NATƏMİZ

sif.zərf [ fars. na… və ər. təmyiz-dən]
1. Təmiz olmayan, çirkli, kirli. Natəmiz otaq. Natəmiz yer.
– Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə.
Şəhərin natəmiz havasından saralıb heyvaya dönən Nurəddini bir ayın ərzində tanımaq olmurdu. S.S.Axundov.

2. məc. Qəlbiqara, qeyri-səmimi, xain ürəkli.
Ürəkdən natəmiz və bic adamlar nə qədər küt və biliksiz olsa, bəşəriyyət üçün o qədər faydalıdır. M.İbrahimov.

3. məc. Məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən; əliəyri, əli təmiz olmayan.
[Nəcəfalı:] Şahmar deyəndə ki, Hümmət natəmiz adamdır, inanmırdım, şübhə eləyirdim. B.Bayramov.

Синонимы

  • NATƏMİZ çirkli — kirli — zibilli — səliqəsiz — pinti
  • NATƏMİZ natəmiz bax murdar 1
NATARAZLIQ
NATƏMİZLİK

Значение слова в других словарях