1. Dinə görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində qeyri-maddi qanadlı bir məxluq; məlaikə.
Mədhin oxur göy üzündə mələklər; Hər biri bir türfə nidayə düşər.
Cənnətin hurisi, ərzin mələki; Yetişməz yüz çala əl-ayaq sənə.
Ümid bağlamadın göydə mələkə; Dedin ki, yer qızı ondan gözəldir!
2. məc. Çox gözəl və ya məsum, xoşxasiyyət adam haqqında.
Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə.
// Mələkim şəklində – nəvazişlə müraciət.
[Turxan bəy:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim!
[Rüstəm:] Gözəl mələkim! Mən də fərağında məcnunam.