MƏHCAMAL
MƏHİ
OBASTAN VİKİ
Məhəbbət
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape). Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s.
Məhəbbət Dəmirçiyeva
Məhəbbət Dəmirçiyeva (Məhəbbət Dəyirman qızı Dəmirçiyeva; 10 noyabr 1957, Qazax) — BDU Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri (2011), hüquq elmləri namizədi (1996), professor (2013). Məhəbbət Dəmirçiyeva 10 noyabr 1957-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. O, 1964–1974-cü illərdə Daş Salahlı kəndində 1 №-li orta məktəbi bitirib və 1976–1981-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1981–1987-ci illərdə Türkmənistan SSR-in Nebit Dağ şəhərində gənc mütəxəssis kimi çalışıb. 1987-ci ildən isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində çalışır. O, 2011-ci ilədək Əmək hüququ və mülki prosess kafedrasında fəaliyyət göstərmişdir. Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiridir. Evlidir, iki övladı var. 1996-cı ildə Tbilisi Dövlət Universitetində "Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 2003-cü ildə isə həmin universitetdə "Azərbaycan Respublikasında nikah hüquq münasibətlərinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Məhəbbət Kazımov
Məhəbbət Kazımov (d. 2 iyul 1953, Çorman, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – ö. 27 yanvar 2014, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2012). Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olmuşdur. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüffatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım olmuşdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir.
Məhəbbət Mirzəliyeva
Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (17 oktyabr 1949, Bakı – 2016) — Azərbaycan alimi, dilçi, türkoloq, filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun direktor müavini. Məhəbbət Mirzəliyeva 1966-cı ildə Bakı şəhərindəki 74 saylı orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1971–1972-ci tədris ilində Ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləmişdir. 1972-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Məhəbbət Mirzəliyeva 1975–1981-ci illərdə institutun türk dilləri şöbəsində kiçik elmi işçi, 1981–1993-cü illərdə böyük elmi işçi vəzifəsində çalışmışdır. 2002-ci ilin yanvarında AMEA Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilmişdir. 2013–2015-ci illərdə AMEA Dilçilik İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır.. 2015-ci ilin may ayından yenidən institutun türk dilləri şöbəsinə rəhbərlik edir. Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 2016-cı ild' vəfat etmişdir.
Məhəbbət Mirzəyev
Məhəbbət Paşayev
Məhəbbət Qarabağlı
Məhəbbət Qarabağlı (tam adı: Məhəbbət İsmayıl oğlu Qarabağlı; 5 may 1941, Kəpənəkçi, Lüksemburq rayonu – 25 dekabr 2017) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı (1999-2005) Məhəbbət Qarabağlı 5 may 1941-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olmuşdur. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon orta məktəbini bitirmiş və elə həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Orada uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilərək hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilmişdir. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslar çıxış edərək təhsil aldığı ali məktəbi təmsil etmişdir. Məhəbbət Qarabağlı 1966-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilmişdir. 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilmişdir. 1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildən Mingəçevir Şəhər Xalq Maarif Şöbəsinə rəhbərlik etmişdir. 1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilmişdir.
Məhəbbət Quliyev
Məhəbbət Vəliyeva
Məhəbbət Məhərrəm qızı Vəliyeva (4 sentyabr 1968, Bakı) — Yeni Azərbaycan Partiyasının üzvü, psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası təhsil nazirinin müavini (2018–2021), İlin ən yaxşı müəllimi (2001), Azərbaycan Respublikasının əməkdar müəllimi (2008). Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (Bakı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 1991–2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003–2008-ci illərdə "XXI əsr" Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008–2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. 2001-ci ildə "İlin ən yaxşı müəllimi" Respublika müsabiqəsinin qalibi olub. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. 2014–2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015–2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 1 fevral 2021-ci ildə öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib. Psixologiya üzrə fəlsəfə doktorudur.
