Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Novbar (Bukan)
Novbar (fars. نوبار‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 433 nəfər yaşayır (79 ailə).
Novbarlıq
Novbarlıq, həmçinin bağbaşı — nişanlı oğlanların qız evinə göndərdikləri meyvə sovqatı. Adətən müxtəlif meyvələrin ilk barından (novbar) ibarət olan novbarlıq bir və ya bir neçə xonçada qız evinə aparılır. Novarblıq gətirilən qaba şirniyyat qoyub oğlan evinə qaytarırdılar. Azərbaycanda novarblıq adəti indi də qalmışdır.
Nobar hamamı
Nobar hamamı — Təbrizdə Qacar dövrünə aid hamamlardan biri. Bu hamam təbrizli memar Bala Kazımın əsərlərindəndir. Nobar hamamı Qacarlar dövründə Nobar qapılarının yanında tikilib. Bu qapı Təbrizin ən qədim qapılarından biri olub. Hamam 700 kv metr ərazini əhatə edir. 1994-cü ilə qədər hamam kimi istifadə olunub. 1999-cu ildən isə mədəni abidələr siyahısına salındıqdan sonra restoran kimi fəaliyyətini davam etdirir. Hamam Tərbiyət küçəsinin yaxınlığında İmam Xomeyni küçəsində yerləşir.
Kovlar
Kovlar (əvvəlki adı: Qovlar) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Quruzma kənd inzibati ərazi dairəsi tərkibindəki Qovlar kəndi Kovlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Lovqar
Cəngənəvud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəngəvud Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Oykonim cəngan (etn.) və Talış dilindəki vut (yer) sözündən ibarət olub, "cenganların yeri" kimi izah olunur.
Novara
Novara — (Piyemonte ləhcəsiylə: Noara və Lombardo ləhcəsiylə: Nüara) İtaliyada Piyemonte regionunda Milano şəhərinin qərbində olan eyni adı daşıyan Novara vilayətinin mərkəzi olan bir şəhəridir.
Novdan
Novdan-İranın Fars ostanının Kazerun şəhristanının Kuhmərə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,589 nəfər və 581 ailədən ibarət idi.
Novyal
Novyal (fr. Nauviale, oks. Nòuviala) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12171. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 23 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 552 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 318 nəfər arasında (15-64 yaş arasında) 251 nəfər iqtisadi fəal, 67 hərəkətsiz (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə bu 69.3%) olmuşdur.
Noyabr
Noyabr — Qriqorian təqvimi ilə ilin on birinci ayıdır. 30 gündən ibarətdir. Qədim Romada il mart ayından başladığından noyabr sözü latıncadan "novem", yəni doqquz, doqquzuncu ay mənasını verir.
Qovlar
Qovlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə şəhər statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır. Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları , xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır. Şəhərdə Qədim Göytəpə yaşayış məskəni (Neolit dövrünə aid) yerləşir Şəhər rayon mərkəzindən 12 km uzaqlıqda yerləşir. Həsənov Xətai Xaliq oğlu (2001–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Vəliyev Nurlan Habil oğlu (1994–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çovdar
Çovdar (bitki) — buğdakimilər (Gramineae) ailəsindən Secale cereale növünə verilmiş addır. Çovdar (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çovdar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Notlar
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Nubar
Nubar — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Abşeron rayonu ərazisində yaşayış yeri.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Kiçik Kovlar
Kiçik Kovlar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Lonbar (Ərdəbil)
Lonbar (fars. لنبر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,498 nəfər yaşayır (343 ailə).
Monbar (rayon)
Monbar (fr. Montbard) — Fransanın Burqundiya regionun rayonlarından biri. Departamenti — Kot-d'Or. Suprefektura — Monbar. Rayon əhalisi 2006-cı ildə 62 395 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 17 nəf / km². Rayon ərazisi — 3596 km².
