nə iti azıb

why the hell someone got to do? / why the deuce someone cares of … ? / why the devil someone has business of …? / why the blazes someone got to do? / why the dickens someone cares of …? какого чёрта он здесь потерял? / какое ему дело?
Nə it yiyəsidir, nə gön yiyəsi.
nə iyi tapıldı, nə piyi
OBASTAN VİKİ
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Baskervillərin iti
Baskervillər iti (ing. The Hound of the Baskervilles) — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Povestin məzmunu macəra xarakterlidir. Povest ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur. == Məzmun == Dünyada illər boyu detektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir… == Tərcümə və nəşr == Artur Konan Doyl, Baskervillərin iti; “Macəra kitabxanası” seriyası; V cild, tərc.: Beydulla Musayev; Bakı, “Uşaqgəncnəşr”, 1958, 320 səh. Artur Konan Doyl, Baskervillərin iti Povest və hekayələr.; tərc.: B. Musayev; Bakı, Gənclik, 1980 Artur Konan Doyl, Baskervillərin iti; tərc.: B. Musayev; uşaqlar üçün işləyən. R.İsmayılov; red.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Matu-İti
Motu-İti adası (isp. Motu Iti) — Pasxa adasından cənub-qərbində yerləşən Rano-Kao vulkanından 1,5 aralıda yerləşir. 1,6 ha əraziyə sahib olan ada Motu-Nuidən sonra ikinci böyük adadır. Hal-hazırda rapanui milli parkı ərazisinə daxildir. XIX əsrin ikinci yarısına kimi papanuyların silah hazırlamada istifadə etdikləri Obsidianın əsas çıxarılma yeri idi. üstəlik onlar buradan hər il quş yumurtalarını toplayırdılar. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Burada Onychoprion fuscatus kimi quşlar yuva qurur.
Pekinez iti
Pekines — Özündən çox böyük itlərə meydan oxuyacaq qədər cəsur olması ilə məşhur olan Pekinez itinin vətəni Çin sayılır. Keçmişdə təkcə Çinin kral saraylarında saxlanılan bu it kürkünün formasına görə "Çin aslanı" adlandırılıb və o pis ruhları qovan varlıq kimi qəbul edildiyi üçün xalq onu salamlayaraq qarşısından keçirdi. Özünü təhlükəyə atacaq qədər cəsurdur. Təzad təşkil etsə də sərbəstliyinə və sahibinə çox bağlıdır və onu çox qısqanır. Yad insanlara qarşı məsafə saxlayır, uşaqları isə çox sevir. Kobud rəftardan heç xoşu gəlmir, dişləyə bilər. İstədiyini etdirəcək qədər inadkardır.
İti cığ
İti cıq — Şimal yarımkürəsində tundradan tropiklərədək nəmişli yerlərdə rast gəlinir. Hündürlüyü 30-100 sm və daha çox olan bozumtulyaşıl rəngli, sıx çimli bitkidir. Çoxsaylı gövdələri yumru, özəklidir.qaqaş qahraman Uzunluğu təxminən gövdəsinə bərabər olan silindrik formalı nazik yarpaqları, bərk, ucları isə iti tikanlıdır. Yanlardan çıxan qonur-mixəyi və ya mixəyi rəngli çiçəkqrupu sıxılmış oval şəkilli süpürgəvaridir. Budaqcıqların ucunda 2-5 çiçək yerləşir Çiçəkyanı yarpağın ucu tikanlı,çiçəkqrupundan hündürdür. May-sentyabr aylarında çiçəkləyir və meyvə verir. İti cıq kserofil coğrafi tipinin Aralıq dənizi sinfinə və qrupuna aiddir. Atlantik Avropa və Aralıq dənizi ölkələrində, Şimali İran və Qafqazda yayılmışdır. Azərbaycanda iti cıq Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında aranda bitir. Halomezofitdir, psammofit-litoral bitkilik tipində rast gəlir.
Nə faydası
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə? Harada? Nə zaman? Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı. Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada?
