Danimarkanın Kopenhagen şəhərində Vomeks Beynəlxalq musiqi Festivalında iştirak etmişdir.
Fuad Musayev (musiqiçi)
Fuad Elmidar oğlu Musayev (4 sentyabr 1975, Kirovabad) — azərbaycanlı estrada müğənnisi, bariton, 2016-cı ildən Azərbaycan televiziyasının və radiosunun solisti. == Həyatı == Fuad Elmidar oğlu Musayev 4 sentyabr 1975-ci ildə Gəncə şəhərində musiqiçi Elmidar Musayev və Ofeliya Musayevanın ailəsində dünyaya göz açıb. 1982–1992-ci illərdə orta məktəbi bitirib. Orta ixtisas musiqi məktəbində və texnikumunda fortopiano üzrə təhsil allb. 21 yaşında olarkən Rusiyanın Moskva şəhərinə köçüb və orada musiqi fəaliyyətini davam etdirib. 8 il Moskvada çalışıb. === Ailəsi === Ailəlidir, 2 qız övladı var: Ofeliya Musayeva, Emiliya Musayeva. Atası Elmidar Musayev (qarmon ifaçısı) Gəncəbasarda tanınmış musiqiçi və Göy-göl ansamblının yaradıcılarındandır. Qardaşı Rauf Musayev musiqiçi-pianoçudur, Rusiyanın Moskva şəhərində fəaliyyət göstərir. Əmisi Canpolad Musayev, hal-hazırda Göy-göl ansamblının pianoçusu kimi fəaliyyət göstərir.
Harun Təkin (musiqiçi)
Harun Təkin (28 iyun 1977, Ankara) məşhur Türkiyə müğənnisi. Mor və Ötəsi qrupun solistidir.
Ruslan Hüseynov (musiqiçi)
Ruslan Barat oğlu Hüseynov (30 oktyabr 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan musiqiçi, bass, kontrabast, Azərbaycan Respublikasının əməkdar artisti. Ruslan Hüseynov – Azərbaycanın çox tələb olunan basçılarından biridir. Nə vaxtsa "Rast" grupu ilə başlayib, sonra isə caza keçib. Bizim bütün aparıcı musiqiçilər onu istər festivallarda, istərsə də klub proqramlarında iştirak etməyə böyük məmnuniyyətlə dəvət edirlər. Bəzən həddindən artıq məşgul olur – amma yenə də öz üzərində işləməyə və caz yenilikləri ilə tanış olmağa vaxt tapır. Həyatda çox sakit təbiətli, musiqiyə isə həddən ziyada bağlıdır…. Oğlanlarının artıq kontrabası öyrənməyə başladıqlarını nəzərə alsaq (bunu fotlardan birində görmək olar), onda musiqiyə olan bu məhəbbətin onun övladlarına keçməsi şansı var.
Tofiq Əhmədov (musiqiçi)
Tofiq Qəzənfər oğlu Əhmədov (28 fevral 1924, Bakı – 23 mart 1981, Bakı) — Azərbaycan musiqiçisi, dirijor, bəstəkar, ifaçı və musiqi təşkilatçısı, Azərbaycan SSR xalq artisti (1977), Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri (1956–1979). Tofiq Qəzənfər oğlu Əhmədov 1923-cü il fevralın 8-də Bakıda anadan olmuşdur. Erkən yaşlarından musiqiyə maraq göstərib. 1941-ci ildə respublikada yeni yaranan estrada simfonik orkestrinə klarnet və saksafon ifaçısı kimi daxil olub. O vaxt orkestrin rəhbəri və dirijoru bəstəkar Tofiq Quliyev idi. Bəstəkar 1942-ci ildə Tofiq Əhmədovu rəhbərlik etdiyi Xəzər Donanması estrada ansamblına dəvət edib. 1945-ci ilə qədər həmin orkestrdə işləyib. Bu illərdə ali təhsil də alıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəfəsli alətlər şöbəsinin klarnet sinfini bitirib. 1953-cü ildən daha geniş fəaliyyətə başlayıb.