Məhəbbət psixologiyası
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Məhəbbət (film, 1948)
Məhəbbət (it. L'Amore) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. Filmdə iki məhəbbət hekayəsindən söhbət açılır. Filmin bəstəkarı Roberto Rossellininin qardaşı Renzo Rossellinidir. Filmin məzmunu iki məhəbbət hekayəsinə ayrılır. Birinci hekayədə sevgilisi tərəfindən atılmış bir qadının hekayəsindən, ikinci hekayədə isə Allahdan vergi alaraq, Müqəddəs İosifdən hamilə qaldığını düşünən bir qadının hekayəsindən söhbət açılır. Birinci hekayədə qadının keçirdiyi məhəbbət hisslərindən söhbət açılır. Hekayə bağlı otaqda baş verir.İkinci hekayədə isə əsl məhəbbətdən danışılır. Hər iki qadın obrazını İtalyan aktrisası Anna Manyani canlandırmışdır. İkinci hekayədə küçədə gəzən avara oğlan obrazını isə filmin ssenaristlərindən biri olan Federiko Fellini canlandırmışdır.
Məhəbbət Əfsanəsi (balet)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsanəsi" XX əsrin balet kəşflərinin sintezidir" "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
Dəlisov məhəbbət (film, 1992)
Deewana (Devnagari: दीवाना, mənası: Dəlisov məhəbbət) 1992-ci ildə istehsal olunan Bollivud filmidir. Filmin rejissoru Rac Kanvardır. Filmə Quddu Danoa və Lalit Kapur prodüserlik etmişdir. Baş rollarda Rişi Kapur, Şahrux Xan və mərhum aktrisa Divya Bharti yer almışdır. Bu film həmçinin Şahrux Xanın ilk rol aldığı filmdir. Şahrux Xan bu filmə görə "Ən yaxşı debüt" mükafatını almışdır. == Rollarda == == Resepsiyon == Deewana 1992-ci ilin ən yüksək gəlir gətirən ikinci filmi oldu. Film Hindistanda kassalardan 140 milyon məbləğində gəlir gətirmişdir və Box Office Hindistan tərəfindən 'Hit' elan olundu. == Musiqi == Musiqilərin müəllifi Nadim-Şirəvan cütlüyüdür. Onlar bu filmlə üçüncü dəfə olaraq Filmfare mükafatına layiq görülüblər.
Məhəbbət əfsanəsi
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsanəsi" XX əsrin balet kəşflərinin sintezidir" "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
Platonik məhəbbət
Platonik sevgi, platonik eşq və ya platonik məhəbbət ― müasir mənada cinsi əlaqəsi olmayan virtual və duyğusal sevgi. Platonik sevgi termini öz adını qədim yunan filosofu Platondan götürür. Platon bu sevgi tərzini təsvir edən ilk şəxsdir. Bir kitabda (simpozium dialoqu) Platon sevgi hissinin necə meydana gəldiyini və necə inkişaf etdiyini izah etməyə çalışır - həm cinsi, həm də qeyri-cinsi yollarla. Platon insanların ruh və bədəndən meydana gəldiyini və ruhun düşüncə aləmində olduqda cismin maddi dünyaya aid olduğunu bildirir. Bundan əlavə, ruh yerləşdiyi bədənlə birlikdə olmalıdır, lakin iki həqiqət bir-birindən tamamilə müstəqildir. Bir sözlə, platonik sevgi ruha və zehnə ilham verir. Marsilio Ficino XV əsrdə "platonik sevgi" terminini istifadə edən ilk insan olmuşdur. Marsilio onu bir insanın xarici görünüşünə deyil, zəkasının və xarakterinin gözəlliyinə yönəlmiş sevgini təsvir etmək üçün istifadə etmişdir.
