Nepal
neştərləmək
OBASTAN VİKİ
Neştəryarpaq göyrüş
Pensilvaniya göyrüşü (lat. Fraxinus pennsylvanica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == 200 m hündürlükdə nəhəng ağacdır. İri budaqları çılpaqdır. Yarpaqcıqları neştərvari və ya uzunsov, üstü tünd yaşıl, parlaq, çılpaqdır. Alt səthi açıq yaşıl, azca tükcüklüdür. Yarpaqcıqları 2-5 sm uzunluqda, 3,5 mm enindədir. Aprel-may aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Toxumla çoxalır.
Neştəryarpaq kallistemon
Neştəryarpaq kallistemon (lat. Callistemon lanceolatus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin kallistemon cinsinə aid bitki növü. == Təbii yayılması: == Cənubi-Şərqi Avstraliya və Tasmaniyada geniş yayılmışdır. Bu növ 1802-ci ildə rəsmi olaraq fransa botaniki Corc Lui Mari Dümon tərəfindən təsvir edilmişdir. == Botaniki təsviri: == Kallistemon 3-5 m hündürlükdə, düz dayanan və ya şaxələnmiş budaqlı, çılpaq gövdəli, sallaq budaqlara malik bitkidir. Yarpaqları neştərvari, yaşıl-sarımtıl rəngli olub, 2-4 sm uzunluqda, 0,3-0,4 sm enində, itiuclu, cod, üstə çıxan, orta və yan damarcıqlı və incə limon qoxusu olan, çoxsaylı nöqtəli, vəziciklidir. Çiçək sünbülləri çox seyrək, uzunluğu 9-10 sm, diametri 6-7,5 sm, tünd qırmızıdır. Erkəkciklərin uzunluğu 3 sm, 50-60 ədəd, 2 dairədə yerləşir. Tozluqları erkəkcik sapları ilə bir rəngdə, ancaq daha tünddür. May-iyun aylarında çiçəkləyir.
Neştəryarpaq sumaq
Ətirli sumaq (lat. Rhus lancea) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. == Təbii yayılması == Bitki Cənubi Afrikada çayların sahillərində quraqlıq rayonlarda bitir. == Botaniki təsviri == Uzunluğu 9 m-ə qədər olan,tünd-qonur qabıqlı və qırmızı budaqları olan həmişəyaşıl kol və ya ağacdır.Yarpaqları 3 bölümlü,neştərvari,üstü tünd-yaşıl,alt səthi açıq-yaşıl rənglidir.Sarı,salxımşəkilli çiçək qruplarında yerləşir.Noyabr-dekabr aylarında çiçəkləyir.Bu dövrdə bitki olduqca dekorativ görünüşə malik olur.Hər il çiçəkləyir və keyfiyyətli toxum verir.Meyvəsi yumru,iri toxumlu və nazik lətlidir.Toxumları may ayında yetişir.Toxum və qələmlə çoxalır. == Ekologiyası == Torpağa az tələbkar,quraqlığadavamlı,tez boy atan bitkidir.İsti və işıqsevəndir.Sərt qışda yerüstü hissəsi kök boğazına qədər məhv olur.Yazda pöhrələrlə yenidən bərpa olunur. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində 80-ci illərdə introduksiya edilmişdir.Abşeronun torpaq və iqlim şəraitinə davamlıdır. == İstifadəsi == Bordürlərin tərtibatında istifadə olunur.Oduncağı ağır,qırmızı-qonurdur,yaxşı rəndələnir.Meyvəsindən pivə hazırlanmasında istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Neştəryarpaq çilopsis
Neştəryarpaq çilopsis (lat. Chilopsis linearis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin çilopsis cinsinə aid bitki növü. == Təbii yayılması == Kaliforniyada, Texasda və Şimali Meksikanın cənubunda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan,enli çətirli ağacdır. Yarpağinin uzunluğu 10-26 sm, eni 2-4 mm-dir, uzunsov neştərşəkillidir. Al-qırmızı, çəhrayı çiçəkləri enli süpürgə çiçək qrupunda toplanmışdır; 5 hissəli, ikicinslidir. Çiçək tacızəngşəkilli və ya qıfşəkilli. Bəzən iki dodaqlıdır. Erkəkcikləri 5 ədəddir. Kolibri və ya uzun xortumlu kəpənəklər vasitəsilə çarpaz tozlanır.
Neştəryarpaqlı kunninqamiya
Neştərçələr
Neştərçələr (lat. Branchiostoma; əvvəllər Amphioxus), Başıxordalılar yarımtipinin (lat. Cephalochordata) neştərçələr fəsiləsindən (lat. Branchiostomidae) sadə dəniz heyvan cinsi. == Həyat tərzi == Neştərçə mötədil və tropik qurşaqda olan dənizlərin bir çoxunun, o cümlədən qara dənizin qumlu dayaz yerlərində yaşayır. O, qum içərisində olur, lakin başını və bədəninin qəlsəmə yarıqları olan ön hissəsini qumdan kənarda saxlayır. Xarici görünüşü. Neştərçənin bədəni uzunsov olub, 8 sm-ə çatır. Onun yanlardan basıq və yarımşəffaf bədəninin hər iki ucu sivridir. Bədənini xüsusi pərdə əhatə edir.
