NEYTRAL

[lat. neuter-nə o, nə bu] нейтрал (1. нейтральный (я щёлочдин, я кислотадин реакция тагур); 2. хуьс. организмдиз я хъсан, я пис таъсир тийир, мес. дарман).
NEYSAN
NEYTRALLAŞDIRICI
OBASTAN VİKİ
Neytral dövlət
Bitərəflik — beynəxalq hüquqda müharibədə iştirak etməməkdir, sülh zamanını isə hərbi alyanslarda iştirak etməməkdir.
Neytral dərə
Neytral sular
Neytral sular — dənizlərdə quru suları sərhədlərinin suverenlik sahəsini təyin sahənin xaricində qalan beynəlxalq bölgədir. 1982-ci ildə, BMT III.Deniz hüququ haqqında Konvensiyanın milli Kara suları sərhədini maksimum 12 mil olaraq təyin etmişdir. Şəxsi razılaşmalarla müəyyən sərhədlər daha qısa tutula bilər. 31 may 2010-cu il tarixində İsrail komandoları beynəlxalq dibində kömək gəmilərinə hücum edərək dünya ictimaiyyətinin protestolarına səbəb olmuşlar.
Neytral zona
Neytral zona (ing. no man's land (azərb. heç kimin torpağı deyil‎)) — narahatlıq və ya qeyri-müəyyənlik üzündən boş qalan və tərəflər arasında fikir ayrılığı olan bir torpaqdır. Bu termin əvvəlcə feodalizm dövründə feodallar arasında iddia edilən torpaqları təsvir etmək üçün istifadə edilmişdir. Müasir dövrdə iki düşmən xəndəyi arasındakı ərazini təsvir etmək üçün istifadə olunur və çox vaxt Birinci Dünya Müharibəsi ilə əlaqələndirilir.
Neytral faiz dərəcəsi
Neytral faiz dərəcəsi, və ya təbii faiz dərəcəsi (ing. natural/neutral rate of interest) — pul siyasətinin real faiz dərəcəsinin (mərkəzi bankın faiz dərəcəsi) dəyəri, bu zaman inflyasiya hədəfinə nail olmaq və istehsal güclərindən tam istifadə etmək (sıfır məhsul buraxılışı). Neytral faiz dərəcəsi əldə edildikdə, pul siyasəti iqtisadiyyata nə məhdudlaşdırıcı, nə də stimullaşdırıcı təsir göstərmir. Neytral faiz dərəcəsi ideyasının müəllifi 1898-ci ildə “Faiz dərəcəsi və qiymətlər” əsərində bunu dilə gətirən isveçli iqtisadçı Knut Uikseldir. İqtisadçı bunu kreditlər üzrə faiz dərəcəsinin əmtəə qiymətlərinə münasibətdə neytral olan, onların nə yüksəlməsinə, nə də azalmasına səbəb olmayan səviyyəsi kimi müəyyən edib. Wicksell bunu yalnız tələb və təkliflə müəyyən edilən faiz dərəcəsi kimi başa düşürdü. C.M. Keyns “Pul haqqında traktat”da (1930) Uikselin ideyasına əsaslanaraq, təbii faiz dərəcəsini əmanətlərin miqdarı ilə investisiyanın məbləği arasında bərabərliyin, yəni cəmiyyətin resurslarından tam istifadənin şərti kimi müəyyən etmişdir. Lakin sonralar “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” (1936) əsərində o, səhv etdiyi qənaətinə gəlir. “Mən hər bir cəmiyyətdə bu tərifə əsasən, hər bir fərziyyəli məşğulluq səviyyəsi üçün fərqli təbii faiz dərəcəsinin olduğunu görməmişəm. Eyni şəkildə, hər bir faiz dərəcəsi üçün bir məşğulluq dərəcəsi var ki, onun üçün bu faiz dərəcəsi “təbii” dərəcədir, yəni sistemin həmin faiz dərəcəsində və bu nisbətdə tarazlıqda olması mənasında.
2024 Yay Olimpiya Oyunlarında fərdi neytral idmançılar
Fərdi neytral idmançılar (fr. Athlètes Individuels Neutres - AIN) — Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2022-ci ildən başlamış Rusiya-Ukrayna müharibəsinə görə Rusiya (RUS) və Belarusun (BLR) olimpiya sülhünü pozması əsas gətirilərək bu ölkələrin olimpiya komitələrinin olimpiya oyunlarında iştirakı qadağan edilmişdir. Lakin buna baxmayaraq işğal prosesi 2024-cü ildə də davam etdiyinə görə 2024 Yay Olimpiya Oyunlarında iştirakı təsdiqlənmiş fərdi Rusiya və Belarusiya idmançılarını ifadə etmək üçün fərdi neytral idmançılar adından istifadə edilmişdir. BOK ölkə kodu kimi, fransızcadan tərcümədə “Fərdi neytral idmançılar” sözünün abreviaturası olan AIN abreviaturasından istifadə etmişdir. İdmançılara neytral Olimpiya bayrağından və Olimpiya himnindən istifadə etmək qadağan edilmiş və bunun əvəzinə hər ikisi də BOK tərəfindən təyin edilmiş xüsusi dairəvi AIN emblemi və birdəfəlik instrumental himni əks etdirən bayraqdan istifadə etmişdirlər. Fərdi neytral idmançılar oyunlarda iştirak etməzdən əvvəl onların hər birinin keçmişi ayrı-ayrılıqda yoxlanılmış və bundan sonra hər bir idman növü üzrə beynəlxalq federasiya, daha sonra isə BOK tərəfindən yaradılmış xüsusi panel tərəfindən təsdiqlənmişdirlər. Bu idmançılar fərdi idmançılar hesab edildikləri üçün açılış mərasimi zamanı millətlərin paradında iştirak etməmiş və eyni zamanda da rəsmi medal cədvəllərində ölkə/qrup kimi göstərilməmişdirlər.
Fərdi Neytral İdmançılar 2024 Yay Olimpiya Oyunlarında

