NO-FROST

is. \[ing. no frost "qırov yoxdur"\] tex. Dondurucu kamerasında və soyuducuda buzlanmanın qarşısını alan damcı sistemli texnologiya.
NO
NONSENS
OBASTAN VİKİ
Emma Frost
Emma Frost (ing. Emma Frost) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlar komandası ilə tanınır. 1980-ci ildə Kris Klermont və Con Brin tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 129-cu sayında yer almışdır. Ağ kraliça adı ilə də tanınır. İlk əvvəllər bir super cinayəkar olsa da, yaxşıların tərəfinə keçib İks-adamların əhəmiyyətli üzvlərindən biri olmuşdur. Emma Frost bir telepatdır. Bununla yanaşı dərisi almaz qədər sərt ola bilir. 2011-ci ildə çəkilən "İks-adamlar: Birinci dərəcə" filmində Emma Frost əhəmiyyətli personajlardan biri olmuşdur. Bundan əvvəl 1996-cı ildə "Nəsil X" və 2009-cu ildə "İks-adamlar: Başlanğıc.
.no
.no — Norveçin internet kodu. == Xarici keçidlər == ".no eller aldri..." (PDF) (Norwegian). Norwegian Post and Telecommunications Authority. 21 March 2002. 24 September 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 September 2012.
No
No (yap. 能) və ya Noqaku (能楽, Nōgaku) — ənənəvi yapon dram teatr sənəti. “No” sözü yapon dilindən tərcümədə “ustalıq”, “bacarıq” və “istedad” mənasını daşıyır. No və ya noqaku XIV-XV əsrlərdə yaransada omun tarixi VIII əsrdən, yəni snqaku sənətinin Çindən Yaponiyaya gətirildiyi vaxta təsadüf edir. No əsas Yapon teatr sənətidir və üz təsirini yapon kukla teatrına və eləcə də kabuki teatrına göstərib. Ənənəvi ədəbiyyat nağıllarının əsasında qurulan no teatrı özündə rəqs əsaslı səhnələri, maskaların, geyimlərin və müxtəlif rekvizitdən istifadə etməni özündə cəmləşdirir. 1983-cü ildə Milli No Teatrının əsası qoyulub. 2008-ci ildə isə no YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilir. Nonu meydana gətirən üç ana ünsür vardır; Mai = Rəqslər Hayaşi = Musiqi Utai = Sözlər Oyuncular maskalar istifadə edərlər və yavaş rəqslər edərlər.Oyuncular ümumiyyətlə kişidir.Özlərinə atadan keçmə bir qabiliyyət verildiyinə inanılar.Bu səbəblə qadın tələb edən rollarda belə kişilər bu işi maskalar ilə həll edər. No musiqiləri ümumi olaraq baraban və flüt üzərinə edilir.
Frost (Mortal Kombat)
Frost (ing. Frost) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Frost nindza qadın personajlarından biridir. Qüvvə səhətdən Sab-Zironu xatırladır.
No Game No Life
No Game No Life (ノーゲーム・ノーライフ, Nōgēmu Nōraifu, azərb. Oyun yox, həyat yox‎) və ya qısaca NGNL — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 avqust 2016-ci ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. 15 iyul 2017-ci ildə "No Game No Life Zero" adlı film adaptasiyası buraxılmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Seriya "Boşluq" (空白, Ku:haku, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir.
No Romeo No Juliet
No Romeo No Juliet — Amerikalı reper 50 Cent tərəfindən ifa edilmiş mahnıdır.