Neştərçələr (fəsilə)
Neştərçələr (lat. Branchiostomatidae) — Başıxordalılar (lat. Cephalochordata) və ya kəlləsizlər (lat. Acrania) yarımtipinə aid olan yeganə fəsilə. (Branchiostoma lanceolatum (Pallas, 1774) Fəsilənin az-çox tanınmış nümayəndəsidır.
Neştəryarpaq kunninqamiya
Neştəryarpaq kunninqamiya (lat. Cunninghamia lanceolata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin kunninqamiya cinsinə aid bitki növü. Bu cinsə daxil olan növlərin sırasında neştəryarpaq kunninqamiya daha geniş yayılmısdır. Vətəni Cənubi və Mərkəzi Çindir. Hündürlüyü 30 m-ə çatan iri gövdəli, dekorativ ağacdır. Gövdəsi düz olub, çətiri ensiz-piramidal formalıdır. Budaqları topa-topa düzülmüşdür. İynəyarpaqları ensiz neştərvarıdır, ucuna getdikcə daha da itiləşir, 2-7 sm-ə qədər uzunluqda olur, olduqca bərk, yaşıl və parlaqdır, budaq üzərində aşağıya doğru meyl edir. Erkəkcikləri üç tozcuqdan ibarət olur. Erkək qozaları uzunsov-silindrik, enli, ucu bizdir, biruclu tumurcuqdan bir neçə erkək qozaları inkişaf edir.
Neştərvari cil
Neştərvari cil (lat. Carex lanceolata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Neştərvari kodonopsis
Neştərvari kodonopsis (lat. Codonopsis lanceolata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin kodonopsis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Campanumoea lanceolata Siebold & Zucc. Glosocomia lanceolata (Siebold & Zucc.) Rupr.
Neştərvari termopsis
Neştərvari termopsis (lat. Thermopsis lanceolata) - termopsis cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Yerüstü hissələri üfüqi və şaquli kökləri, çoxsaylı düyünləri, əlavə kökləri, 2m və daha çox dərinliyə gedə bilir. Gövdəsinin hündürlüyü 60sm, düz, şırımlı, aşağı hissələri azacıq odunlaşmış, tükcüklü və budaqlanandır. Gövdəsi sıx örtüklə örtülən yarpaqcıqlardan ibarət uzunsov və ya uzunsov-neştərşəkilli formalı, uzunluğu 2,5-8sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Hər bir yarpağı 2 neştərşəkilli yarpaqcıqdan ibarətdir. Çiçəkləri sarımtıl kəpənəkçiçəklilər tipindən ibarət olan tacdan, uzunluğu 3sm, kiçik kasa yarpaqlarından və sonu 20 sm uzunluğunda fırça ilə qurtarır. Meyvələri xətti, düz və ya azacıq qövsşəkilli, 7-15sm, toxumlarının uzunluğu 1-9 sm, eni isə 1sm-ə bərabərdir. Toxumları yaşılımtıl-qara, uzunluğu 3-5, eni isə 2-3,5 mm-ə bərabərdir.
Neştəryarpaq bağayarpağı
Neştəryarpaq bağayarpağı (lat. Plantago lanceolata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm, gövdəsi üzərində çiçək olub, çoxsaylı, əyilib qalxan və ya düz, 5-6 sayda və ya daha çox qırışlı, sıx tüklü və ya çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları kökətrafı rozetdə yerləşmiş, uzanmış lansetvari olub, xətvari lansetə qədər (bəzən enli lansetvari) dəyişir, sivridir, qaidəsinə doğru daralmışdır. 3-7 ədəd damarlıdır. Sünbül qısa silindrik olub, uzunsov və ya yumurtaşəkillidir. Çiçəkaltlıqları yumurtaşəkilli, sivriləşmiş, çılpaq və ya seyrəktüklüdür,dəriyəoxşardır, orta xətti qəhvəyi rəngdədir.Tacın uzunluğu 2-3 mm-dir, çılpaqdır, ağımtıl və ya qəhvəyi rəngdədir, yumurtaşəkilli-lansetvari və ya bəzən təpə hissədə sivriləşmiş hissələrlədir. Qutucuğun uzunluğu 3-4 mm-dir, yumurtaşəkillidir, ikitoxumludur. Toxumlarının uzunluğu 2 mm-ə qədərdir, demək olar ki, qaramtıldır, qarın tərəfdən çökək olub, kənarları qatlanmışdır. May-avqust aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir.

Digər lüğətlərdə