Çingiz Məmmədov (musiqiçi)
Çingiz Məmməd oğlu Məmmədov (15 noyabr 1947, Bakı) — Alt ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1989). Çingiz Məmmədov 1947-ci il noyabrın 15-də Bakıda anadan olmuşdur. 1954-cü ildə Bülbül adına musiqi məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1965-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1970-ci ildə bitirmişdir. 1968-ci ildən Azərbaycan dövlət kamera orkestrında çalışmışdır. Konservatoriyanı bitirdikdən sonra orada qalmış alt və kamera ansamblı sinfində müəllim kimi çalışmışdır. Eyni zamanda Azərbaycan dövlət kvartetinə dəvət olunmuş və orada çalışmışdır. 1975–1977-ci illərdə Leninqrad konservatoriyasının aspiranturasını bitirmişdir. 1977-ci ildən 1980-ci ilə qədər Ekvator respublikasında milli orkestrda çalışmışdır. Vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında dosent və Azərbaycan Dövlət kvartetində işini davam etdirmişdir.
İbrahim Quliyev (musiqiçi)
İbrahim Hacıbaba oğlu Quliyev (23 may 1959, Bakı – 16 yanvar 2010, Türkiyə) — musiqiçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008), Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009–2010). İbrahim Quliyev 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Mədəniyətinin Xeyriyə fondunun icraçı direktoru, "Azərbaycan-İrs" jurnalının direktoru, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədr müavini olmuşdur. İbrahim Quliyev Azərbaycan musiqisinin tarixi inkişafı mövzusu ilə əlaqədar namizədlik dissertasiyasını müdafiə edərək "Sənətşünaslıq namizədi" elmi dərəcəsini almışdır. İbrahim Quliyev Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasının baş müəllimi olmuşdur. "Maestro" və "Maestro belə yazırdı" kitablarının müəlifidir. Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 2008-ci il tarixli sərəncamı ilə İbrahim Quliyevə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.
Ənvər İsmayılov (musiqiçi)
Ənvər Sərvər oğlu İsmayılov (ukr. Енвер Серверович Ізмайлов, krımtat. Enver Server oğlu İzmaylov; d. 12 iyun 1955, Kirquli, Fərqanə, Özbəkistan SSR, SSRİ) — Krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, virtuoz gitaraçı, "teppinq" gitara texnikasının məşhur təbliğatçısı, İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Beynəlxalq Gitara Yarışmasının birincilik mükafatının laureatı (1995), çoxsaylı diplom və mükafatların sahibi, Ukrayna Caz Assosiasiyasının Rəyasət Heyətinin üzvü (1995). Ənvər İsmayılov 12 iyun 1955-ci il tarixində Özbəkistanın Fərqanə şəhərində anadan olmuşdur. Onun ailəsi Krım tatarlarının deportasiyası zamanı 1944-cü ildə Krımdan Özbəkistana deportasiya edilmişdir. Yerli bir incəsənət məktəbindən faqot sinfində məzun olduqdan sonra, o, müstəqil olaraq elektrogitaranı məsimsəməyə və ifa etməyə başlamışdır. 1980-ci illərdə o, «Sato» adlı bir caz-rok qrupunun üzvü olmuşdur. Ənvər İsmayılov 1990-cı illərdə Fontan adlı mənzərəli bir kəndə köçmüşdür (hal-hazırda Simferopol şəhərinin ətrafında yerləşən bir məhəllə). O, burada öz dədə-babalarının – Krım tatarlarının musiqi folklorunu öyrənməyə başlamışdır.
Anar Vəlizadə (musiqiçi)
Ruslan Zərbalıyev (musiqiçi)
Arzu Əliyeva (musiqiçi)
Əliyeva Arzu Qurban qızı - Xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti == Həyatı == Əliyeva Arzu Qurban qızı 1991-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir. 1 övladı var. == Təhsili == 1997-ci ildə Səbail rayonunda yerləşən Tofiq Məmmədov adına 239 saylı orta məktəbin I sinifinə gedib, 2008-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir Bundan əlavə 2002-ci ildə Yasamal rayonunda yerləşən 22 saylı musiqi məktəbinə muğam dərsləri almağa getmiş, 2008-ci ildə həmin məktəbi qırmızı diplomla bitirmişdir. Bundan əlavə 7-illik fortepiano təhsili də var.2008-2012-ci illərdə bakalavr, 2013-2015-ci illərdə magistr pilləsi üzrə Azərbaycan Respublikasının Milli Konservatoriyasını qırmızı diplomla bitirmişdir. Konservatoriyada oxuduğu illərdə dərslərini əla qiymətlə oxuduğu üçün “Süleyman Ələskərov” adına təqaüdlə təltif edilmişdir. == Fəaliyyəti == Müəllimi Respublikanın Xalq artisti, Dossent, Şərəf orderli Mənsum İbrahimov olmuşdur. İlk dəfə istedadını müəllimi üzə çıxarıb. Məhsuliyyətli və böyük səhnədə olan çıxışı 2003-cü ildə “Heydər Əliyev adına Saray”da keçirilən ölkə Prezidentimiz cənab İlham Əliyevin and içmə mərasiminə ayrılmış konsert proqramında olan çıxışı olmuşdur. 2004-cü ildə Türkiyə Respublikasında keçirilən “VII Uluslararası dünya festivalı”nda uğurlu çıxış etmişdir.