Qarşılıqsız məhəbbət
Qarşılıqsız sevgi, qarşılıqsız eşq və ya qarşılıqsız məhəbbət — bir tərəfin digər tərəfdən istədiyini görə bilmədiyi bir sevgi növüdür. Bu, tez-tez insanda kədərli və narahat bir ruh halına səbəb olsa da, depressiya və eyforiya arasında qəfil emosional dəyişikliklərə də səbəb ola bilər. Qarşılığı alınmayan sevgi nəhayət insanda bir vəsvəsəyə səbəb ola bilər, qarşılıq verməyi rədd edənin istək mənbəyini izləmək və ya ona kin ilə baxmaq tez-tez müşahidə olunur. Bu mürəkkəb vəziyyət sənət tarixindəki bir çox şah əsərin ilham mənbəyi olmuşdur. Qarşılıqsız sevgi ağrılı bir vəziyyət olsa da, bəzi insanlar üçün xoşbəxtlik mənbəyi ola bilər. Bu vəziyyətdə olan bir insan, kiməsə aşiq olmaq hissinin (cavabsız olsa belə) çəkdiyi bütün əzablara dəydiyini düşünə bilər. Təslim olmaq əvəzinə bu vəziyyətdə qalmağı seçə bilər. Özündən imtina etməyi tələb etdikdə belə, bunu özünü məğlubiyyəti, darmadağın olması kimi hiss edər və təslim ola bilməz. Uzun müddət, illərlə və hətta on illərlə davam edə biləcək cavabsız sevgi bir neçə fərqli yolla bitir. Əgər fərd sonunda cavab görərsə, onun duyğuları ümumiyyətlə tükənə və hətta sona çata bilər.
Romantik məhəbbət
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Səhrada Məhəbbət
Səhrada məhəbbət (isp. Amantes Del Desierto) — Kolumbiyanın Telemundo telekanalında yayımlanan teleserial. Teleserialda baş verən hadisələr 20-ci əsrin 50-60-cı illərinə təsadüf edir. Andres Bustamante; maddi problemlər səbəbindən lisenziya ala bilməyən gənc həkim. Lazımi məbləği toplamaq üçün o, qonşuluqda yaşayan insanlara tibbi yardım göstərir. Onun ofisi anası Elena ilə yaşadığı evində yerləşir. Elena Bustamante oğlunu böyütmək üçün çox şeylərdən keçmiş və böyük əmək sərf etmiş anadır. Onlar davamlı pul çatışmazlığından evlərinin kirayə pulunu ödəyə bilmirlər və onların evi hər an Rafael Neqretanın əlinə keçə bilər. Rafael Neqreta ürəksiz, amansız bir insandır. O, evin kirayə pulunu ödəməyə imkanı çatmayan Andres və anasının borcuna daima faiz əlavə edir və onlardan pulu ödəmələrini tələb edir, əks halda o, onların evlərini ələ keçirəcəkdi.
Ayaqyalın məhəbbət
Ayaqyalın məhəbbət qısametrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. Filmdə əsas rolları A. Panova-Potyomkina, Regina Lazareva, Yevgeni Muromski və V. Lenin ifa edirlər. == Məzmun == Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq == Rollarda == A.Panova-Potyomkina Regina Lazareva Yevgeni Muromski V.Lenin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
100% məhəbbət
100% məhəbbət (ingiliscə: 100% Love, Teluqu dilində: 100% లవ్, həmçinin 100% eşq kimi də tanınır) — 6 may 2011-ci ildə nümayiş etdirilmiş olan, Sukumarın teluqu dilində rejissorluğu ilə çəkilmiş olan hind filmidir. Süjet xətti xaraktercə tamamilə bir-birinə zidd olsa belə bir-birini sevən, lakin öz qürurlarına görə birlikdə ola bilməyən iki gəncin hekayəsindən bəhs edir. Baş rollarda Naqa Çaitanya və Tamannaah Bhatia oynamışdır. Film kassada hit olmuş və Ən Yaxşı Ev Filmi nominasiyası üzrə Nandi Mükafatını qazanmış, həmçinin film xanım baş qəhrəmanı olan Tamannaah üçün də bir neçə mükafat qazanmışdır. Film eyni adla Malayalam dilində dublyaj edilmişdir. Filmin hind dilində də remeyki planlaşdırılır. Film, 2016-cı ildə Prem Ki Bujhni adı ilə yalnız bir dəfə benqal dilində yenidən çəkilmiş və hal-hazırda Tamil dilində 100% Kadhal adlı remeykinin təqdim edilməsi planlaşdırılır. Hindistan telekanalında nümayiş olunmaq üçün Red Media şirkətinin sifarişi ilə film rus dilinə dublyaj edilmişdir.
