nakam qız

ill-fated girl (luckless) невезучая девушка
naxışı tutmaq
naqqal adam
OBASTAN VİKİ
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
İsmayıl bəy Nakam
İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu Sədrəddinbəyov (Nakam) — Azərbaycan şairi. İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1829-ci ildə Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir. Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuş,bu torpaqlardan hasil olan gəlir sayəsində də Nakam 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,görüb-götürmüşdür.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir. Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmış, onu Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir. Yaradıcılığının məhsulu olan çoxlu qəzəl, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır. 1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir. "Divani-bədi", "Gəncineyi-ədəb", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Xəyalati-pərişan", "Dörd əfəndi" və "Lətifənamə" adlı əsərlərin müəllifidir.
Fərhad və Şirin (Nakam)
Fərhad və Şirin — XIX əsr Azərbaycan şairi İsmayıl bəy Nakam (1829–1906) tərəfindən Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış məsnəvidir. Nakam əsərini 1898–1899-cu illərdə (h/q 1316) yazmış və öz xətti ilə köçürərək məcmuə yaratmışdır. Nakam da ənənəyə əsasən əsərin müqəddiməsində Allahı, peyğəmbəri nət etmişdir. Sonra da eşq vəməhəbbətdən söz açıb, Nizami haqqında fikir söyləmişdir: deyərək Nizami Gəncəvini xatırlayır, onun yaradıcılığına yüksək qiymət verir, özünü isə onun davamçısı adlandırır. İsmayıl bəy Nakam özünü dastanlar qəhrəmanı olan Fərhad və Məcnunla müqayisə etmişdir. Eşq vadisinin divanəsi kimi Allahdan kömək istəmişdir: Əsərin müqəddiməsində vəhdəti-vücudla əlaqədar bir sıra misralardan görünür ki, şairin fəlsəfi dünyagörüşü mütərəqqi sufi tərzi-təfəkkürü ilə uyğun olmuşdur. O, bütün varlığı, kainatı, eşqi, aşiqi, məşuqəni və bütün sevgi və məhəbbət təzahürlərini ilahi bir qüvvədə, vahid bir məbdədə görmüş, hər bir şeyin yeganə, mütləq və ilahi qüvvədən əks olunduğunu düşünmüşdür. İsmayıl bəy Nakam poemanı Sasani hökmdarları Hürmüz və Xosrovdan yox, Ərmənzəmin hökmdarı Məhinbanudan başlayır. Nakam da özündən əvvəlki müəlliflər kimi Şirini Məhinbanunun yeganə qardaşı qızı kimi təqdim edir. O da Şirinin gözəlliyini təsvir edir, onun kamalı haqqında söz açır: deyə Nakam Nizaminin "Xosrov və Şirin" poemasındakı Mədain əhvalatını, Şirin haqqında Şapurun Xosrova Məlumatını və Sasani sarayına aid digər hadisələri təkrarən nəzmə çəkməyi lazım bilməmişdir.
İsmayıl bəy Sədrəddinbəyov (Nakam)
İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu Sədrəddinbəyov (Nakam) — Azərbaycan şairi. İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1829-ci ildə Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir. Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuş,bu torpaqlardan hasil olan gəlir sayəsində də Nakam 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,görüb-götürmüşdür.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir. Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmış, onu Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir. Yaradıcılığının məhsulu olan çoxlu qəzəl, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır. 1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir. "Divani-bədi", "Gəncineyi-ədəb", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Xəyalati-pərişan", "Dörd əfəndi" və "Lətifənamə" adlı əsərlərin müəllifidir.
Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Lolipop Qız
Lola Del Rio — Rockstar Games tərəfindən hazırlanan Grand Theft Auto IV seriyasının reklam üzüdür. Liberty (Nyu-York) şəhərində keçən açıq dünya, aksion-macəra oyununda birçox insanın maraqla axtardığı Lolayı hələ də heç kim tapa bilməyib. Lola bir fahişədir və siz onun adını LCPD(Liberty City Police Department) bazasında görə bilərsiniz. O, ilk dəfə əxlaqsızlığa Star Junction küçəsində başlayıb daha sonra isə fərqli bölgələrdə bu işi davam etdirdiyi düşünülür. Lola demək olarki həmişə qırmızı lollipop əmzikli halda görülüb. Polis bazasında belə Lolanın haqqında çox az məlumat var. Oyundakı bəzi qəzetlər Lola Del Rionu tapan şəxsə mükafat verəcəklərini bəyan ediblər. GTA IV oyununun orijinal versiyasında Lolanı hələdə sübut etmək mümkün olmayıb. Hətta birçox form və fan səhifələrdə Lolanı axtarma təşkilatı belə qurulub. Beləliklə lolipop qız Liberty şəhərinin küçələrində hələdə kəşf edilməyi gözləyir.
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı. Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir. Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı.
Qız-qov
Qız-qu
Qız (bürc)
Qız (lat. Virgo) — zodiakal bürc.
Qız (dəqiqləşdirmə)
Qız
Qız Qala
Qız Qala (Qoşaçay)
Qız Qalası
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir.
Qız dostu
Gölfrend yaxudda qız dostu – Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan qadın cinsindən olan şəxsi ifadə edən termindir. Belə münasibətdə olan insanlar bir-birlərini “qiymətli” və “partnyor” kimi müəyyən edib, bir-birlərinə sevgilim, balım, əzizim kimi sözlərlə müraciət edirlər. Evli kişi ilə münasibətdə olan qadınlara “məşuqə” deyirlər. Bu terminin kişilər üçün olan formasına isə oğlan dostu deyirlər.
Qız monastırı
Qız monastırı - Şuşa şəhəri ərazisində yerləşən, XVIII-XIX əsrlərə aid tarixi monastır kompleksi. Yaşıl kilsə Alban Həvari kilsəsi Qazançı kilsəsi "Şuşa rayonunun vandalizmə məruz qalmış abidələri". scwra.gov.az. İstifadə tarixi: 6 may 2022.
Qız piri
Qız piri — Şərur rayonunun Havuş kəndindən şimalında ziyarətgah. Pirin yaxınlığında şəlalə vardır. Pir təbii qayalıqdan axan su qaynağı və onun ətrafındakı kollardan ibarətdir. Bu ərazi yerli əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət olunur. Pirdə olan ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlanır. Belə rəvayət edilir ki, gecələr pirdə od yanarmış və o hərəkət edərmiş. Piri 5-8 əsrlərə aid etmək olar.
Qız qülləsi
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Sarı qız
Sarı qız — türk və monqol inanclarında mifoloji surət. Sarı qız surəti bütün türk xalqlarının mifologiyasında, inanclarında yeri olan hami ruhlardandır. Başlanğıcını qədim türk inanclarından götürmüş Sarı qız türk və monqol mifologiyalarında ortaq inaclardan gələn qədim köklü surətdir. Həmin surətin adına kumandin ovçuluq əfsanələrində "Taqnınq ezi Sarı kıs" (azərb. "Dağ əyəsi Sarı qız"‎) şəklində rast gəlinir. Təbiətin gizlin güclərindən olan bir mifoliji varlıq kimi o, Anadoludan başlayaraq Qafqaz, Türküstan, Altay bölgələrinə yayılmışdır. Qazax, qırğız və başqırdlarda "Sarı qız" surətində ruhun varlığına inanılmışdır. Dağ əyəsi, ruhu olan Sarı qızla türk mifoloji surətlərindən pərilərin – gözəgörünməz gözəl qızların əsasən dağlarda yaşamaları arasında mifoloji görüş cəhətdən birlik olması hesab olunur. Sarı qızın daşıdığı əsas xüsisiyyətlər tanınmış türk folklorşünası Cəlal Bəydili tərəfindən ensiklopedik səviyyədə araşdırılıb. Bəha Səid bəy 1926-cı ildə çap olunmuş "Türk yurdu" dərgisindəki yazısında Anadoluda Sarı qız əfsanəsinə uyğunlaşmış xalq oyunu haqda məlumat vermişdir.
