nəzər nöqtəsi

point of view / standpoint точка зрения (определённый взгляд на что-либо, мнение о ком или о чём-либо)
nəzər dəydi, bir kəsə nəzər dəydi
nəzər salmaq
OBASTAN VİKİ
Nəzər nöqtəsi (veriliş, 1999)
"Nəzər nöqtəsi" — 1999-cu ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan və Azərbaycanda baş verən siyasi və ictimai hadisələr haqqıda tok-şou. Verilişin aparıcıları müxtəlif dövrlərdə Eynulla Fətullayev, Qənirə Paşayeva, Qənirə Ataşova, Eldəniz Elgün, İlhamiyyə Rza və Mirşahin Ağayev olub.
Nəzər
Hacı Nəzər
Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir. Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
Nəzər Heydərov
Nəzər Heydər oğlu Heydərov (29 mart 1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954). Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. Gorus şəhərindəki beşsinifli məktəbdə oxumuş, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1913-cü ildə Bakıya gələrək Ramana neft mədənlərində fəhlə olaraq işləmiş, 1918-ci ilin sonlarında mədənlərdə çalışmağı dayandıraraq doğulduğu kəndə qayıtmışdır. 1919-cu ilin mart ayında Nəzər Heydərov bolşeviklər partiyasına daxil olmuş, 1918–1920-ci illərdə Zəngəzurda kəndlilər arasında inqilabi iş aparmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Qubadlı İnqilab Komitəsinin sədri təyin edilərək həmin ilin sonunadək bu vəzifədə işləmişdir. Sonrakı illərdə o, bir sıra vəzifələrdə çalışmış, Azərbaycan K(b)P Qubadlı Qəza Komitəsinin katibi, Qubadlı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin məsul təlimatçısı olmuşdur. 1924–1926-cı illərdə Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, ardınca Şuşa İcraiyyə Komitəsinə başçılıq etmiş və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin müavini olmuşdur. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında çalışmışdır. Nəzər Heydərov 1928-ci ildə Azərbaycan K(b)P MK tərəfindən Moskvada təhsil almağa göndərilmiş, Stalin adına Sənaye Akademiyasının neft şöbəsini və Moskva Neft İnstitutunu bitirdikdən sonra Bakıya qayıtmışdır.
Nəzər Paşayev
Paşayev Nəzər Abdulla oğlu (15 dekabr 1908 – ?) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1964), professor (1965), Azərbaycan SSR əməkdar elm xadimi (1981). Nəzər Paşayev 15 dekabr 1908-ci ildə İrəvan quberniyasının Böyük Vedi kəndində doğulmuşdur. Nəzər Paşayev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini 1936-1937-ci tədris ilində bitirmişdir. Azərbaycan Pedaqoji İnstitutunda professor işləyib. Azərbaycanda sosialist mədəniyyətinin inkişafı [Mətn]: 1920-1955-ci illər N.A.Paşayev; [red. Ş.Abasov].- B.: Azərnəşr, 1957.- 172, [3] s. ASE — X cild. 1984.
Nəzər kəhrizi
Nəzərkəhrizi — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanının Nəzərkəhrizi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,181 nəfər və 227 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nəzər muncuğu
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Nəzər Əzizov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ruzi Nəzər
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Adilə Nəzər
Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü. Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır. AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014, 224 s. "Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri", Monoqrafiya, Bakı, Elm və təhsil, 2017, 176 s. "İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi", Monoqrafiya, Bakı, 2021 "Aşıq Ələsgər yaradıcılığında sufizm", Bakı, Elm və təhsil, 2023, 248 s.
Nəzər gülü
Nəzər gülü (Südləyən Milya; Yevfhorbiya Milya) — Bu gülün adı 1821-ci ildə Fransanın Reünyon adasının qubernatoru baron Pyer Bernar Miliusun şərəfinə Milius gülü də adlanır. Bu gülün latınca adı parlaq Yevfhorbiyadır. Bəzi otaq gülçülüyü həvəskarları arasında bu bitkiyə "tikan tacı" adı ilə də rast gəlinir.