Məhəbbət Mehdiyeva
Məhəbbət Mehdiyeva (20.09.1945) — Filoloq, tərcüməçi, muzeyşünas, filologiya elmləri üzrə fəlsəfə doktoru (1980), Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi (1989), “Tərəqqi” medalı laureatı (2014), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2018). Məhəbbət İsa qızı Mehdiyeva 1945-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuş, 1963-cü ildə Naxçıvan şəhər 3-li onbirillik orta məktəbini bitirmişdir. 1963-64-cü illərdə yeni açılan Naxçıvan televiziya verilişləri komitəsində diktor vəzifəsində çalışmış, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsinin rus bölməsinə daxil olmuş və 1969-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1970–ci ildən Azərbaycan EA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, 1984-cü ildən elmi-kütləvi işlər şöbəsinin müdiri, 1993-cü ildən 2004-cü ilədək elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Bu illər ərzində namizədlik dissertasiyası müdafiə etmiş, monoqrafiya, 70-dən çox məqalə və bukletlər dərc etdirmiş, 60-dan artıq kitab və bukletin elmi redaktoru və tərtibçisi olmuş, yüzlərlə elmi-tədqiqat əsərlərini Azərbaycan dilindən rus dilinə tərcümə etmişdir. 2005–ci ildən Heydər Əliyev Fondunda və 2012-ci ildən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsinin tədqiqi və təbliği” departamentinin direktoru vəzifəsində çalışıb. Bakıda və rayonlarda bir sıra ədəbiyyat, o cümlədən Gəncə şəhərində Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Azərbaycan Xalq Cühuriyyətinin tarixini əks etdirən muzeylərin, Bakının Qala qəsəbəsində “Əntiq əşyalar” muzeyinin, Milli Təhlükəsizlik Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının tarixini əks etdirən muzeyin, MTN-nin Akademiyasında “Şərəf” muzeyinin, Quba şəhərində “Quba soyqırımı” muzeyinin (müştərək), Ceyhanda, Qarsda (Türkiyə), Daşkənddə (Özbəkistan), Buxarestdə (Rumıniya), Azərbaycanın bir çox rayon və şəhərlərində Heydər Əliyevin həyat-fəaliyyətini əks etdirən muzey və mərkəzlərin mövzu-ekspozisiya planlarının müəllifi, tərtibçisi, redaktoru olmuşdur. AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində, Heydər Əliyev Fondunda və Heydər Əliyev Mərkəzində işlədiyi müddətlərdə bir çox dövlət, elm, ədəbiyyat, incəsənət xadimləri ilə izahatlar aparmışdır. Məşhur Azərbaycan müğənnisi, Azərbaycan SSR Əməkdar Artisti İdris Mehdiyevin həyat yoldaşı olub (1965-2015). İki qızı, 4 nəvəsi vardır.
Birinci baxışdan məhəbbət
İlk baxışdan sevgi — Qərb ədəbiyyatında bir insanın, personajın və ya yazıçının özünün əvvəllər görmədiyi bir yad insana ilk baxışdan hiss etdiyi romantik hisslərini ifadə edir. Şair və tənqidçilər tərəfindən müntəzəm olaraq vurğulanan bu mövzu, Qərb ədəbiyyatının imtina edilməz elementlərindən biri halına gəlmişdir.