Topla qız
Topla qız (ing. Girl with Ball) — Roy Lixtenşteynin 1961-ci ildə çəkdiyi rəsm əsəri. Yağlı boya texnikası ilə çəkilən pop-art rəsmi, illər boyu Filip Conson tərəfindən saxlanılmış və hazırda Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Rəsm Lixtenşteynin erkən pop-art işlərindən biridir və bilinən mənbəyə görə, bir neçə onillikdə nəşr olunan qəzet reklamın üzərində əsaslanıb. "Topla qız" Roy Lixtenşteynin ilk solo sərgisində və "Newsweek"in şou icmalında nümayiş olunmuşdur. Bu rəsm orijinal mənbəni əhəmiyyətli dərəcədə dəyişdirib, Lixtenşteynin işlərinin nümunəsi hesab olunur, baxmayaraq ki, bu rəsm əsərinin mexanik görünüşü şişirilib. Bu rəsm müasir gözəllik formasının davamlı təsviridir. "Topla qız" 1961-ci ildə "Mount Airy Casino Resort"un Pokono dağlarında reklamı üzərində əsaslanıb. 1955-ci ildən nəşr olunan reklam Nyu-York regionunda xeyli yayılmış və "The New York Times" və "New York Daily News" kimi tanınmış qəzetlərdə nəşr olunmuşdur. Lixtenşteynin rəsminə baxmayaraq, reklam iyirmi ildən çox qəzetlərdə nəşr olunmuşdur.
Uzanmış qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Şahzadə qız
Şahzadə qız ümumiyyətlə, sülalələrdə qadın üzvlərə verilən ümumi bir zadəgan tituludur. Bəzi ölkələrdə taxt-taca sahib olmaq imkanı yoxdur, lakin bəzi ölkələrdə tək başına taxt-taca sahib ola bilərlər. Tarixdə mənsub olduqları ölkənin və sülalələrin maraqları naminə başqa ölkələrin hökmdarları və ya əhəmiyyətli məmurları ilə evləndirilmişdirlər. Buna misal olaraq tez-tez görülən Bizans sülalələri ilə Osmanlı sülaləsi arasındakı evliliklərdir. Sözün qədim türk dilində qarşılığı kunçuy, Azərbaycanca şahzadə qızdır.
Şokoladçı qız
Şokoladçı qız (Gözəl şokoladçı qız)-(fr. La Belle Chocolatière, alm. Das Schokoladenmädchen) — XVIII əsr isveçrəli rəssam Jan Liotarın ən məşhur tablosu. Burada əlində isti şokolad aparan qulluqçu xanım təsvir olunub. Əsər pastel texnikası ilə perqament üzərində işlənib. Şəklin yaranma versiyalarından biri belədir- 1745-ci ildə knyaz Ditrixşteyn o dövrdə haqqında çox danışılan Vyana şokoladını dadmaq üçün kafelərin birinə baş çekir.Bu zaman ona xidmət göstərənlər arasında müflis olmuş Melxior Baltaufun qızı Anna olmuşdur. İlk baxışdan xanıma vurulan knyaz , ailəsinin etirazlarına baxmayaraq onunla evlənir və bu şəkili toy hədiyyəsi kimi Liotara sifariş verir. Rəssam xanımı quluqçu qiyafəsində təsvir edərək, bununla da ilk baxışdan sevgini ifadə etməyə çalışıb.Bu hekayə sonradan bu şəkli öz loqotipində istifaə edəcək Baker şirkəti üçün əsas ilham mənbəyi olmuşdur. Digər bir veriyaya görə isə əsər knyazın gələcək həyat yoldaşı Şarlotta Baltaufun, vyanalı bankir olan atasının evində ərsəyə gəlib. Digər bir əfsanəyə görə isə , Liotar qulluqçunun gözəlliyinə o qədər heyran qalmışdır ki, onu təsvir etməyə qərara gəlmişdir.
Şahzadə (qız)

Qız bürcü
Qız (lat. Virgo) — zodiakal bürc.