Elektrik neytrallıq tənlik
Elektrik neytrallıq tənliyi
Xarici təsir olmadıqda yarımkeçiricilərdə əsas yük daşıyıcıların generasiyası valent zonasından keçirici və ya akseptor səviyyələrinə və yaxud donor səviyyəsindən keçirici zonaya keçidlərlə elektronların istilik həyəcanlanması hesabına baş verir. Bu zaman keçirici zonasında sərbəst elektronlar, valent zonasında isə sərbəst deşiklər əmələ qəlir. İki tərs proses - yük daşıyıcıların generasiyası və rekombinasiyası nəticəsində, yarımkeçirici kristalın tərkibində elektronların - n0 və deşiklərin -р0 konsentrasiyası tarazlıq halına gələrək istilik tarazlıq halını yaratmış olurlar. Sərbəst yük daşıyıcıların generasiyası hesabına yarımkeçiricilərdə hər zaman əks qiymətə malik yük daşıyıcılar əmələ gəlir. Beləliklə yarımkeçiri kristallarda yüklənmiş hissəciklərin cəm yükü sıfıra bərabər olur, bu isə yarımkeçiricinin elektrik olaraq tam neytrallığı deməkdir. Elektrik neytrallıq şərti bu cür ifadə olunur: n 0 + N A − = p 0 + N D + {\displaystyle n_{0}+N_{A}^{-}=p_{0}+N_{D}^{+}} burda n0 və р0 – elektronların keçirici zonasında və deşiklərin valent zonasında tarazlıq konsentrasiyasıdır; N A − {\displaystyle N_{A}^{-}} və N D + {\displaystyle N_{D}^{+}} - akseptor və donorların bir qat ionlaşmış atomların konsentrasiyasını ifade edir.
Laosun neytrallığı haqqında beynəlxalq müqavilə
Laosun neytrallığı haqqında beynəlxalq müqavilə — 23 iyul 1962-ci ildə Cenevrədə Laos məsələsinin həlli üzrə 16 may 1961-ci ildən davam edən beynəlxalq konfransın nəticəsi olaraq 14 dövlət, o cümlədən Laos tərəfindən imzalanmış beynəlxalq müqavilə. Birma İttifaqı, Kamboca, Kanada, Çin Xalq Respublikası, Vyetnam Demokratik Respublikası, Fransa, Hindistan, Polşa Xalq Respublikası, Vyetnam Respublikası, Tailand, Sovet İttifaqı, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları bəyannaməni imzalamışdılar. O və Laos Kral Hökumətinin 9 iyul 1962-ci il tarixli neytrallıq haqqında bəyannaməsi imzalandığı tarixdə beynəlxalq müqavilə kimi qüvvəyə minmişdir. == İstinadlar == == Xarici keçidlər == Declaration on the Neutrality of Laos.

Digər lüğətlərdə