Azərbaycanda növbəti parlament seçkiləri
Azərbaycanda növbəti parlament seçkiləri — Azərbaycanda 2024-cü ilin noyabr ayında və ya 2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçirilməsi gözlənən seçkilər.
Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur.
== Zəmin ==
=== COVID-19 pandemiyası ===
=== II Qarabağ müharibəsi ===
=== Boş qalan mandatlar ===
=== Növbədənkənar prezident seçkiləri ===
=== Müzakirələr ===
Son parlament seçkiləri növbədənkənar olaraq 9 fevral tarixində keçirildiyi üçün növbəti seçkilərin tarixi ilə bağlı daim müzakirələr olmuşdur. 2024-cü ilin ilk yarısında isə növbədənkənar seçkilər keçiriləcəyi iddia edilmişdir. Belə ki, Ədalət, Hüquq, Demokratiya Partiyası sədri deputat Qüdrət Həsənquliyev, Respublikaçı Alternativ Partiyası üzvü deputat Erkin Qədirli, partiyanın icraçı katibi Natiq Cəfərli, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, sabiq deputat Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə də anoloji fikirləri səsləndirmişdir.
== Partiyalardakı vəziyyət ==
Son parlament və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü il tarixində qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir.
Respublikaçı Alternativ Partiyası parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı yaratmış və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov qərargahın sədri təyin edilmişdir. Qərargah partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürüdür. 1 aprel tarixində verilən məlumata görə partiya 16 nəfərin namizədliyini ilkin mərhələdə təsdiq etmişdir.
Vətəndaş Həmrəyliyi Partiyası 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısını təsdiqləmişdir.