Movsar Barayev
Movsar Barayev (26 oktyabr 1979, Arqun, Çeçen-İnquş MSSR – 26 oktyabr 2002, Moskva) — Çeçen səhra komandiri, terrorçu, Çeçenistandakı separatçı hərəkatın fəal iştirakçısı, Çeçen İçkeriya Respublikasının silahlı birləşmələrində İslam Xüsusi Təyinatlı Alay komandiri vəzifəsini icra edən şəxs. Arbi Barayevin qardaşı oğlu olmuşdur. 2002-ci ilin oktyabrında Moskvada Dubrovka Teatr Mərkəzinin binasında girov götürülməsi ilə əlaqədar məşhurlaşmışdır. 26 oktyabr 1979-cu ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Arqun şəhərində anadan olubmuşdur. Atası Buxari Süleymanov, anası Larisa Baraevadır. Movsarın bir qardaşı və Raisa, Fatimə adlı bacıları olmuşdur. On səkkiz yaşından etibarən separatçıların silahlı birləşmələrində iştirak edir, əmisi Arbi Barayevin əmr etdiyi İslam Xüsusi Təyinatlı Alayda xidmət edir. Sonradan Arbinin şəxsi mühafizəçisi olur. 1998-ci ilin yayında Şəriət Mühafizəsi tərəfində Əbdül-Malik Mecidov Qudermesdəki toqquşmalarda iştirak edir. Bu döyüşdə yaralanır.
Movsar Minçayev
Movsar Tahiroviç Minçayev ( çeç. Минцаев, Мовсар ТӀахӀирович; 8 aprel 1952, Karaqanda) — opera və estrada müğənnisi, bas, müəllim, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, Rusiyanın əməkdar artisti, Soçidə estrada mahnı müsabiqəsinin laureatı (1980), Mixail Qlinka müsabiqə (1982), Rio-de-Janeyroda Eytor Villa-Lobos müsabiqə (1983), Şalyapin adına Beynəlxalq müsabiqə (1993) laureatı. 8 aprel 1952-ci ildə Qazaxıstan SSR-də Karaqandada anadan olub. Çaykovski adına konservatoriyada təhsil alıb. Hələ tələbə ikən Pyotr Çaykovskinin "İolantası"nda Robertin, Volfqanq Amadey Motsartın "Fiqaronun toyu"da Fiqaro rollarını Gennadi Rojdestvenskinin rəhbərliyi altında ifa etmişdir. 1979-cu ildə Qlinka adına Ümumittifaq Müsabiqəsinin qalibi olmuş və tamaşaçılardan ən yüksək mükafatı almışdır. Klassik musiqi ilə yanaşı Movsar Minçayev estrada səhnəsində də çıxış edirdi. Təhsil aldığı müddətdə gənc bəstəkar Əli Dimayevlə tanış oldu. İşbirliyinin nəticəsi "Qara Burka", "Dostlara" mahnıları idi. Bəstəkar Aleksey Majukovun "Məhəbbət naminə", "Yaşıl alaqaranlıq" mahnılarını ilk dəfə Minçayev ifa etmişdir.
Novşad (Bicar)
Novşad (fars. نوشاد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 198 nəfər yaşayır (44 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Novara əyaləti
Novara əyaləti — İtaliyanın Pyemont regionunda əyalət.
Novbahar (Bicar)
Novbahar (fars. نوبهار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 300 nəfər yaşayır (61 ailə). Əhalisini kürdlər təşkil edir.
Novial dili
Novial dili, (nov-, new + IAL, International Auxiliary Language) — Beynəlxalq yardımcı dil. Novial Wiki Book: A Novial course for beginners. Novial Discussion Group Arxivləşdirilib 2006-06-21 at the Wayback Machine: Novial discussion group at Yahoo!
