nautiloid 2021

nautiloid
natürmortçu-rəssam
nautilus
OBASTAN VİKİ
Nautiloidealar
Nautiloidealar (Nautiloidea) — buraya bütün həyatı boyu, yaxud ilk mərhələsində qabıqlarının görünüşü düz və spiralvari bükülmüş başıayaqlı molluskaların nümayəndələri aid edilir. Çox vaxt qabıq çəllək və ya qoz şəkilli, qabığın səthi çox vaxt hamar, bəzən qabırğalı, apakəsmə xətləri düz və ya dalğavari olur. Sifon çox hallarda orta, bəzən ekssentrik vəziyyət alır. Qısa septal borucuqlar arxaya istiqamətlənmiş; onlar düz (ortoxoanit) formalardan əyilmiş (sirtoxoanit) formalara qədər dəyişir. Nautiloidealar bir neçə dəstəyə bölünür. Bu yarımsinfin yeganə müasir cinsi — Nautilis 100–600 m dərinlikdə yaşayır (Hind okeanı və Sakit okeanın qərb hissəsi). Qədim Nautiloidealar fanerozoy çökmələrində rast gəlinir və stratiqrafiya üçün böyük əhəmiyyət kəsb edirlər. Gec kembri-müasir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.