NAZLANMAQ

NAZLANMAQ Buna görə Nazlı son zamanlar olduqca nazlanır... (S.Rəhimov); ƏZİLİB-BÜZÜLMƏK [Çərkəz] görürdü ki, qızı şuxluq edir. Zarafatlaşmaq, əzilib-büzülmək istəyir (İ.Şıxlı); İŞVƏ SATMAQ Maralın, ceyranın min işvə satır; Su göndər bu yerdə yanana dağlar (S.Vurğun); QIR VERMƏK/SATMAQ (dan.) Əyyar da, əzilə-əzilə darğaya qır verirdi (“Əyyar” nağılı); NAZ ELƏMƏK/ETMƏK Həmzə: Naz eləyir, özünü şirin salır (Ə.Qasımov); NAZ SATMAQ Həmzə: Qızların peşəsi naz satmaqdır (Ə.Qasımov); QINCANMAQ.

NAZLAMAQ
NAZLI

Значение слова в других словарях