Nona Qaprindaşvili
Nona Qaprindaşvili (gürc. ნონა გაფრინდაშვილი; 3 may 1941, Zuqdidi, Gürcüstan SSR, SSRİ) — gürcü şahmatçısı, qadınlar arasında 6-cı dünya çempionu və ilk qadın qrosmeyster (1976).
Nona 1941-ci il mayın 3-də Zuqdidi şəhərində anadan olmuşdur. İdman Qaprindaşvililər ailəsində böyük yer tuturdu. Böyük qardaşları onunla şahmat oynayır və ona heç vaxt güzəştə getmirdilər. Tbilisiyə köçəndən sonra o, pionerlər sarayının şahmat dərnəyinə üzv yazılır. Məşqçisi Karselaqze yetirməsinin bacarığını görüb, onunla ciddi məşğul olmağa başlayır. Bir ildən 15 yaşlı Nona ilk qələbələrini qazanır. Gürcüstan çempionatında qalib gəldikdən sonra SSRİ birinciliyinin yarımfinalında uğurla yarışır.
Bu müvəffəqiyyətlərdən sonra o, bir sıra irimiqyaslı turnirlərdə uğurla çıxış etmişdir.