nevrizm
nevroloji
OBASTAN VİKİ
Nevrologiya
Nevrologiya — (yun. neuron – damar vəlogos – elm) Sinir sistemi və onun xəstəliklərindən bəhs edən elm. Bu sahə, nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur. Nevrologiya tibbin digər sahələri, neyrocərrahiyyə, oftalmologiya, otolarinqologiya, endokrinologiya, psixiatriya və s. bölmələrlə birbaşa əlaqəlidir. Ümumiyyətlə, orqanizmdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemini müəyyən dərəcədə zədələyir. Həkim-nevropatoloqun əsas vəzifəsi sinir sisteminin birincili və ya ikincili zədələnməsini aşkar etməkdir.
Amerika Nevrologiya Akademiyası
Amerika Nevrologiya Akademiyası — 38.000-dən çox nevroloq və nevrologiya tədqiqatçısını təmsil edən peşəkar cəmiyyət. Tibbi ixtisaslaşmış bir birlik olaraq, 1948-ci ildə Minnesota Universitetindən A. B. Beyker tərəfindən tərəfindən nevrologiya sənətini və elmini inkişaf etdirmək və bununla da nevroloji xəstəlikləri olan xəstələrə mümkün olan ən yaxşı qayğını göstərmək məqsədi ilə qurulmuşdur. Minnesota ştatının Minneapolis şəhərində baş ofisi, Vaşinqton şəhərində isə səhiyyə siyasəti ofisi yerləşir. 2012-ci ilin aprelində akademiya qərargahını Minneapolisin mərkəzindəki 63.000 kvadrat metrlik yeni bir binaya köçürdü. Beşmərtəbəli binanın tikintisi 20 milyon dollara başa gəldi. == Nəşrlər == Akademiya aşağıdakı nəşrləri dərc edir: Nevrologiya – Amerika Nevrologiya Akademiyasının aparıcı jurnalı olan jurnalda ən son nəzərdən keçirilmiş orijinal klinik tədqiqat məqalələri, akademiyanın mövqe sənədləri və nevrologiya sahəsini inkişaf etdirən və xəstə baxımına təsir edən klinik təlimatlar, redaksiya məqalələri və icmallar yer alır.
Avropa Nevrologiya Akademiyası
Avropa Nevrologiya Akademiyası (EAN) Avropada nevroloqları bir araya gətirən və onlara dəstək verən qeyri-kommersiya təşkilatıdır. Hazırda 47 Avropa milli nevrologiya assosiasiyası ilə birlikdə 2300 nəfər qeydiyyatdan keçmiş EAN üzvüdür. Beləliklə, təşkilat 45.000-dən artıq Avropa nevroloqunu təmsil edir. EAN keçmiş Avropa Nevroloji Cəmiyyətlər Federasiyası (EFNS) və Avropa Nevroloji Cəmiyyəti (ENS) tərəfindən 2014-cü ilin iyun ayında Avropa Nevrologiya Birgə Konqresi zamanı yaradılmışdır. Akademiyanın hazırkı rəhbəri professor Paul Bundur.
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası — Londonun Kraliça Meydanı ərazisində yerləşən nevroloji xəstəxana. UCLH (ing. University College London Hospitals NHS Foundation Trust) hissələrindən biridir. İngiltərədə sırf sinir sistemi xəstəliklərinin müalicəsinə həsr olunmuş ilk xəstəxanadır. O, London Universitet Kolleci (UCL) ilə sıx bağlıdır və eyni sahənin UCL Nevrologiya İnstitutu ilə müştərək nevrologiya tədqiqatları üçün əsas mərkəzdir. Xəstəxana 1859-cu ildə İohanna Çandler tərəfindən Kraliça Meydanında İflic və Epileptiklər üçün Milli Xəstəxana olaraq təsis edilmişdir. Xəstəxana 1880-ci illərin əvvəllərində tamamilə yenidən quruldu: Şərq Qanadı 1881-ci ildə Şahzadə Yelena tərəfindən, Qərb Qanadı isə 1885-ci ildə VII Eduard tərəfindən yenidən açıldı. 1904-cü ildə o, İflic və Epilepsiya Xəstələrinə Yardım və Müalicə Milli Xəstəxanası adlandırıldı. Xəstəxanada 244 stasionar çarpayı və doqquz əməliyyat otağı (iki angioqrafiya əməliyyat otağı daxil olmaqla) mövcuddur.

Digər lüğətlərdə