Atəş nöqtəsi
Atəş nöqtəsi — şərti olaraq ətrafın qoruyucu xüsusiyyətlərinə istinad edərək taktiki cəhətdən sərfəli atəş mövqeyində müdafiə məqsədi ilə düşmənə ayrı bir atəş vasitəsilə qarşılıq (pulemyot, minaatan, qumbaraatan, topçu silahı və s.) ifadə edən müəyyən bir termindir. Atəş nöqtəsinin döyüşə hazır olması atəş gücü atəş mövqeyi tutduqda, hesablanmasına döyüş tapşırığı verildiyi, atəş məlumatları və döyüş sursatları hazırlandığı, kamuflyaj edildiyi və təhlükəsizlik təşkil edildiyi zaman meydana gəlir. Bütün digər atəş nöqtələrinə əlavə olaraq müasir istehkam fərqləndirir: uzunmüddətli atəş nöqtəsi - qarnizonlarının qorunması və maddi-texniki dəstəyi üşün nəzərdə tutulmuş, əlavə möhkəm materiallardan (polad, dəmir-beton) düzəldilən və döyüş sahəsini izləmək üçün xüsusi avadanlıqla (periskoplar, su boruları, havalandırma sistemləri, siqnalizasiya, rabitə, həyat dəstəyi və s.) təchiz edilmiş atəş nöqtəsi; taxtadan ibarət yeraltı atəş nöqtəsi - mühəndis-istehkam birlikləri tərəfindən qırıntı materiallarından sahə müdafiə strukturları kimi tez bir zamanda qurula bilən atəş nöqtəsi.
Ferma nöqtəsi
Ferma-Toriçelli nöqtəsi ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. Həndəsədə çox gözəl bir teoremin adı Fermanın ilə bağlıdır. Bu üçbucaqda Ferma-Toriçelli nöqtəsinin tapılmasıdır. Bu nöqtə keçmişin ən böyük 3 riyaziyyatçısının adı ilə bağlıdır. İlk dəfə onun haqqında Pyer Fermanın işlərində danışılır. O, ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. İsveçrə alimi Yakob Şteyner bu məsələyə daha ümumi halda baxmışdır: o, 3 məntəqəni birləşdirən ən qısa yol şəbəkəsinin tapmağa çaışırdı. Məlum olur ki, şəbəkə mütləq bir nöqtədə birləşən düzxətli yollardan ibarət olmalıdır, belə ki, yollardan biri nöqtəyə çevrilə bilər. Belə qoyuluşda məsələ sırf praktiki əhəmiyyət daşıyır, məsələn, naqil şəbəkələrinin çəkilişində belə bir məsələni həll etmək lazım gəlir. Fermanın klssik məsələsinin həlli üçün belə bir fiziki modeli bu formada qurmaq olar: Hər hansı lövhə üzərində bir üçbucaq çəkək.
Feynman nöqtəsi
Feynman nöqtəsi — pi ədədinin 762-ci rəqəm sırasındakı altı dəfə təkrarlanan doqquz rəqəmi. Amerika fiziki Riçard Feynman (d. 1918 — ö. 1988) adını daşıyır. O, pinin bu mövqedəki rəqəmlərini yadda saxlamaq istəyirdi. Mühazisəsini bitirdikdə isə "doqquz, doqquz, doqquz, doqquz, doqquz, doqquz və sair" deyirdi. Hər halda güman edirdi ki, pi ədədi rasionaldır..
