Natural Frequencies
VMF Natural Frequencies ― 2018-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmış Azərbaycanın ilk saat fabriki
VMF şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev tərəfindən yaradılıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası "Swatch Group"a daxil olan "Longines" saat markası olub. Şirkət elə həmin ildə hazırda fəaliyyət göstərən ilk satış məntəqəsi olan "Longines" butikini açıb. Şirkət həmçinin "Swatch Group"a daxil olmayan, İsveçrə markalarından "Ulysse Nardin", "Raymond Weil", "Maurice Lacroix", "Versace", "Versus", "Ferragamo" kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirib.
Azərbaycan saat bazarının pioneri olaraq, məşhur İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətininin yaradılmasının təməlində durur. İsveçrənin məşhur "Longines" saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF "Swatch Group"a daxil olan "Breguet", "Blancpain", "Glashütte Original", "Omega", "Rado", "Hamilton", "Tissot", "Swatch", "Flik-Flak", "Certina", "Calvin Klein" kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi. Artıq 20 ildən çoxdur VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir. 2001-ci ildə "Raymond Weil", 2004-cü ildə "Versace" saat və zinət əşyalarını, 2005-ci ildən "Maurice Lacroix"nı Azərbaycan alıcısına təqdim edib. VMF İsveçrə markaları ilə yanaşı, bazarda Yaponiyanın məşhur saat markalarını da təmsil edir. İlk təcrübə 2005-ci ildə "Casio" saat markası ilə başlayıb.