Həsən Məmmədov (musiqiçi)
Həsən Cəfər oğlu Məmmədov (Türkməncə:Gasan Jafarowiç Mämmedow; 26 yanvar 1956, Aşqabad) — azərbaycanlı əsilli Türkmən və Sovet musiqiçisi, skripkaçısı, "Firuzə", "Günəş" və "Aşqabad" musiqi qruplarının üzvü, Türkmənistan Respublikasının Əməkdar Artisti. == Həyatı == Həsən Məmmədov 1956-cı ildı Türkmənistan SSR-də azərbaycanlı ailədə dünyaya gəlmişdir. 2001-ci ildə Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında münasibətlər pisləşdi. Bu Türkmənistandakı azərbaycanlılara olan dövlətin siyasi yanaşmasına da təsir göstərdi. Bundan başqa, Sovet İttifaqının dağılmasından sonra ölkədəki iqtisadi vəziyyət, həmçinin də qeyri-türkmənlərə siyasi yanaşma pisləşdiyi üçün (məsələn, vəzifələrdən azad edilmə və s.) bir çox azərbaycanlı oranı tərk etdi. 2000-ci illərin əvvəllərində belə yanaşma nəticəsində ölkəni tərk edənlərdən biri də Həsən Məmmədov oldu. ==== Təhsili ==== Həsən Məmmədov 1972–1976-cı illərdə D. Ovezov adına Türkmən Dövlət Musiqi Texnikumunda N. B. Şimaoviçdən musiqi dərsi almışdır. 1981-ci ildə Türkmən Dövlət Pedoqoji İncəsənət İnistitutunun skripka sinfini fərqlənmə ilə bitirmişdir. Bu zaman onun elmi rəhbəri V. İ. Reyder olmuşdur. == Fəaliyyəti == Fəaliyyəti dövründə fərqli musiqi qruplarının üzvü olan Məmmədov "Firuzə İnstrumental Ansamblı" (1979),"Günəş — Mən Yeri Görürəm" (1984) və "Aşqabad — Sevgi Şəhəri" (1993) kimi Türkmənistan musiqisinin önəmli əsərlərinin yaradılmasında iştirak etmişdir.
Zəhra Quliyeva (musiqiçi)
Zəhra Teymur qızı Quliyeva (d. 23 avqust 1951, Bakı) — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Zəhra Quliyeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış etmiş, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış etmiş və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa etmişdir. O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləmişdir. Zəhra Quliyeva 1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır.
Basta (musiqiçi)
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Ceza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Cəza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
LiSA (yapon musiqiçi, 1987)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.
İki musiqiçi qız (rəsm əsəri)
İki Musiqiçi Qız, Osman Həmdi Beyin 1880 tarixində çəkdiyi rəsm əsəridir. Tabloda iştirak edən məkan, Bursa Yaşıl Məscidi'deki namazgah hissəsidir. Bu hissənin girişində tambur dəf çalan iki gənc qız dayanmaqdadır. Tambur çalan qız ayaqda dayanmaqda, dəf çalan isə yaşayır. Ayaqdakı qız qızıl rəngli, sadə, boydan bir paltar geyinmişdir. Oturan qız isə qızıl sarısı zolaqlı, açıq mavi rəngində bir bindallı entari geymişdir. Əsərdə məsciddə olan xalçalar, qaxmalı taxta əsərlər, daş oymaçılığı məhsulu mərmərlər və çini kimi Osmanlı motivləri yer alır.
LiSA (Yaponiya musiqiçisi, 1987)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.

Digər lüğətlərdə