MÖVLUD

сущ. новорождённый (-ая); Mövlud bayramı празднование дня рождения пророка Мухаммеда
MÖVLƏVİLİK
MÖVSÜM
OBASTAN VİKİ
Mövlud
Mövlud — Kişi adı.
Günel Mövlud
Günel Mövlud (9 oktyabr 1981, Mehdili, Cəbrayıl rayonu) — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi. == Həyatı == Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir. == Tərcümələri == Viktor Pelevin.
Mövlud Mirəliyev
Mövlud Mirəliyev (27 fevral 1974, Qaşqadərya vilayəti) — Azərbaycanı təmsil edən sabiq cüdoçu, hazırda məşqçi. Mövlud Mirəliyev, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Mövlud Mirəliyev 1974-cü il 27 fevralda Özbəkistanın Qaşqadərya vilayətinin Kitab şəhərində anadan olub. "Tərəqqi" medalı (29 avqust 2008) — 8 – 24 iyun tarixləri arasında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə.
Mövlud Qurbanzadə
Mövlud Süleymanlı
Mövlud Süleyman oğlu Balakişiyev (təxəllüsü: Mövlud Süleymanlı; 18 mart 1943, Qızıl Şəfəq, Kalinino rayonu – 21 fevral 2024, Bakı) — azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdar incəsənət xadimi (2003), Azərbaycanın xalq yazıçısı (2006). "Şöhrət" və "Şərəf" ordenlərinin laureatı. Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulmuşdur. Atası Süleyman Məhəmməd oğlu 1942-ci ilin axırlarında İkinci Dünya müharibəsinə getmiş, 1945-ci ilin aprel ayının 23-də Berlin uğrunda döyüşlərdə həlak olmuşdur. Anası Bağdagül Mahmud qızı bədahətən şeirlər demişdir. Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə oranı bitirmişdir. Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində vəfat edib. Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub. Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır.
Mövlud Visaitov
Mövlud Visaitov — Böyük Vətən müharibəsi iştirakçısı, ilk 255-ci ayrı Çeçen-İnquş süvari alayının komandiri, sonra 28-ci Qvardiya Süvari Alayı (6-cı Qvardiya Süvari Diviziyası, 3-cü Qvardiya Süvari Korpusu, 2-ci Belarus Cəbhəsi) komandiri, qvardiya polkovnik-leytenantı, Sovet İttifaqı Qəhrəmanı (1990). Laxa Nevre kəndində (və ya Nijni Naur, indiki Çeçenistanın Nadterek rayonu), kəndli ailəsində anadan olub. Milliyətinə görə çeçendir. 1942-ci ildən Sov. İKP üzvü. 1932-ci ildə kooperativ texniki məktəbi bitirib, mağaza müdiri işləyib. 1932-ci ildən Qızıl Orduda xidmət edir. 1935-ci ildə Ordjonikidze piyada məktəbini və 1941-ci ildə süvari komandir heyəti üçün təkmilləşdirmə kurslarını bitirir. Müharibənin əvvəlində general-mayor M. Maleevin komandanlığı altında 3-cü Süvari Diviziyasının 34-cü Süvari Alayında kapitan olur. 1941-ci ilin iyunundan kapitan rütbəsi alır.
Mövlud bayramı
Mövlud bayramı — Məhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunması. Mövlud ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir. Tarixçilərin bəzisi Məhəmməd peyğəmbərin "fil ili"ndə - 570, yaxud 571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəl 17-də dünyaya göz açdığını yazırlar. Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq İslam peyğəmbərinin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə 1981–ci ildə Ayətullah Xomeyninin təklifi ilə[mənbə göstərin], 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər. Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunur. Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır.
Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu (türk. Mevlüt Çavuşoğlu; 5 fevral 1968, Alanya, Antalya ili) — türk siyasətçi, diplomat və dövlət xadimi, Türkiyə Respublikasının xarici işlər naziri (2014-2023), Türkiyə Böyük Millət Məclisinin 22-28-ci çağırışlarının deputatı. Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyə Respublikasının Antalya ilinin Alanya şəhərində dünyaya gəlmişdir. Çavuşoğlu H. Əmin Paşa Özəl liseyini birinci sırada bitirmiş, 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsindən məzun olmuşdur. 1991-ci ildə ABŞ-nin Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. 1993-cü ildə isə Ankara Universiteti nəzdnindəki Avropa İttifaqı Elmi-tədqiqat Mərkəzində "Avropa Birliyi üzrə Ekspert Proqramı"nı tamamlamışdır. Həmin il Ankarada yerləşən Bilkənd Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində doktorantura programına başlamışdır. Jean Monnet təqaüd proqramı çərçivəsində 1993–1995 illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində doktorantura təhsilini davam etdirmişdir. Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib.
Mövlud Karakaya
Mövlud Karakaya (1 yanvar 1963, Ankara ili) — mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Mövlud Karakaya 1963-cü ildə Ankara ilinin Bala ilçəsində anadan olub. Qazi Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Həmin universitetin Sosial Elmlər İnstitutunda isə magistr və PhD dərəcələri alıb. Mühasibat uçotu və maliyyə sahələri üzrə dosent və professor elmi adları alıb. Birləşmiş Ştatların İndiana Universitetində dövlət idarəçiliyi üzrə, Perdyu Universitetində isə siyasi elmlər üzrə əlavə magistr dərəcələri alıb. Nüfuzlu universitetlərdə — Qazi Universiteti, Hacettepe Universiteti, Başkənd Universiteti və İzmir İqtisadiyyat Universitetində mühasibat və maliyyə fənnlərindən dərslər tədris edib. 1999-2003-cü illərdə Torpaq Məhsulları Ofisinin İdarə Heyətinin sədri olub. Uzun illərdir MHP üzvüdür. 2006, 2009, 2012, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib.
Fuad Mövludov

Digər lüğətlərdə