Əncir mürəbbəsi 2 (film, 2014)
Əncir mürəbbəsi 2 — 2010-cu ildə çəkilmiş İncir mürəbbəsi filminin davamı olan, Halil Sezai və Şafak Pekdemirin baş rollarda oynadığı, rejissoru və ssenarisi Aytaç Ağırların olduğu 2014-cü il Türkiyə bədii filmidir. Film əvvəlki filmdə sevdiyi qadını itirən Metin obrazının sonrakı həyatından bəhs edir. Bundan əlavə, filmdə transvestit obrazını da filmin rejissoru və ssenari müəllifi Aytaç Ağırlar canlandırıb.
== Mövzu ==
Mətin Duyğunu itirdikdən sonra depressiyaya düşüb və uzun müddət bu vəziyyətdən çıxa bilməyib. Arzusunda olduğu filmi çəkməsinə baxmayaraq, bədbəxtdir. Barda işləməyə başladı. O, düşdüyü vəziyyətə görə hər axşam spirtli içki qəbul edir və sərxoş olur. Eyni dönəmdə eyni barda çalışan Gizəmlə tanış olur. Bir axşam barda dava düşür və istəmədən də olsa Mətin işə qarışır. Gizəm Mətinə hücum edənlərin başında şüşəni sındıraraq Mətini xilas edir.