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Afrika çöl iti
Afrika çöl iti, və ya Kaftarabənzər it (lat. Lycaon pictus) — Məməlilərin yırtıcılar dəstəsinə, İtlər fəasiləsinə daxil olan heyvan növü. Lycaon cinsinin yeganə növü. Onun elmi adının mənası: yun. Lycaon – canavar, lat. pictus – boyalı. == Xarici görünüşü == Afrika çöl iti qırmızı canavarın genetik baxımından ən yaxın qohumu sayılır. Xarici görünüş baxımından Kaftarları xatırladır. Bədənın çəkizi az, qıçları uyzun və güçlü, başı isə iridir. Qulaqdları iri və ovalvarı formaya malik olur.
Alman çoban iti
Alman çoban iti — Almaniya köklü bir it irqidir. Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdiriləndə bu iti ailə, qoruma, yaxud iş iti kimi istifadə etmək mümkündür. Alman çoban itləri iş sinfi (workline) və şou sinfi (showline) olmaqla iki sinfə ayrılır. İş sinfi olaraq çoxaldılan alman çoban itləri daha yüksək omba və daha uzun ayaqlara malikdirlər. Şou üçün çoxaldılan alman çoban itləri isə daha alçaq ombaya, əzələli bədənə və çox göstərişli bir kürkə sahib olurlar. Alman çoban itlərində ən çox rastlanan xəstəlik omba çıxığı (omba dispalizi) olaraq bilinən bir oynaq xəstəliyidir. Bundan əlavə alman çoban iti çox həssas bir mədəyə sahib olduğu üçün özəl bir dieta ilə və ya içində çox qarışıq şeylər olmayan, eyni zamanda itin allergiyasının olmadığı yeməklər ilə bəslənməlidir. Alman çoban itləri dünyada ən çox sevilən və ən çox seçilən it irqlərindəndir. Əsasən iş, ailə, qoruma və polis itləri olaraq istifadə edilir == Xüsusiyyətləri == Alman çoban itlərinin ideal boyu dişilərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır.
Axtarış-xilasetmə iti
Axtarış-xilasetmə iti (ing: Search and rescue dog, alm: Rettungshund və ya Suchhund); axtarılan və ya xilas edilən insanları və ya əşyaları tapmaq üçün xüsusi hazırlanmış bir itdir. Bu gün axtarış-xilasetmə işlərində və asayiş xidmətlərində tez-tez istifadə olunur. Axtarış və xilasetmə işlərində dağıntı, ərazi, uçqunlarda axtarış, suda yer tapmaq və xilasetmə qabiliyyəti olan itlərdən; ictimai asayiş xidmətlərində isə narkotik vasitələrin və sursatların tapılması üçün xüsusi təlim görmüş itlərdən istifadə olunur.
Baskervillərin iti (dəqiqləşdirmə)
Baskervillərin iti — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Baskervillərin iti (film, 1921) Baskervillərin iti (film, 1932) Baskervillərin iti (film, 1937) Baskervillərin iti (film, 1939) Baskervillərin iti (film, 1959) — rejissor Terens Fişerin 1959-cu ildə Artur Konan Doylun eyniadlı əsəri əsasında lentə aldığı film.
Polşa Ov İti
Polşa Ov İti (Pol. Ogar Polski) — Polşada yetişdirilən ov itlərinin cinsi. Ogar Polski kimi tanınan Polşa mənşəli ov iti cinsidir. Bu itlərdə qoxu hissləri yüksək dərəcədə inkişaf etmişdir. Bu ağır çəkili və yüksək dözümlülüyə malik bu it, ovçuluq üçün çox əlverişlidir. Polşa Ov İtlərinin boyu 55–65 sm (22–23.5 düym) yüksəkliyinə çatır. Bu itlərin erkək cinslərinin çəkisi isə 25–32 kq (55–70,5 lb), dişi cinslərinin çəkisi isə 20–26 kq (44–57,5 lb) olur. Polşa ov itlərinin orta ömrü 13 ilə 14 yaşa qədərdir. Orta ölçülü erkək, Polşa Ov İti tez-tez güclü və görünüşlü, möhkəm bir sümük quruluşu ilə təsvir edilir. Bu heyvanların rəngləri adətən qəhvəyi və qızılı rəngin qarışığı olur və boyundan quyruğa qədər olan üst hissə isə adətən qara rəng olur.