No Doubt
No Doubt Kaliforniyanın Anaheim şəhərində yaradılmış Amerika rok qrupudur. Ska-pop qrupunun ilk albomu No Doubt, öz dövründə grunge hərəkatının yayılması səbəbindən uğurlu alınmadı. Qrupun almaz sertifikatlı albomu Tragic Kingdom, 1990-cı illərdə skaya geri dönüşündə rol oynadı və albomdan üçüncü sinql olan "Don't Speak" on altı həftə ərzində Billboard Hot 100 Airplay-də bir nömrəli yer tutdu. Qrup dörd il sonra növbəti albomu Return of Saturn-u buraxdı, lakin müsbət rəylərə baxmayaraq, albom kommersiya uğuru qazanmadı. On beş aylıq fasilədən sonra qrup reggi və dancehall musiqisini özündə birləşdirən Rock Steady ilə geri qayıdır. Albom ilk olaraq Yamaykada qeydə alınıb və yamaykalı rəssamlar Bounty Killer, Sly və Robbie və Lady Saw ilə işləmək üçün təqdim olunub. Albom "Hey Baby" və "Underneath It All" mahnılarına görə iki Grammy mükafatı qazandı. No Doubt kompilyasiya albomu The Singles 1992-2003 və qutu dəsti Boom Box 2003-cü ildə buraxıldı, hər ikisi Talk Talk-un "It's My Life" sintpop mahnısının cover versiyasını təqdim etdi. Aparıcı müğənni Gwen Stefani növbəti il ​​solo karyerasına başladı, qrup yoldaşı Tony Kanal, Neptun və onun yan layihəsi olan Invincible Overlord-a başlayan Tom Dumont ilə əməkdaşlıq etdi. Karyerası ərzində qrup iki Grammy mükafatı qazandı və dünya üzrə 27 milyon albom satdı.[1] Qrup 2009-cu ilin yayında milli turneyə çıxdı.
No Land
No Land — Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək "No Land" adını almış musiqi qrupudur. Sahand Lesani-nin təklifi ilə "No Man's Land" filmindən adını almışdır. No Land qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən birgə yaradılmışdır. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek ve Oğuzcan Bilgin qoşulmuşdur. 2016-cı ildə, No Land ilk albomu olan " Aramızda "-nı çıxartmışdır. "Aramızda" albomu, 2013-cü ildən etibarən edilən bəzi əsərlərdən ibarətdir və bu əsərlər adətən qrupun ilk formalaşması zamanı ortaya çıxan mahnılardan ibarətdir. Albomdakı mahnılar Türk və Azərbaycan dilindədir. Albomdakı mahnıların sözlərini Vüqar Hasani və Kamil Hacıyev yazmışdır. Bu albomdakı tək 'cover', dəyərli Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə Uzundur bu Yollar" mahnısıdır. İkinci albom olan "Pusulası Kaybolmuş" 6 Fevral 2019-cu ildə virtual platformalarda nümayiş olundu.
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir. Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur. Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.
Udon no Kuni no Kiniro Kemari
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Fucivara no Kamatari
Fucivara no Kamatari (藤原 鎌足, 614[…] – 14 noyabr 669) – Asuka dövründə yaşamış yapon siyasətçi, Fucivara klanının qurucusu. Onun qurduğu klan əsrlər boyunca Yaponiya imperatorluq sarayında öz təsirini qorumuşdur. Tayka islahatının keçirilməsində vacib rol oynamış, Yaponiyada mərkəzi dövlətin qurulmasında iştirak etmişdir. == Həyatı == Əsl soyadı Nakatomi, adı isə Kamako olmuşdur. Mənsub olduğu Nakatomi klanı əslində şintoizm rahibliyi funksiyalarından məsul idi. Kamatari Monobe klanı ilə birlikdə buddizmin Yaponiyada yayılmasına qarşı çıxmış və buddizmin böyük dəstəkçisi olan Soqa klanı ilə mübarizə aparmışdır. Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) ilə birlik olan Kamatari sarayda güclü nüfuza malik olan Soqa no İruka və Soqa no Emişini öldürmək planı qurmuşdur. 645-ci ildə Koreya nümayəndəliyini qəbul etmələrindən faydalanan Şahzadə Nakano Oe və Kamatari İruka ilə Emişini öldürmüşdürlər. Həmin il İmperator Kotoku taxta çıxmış və Kamatarini daxili işlər naziri təyin etmişdir. Kamatari bu vəzifədən istifadə edərək ölkədə Tayka islahatını keçirmişdir.