G nöqtəsi
G nöqtəsi — Qadınlarda göbəyin aşağı hissəsi hesab edilən G nöqtəsi ən ehtiraslı yeridir. Alman həkim Ernst Qrefenberqin araşdırmasına görə, bu hissə beyinlə əlaqədardır. Oranı astaca sığallamaq sinirləri sakitləşdirir, beyinə siqnal göndəririr. Bu hissəyə edilən masaj ehtirası ikiqat artırır. G nöqtəsi qadınlarda klitorisdən sonra cinsi doyumun ən sıx hiss edildiyi, vaginanın 2–3 sm iç hissəsində yerləşən sinir toxumasıyla zəngin bir anatomik sahədir. İlk dəfə 1950-ci ildə Dr. Ernest Grafenberg tərəfindən tərifi verildiyi üçün onun adının baş hərfi ilə adlandırılmışdır. Cinsi xəbərdarlıq ilə birlikdə G nöqtəsində olan sıxılmalar və qadınlarda cinsi doyum və orqazm baxımından əhəmiyyətli funksiyalara malikdir. G nöqtəsi vagina girişindən 3–4 sm qabaqda, üst divarda olan və barmaqla toxunulduğunda diqqətə çarpan hala gələn erogen bir bölgədir. Bu bölgədə "skene" vəziləri dediyimiz ifrazat etmə qabiliyyətinə sahib vəzlər toplu olaraq yerləşir və buna görə burada bir qabarıqlıq meydana gəlir.
Kvant nöqtəsi
Kvant nöqtəsi (quantum dots) - çox kiçik yarımkeçirici hissəcikdir və yalnız bir neçə nanometr ölçüsündə olur.Belə kiçik olmaları onların optik və elektronik xassələrini digər daha böyük hissəciklərin xassələrindən fərqli edir.Onlar hal-hazırda nanotexnalogiyanın mərkəzində dayanır.Kvant nöqtələrinin əksər növləri özlərinə elektrik və ya işıq qəbul etdikdə xüsusi tezlikdə işıq emissiya edirlər.Bu tezliklər dəqiqliklə nöqtələrin ölçüsünü ,formasını və materialını dəyişə bilir və xassələr kvant nöqtələrinin tətbiqlərini artırır. Kvant nöqtəsi kifayət qədər kiçik olmalıdır ki, kvant effektləri özünü göstərsin.
Küri nöqtəsi
Küri nöqtəsi və ya Küri temperaturu ( T C {\displaystyle T_{C}} ) — ferromaqnit maddələrin kimyəvi xassələrinin dəyişmə nöqtəsi və ya temperaturudur. Bu temperaturdan yuxarı, ferromaqnit maddələr maqnitliyini itirir və paramaqnitli olur. "Küri nöqtəsi" anlayışı ferromaqnitlərin bu xassəsini kəşf edən fransız alimi Pyer Kürinin şərəfinə adlandırılmışdır. Maqnetit üçün Küri nöqtəsi 5800 C, pirrotin üçün 3000 C, hematit üçün 6750 C. Küri nöqtəsidə istilik tutumu, istilik keçirmə və başqa fiziki xassələr kəskin dəyişir. Sinonim: Küri temperaturu. Horst Stöcker: Taschenbuch der Physik, 4. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 2000, ISBN 3-8171-1628-4 Hans Fischer: Werkstoffe in der Elektrotechnik, 2. Auflage, Carl Hanser Verlag, München/Wien 1982 ISBN 3-446-13553-7 Werner Schröter, Karl-Heinz Lautenschläger, Hildegard Bibrack: Taschenbuch der Chemie, 9. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 1981, ISBN 3-87144-308-5 Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nemo nöqtəsi