Məhəbbət əfsanəsi (dəqiqləşdirmə)
Məhəbbət əfsanəsi (balet) - bəstəkar Arif Məlikovun 1961-ci ildə Nazim Hikmətin eyniadlı pyesi əsasında yazdığı balet. Məhəbbət əfsanəsi (film, 1969) - rejissor Yuri Qriqoroviçin Nazim Hikmətin eyniadlı pyesi və bəstəkar Arif Məlikovun eyniadlı baleti əsasında çəkdiyi film-balet. Məhəbbət əfsanəsi (film, 1965) - rejissor Arif Səfərovun Leyli və Məcnun dastanı əsasında bəstəkar Qara Qarayevin musiqisinə çəkdiyi film. Məhəbbət əfsanəsi (film, 1984) - rejissorlar Lətif Fayziyevin və Umeş Mehranın 1984-cü ildə çəkdiyi Sovet-Hind filmi. Məhəbbətim mənim, kədərim mənim (film, 1978) - rejissor Əjdər İbrahimovun Nazim Hikmətin eyniadlı pyesi və bəstəkar Arif Məlikovun eyniadlı baletinin musiqisi əsasında çəkdiyi film. Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) - bəstəkar Arif Məlikovun dünyaca ünlü "Məhəbbət Əfsanəsi" baleti haqqda sənədli film.
Məhəbbət üsyankar quşdur
Məhəbbət üsyankar quşdur (fr. L'amour est un oiseau rebelle Fransızca tələffüz: [lamuʁ ɛt‿œ̃n‿wazo ʁəbɛl]) — fransız bəstəkar Jorj Bizenin "Karmen" operasının 1-ci pərdəsindən habanera şəklində çox məşhur bir mahnı. Bu mahnı messo-soprano üçündür.
İşdə məhəbbət macərası
"İşdə məhəbbət macərası" (rus. Служебный роман) — rejissor Eldar Ryazanovun 2 seriyalı lirik komediya filmi. 1977-ci ildə "Mosfilm" kinostudiyasında istehsal olunan film 58 milyondan artıq tamaşaçı auditoriyası ilə 1978-ci il prokatının lideri olub. 1979-cu ildə Vasilyev qardaşları adına RSFSR dövlət mükafatına layiq görülüb. == Məzmun == Hadisə 1970-ci illərdə Moskvada baş verir. Baş qəhrəmanlar – Anatoli Yefremoviç Novosilsev və Lüdmila Prokofyevna Kaluginadır. Novosilsev tipik işçidir. Onun 2 oğlu var. Arvadı ondan ayrılıb. O, həmişə iş yerinə avtobusla gəlir.
Esme üçün – məhəbbət və səfalətlə
Esme üçün – məhəbbət və səfalətlə və ya digər adı ilə Esme üçün – məhəbbət və yoxsulluqla (ing. For Esmé – With Love and Squalor) — ABŞ yazıçısı Cerom Selincerin ən çox tanınan hekayələrindən biri. İlk dəfə “The New Yorker” jurnalının 8 aprel 1950-ci il tarixində nəşr edilən nömrəsində nümayiş edilmişdir. Hekayədə II Dünya Müharibəsi əsnasında Avropada döyüşən Amerika baş serjantı İksdə yaranan ruhi özünüidarəetmə pozğunluqlarından, Esme ve Çarlz adlı iki ingilis bacı-qardaşının ona göstərdiyi sevgi nəticəsində sağalmasından və daxili rahatlıq əldə etməsindən bəhs edilir. İkinci Dünya Müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarında ən çox tanınan və əsərləri bəyənilən yazıçılardan biri olan Selincerin bir çox əsərlərinin əsas fikri “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsinin mövzusu ilə oxşardır. Yazıçının əsərlərində bildirdiyi əsas fikir bu cürdür: “İstənilən bir şəxs məhəbbətsiz yaşaya bilməz.” Selincer Amerika ordusunda xidmət etdiyi və Normandiya əməliyyatında iştirak etdiyi üçün hekayə ilk dəfə nəşr olunanda əsərin avtobioqrafik hekayə olduğu iddiaları irəli sürüldü. Yazıçı “hekayəni müharibədə yaşadığı pis təcrübələr nəticəsində yazdığı” iddialarını rədd etdi. İki hissəli hekayənin ilk hissəsində müəllifin on üç yaşlı qız övladı Esme və onun qardaşı Çarlzla tanış olmasından bəhs edilir. Esme müəllifin yazıçı olduğu öyrənəndə ondan özü üçün səfalətlə əlaqəli bir hekayə yazmağını xahiş edir. Hekayənin səfalətdən bəhs edən ikinci hissəsində hadisələr Normandiya əməliyyatından sonra Almaniyada baş verir.