Noyabr inqilabı
1918–1919-cu illər Almaniya inqilabı (alm. Deutsche Revolution‎) və ya Noyabr inqilabı (alm. Novemberrevolution‎) — 1918-ci ilin noyabrında Almaniya imperiyasında baş vermiş inqilab. 1914–1918-ci illəri əhatə edən Birinci Dünya müharibəsi ilk növbədə Almaniya-İngiltərə ziddiyyətlərinin son dərəcə kəskinləşməsi üzündən başladı. Almaniya Birinci dünya müharibəsinə ona görə başladı ki, o, imperialist təamları stoluna gecikmişdi, gücləndiyi vaxt günəş altında boş torpaq qalmamışdı. Ona görə də XX əsrin əvvəllərində Almaniya dünyaya meydan oxuyaraq belə hesab edirdi ki, o bu stoldan kimi isə durğuzmalı, bu əsrdə o, ya "çəkic", ya da "zindan" olmalıdır. Birinci dünya müharibəsi başlandıqdan 1916-cı ilə qədər üstünlük Almaniyanın tərəfində idi. Əgər Almaniya 1915-ci ildə Rusiyanı müharibədən çıxara bilsəydi, yəqin ki, müharibənin taleyi bəlkə də başqa cür həll olunardı. Lakin 1915-ci ildə o bu məqsədinə nail ola bilmədi. 1918-ci ildə, yəni müharibənin son ilində Almaniyada həm də sosial partlayış yaranmaq üzrə idi.
Qovlar (1992)
Qovlar (dəqiqləşdirmə)
Qovlar
Cövkar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Lövbər
Lövbər — gəmi, sualtı gəmi, mayak və ya suda olan hər hansı bir obyekti sabit saxlamaq üçün nəzərdə tutulmuş lövbər zənciri və lövbər dəstəyindən ibarət metal konstruksiya. Lövbərin effektivliyi saxlanma gücü əmsalı ilə qiymətləndirilir. Saxlanma gücü əmsalı lövbərin çəkisi ilə obyektin müqavimət gücü arasında nisbət ilə tapılır. Hərbi gəmilərdə lövbərin ölçüsü gəminin midelinin sahəsinə görə təyin edilir. Ticarət gəmilərində, lövbərin ölçüsü - gəminin əsas ölçüləri və ya gəminin tonnajı ilə lövbərin çəkisi arasındakı düz mütənasibliyi nəzərə almaqla təyin edilir. Sadə lövbərin konstruksiyasının əsası düz istiqamətdə uzanan metal dəstəkdir. Dəstəyin yuxarı hissəsində lövbərin zəncirə bərkidilməsi üçün qulp yerləşmişdir. Dəstəyin aşağı hissəsi qövsvari şəklində uzanmış oxlardan təşkil olunmuşdur. Ən alt hissə - trend adlanır. Vikianbarda Lövbər ilə əlaqəli mediafayllar var.
Endemik növlər
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Gövcar (Urmiya)
Qılınclı (fars. گوجار‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 910 nəfər yaşayır (156 ailə).
Kosmopolit növlər
Kosmopolit növlər — Yer kürəsinin hər yerində müvafiq ekosistemdə yayılan növlər. Bu cür növlərin arealları adətən qeyri-məhdud olur (birhüceyrəli heyvanlar- infuzorlar. Konsumentlər- canlı üzvü maddələrlə qidalanan heterotrof orqanizmlər (məs., heyvanlar).
Lövbər effekti
Lövbər effekti (ing. Anchoring effect) — Qərarvermə prosesi zamanı fərdin əldə etdiyi ilkin informasiyanı rəhbər tutması halı. Bu vəziyyət ilkin məlumatın doğru olduğuna inanmaq, ya da sonraki məlumatları əvvəlki məlumata görə dəyərləndirməyə, müqayisə etməyə səbəb olur. == Lövbər effekti üçün nümunələr == Bu məhsulu başqa saytda 30 manata görmüşdüm, burda 20 manatadır. Bu, çox ucuzdu. Qonşumuz evini 100 minə sata bildisə, deməli, mən də sata bilərəm. Ailəmizdəki insanların ortalama ömür müddəti uzundur, deməli, mən də çox yaşayacam. Arıq olan dostlarım hər səhər qaçır, deməli, mən də hər səhər qaçmalıyam. Mən uşaq olanda anam məni saat 10-da yatırırdı, onda, mənim də uşağım saat 10-da yatmalıdır.