Fucivara no Sadanaqa
Cakuren (寂蓮, 1139 – 9 avqust 1202) və ya digər adı ilə Fucivara no Sadanaqa (藤原定長) – Yaponiya şairi və buddist keşişi. Səkkizinci imperiya antologiyası olan "Şin Kokinşu" (1205) əsərinin 8 müəllifindən biridir. == İlk illəri == Atası Şunkay məşhur şair Fucivara no Toşinarinin (Şunzey) balaca qardaşı idi. Şunkay 1150-ci ildə keşişlik etməyə başlayanda o, Şunzey tərəfindən oğulluğa qəbul edilmişdir. O, Şunzey davamçısı hesab olunurdu. Lakin Şunzeyin Nariie adlı qabiliyyətsiz oğlu və Fucivara no Sadaie adlı bacarıqlı oğlu olmuş, Sadaie 9 yaşına çatanda Sadanaqa Şunzeyin oğulluğundan çıxmış, din adamı olmuş və Cakuren adını götürmüşdür. == Yaradıcılığı == Cakuren həyatı boyunca saraydakı poeziya toplantılarında və müsabiqələrində aktiv iştirak etmişdir (xüsusilə, həyatının son 5–6 ilində). Keşiş olduqdan sonra müasiri Sayqyo kimi Yaponiya boyunca səyahətə çıxmış, səyahəti zamanı şeirlər yazmışdır. 1193-cü ildəki məşhur 600 raund poeziya müsabiqəsindəki iştirakı zamanı o, Şunzeyin şagirdlərini və ardıcıllarının maraqlarını rəqib Rokuco şairlərinə qarşı uğurla müdafiə etmişdir. Onun Rokuco şairlərindən biri olan Kenşo ilə deyişmələri, xüsusilə, məşhurdur.
Ganba no Boken
Ganba no Bōken (yap. ガンバの冒険, azərb. Qanbanın macəraları‎) — Osamu Dezaki tərəfindən yaradılmış yapon anime serialı.
Gre-No-Li
Gre-No-Li — Isveçdən olan üç futbolçunun ləqəbi, onların soy adlarının ilk hərflərindən düzəldilibː Qunnar Gren, Qunnar Nordal və Nils Lidholm. Onları 1950-ci illərdə İsveç milli futbol komandası və İtaliyanın Milan klubunda çıxış edərkən belə adlandırırdılar. == Tarixi == Üçlük Londonda keçirilən 1948 Yay Olimpiya Oyunlarında İsveçə qızıl medal qazandırmışdır. Bu uğurdan sonra oyunçuların üçü də Milan komandasına transfer olmuşdur və 1949-50 mövsümdə Milan komandası 38 oyuna 71 qol vura bilmişdir (Qren və Lidholm 18, Nordal isə 16 qol vurmuşdular). 1950-1951 sezonu bu oyunçuların ən uğurlu mövsümü sayılır, çünki onlar Skudettonu qazanmışdılar. Lidholm və Nordal bu titulu həmçinin 1955 ildə də qazana bilmişdilər, Lidholm, Qren və Nordal klubu tərk etdikdən sonra daha iki dəfə İtaliya çempionatının qalibi olmuşdular. Nordal üçün İtaliya xüsusilə uğurlu oldu, çünki o, 1949-1955-ci illərdə keçirilən altı mövsümün beşində ən yaxşı bombardiri olmuşdur. Gre-No-Li 1953-cü ildə Qunnar Qrenin Fiorentinaya keçidindən sonra dağılmışdır.