Günortadan sonra məhəbbət (film, 1957)
"Günortadan sonra məhəbbət" (ing. Love in the Afternoon) — rejissor Billi Uaylderin filmi. == Məzmun == Cazibədar gənc qız, Ariana Şavess gələcək violonçel ifaçısı kimi konservatoriyada təhsil alır. O, şəxsi xəfiyyə olan atası Klodla birlikdə yaşayır. Klod bir-birinə xəyanət edən ər-arvadları izləməklə özünə çörəkpulu qazanır. Bu dəfə onun köhnə marağının hədəfi Amerika pleyboyu Frenk Flenneqandır. Müştərilərdən biri arvadı ilə Flenneqanın eşq macərasından xəbər tutur və ona atəş açmaq qərarına gəlir. O, Flenneqanın öz məşuqələrilə görüşdüyü "Ris" otelinə daxil olur. Lakin orada arvadının əvəzinə "milyonçu" Ariananı tapır. Evdə atasının söhbətlərinə qulaq asan Ariana Frenkə qabaqcadan xəbərdarlıq edir və onu ölümdən qurtarır.
Kataloniyaya məhəbbətlə
Kataloniyaya məhəbbətlə (ing. Homage to Catalonia) – Corc Oruellin İspaniya Vətəndaş Müharibəsindəki təcrübələri və təhlilləri barədə şəxsi hesabatı. İlk dəfə 1938-ci ildə Böyük Britaniyada nəşr olunmuşdur. 1952-ci ilin fevralına qədər ABŞ-də çapdan çıxmamışdır. Oruellin sağlığında kitab ancaq italyan dilinə tərcümə olunmuşdur (dekabr 1948). Fransız dilinə tərcüməsi isə Oruellin ölümündən 5 il sonrakı müddət boyunca nəşr olunmamışdır. Azərbaycan dilinə Qanun Nəşriyyatı tərəfindən tərcümə edilmişdir. == Məzmun == Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Oruell Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur.
Kor məhəbbət (film, 2006)
Kor məhəbbət (Hind: फ़ना, Urdu: فناء, Rom: Fanaa) — Aamir Xan və Kajolun baş rollarda çəkildiyi 2006-cı il Bollivud filmidir. Filmin musiqi tərtibatçısı Jatin-Lalit, montaj rejissoru isə Ravi K. Chandran olmuşdur. == Süjet xətti == Zooni (Kajol) kor, lakin çox gözəl bir qızdır. Bir gün o, bələdçi Rehan (Aamir Khan) ilə tanış olur və ona aşiq olur. Gözündən əməliyyat olunarkən Rehanı itirir. O, Rehanın öldüyünü düşünür, lakin illər sonra bunun doğru olmadığını başa düşür. == Aktyorlar və rolları == Kacol ... Zooni Ali Beig Aamir Khan ... Rehan Qadri / Rehan Khan Rishi Kapoor ... Zulfikar Ali Beig Kirron Kher ...