Nemo nöqtəsi və ya çatılmayan nöqtə — dünya okeanı üzərində quruya ən uzaq olan yer Nemo nöqtəsinə indiyə qədər insan ayağının dəymədiyi üçün belə adlandırılmışdır. Belə ki, "Nemo" sözü latın dilində "heç kim" deməkdir. Nemo nöqtəsi uzun müddət müəyyən edilməmişdir. Yalnız 1992-ci ildə xorvat-kanadalı araşdırma mühəndisi olan Hrvoye Lukatela buna nail olmuşdur. Belə ki, o həmin il "Hipparchus" adlandırdığı geo-kosmik aparatla okeanın orta nöqtəsini müəyyən etmişdir. Bunun üçün Hrvoye Lukatela dünyanın səthinin 3 ölçülü olduğu üçün, mərkəzdəki nöqtənin də 3 ayrı quru parçasından eyni məsafədə olmalı olduğunu nəzərə alıb. Beləliklə dünyadakı fərqli nöqtələri araşdıraraq, Nemo nöqtəsini müəyyənləşdirmişdir. Nemo nöqtəsi Sakit okeanda 48°52.6′ cənub və 123°23.6′ qərb koordinatlarındadır. Bu nöqtə özünə ən yaxın olan üç quru ərazisindən 2688 kilometr uzaqda yerləşir. Ona yaxın quru əraziləri bunlardır: Şimal istiqamətində yerləşən, üstündə insan yaşamayan Pitkern adalarının daxilindəki Düsi adası; Şimal-şərq istiqamətində yerləşən Pasxa adasının Motu Nui hissəsi; Cənub istiqamətində yerləşən, Atlantik okean sahillərindəki Maher adası.
Polka nöqtəsi
Polka nöqtəsi eyni ölçülü dairələrdən ibarət bir nümunədir. Polka nöqtələri adətən uşaq geyimləri, oyuncaqlar, mebellər, keramika və Mərkəzi Avropa xalq sənətində görünür, lakin onlar geniş kontekstlərdə görünür. Naxış nadir hallarda rəsmi kontekstlərdə görünür və ümumiyyətlə çimərlik paltarları və alt paltarları kimi daha əyləncəli geyimlərlə məhdudlaşır. Bəzən daha rəsmi geyimlərdə ağ-qara kiçik nöqtələr görünür. Çox güman ki, bu termin polka rəqsinin populyarlığına görə yaranıb, eyni zamanda naxışın dəb halına gəlməsi, eyni zamanda dövrün bir çox digər məhsulları və modası da "polka" adını qəbul etdi. 1962-ci ildə DC Comics qeyri-müntəzəm ölçülü və fərqli rəngli nöqtələrlə Polka-Dot Man-ı təqdim etdi. 1975-ci ildən bəri, illik Tour de France velosiped turnirinin Dağ mərhələlərində liderə ağ-qırmızı rəngli Polka nöqtəli forma verilir. Bəzi insanlar polka nöqtələrini 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində paltarlarının əksəriyyətində, eləcə də Karolina Herrera, Herrera For Men, Aquaflore və Flore ətir qutularında polka nöqtələrindən istifadə edən venesuelalı modelyer Karolina Herrera ilə əlaqələndirirlər. Yapon rəssamı Yayoi Kusamanın işinin çoxunda polka nöqtə motivi var və kriptovalyuta Polkadot öz adını dizayndan sonra alır. Polka nöqtəsi məşhur musiqidə də görünür.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperatur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.
Yalan nöqtəsi
Yalan nöqtəsi (ing. Deception Point) — Den Braun tərəfindən yazılmış roman. Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır. Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir. Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar? "Dan Brown Yalan nöqtəsi" (az.). qanun.az. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib.
Ərimə nöqtəsi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ - xüsusi ərimə istiliyi, Q - istilik miqdarı, m - maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması ,qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Nəzər Abad Şəhristanı
Nəzərabad şəhristanı (fars. نظرآباد‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Nəzərabad şəhəridir. Əhalisini Azərbaycan türkləri təşkil edir və Azərbaycan türkcəsinin Savucbulaq ləhcəsində danışırlar.
Nəzər kəndi (Culfa)
Nəzər kəndi (fars. نظركندي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (28 ailə).

Digər lüğətlərdə