Kakinomoto no Hitomaro
Kakinomoto no Hitomaro (柿本 人麻呂 və ya 柿本 人麿; d. 653–655 – ö. 707–710) — Yaponiyanın vaka şairi və Asuka dövrünün aristokratı; Şeirləri ən qədim vaka antologiyası hesab edilən "Manyoşu"ya daxil edilən ən məşhur şairlərdən biri. İmperial poetik antologiyaya (Kokin Vakaşu) əsərləri daxil edilib. Onun adı, həmçinin, Yaponiyanın "36 ölməz şair" siyahısına daxildir. == Haqqında == Yaponiyanın ilk böyük şairi Hitomaro VIII əsrin ikinci yarısında yaşamış, IX əsrin əvvəllərində vəfat etmişdir. Onun həyatı haqqında, demək olar ki, heç bir məlumat yoxdur. Yalnız bu məlumat var ki, o, sarayda kiçik bir vəzifədə olub və ömrünün son günlərini paytaxtdan uzaq olan bir kənddə keçirmişdir. Hitomaro özünün adaları və elegiyaları ilə məşhur olmuşdur. Naqauta janrının ən istedadlı ustası olmuşdur. Onun qısa nəğmələri xüsusilə sənətkarlıqla yazılıb. Saray şairi olan Hitomaro öz odalarında imperatorların şəxsi ləyaqətlərini yox, öz ölkəsinin böyüklüyünü və gözəlliklərini tərənnüm etmişdir.
Kamo no Çoumei
Kamo no Çoumei (yaponca: 鴨 長明, 1155[…], Heyan-kyo[d] – 1216[…], Toyama və ya Heyan-kyo[d]) — ədib, musiqiçi, poetik, Akademiyanın üzvü. == Haqqında == XII əsrin sonu və XIV əsrin ortaları ilk syuequn dövlətçiliyinin epoxasıdır. Yeni rejimin paytaxtı kimi Kamakura şəhəri ilə bağlı olduğuna görə bu dövrü adətən Kamakura dövrü adlandırırlar. Bu dövrdə Çoumei adlı bir müəllif meydana çıxdı. O, doğma Şinto dininin qədim məbədi ətrafında qruplaşan adamların nümayəndəsi idi. Onu Kamo-no Çoumei adlandırırdılar. Bu adamın həyatı qaranlıq olaraq qalır. Kamo no Çoumei 1154–1216-cı illər arasında yaşamışdır və o zaman haqqında da bizim etibarlı mənbələrimiz yoxdur. O, tanınmış nəslə mənsub idi, atası Kamo məbədinin xidmətçilərindən idi. Nənəsi sarayda qulluq eləmişdi.
Ki no Tsurayuki
Ki no Tsurayuki (yap. 紀貫之 ; 866 və ya 872, Heyan-kyo[d] – 30 iyun 945, Heyan-kyo[d]) — yapon şairi, Heyan dövrünün filoloqu, tanka janrında şeirlər yazan ədib, 36 ölməz şairdən biri. == Həyatı == Tsurayukinin həyatı və xarakteri ilə bağlı məlumatlar çox azdır. O həyatını əsasən ədəbiyyata həsr etmişdir. Tsurayuki köhnə zadəgan ailəsindən idi. O, Fucivara ailəsi tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. 905-ci ildə Tsurayuki İmperator Dayqonun (897-930) fərmanı ilə şairlər birliyinin başçısı təyin edilir (bu birlik sonralar "Kokin vakasyu" (Köhnə və yeni yapon şeirləri toplusu) külliyatını tərtib edəcəkdi). Yalnız 930-cu ildə Ki no Tsurayuki Tosa əyalətinin hakimi təyin edilmiş (930-935) və bu dövrdə "Şinsenvakasyu" külliyyatını tərtib etmişdi. 935-ci ildə Ki no Tsurayuki 5 il müddətində nazirlərə ona yeni vəzifə verilməsi xahişi ilə müraciət etsə də, bu müraciəti ilə bağlı müsbət cavab ala bilməmişdir. Yalnız 940-cı ildə Ki no Tsurayuki mərasimlər idarəsində (cibusyo) xarici işlər və buddizm rahiblərinin işi üzrə şöbəyə (qembaryo) rəis təyin edilir, 944-cü ildə isə ona 5-ci dərəcə verilir.