Kəşmirdə məhəbbət (film, 1965)
Kəşmirdə məhəbbət (Rom: Arzoo; tərcüməsi: Arzu) 1965-ci ildə Ramanand Saqarın rejissoru olduğu Bollivud filmidir. Baş rollarda Racendra Kumar, Sadhana və Feroz Xan çəkilib. Film 1965-ci ilin blokbaster filmlərindən biri olmuş və həmin ilin 4-cü gəlir gətirən filmi idi. Kəşmirdə məhəbbət həyat və tale üzərində qələbə çalan sevginin hekayəsidir. “Əlillərə nifrət etmək” mövzusu Navin Nischol və Shabana Azminin baş rollarında oynadığı Racşirinin (Rajshri) çəkdiyi Ek Baar Kahoda filmində də əsas mövzu olmuşdur. == Süjet xətti == Qopal (Racendra Kumar) xizək idmanı üzrə çempiondur. O, Cammu və Kəşmirdəki tətillərində Uşa (Sadhana) ilə özünü Sarju kimi təqdim edərək tanış olur. Sonradan onların hər ikisi bir-birlərinə aşiq olurlar. Bir gün Uşa Qopala əlilləri sevmədiyini deyir. Onun fikrincə, əlil həyatı yaşamaqdansa, ölmək daha yaxşıdır.
Məhəbbət Haqqında Əfsanə (1967)
Film-konsertdə bəstəkar Arif Məlikovun eyniadlı baletindən fraqmentlər öz əksini tapmışdır.
Məhəbbət baş verməli idi (film, 1998)
Məhəbbət baş verməli idi (hind: प्यार तो होना ही था; Rom: Pyaar To Hona Hi Tha) və ya Məhəbbətdən qorxmaq lazım deyil — Kajol və Ajay Devqnın baş rollarda oynadığı 1998-ci ildə hind dilində çəkilmiş Hind romantik komediya filmidir. Film 1995-ci ildə Meq Rayan və Kevin Klaynın baş rollarda oynadığı amerikan Fransız öpüşü filminin səhnə-səhnə nüsxəsidir. Film gənc gözəl Sancananın kədərli sevgi hekayəsindən bəhs edir. Sancana Parisdə yaşayır və Rahulla nişanlanır. Hindistana işgüzar səfər zamanı Rahul yeni tanış olduğu birinə gözlənilmədən aşiq olur. Bu sevgi öpüşü Rahulun həyatını yeni bir xoşbəxtliklə doldurur və o, Sancana ilə olan münasibətlərini pozmağa qərar verir. Lakin qız təslim olmur və sevgisini xilas etmək üçün Hindistana getməyə qərar verir. Bu çətin yolda o, bir çox çətinliklərlə üzləşməli olacaqdır. Və Sancana üçün ilk böyük sınaq təyyarədə uçmaq və bu səfər əsnasında onun tanış olduğu oğru Şekhar ilə yaradacağı münasibətləri olacaqdır.
Məhəbbət haqqında bir neçə söz (film, 2000)
Sevgi haqqında bir neçə söz (hind: ढ़ाई अक्षर प्रेम के, Rom: Dhaai Akshar Prem Ke) — 2000-ci ildə hind dilində çəkilmiş olan hind melodramıdır. Məzuniyyətə çıxan Kapitan Karan doğma şəhərinə gəlir. Vağzalda olarkən kollec tələbəsi Sahibəni ona hücum edən bir dəstə quldurdan xilas edir. İnsidentdən sonra Karan Sahibəni evinə qədər ötürür. Bunu görən məhəllə sakinləri və ailə üzvləri Karanın qızın adaxlısı olduğunu güman edirlər. Zabit məsələnin nə yerdə olduğunu izah etməyə çalışsa da, onu heç kim dinləmək istəmir. Bunu görən Karan xəlvətcə aradan çıxmağa qərar verir. Ancaq evdə onu böyük sürpriz gözləyir.