Qafqaz çoban iti
Qafqaz çoban iti (gürc. ქართული ნაგაზი — Kartli nagazi və ya კავკასური ნაგაზი — Kavkasuri nagazi) — Qafqaz bölgəsinə xas (endemik) it cinsi. Bu cinsin bir neçə alt növü vardır, amma ümumi xüsusiyyətləri baxımından bir-birlərinə bənzəyirlər. Antik çağda Qafqaz Albaniyasının hökmdarı Makedoniyalı İsgəndərə it hədiyyə etdiyini Strabon bildirir və Bu it bu gün Azərbaycanda 2000 ildən çoxdur ki mövcuddur və bu it Qafqaz xalqlarının qürur qaynaqlarından biridir. Qədim çağlardan bu yana bu ərazidə yaşayan insanların həyatının ayrılmaz bir parçası, yaxın dostu və sadiq yoldaşı olmuşdur . Bu it cinsinin təbii həyat sahəsi yalnız Qafqazdır və bu səbəbdən bu cins "Qafqaz çoban iti" olaraq adlandırılmışdır. Bu ad, bu it cinsinə ruslar tərəfindən verilmişdir. Ancaq bu cins, tək növ deyil. Qafqaz çoban iti Gürcü çoban iti, Azərbaycan çoban iti, Dağıstan çoban iti və başqa alt növlərə ayrılar. Gürcüstan coğrafiyasında iki növ çoban iti var.
Sərab çoban iti
Sərab çoban iti (fars. سگ سرابی‎) - Güney Azərbaycanın şimal-qərb hissəsində mövcud olan yerli it cinsi. Əsasən qoyunçuluq sahəsində istifadə edilir. Sürüləri yırtıcı heyvanlardan (Canavar və Ayı) qoruyur. Rəsmən müstəqil cins kimi tanınır. Bu cins öz adını İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanlığından götürmüşdür. Cins ingilis dilli mənbələrdə İran çoban iti və ya Fars çoban iti adlandırılsa da, sırf Azərbaycan türkləri ilə əlaqədardır (şəhristanın əhalisinin 100 % Azərbaycan türkləridir). Sərab çoban itləri yığcam və əzələli bədən quruluşuna malik olurlar. İri pəncəyə sahibdirlər. Erkəklərin hündürlüyü 75-90 sm, dişilər isə 70-85 sm olur.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsa da sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Yunan çoban iti
Yunan çoban iti (yun. Ελληνικός Ποιμενικός) — Bu Yunanıstanın dağlıq bölgələrində yetişdirilən və yerli çobanlar tərəfindən mal-qaranı qorumaq üçün istifadə edilən bir it cinsidir. Yunan çoban itləri orta və böyük cinslər qrupuna aiddir. Güclü inkişaf etmiş əzələli bədənə malikdirlər. Bu köpəklər tək canavarla bacara bilirlər. Gözlər qəhvəyi, ovaldır və simmetrik olaraq yerləşmişdir. Görünüşü ümumiyyətlə sakit və ciddidir. Sinəsi geniş və dərin olub yaxşı əyilmiş qabırğa ilə, ağciyərləri və ürəyin yerləşməsi üçün kifayət qədər yer verir. Quyruğu qalın və uzundur. Tükləri orta uzunluqlu və ya uzun olur.
İti qovan (PUA)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
İti yarpaq ağcaqayın
Avropada, Kareyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır. Hündürlüyü 30-m ə çatan sıx, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bozdur. Ağacın gövdəsi tünd, qonurumtul-boz, bəzən tam qara rəngli, üzərində çoxlu çatları olan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə olur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II ongünlüyündə çiçəkləyir, sentyabrın ortalarında meyvələri yetişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalxan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tez böyüyür, 17 yaşında çiçəkləyir və meyvə verir. Məhsuldar və rütubətli torpaqlara tələbkardır, tez böyüyür, kölgəyə, küləyə davamlıdır. Torpağın şoranlaşmasına dözmür.
Nə faydası (mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə vaxt evlənəcəksən?
"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri. Rəsmdə iki taitili qız əks olunub. Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb. Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
Həyat nə qəribəsən
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. == Məzmunu == Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
Nə geri çəkil, nə də təslim ol
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Mərkəzi Asiya çoban iti
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.