Kotonoha no Niwa
Söz bağçası və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır. Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir.
Makura no Danshi
Makura no Danshi (枕男子, ədəb. "Yastıq oğlanlar") — Makuranodanshi kimi də tanınan anime serialıdır. Anime Assez Finaud Fabric və Feel şirkəti tərəfindən istehsal olunmuşdur. Anime 13 iyul 2015-ci ildə Yaponiyada yayımlanmağa başlanıb. == Fərziyyə == Serial birinci şəxsin hekayəsidir və onun tərəfindən danışılır. Animenin hər bir seriyası tamaşaçıların yanında yatan 12 müxtəlif "yastıq oğlanlar"dan birinin həyatından bəhs edir. Serial hər həftə SUN-TV və Tokio MX telekanallarında yayımlanmışdır. == Personajlar == Mari/Merri (めりぃ, Merii, Səsləndirən: Natsuki Hanae): Yastıq oğlan. O, 1-ci və 12-ci seriyada meydana çıxmışdır. Onun yaşı 12-ci seriyada dəyişir.
Minamoto no Yoşinaka
Minamoto no Yoşinaka (源 義仲, 1154, Musaşi əyaləti[d], Tokaydo[d] – 21 fevral 1184 və ya 4 mart 1184, Omi əyaləti[d], Tosando[d]) və ya Kiso Yoşinaka (木曾 義仲) – Heyan dövründə yaşamış Yaponiya generalı. Minamoto klanının üzvü olsa da, Qenpey müharibəsi zamanı Minamoto no Yoritomonun rəqibi olmuşdur. Yoşinakanın atası Minamoto no Yoşihira tərəfindən öldürüldüyü üçün o, südanasının əri olan Nakahara Kaneto tərəfindən Şinano əyalətinin Kiso bölgəsində böyüdülmüşdür. 1180-ci ildə Minamoto no Yoritomo və digər klan üzvləri ilə birlikdə Tayra ailəsinə qarşı Qenpey müharibəsini başlatmışdır. Yoşinaka 1183-cü ildə paytaxtı ələ keçirmiş və müharibəni üçtərəfli konfliktə çevirmişdir. Belə ki, Tayra klanı qərbdə, Yoritomo isə şərqdə olarkən Kiotonu öz əlində saxlamaq istəmişdir. Ordusunun itaətsizliyi, eləcə də, saraya, xüsusilə də, keçmiş imperator Qo-Şirakavaya qarşı hərəkətlərinə görə Yoritomo qardaşları Minamoto no Yoşitsune və Noriyorini Kiotoya göndərməyə məcbur olmuşdur. Baş verən döyüş nəticəsində Yoşinakanın qüvvələri məğlub olmuşdur. Yoşinaka məşuqəsi Tomoe Qozenlə qaça bilsə də, Omi əyalətinin yaxınlığında öldürülmüşdür. Yoşinakanın, eləcə də, məşuqəsi Tomoe Qozenin hərbi macəraları Yaponiyada bir çox hekayə kitabının və no tamaşasının mövzusu olmuşdur.
Nakatomi no Kamatari
Fucivara no Kamatari (藤原 鎌足, 614[…] – 14 noyabr 669) – Asuka dövründə yaşamış yapon siyasətçi, Fucivara klanının qurucusu. Onun qurduğu klan əsrlər boyunca Yaponiya imperatorluq sarayında öz təsirini qorumuşdur. Tayka islahatının keçirilməsində vacib rol oynamış, Yaponiyada mərkəzi dövlətin qurulmasında iştirak etmişdir. Əsl soyadı Nakatomi, adı isə Kamako olmuşdur. Mənsub olduğu Nakatomi klanı əslində şintoizm rahibliyi funksiyalarından məsul idi. Kamatari Monobe klanı ilə birlikdə buddizmin Yaponiyada yayılmasına qarşı çıxmış və buddizmin böyük dəstəkçisi olan Soqa klanı ilə mübarizə aparmışdır. Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) ilə birlik olan Kamatari sarayda güclü nüfuza malik olan Soqa no İruka və Soqa no Emişini öldürmək planı qurmuşdur. 645-ci ildə Koreya nümayəndəliyini qəbul etmələrindən faydalanan Şahzadə Nakano Oe və Kamatari İruka ilə Emişini öldürmüşdürlər. Həmin il İmperator Kotoku taxta çıxmış və Kamatarini daxili işlər naziri təyin etmişdir. Kamatari bu vəzifədən istifadə edərək ölkədə Tayka islahatını keçirmişdir.