Məhəbbət haqqında əfsanə (film, 1967)
Film-konsertdə bəstəkar Arif Məlikovun eyniadlı baletindən fraqmentlər öz əksini tapmışdır.
Məhəbbət oyunu (film, 1935)
Film Leyla adlı bir qıza vurulmuş müxtəlif xarakterli iki dost haqqında danışır. Leyla isə dostların birinə-ipə-sapa yatmayan Səttara rəğbət bəsləyir. Səttar qızın təsiri altında yaxşılığa doğru dəyişir. Hətta avtomaşın yarışlarının qalibi olur. Filmdə əməyə yüngül münasibət bəsləyən adamlar tənqid edilir. Film kinematoqrafik cəhətdən zəif film sayılır. Film rejissor Abbas Mirzə Şərifzadənin son filmidir. Ssenari müəllifi: Aleksandr Popov Quruluşçu rejissor: Abbas Mirzə Şərifzadə İkinci rejissor: V.Koçetov Quruluşçu operator: Boris Pumpyanski Quruluşçu rəssam: Viktor Aden, G.Əliyev Montaj edən: Abbas Mirzə Şərifzadə Qrim rəssamı: Georgi Parisaşvili İnzibatçı: M.Vəzirov Filmin direktoru: K.İ.Tomski İsmayıl Əfəndiyev — Səttar Məcid Şamxalov — Kərim L.Vaytsix — Onegin Teza Qornik Sara Şərifzadə — Leyla İzzət Oruczadə Mirzəağa Əliyev — VVAQ müdiri M.Şərifova A.Lodzi — Şinkin V.Koçetov — Petka Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov.
Məhəbbət telləri (film, 1981)
Məhəbbət telləri (Romanizasiya Silsila) 1981-ci ildə Yash Chopra ilə müştərək formada süjet xətti yazılmış, rejissoru və prodüseri olduğu hindi dilli romantik dram filmidir. Hekayəsi romantik dramaturq Amit (Amitabh Bachchan), həyat yoldaşı Şobha (Jaya Bachchan) və onun keçmiş tərəfdaşı Çandninin (Rekha) sevgi üçbucağı ətrafında cərəyan edir. Məhəbbət telləri, Amit və Şobhanın məcburi evliliklərində qarşılaşdıqları, onları bir-birindən ayıran hadisələri və onun Chandni ilə nikahdankənar münasibətə gətirib çıxaran qarşılaşmasından danışır. Filmin sauntreki Shiv-Hari tərəfindən ifa edilmiş, sauntrekin sözlərini isə Caved Axtar, Hasan Kamal, Meera Dev Burman, Nida Fazli, Rajendra Krishan və Harivansh Rai Bachchan yazmışdır. Məhəbbət telləri çəkiliş heyəti ilə hələ istehsal mərhələsində olarkən medianın diqqətini çəkmişdir. Filmin üsas çəkilişləri 1980-ci ilin noyabr və 1981-ci ilin may ayları ərzində Amsterdam, Bombay (indiki Mumbay), Dehli və Kəşmirdə aparılmışdır. Bununla belə, film 14 avqust 1981-ci ildəki premyerasından sonra kassada müvəffəqiyyətsizliyə düçar olmuş, cəmi 30 milyon ₹ (2020-ci ildəki ekvivalent ilə 520 milyon ₹ və ya 6,5 milyon ABŞ dolları) gəlir əldə etmişdir. 29-cu Filmfare Mükafatlarında film Ən Yaxşı Aktyor (Amitabh Bachchan), Ən Yaxşı Qadın Aktrisa (Jaya Bachchan) və Ən Yaxşı Musiqi Rejissoru (Şiv-Hari) nominasiyalarına layiq görülmüşdür. Tənqidi baxımdan, hekayəsi və aktyor heyətinin çıxışları üçün mənfi rəylər almışdır.
Məhəbbət yolları ilə (film, 2003)
"Sevgi yolları ilə" (hind. चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir.

Значение слова в других словарях