Qız-qov

Qazaxıstanda Qız-qov oyunu

Qız-qov - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biri olmuşdur.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Azərbaycanın qədim xalq oyunlarından biri olan Qız-qov oyunu daha çox Orta AsiyadaQazaxıstanda yayılmışdır. Azərbaycanın bəzi bölgələrində bu oyunu Qız-qu adlandırırlar.

Oyunun qaydaları[redaktə | mənbəni redaktə et]

Oyunda bir neçə cütlük atlı oğlan və atlı qız yarışırlar. Oyun üçün müəyyən edilmiş məsafənin birinci hissəsində ( bu məsafə adətən 300-400 metrə bərabər olur ) atlı oğlan qovub qıza çatmalı və onu öpməlidir. Əgər oğlan qızı öpə bilməzsə, onda qayıdanbaş qız əlindəki qamçı ilə oğlanı “cəzalandırır”. Oyunçulardan yaxşı at sürmək bacarığı tələb olunur.

Bu oyun komanda şəklində də keçirilə bilər. Oyunda icazə verilməyən yeganə şərt ondan ibarətdir ki, qızı öpməyə çalışan onun boynundan yapışa bilməz. Çünki, bu zaman qızın atdan yıxılmaq təhlüksəi var.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ayna uşaq ensiklopediyası, İdman güc və gözəllik. Bakı, "Ayna Mətbu Evi". 2004. Səh.94.