Nanatsu no Taizai
The Seven Deadly Sins və ya Yaponiyada tanınan adı ilə Nanatsu no Taizai (七つの大罪, azərb. Yeddi ölümcül günah‎) – Nakaba Suzuki tərəfindən yazılan və çəkilən manqa seriyası. 2012-ci ilin oktyabrından Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunur və indiyə kimi 36 tankobon cildi buraxılmışdır. Manqa seriyası Orta əsrlər Avropasını xatırladan dünyada krallığa qarşı döyüşən və Yeddi ölümcül günahı təmil edən yeddi döyüşçüdən bəhs edir. Manqa seriyası Şimali Amerikada Kodansha USA tərəfindən lisenziyalaşdırılmışdır. Bununla yanaşı, Crunchyroll tərəfindən manqa rəqəmsal olaraq 170-dən çox ölkə üçün yayımlanmışdır. 2018-ci ilə qədər manqa seriyasının 28 milyon nüsxəsi nəşr olunmuşdur. 2014-2015-ci illərdə A-1 Pictures tərəfindən istehsal olunmuş 24 seriyalıq anime serialı adaptasiyası yayımlanmışdır. 2018-ci ildə isə ikinci mövsümü buraxılmışdır. 18 avqust 2018-ci ildə anime filmi adaptasiyası ekranlaşdırılmışdır.
No Mu Hyon
No Mu Hyon (1 sentyabr 1946 – 23 may 2009[…]) — Cənubi Koreyanın 16-cı prezidenti. 2003–2008-ci illərdə Cənubi Koreyanın prezidenti olmuş No Mu Hyon korrupsiyada — bir iş adamından 6 milyon dollardan çox rüşvət almaqda ittiham olunurdu. No Mu Hyon intihar edib. Keşmiş prezident ölümündən əvvəl məktub yazaraq özünə qəsdin səbəbini açıqlayıb. Məktubda deyilir ki, çox insana əziyyət verdiyinə görə bu addımı atır. No Mu Hyon evinin ətrafında gəzinti vaxtı uçurumdan düşüb. Onun başından aldığı zədədən öldüyü bildirilirdi.
Omoide no Marnie
Omoide no Marnie ( 思い出のマーニー; Marninin xatirələri) Hiromasa Yonebayasinin Studio Ghibli studiyasında yaratdiği tam metrajli animasiya filmi. Məzmun Coan Robinsonun «When Marnie Was There» («Marni orada olanda») kitabı əsasinda qurulub. Filmin premyerası 2014-cü ilin iyulun 19-da baş tutub. On iki yaşlı Anna özünə qapanmış və dostu az olan bir qızdır. Yeganə hobbisi rəssamlıqdır. Orqanizmi zəif olduğundan onu Hokkaydonun kiçik bir şəhərinə yollayırlar. Orada o böyük və zəngin evdə yaşayan Marni ilə tanış olur. Tədricən onlar yaxin dost olurlar. Bu dostluq Annaya özünü və Marninin onun həyatında oynadıği rolu ilə tamaşaçıları tanış etdirəcək. "Fine on the Outside" Amerikan musiqiçisi Priscilla Ahn tərəfindən yazılan mahnıdır.

Digər lüğətlərdə